Qara səhra (Misir)

Qara səhra (ərəb. ‏الصحراء السوداء‎, əs-Səhra əs-səvda) — Misirin qərbində, cənubda Ağ səhra ilə şimalda Bahariyyə vahəsi arasında təxminən 30 kilometr (19 mil) məsafədə vulkanabənzər və geniş yayılmış kurqanlar sahəsi. Onun kurqanlarının çoxu bazalt sillələrlə örtülmüşdür ki, bu da onlara xarakterik qara rəng verir.[1]

Qara səhra
Yerləşməsi
28°09′02″ şm. e. 28°43′42″ ş. u.
Ölkə
Qara səhra xəritədə
Qara səhra
Qara səhra
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hündürlüyü 100 metrə çatan Qara Səhra kurqanlarının ölçüləri, tərkibi, hündürlüyü və forması müxtəlifdir: bəziləri tünd rənglidir, dəmir kvarsitdən ibarətdir, digərləri isə daha qırmızıdır, çünki onların səth süxurları dəmir qumdaşıdan ibarətdir. Qara səhranın kənarında 180 milyon il əvvəl Yura dövrünə aid qaranlıq vulkanik doleritin püskürməsinin sübutu olan vulkanik təpələr var.[2]

Qara səhrada kol qalıqları və daşlaşmış meşəliklər aşkar edilmişdir ki, bu da bir vaxtlar orada bitkilərin böyüdüyünü göstərir.[3]

Sərhədlərində böyük dinozavr skeleti aşkar edildikdən sonra Qara səhra 2010-cu ildən etibarən təbii qoruq elan edilmişdir.[4]

  1. Ekaterina E. Plyusninaa, Emad S. Sallamb, Dmitry A. Rubana; Geological heritage of the Bahariya and Farafra oases, the central Western Desert of Egypt, Journal of African Earth Sciences (2016).
  2. A.M. Afify, M.E. Sanz-Montero, J.P. Clavo, H.A. Wanas; Diagenetic origin of ironstone crusts in the Lower Cenomanian Bahariya Formation, Bahariya Depression, Western Desert, Egypt. Journal of African Earth Sciences 2015, vol. 101, pp. 333-349.
  3. The Black Desert Arxivləşdirilib 2022-01-28 at the Wayback Machine Retrieved 2020/04/20.
  4. Samir, Aya. "Egypt's western desert: magic lies within". Egypt Today. 6 January 2018. 2018-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 April 2020.