Dəmirçilər — Azərbaycan Respublikasının Qazax rayonunun Dəmirçilər kənd inzibati ərazi vahidində kənd.
Dəmirçilər | |
---|---|
41°05′16″ şm. e. 45°15′53″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kənd Coğaz çayının sahilində, dağın ətəyində yerləşir.
Kənd dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən birinə çevrilmişdir.[1] "Dəmirçilər" adında Qazax rayonunun Birinci Şıxslı inzibati ərazi dairəsində də kiçik kənd mövcud olmuş, 14 iyul 1998-ci ildə ləğv edilmişdir.
2009-cu il əhalinin siyahıyaalınmasına əsasən kənddə 1489 nəfər əhali yaşayır. Əhalinin 736 nəfəri kişilər, 753 nəfəri qadınlardan ibarətdir.[2]
Qazax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |