Orta Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Kənd | |
Orta Salahlı | |
---|---|
41°11′21″ şm. e. 45°19′29″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qazax rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 314 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 1.594 nəfər (2009) |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı.
Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar:
Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı 19-cu əsrin sonlarından ara-sıra rast qəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salalahlı şəklində də işlənmişdir.
Orta Salahlı oyk., mür. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi Aşağı Salahlı və Yuxarı Salahlı kəndlərinin arasında yerləşdiyi üçün oykonimin əvvəlinə orta sözü əlavə olunmuşdur.[1]
Qazax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |