Sehrli xalat (film)

"Sehrli xalat" — rejissor Əlisəttar Atakişiyevin filmi.[1]

Sehrli xalat
Janr komediya filmi, macəra filmi, fantastika filmi, uşaq filmi[d]
Rejissor Əlisəttar Atakişiyev
Ssenari müəllifləri Aleksandr Tarasov
Əlisəttar Atakişiyev
Baş rollarda Azər Qurbanov
Solmaz Hətəmova
Kolya Loginov
Yusif Şeyxov
Əliağa Ağayev
Anatoli Falkoviç
Operator Teyyub Axundov
Bəstəkar Arif Məlikov
Rəssamlar Məmməd Hüseynov
Cəbrayıl Əzimov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 3 oktyabr 1964
Filmin növü tammetrajlı bədii film
Müddət 75 dəq.
Ölkə SSRİ SSRİ
Dil azərbaycanca
İl 1964
Texniki məlumatlar 8 hissə
2184 metr
35 mm
Rəng rəngli
IMDb ID2081359

Filmdə məşhur illüzionist İo Kionun (Anatoli Falkoviç) köməyi ilə uşaqlar bir növ keçmişə və gələcəyə səyahət edirlər. Burada hər iki dövrə həmin dövrün uşaqlarının gözü ilə baxılır.[2]

  • Rəşid rolunun ifaçısı Azər Qurbanov rusdilli olduğundan filmin Azərbaycan variantında onu Yusif Şeyxov səsləndirmişdir.[3]
  • Pioner rollarında çəkilmək üçün 500-600 uşaq sınaq çəkilişlərindən keçib.[4]
  • Filmin kinomusiqisi bəstəkar Arif Məlikovun yazdığı ilk kinomusiqidir.
  • Film haqqında "50 illik sehr" adlı sənədli film çəkilmişdir.[5]
  • 2014-cü ildə filmin 50 illiyi qeyd olunmuşdur.[6]
  • Film Bakıda Maştağa qəsəbəsində və İçərişəhərdə, İsmayıllı rayonunun Cülyan kəndində, eləcə də Belorusiya SSR-in paytaxtı Minsk şəhərində pavilyonda çəkilmişdir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Aleksandr Tarasov, Əlisəttar Atakişiyev
Quruluşçu rejissor: Əlisəttar Atakişiyev[7]
Quruluşçu operator: Teyyub Axundov
Quruluşçu rəssam: Məmməd Hüseynov, Cəbrayıl Əzimov
Bəstəkar: Arif Məlikov
Səs operatoru: Paşa İbrahimov
Dirijor: Niyazi
Geyim rəssamı: Qəzənfər Xalıqov
Qrim rəssamı: V. Bereznyakov
Montaj edən: Tahirə Babayeva
Redaktor: Ədhəm Qulubəyov
Operator: Əlihüseyn Hüseynov
Quraşdırılmış səhnələrin operatoru: Sergey Klyuçevski
Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev
Rejissor assistenti: Əşrəf Mamayev, Tələt Rəhmanov, Əli Məmmədov, A. Süleymanov
Operator assistenti: İ. Qafarov, Ramiz Babayev
Dekor rəssamı: T. Abdullazadə
Filmin direktoru: V. Dudiyev, S. Kolpakov
Azər Qurbanov — Rəşid[8][9]
Solmaz Hətəmova — Zərifə[10]
Kolya Loginov — Petya
Yusif Şeyxov — Eldar[10]
Əliağa Ağayev — Xan
Anatoli Falkoviç — İo Kio
Möhsün Sənani — Möhsün Ağayev
Ağahüseyn Cavadov — baş vəzir
İsmayıl Osmanlı — vəkil
Hüseynağa Sadıqov — vəzir
Məmməd Sadıqov (Məmməd Sadıxov kimi) — münəccim başı
Əfrasiyab Məmmədov — sərdar
Ələkbər Hüseynzadə — qoca
Mollağa Bəbirli — xəzinədar
Bahadur Əliyev — yaraqlı
Lütfi Məmmədbəyli — Eynulla müəllim
Tələt Rəhmanov — milis işçisi
A. Şükürov — məktəbli
K. Nemətova — məktəbli
Nazim Mustafayev — Arif
T. Rəsulov — məktəbli
Ə. Əhmədova — məktəbli
Məmmədsadıq Nuriyev — tacir
Əli Xəlilov — tacir
Arif Mədətov — sirk artisti
Almaz Mustafayeva — Səidə
Zamiq Əliyev — tar çalan (titrlərdə yoxdur)

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Yusif Vəliyev — İo Kio (Anatoli Falkoviç) (titrlərdə yoxdur)
Bahadur Əliyev — milis işçisi (Tələt Rəhmanov) (titrlərdə yoxdur)
Müxlis Cənizadə — Eynulla müəllim (Lütfi Məmmədbəyli) (titrlərdə yoxdur)
Yusif Şeyxov — Rəşid (Azər Qurbanov) (titrlərdə yoxdur)
Əminə Yusifqızı — Eldar (Yusif Şeyxov) (titrlərdə yoxdur)

Əlizaman Qasımov - Möhsün Ağayev (Möhsün Sənani) (titrlərdə yoxdur)

Süleyman Ələsgərov (aktyor) - qoca (Ələkbər Hüseynzadə)(titrlərdə yoxdur)

  1. O.Məmmədli. "Sehrli xalat" və ya nağıla çevrilən uşaqlıq: [Rejissor Əlisəttar Atakişiyevin eyni adlı filminin baş qəhrəmanı Zərifə (Solmaz Hətəmova) ilə müsahibə] //Xalq cəbhəsi. 2008, 21 may, səh.10.
  2. 50 yaşlı "Sehrli xalat": [Əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyevin eyniadlı filmi haqqında] //525-ci qəzet. 2014, 14 noyabr, səh.7.
  3. "Vaxt ildırım sürətilə keçir, nə vaxtsa filmlərə çəkildiyimi az qala unutmuşam...": "Sehrli xalat" filmindəki Rəşidin — hazırda Amerikada yaşayan Azər Qurbanovun müsahibəsi //525-ci qəzet. 2013, 27 iyul, səh.29.
  4. A.Kazımzadə. Uşaqlar üçün nağıl, böyüklər üçün klassika: [kinorejissor Əlisəttar Atakişiyevin "Sehrli xalat" filimi haqqında] //Kaspi. 2014, 8-10 noyabr, səh.16.
  5. "Kanal S — "Sehrli xalat" — 50 illik sehr". 2015-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-17.
  6. Y.Şeyxov. Film yubileylərinə nə qədər xərclənir? Yusif Şeyxov: "Yubileylərə pul kino tədbirləri üçün nəzərdə tutulan büdcədən xərclənir": ["Sehrli xalat" filminin 50 illiyi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya Şöbəsinin sektor rəhbəri Yusif Şeyxovun müsahibəsi] //Ekspress. 2014, 19 noyabr, səh.23.
  7. Azəri, L. 50 ilin "Sehrli xalat"ı: [Nizami Kino Mərkəzində rejissor Əlisəttar Atakişiyevin quruluş verdiyi eyniadlı filmin 50 illiyinin qeyd edilməsi haqqında] //Mədəniyyət. 2014, 14 noyabr, səh.5.
  8. Qurbanov, A. Sehrli xalat: [rejissoru Əlisəttar Atakişiyev olan eyniadlı filmdə rol almış aktyor Azər Qurbanovla müsahibə] /müsahibəni apardı V. İmanov //Mədəni həyat. 2013, №9, səh.74-75.
  9. A.Qurbanov. "Hərdən tale insanın üzünə gülmür": "Sehrli xalat"dakı pioner Rəşid: "Heç vaxt Vətəni tərk etməyin!": [eyniadlı filmdəki Rəşid rolu ilə hamımızın sevimlisinə çevrilən aktyor Azər Qurbanovla musahibə] //Ekspress.- 2013, 27-29 iyul, səh.21.
  10. 1 2 "Sehrli xalat" Rəşidi Amerikaya "aparıb": Filmin kadrarxası ilə bağlı maraqlı məqamlar: [filmin baş qəhrəmanları Yusif Şeyxov və Solmaz Hətəmovanın fikirləri] //Azadlıq. 2014, 1 dekabr, səh.14.
  • Ə.Azad. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət. 1964, 13 iyun.
  • Əlisəttar Atakişiyev. "Uşaq filmlərinin çəkilməsi" //Ədəbiyyat və incəsənət. 1975, 5 aprel, səh.14.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. Москва: Советская энциклопедия, 1987, стр.31-32.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004, səh.139.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007, səh.816.
  • Ş.Əliqızı. "Sehrli xalat"ın dönüşü: [Əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyevin eyni adlı filminin yenidən bərpa olunması haqqında] //İki Sahil.- 2011, 30 noyabr, səh.16.
  • "Sehrli xalat" bərpa olunub: [Azərbaycan Film Fondu Rusiya Film Fondu ilə birlikdə eyni adlı filmi bərpa edib] //Ayna. 2011, 26 noyabr, səh.20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]