Livan bayrağı

Livan bayrağı (ərəb. علم لبنان‎) - Livan Respublikasının bayrağı

Livan Respublikasının Dövlət Bayrağı
Təfərrüatlar
Proporsiya 2:3[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Livan Konstitusiyasında

[redaktə | mənbəni redaktə et]

Livan konstitusiyasının 5-ci maddəsi dövlət bayrağı haqqındadır.

Konstitusiyada yazılıb:

«Livan bayrağı iki qırmızı və 1 ağ zolaq olmaqla 3 zolaqdan ibarətdir. Ağ zolaq qırmızı zolaqların ortasında yerləşir. Ağ zolağın eni qırmızı zolaqların enləri cəminə bərabərdir. Ağ zolağın mərkəzində sülh və uzunömürlülük rəmzi olan Sidr ağacı yerləşir.» [2]

Livan uzun illər boyunca müxtəlif ölkələrin təsiri altında olmuşdur. Nəticədə həmin ölkələrin bayraqları bir müddət Livanın bayrağı olmuşdur. Osmanlılardan ayrıldığı ilk vaxtlarda ağ parça üzərində Livan sidrinin təsviri olan bir bayraq idi. 1 noyabr 1943-cü ildə Fransa mandatlığında Livan parlamenti üzvlərinin imzaları ilə təsvir olunmuş bir bayraq təsdiqləndi. Bu Livanın ilk rəsmi bayrağı idi. Fransa mandatlığında Livanın təsdiqlənmiş növbəti bayrağı isə Fransa bayrağına çox oxşayırdı. Fransa bayrağının daxilindəki ağ zolaqda Livan sidri təsvir edilmişdi. Müasir Livan bayrağı 1967-cü ildə 1 fevral tarixində qəbul edilmişdir. Ortada yerləşən Livan sidrinin gövdə və buaqlarının qara və ya çəhrayı rənglərlə boyasalar da, Ölkə konstitusiyasına görə bu hissə tamamilə yaşıl olmalıdır.

Bayrağın simvolları

[redaktə | mənbəni redaktə et]
Livan sidri

Livan bayrağı yuxarıdan aşağıya doğru qırmızı-ağ-qırmızı ardıcıllığı ilə düzülmüş üç üfüqi zolaqdan ibarətdir. Qırmızı zolaqlar eyni ölçüdə olmaqla ağ zolağın üstündə və altında yerləşir. Ağ zolağ digər zolaqlardan böyükdür və üzərində Livan sidrinin təsviri yerləşir.

Livan bayrağında yerləşən rənglərin müxtəlif mənaları vardır:

  • Qırmızı rəng: Qırmızı rəng ölkənin müstəqilliyini göstərir. Müstəqillik uğrunda axıdılan qanları təsvir edir.
  • Ağ rəng: Sülh və Livan dağlarında yerləşən qarın təsviridir.
  • Livan sidri: Əbədiyyəti və sabitliyi göstərir.

Livan bayraqları

[redaktə | mənbəni redaktə et]