Serbiya krallığı

Serbiya krallığı (serb. Краљевина Србија) — 1882-ci ildə Knyaz IV Milan Obrenoviçin tacqoymasından sonra Serbiya knyazlığından yerində yaranmış Balkanlarda tarixi dövlət. Ən böyük coğrafi ərazisi 1913-cü ildə olub.

Avstriya-Macarıstan sateliti (1895-ci ilə qədər)
müstəqil krallıq (1895-1918)
Serbiya krallığı
serb. Краљевина Србија
Bayraq Gerb
Bayraq Gerb
 
 

Paytaxt Belqrad
Ən böyük şəhər Belqrad
Rəsmi dilləri serb dili
Dövlət dini xristianlıq
Valyuta Serb dinarı
Ərazisi 92 208 км²
Əhalisi serblər
İdarəetmə forması monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İkinci Serb üsyanı nəticəsində serblər uzun sürən Osmanlı imperiyası əsarətindən azad oldular. Yeni dövlət Serbiya knyazlığı adlanırdı. O, keçmiş Belqrad paşalığının ərazisini əhatə edirdi. Knyazlıq Osmanlı mülkləri hesabına 1831-1833-cü illərdə sərhədlərini qərbə, şərqə və cənuba doğru genişləndirdi. 1829-cu ildə osmanlılar Serbiyanın muxtariyyətini tanıdılar. 1867-ci ildə Osmanlı qoşunları knyazlığın ərazisini tərk etdi. 1869-cu ildə yeni konstitusiya Serbiyanı müstəqil dövlət kimi müəyyənləşdirdi. 1878-ci ildə Serbiya knyazlığı sərhədlərini cənub-şərqə doğru daha da genişləndirdi, elə həmin il Serbiyanın böyük dövlətlər tərəfindən tanınmasına və Osmanlı imperiyasından tam müstəqilliyinə zəmanət verən Berlin konqresi baş tutdu. 1878-ci il Berlin müqaviləsinə əsasən Serbiyanın ərazisi xeyli genişləndi. Niş, Pirot, Vranye və 300 mindən çox əhalisi olan bütün cənub-şərqi Serbiyanın ərazisi ilhaq edildi.[1]

Serbiya tam müstəqillik qazansa da, Avstriya-Macarıstandan maliyyə və iqtisadi cəhətdən asılı idi. XIX əsrin sonlarında siyasi asılılıq da artdı. Berlin Konqresindən sonra knyaz Milan Obrenoviçin və mühafizəkarların avstriyapərəst kursu 1881-ci ildə Avstriya-Serbiya Konvensiyasının bağlanmasına gətirib çıxardı ki, ona görə də ölkənin xarici siyasəti Vyanaya tabe idi və faktiki olaraq Serbiya üzərində Avstriya protektoratı yaradıldı.[2] Bu konvensiyaya görə, Serbiya Avstriya hakimiyyətinin razılığı olmadan başqa dövlətlə heç bir müqavilə bağlamamağı, habelə Bosniya və Herseqovina kondominiumuYenibazar Sancağında öz ərazisindən aparılan təbliğatı dayandırmağı öhdəsinə götürdü.[3] Knyaz Milan da Bosniya və Herseqovina kondominiumu və Yenibazar Sancağına iddialarından imtina etdi. Buna cavab olaraq Avstriya-Macarıstan Obrenoviç sülaləsinə dəstək zəmanəti və Serbiyanın krallıq elan edilməsinə razılıq verdi. 22 fevral 1882-ci ildə knyazlıq krallığa çevrildi və Milan serblərin kralı elan edildi.[4]

I Milanın hakimiyyəti dövründə

[redaktə | mənbəni redaktə et]
I Milan Obrenoviç
Kral I Aleksandr Obrenoviç
Nikola Paşıç

22 fevral 1882-ci ildə I Milan serblərin kralı elan edildi. Berlin sülhünün şərtlərinə əsasən yeni əldə edilən ərazilər müəyyən problem yaradırdı. Bu ərazilərdə inteqrasiya və etnik homogenləşdirmə siyasəti başladıldı. Nəticədə müsəlman əhali qovuldu, mülkləri isə pravoslav serblər arasında bölündü.[5]

1880-ci illərdə daxili siyasi həyat siyasi partiyaların yaranması və onlar arasında, ilk növbədə, Milan Piroçanakın hakim Gənc Mühafizəkar Serb Tərəqqi Partiyası (hazırda Serbiya İnkişaf Partiyası, Naprednyaklar) ilə Per Todoroviç və Nikola Paşiçin Xalq Radikal Partiyası arasında kəskin mübarizə ilə xarakterizə olunurdu. Bu mübarizə ölkədə geniş təbəqə olan kənd əhalisini, ziyalıları və xırda ruhaniləri öz tərəfinə çəkməkdə göstərirdi. Naprednyaklar ölkəni modernləşdirmək üçün nəzərdə tutulmuş bir sıra qanunlar qəbul etdilər. Lakin onların icrası olduqca ləng gedirdi. Xüsusilə, 1882-ci ildə ümumi ibtidai təhsil haqqında qanunun qəbul edilməsinə baxmayaraq, məktəblərin və müəllimlərin olmaması səbəbindən XIX əsrin sonunda Serbiya əhalisinin 75%-dən çoxu savadsız qalmışdı. Knyaz və naprednyakların Qərbi Avropaya istiqamətlənməsi ruspərəst kəndlilərin və ruhanilərin narazılığına səbəb olurdu. 1883-cü ildə Serbiyanın şərqində başlayan Timok üsyanı tezliklə qoşunlar tərəfindən yatırıldı. Ardınca hərəkat və Radikal Partiya üzvlərinə qarşı sərt repressiyalar başladı.

Bolqarıstan knyazlığı ilə müharibədə kapitulyasiya, maliyyə böhranı və siyasi qeyri-sabitlik kral I Milanı radikallara güzəştə getməyə məcbur etdi. 1888-ci il dekabrın 22-də səsvermə hüququnu, azad toplaşma preroqativlərini genişləndirən, demokratik hüquq və azadlıqları təmin edən yeni konstitusiya təsdiq edildi. I Milan Obrenoviç tezliklə taxtdan imtina etdi.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

XIX əsrin sonlarına qədər Serbiya geridə qalmış aqrar ölkə olaraq qalırdı. Əhalinin 89 %-dın çoxu kənd təsərrüfatında çalışırdı. Maşınlardan və müasir idarəetmə üsullarından praktiki olaraq istifadə etməyən kiçik kəndli istehsalı tamamilə üstünlük təşkil edirdi. Kənd təsərrüfatının əsas sahəsi Avstriyaya ixraca yönəlmiş donuzçuluq, həmçinin qarğıdalı becərilməsi olaraq qalırdı. XIX əsrin sonunda zadruqların (iri torpaq sahibləri) süqutu əsasən başa çatdı. Lakin hökumətin minimum kəndli payını qorumaq üçün tədbirləri kənd təsərrüfatında muzdlu əmək bazarının formalaşmasına mane oldu. İri sənaye müəssisələri yox idi, sənayenin inkişafının stimullaşdırılması dövlət siyasətinə baxmayaraq, sənətkarlıq istehsalının tam üstünlük təşkil etməsi qalırdı.

Serbiyanın Berlin Konqresində götürdüyü öhdəlikləri yerinə yetirmək üçün 1881-ci ildə Vyananı Salonikiİstanbulla birləşdirməli olan dəmir yolu tikintisinə başlanıldı. Dəmir yolunun tikintisi isə iqtisadi inkişafın sürətləndirilməsinə təkan vermədi və ölkənin kənd əhalisinin həyatına praktiki olaraq heç bir təsir göstərmədi. Xarici ticarət XIX əsrin sonunda Serbiya ixracının 86%-ə qədərini istehlak edən Avstriya-Macarıstandan çox asılı idi. Heyvandarlıq məhsulları əsas ticarət obyekti olaraq qalırdı. Dövlət borcu durmadan artır, əsas kreditor da Avstriya-Macarıstan imperiyası idi.[2][6]

Xarici siyasət

[redaktə | mənbəni redaktə et]

1885-ci ildə Serbiya Bolqarıstan knyazlığı ilə müharibyə başladı. Buna səbəb Bolqarıstanın onun da iddia etdiyi Şərqi Rumelini öz torpaqlarına qatması oldu. Slivitsa döyüşündə Serb ordusu tamamilə darmadağın edildi. Yalnız Avstriya-Macarıstanın müdaxiləsi sülhün bağlanmasına və ərazi itkilərinin qarşısını almağa imkan verdi.

I Aleksandrın regentliyi dövrü

[redaktə | mənbəni redaktə et]

I Milanın azyaşlı varisi Aleksandr Obrenoviçin dövründə demokratik islahatlar aparan, Rusiya ilə ittifaqı bərpa edən və Osmanlı imperiyasının Balkan ərazilərində serb təbliğatını gücləndirən radikallar hakimiyyətə gəldi. Lakin 1894-cü ildə I Milan Obrenoviç mühacirətdən qayıtdıqdan sonra avtoritarizmə və repressiyaya qayıdış başladı və 1888-ci il konstitusiyası ləğv edildi. Lakin siyasi vəziyyət qeyri-sabit olaraq qaldı. Hökumətlərin tez-tez dəyişməsi ilə yanaşı, kralın özündən xeyli yaşlı təvazökar dul qadın Draqa Maşinlə evlənməsi vəziyyəti çətinləşdirdi.

1901-ci ildə yeni, nisbətən liberal konstitusiyanı ("Aprel Nizamnaməsi") təsdiq etməklə radikalları sakitləşdirmək cəhdi uğursuz oldu və tezliklə onun fəaliyyəti dayandırıldı. 1903-cü ilin mayında bir qrup müxalifət zabiti sui-qəsd təşkil edərək Kral Aleksandrı və Kraliça Draqanı öldürdülər. Onların ölümü Serb taxtında Obrenoviçin hakimiyyətinin sonu oldu. 1888-ci il konstitusiyası bərpa edildi və I Pyotr Qarageorgiyeviç kral elan olundu.[2][6][7]

I Pyotrun hakimiyyət illəri

[redaktə | mənbəni redaktə et]

İlk islahatlar

[redaktə | mənbəni redaktə et]
Serbiya və Balkanlar I Dünya müharibəsi dövründə

I Pyotrun hakimiyyəti dövründə Serbiyada siyasi sistemin köklü transformasiyası həyata keçirildi. Demokratik azadlıqlar bərpa olundu, ölkənin ali qanunverici orqanına çevrilən və hökumətin fəaliyyətinə nəzarət edən məclisin səlahiyyətləri genişləndirildi. Nəticədə, XX əsrin əvvəllərində Serbiya Qərb tipli parlament monarxiyasına çevrildi. Nikola Pasiçin başçılıq etdiyi Radikal Partiyası on beş il hakimiyyətdə (qısa fasilələrlə) oldu.

I Pyotrun hakimiyyət illəri “Qızıl əsr” adını adlı. “Qızıl əsr” serb parlamentarizminin özünəməxsus xüsusiyyətləri var idi. Demək olar ki, ümumi seçki hüququna baxmayaraq, bütövlükdə əhalinin siyasi şüuru kifayət qədər aşağı səviyyədə qalmışdı. Seçicilərin böyük əksəriyyəti ya savadsız, ya da zəif təhsilli idi, onların üstünlükləri partiyanın proqramlarına deyil, şəxsi simpatiya və liderlərə inamla bağlı idi. Seçkilərdə inzibati resursdan fəal istifadə olunurdu. Ordu siyasətdə mühüm rol oynayırdı. Yüksək çinli zabitlər əslində müstəqil idilər və millitarist "pan-serbizm" istəklərini bəyan edirdilər. Məhz zabitlər arasında Draqutin Dimitrieviç-Apisin başçılıq etdiyi nüfuzlu məxfi təşkilat "Birlik və ya ölüm" (və ya "Qara əl") yarandı və bütün cənub slavyanlarını Serbiya dövləti çərçivəsində birləşdirməyə çalışdı. XX əsrin əvvəlləri dövrü Serb tarixinə “Qızıl əsr” və ya “Perikl erası” kimi daxil oldu.[6]

İqtisadi islahatlar

[redaktə | mənbəni redaktə et]

I Pyotrun dövründə Serbiya iqtisadiyyatı özünün “qızıl dövrünü” yaşayırdı. İqtisadi inkişaf xeyli sürətləndi, sənaye müəssisələri yaradılmağa başladı, nəqliyyat şəbəkəsi sürətlə böyüdü. Serbiyanın Avstriya-Macarıstandan iqtisadi asılılığı xeyli azaldı. 1906-1908-ci illərin gömrük müharibəsinə səbəb olan sonuncunun birbaşa təzyiqinə baxmayaraq, Serbiya Qərbi Avropada yeni bazarlar tapmağa və Avstriya-Macarıstana ixracın payını 15%-ə endirməyə nail oldu. İqtisadiyyatın sürətli inkişafı nəticəsində Serbiya Balkan standartlarına görə kifayət qədər çiçəklənən ölkəyə çevrildi.

Xarici siyasət

[redaktə | mənbəni redaktə et]
Serbiya kralığı Balkan müharibələrindən sonra

Xarici siyasətdə 1903-cü il çevrilişindən və kral cütlüyü Obrenoviçin sui-qəsdçilər tərəfindən öldürülməsindən sonra Avstriya-Macarıstana istiqamətlənmə RusiyaFransa ilə yaxınlaşma ilə əvəz olundu. 1908-ci ildə əhalisinin 40%-ni serblər təşkil edən Bosniya və Herseqovinanın ilhaqından sonra Avstriya-Macarıstanla münasibətlər kəskin şəkildə pisləşdi. İlhaq Serbiyada kütləvi etiraz nümayişlərinə və könüllülər korpusunun yaradılmasına səbəb oldu.[8]

Siyasi nəticə Osmanlı imperiyasının slavyanların məskunlaşdığı torpaqlarında, ilk növbədə KosovoMakedoniyada vətənpərvərlik hərəkatının artması və panserb təbliğatının güclənməsi oldu. 1912-ci ildə Serbiya Bolqarıstanla hərbi ittifaqa girərək Avropadakı Osmanlı mülklərinin bölünməsi razılığına gəldi. Lakin bu, Makedoniyanın gələcək sahibliyi məsələsini açıq qoydu. Ondan sonra YunanıstanMonteneqro ilə müqavilələr bağlandı. Nəticədə 1912-ci ilin payızında Osmanlı imperiyasına qarşı hərbi əməliyyatlara başlayan anti-osmanlı Balkan ittifaqı yaradıldı.

1912-1913-cü illər Birinci Balkan müharibəsi zamanı serb qoşunları Kosovonu, Sancak bölgəsini, Makedoniyanın şimal və mərkəzi hissələrini və Albaniyanın əhəmiyyətli bir hissəsini Durreslə birlikdə işğal etdilər. 1913-cü il London sülhünə əsasən, Serbiya və Monteneqro Yenibazar Sancağını və Kosovonu öz aralarında bölüşdürdülər. Lakin Serbiyanın Albaniya ilə bağlı iddiaları rədd edildi, ölkə dənizə çıxış əldə etmədi. Bolqarıstanın müqaviməti ilə Makedoniyaya mənsubiyyət məsələsi də həll olunmadı. Nəticədə 1913-cü ildə Bolqarıstanın məğlubiyyəti və Makedoniyanın Serbiya ilə Yunanıstan arasında bölünməsi ilə başa çatan İkinci Balkan müharibəsi başladı. Makedoniyanın şimal hissəsi (Vardar Makedoniyası) Serbiyaya birləşdirildi.

Balkan müharibələri nəticəsində Serbiyaya birləşdirilən torpaqların ümumi sahəsi təqribən 39 min km2, əhalisi isə təxminən 1,4 milyon nəfər idi.[9] Bu ərazilərdə serblərlə yanaşı, milli kimliyi hələ ifadə olunmamış xeyli sayda alban, türk, eləcə də pravoslav makedoniyalı slavyanlar yaşayırdı. Makedoniyada inteqrasiya siyasətinin bir hissəsi olaraq bolqar məktəbləri və təhsil cəmiyyətləri bağlandı. Serblərin Kosovonu müstəmləkələşdirməsi təşviq edildi. Serbiyanın özündə də radikallarla ordu dairələri arasında münasibətlər gərginləşməyə başladı. Siyasi böhran 1914-cü ilin iyununda vəliəhd Aleksandrın regentliyinin yaradılması ilə aradan qaldırıldı.

Şahzadə Aleksandrın regentliyi

[redaktə | mənbəni redaktə et]

25 iyun (8 iyul) 1914-cü ildə I Pyotr kral vəzifəsində qalaraq səhhətindəki problemlərə görə istefa verdi. Oğlu Aleksandr regent oldu.

Birinci Dünya müharibəsi illərində

[redaktə | mənbəni redaktə et]
Serbiya ordusunun Albaniyaya doğru geri çəkilməsi
Avstriyalılar serb əsirləri güllələyir

Serbiyanın hərbi uğurları dövlətin nüfuzunu xeyli yüksəltdi. Serbiya Balkan yarımadasında aparıcı siyasi mövqe tutdu və cənub slavyanlarının milli hərəkatlarının başında dayandı. Bununla belə, bu, serb millətçilərinin radikallaşmasına da təkan verdi.[6] 28 iyun 1914-cü ildə "Birləşmə və ya Ölüm" təşkilatının serb zabitlərinin nümayəndələri ilə əlaqəli bir qrup bosniya-serb radikalı Avstriya-Macarıstan taxt-tacının varisi Ershersoq Frans Ferdinandın Sarayevoda qətlini törətdilər. Avstriya hakimiyyəti bu qətli Serbiyanın üzərinə atdı və ona ultimatum verdi. Serbiya hökumətinin ultimatum şərtlərindən birini yerinə yetirməkdən imtina etməsi Birinci Dünya müharibəsinin başlamasına səbəb oldu.

Serbiyanın hərbi potensialı Avstriya-Macarıstan monarxiyasının qüvvələrindən xeyli aşağı idi.[6] Bununla belə, müharibənin birinci ilində serblər düşmənin avstriyalıların hücumunun qarşısını ala bildilər. 1914-cü ilin sentyabrında Drinadakı döyüşdən sonra Avstriya qoşunları Bosniyaya geri çəkildi və həmin il dekabrın əvvəlində məğlub oldular. Onlar Kolubarada və Belqraddan qovuldular. Serbiyanın qələbələri Antanta ölkələrində və Avropa ictimaiyyəti arasında onun nüfuzunu xeyli yüksəltdi. Lakin ölkə öz imkanlarının həddində idi. 700 mindən çox vətəndaş (bütün ölkə əhalisinin 1/6) səfərbər edildi, müharibənin birinci ilində itkilər təxminən 163 min nəfər, yazında 1915-ci ildə 150 ​​mindən çox serbin həyatına son qoyan tif epidemiyası baş verdi. Dövlət borcunu fəlakətli şəkildə artırdı.[6]

23 sentyabr 1915-ci ildə Bolqarıstan Avstriya-Macarıstan və Almaniyanın tərəfində müharibəyə girdi, Makedoniyanın Serb hissəsinə iddiasını davam etdirdi. Avstriya, Almaniya və Bolqarıstan qoşunlarının koordinasiyalı hücumu nəticəsində 1915-ci ilin oktyabrında serb ordusu bütün cəbhələrdə məğlub oldu və Albaniya dağlarından keçərək böyük itkilərlə Adriatik dənizinə çəkildi. Onun qalıqları Müttəfiqlər tərəfindən Korfuya təxliyə edildi. Serbiyanın ərazisi Avstriya, Almaniya və Bolqarıstan qoşunları tərəfindən işğal edildi.

Artıq 1916-cı ilin əvvəlində Saloniki cəbhəsinə yollanan Serb Korpusu Korfuda yenidən quruldu. Burada İngilis-Fransız qoşunları ilə birlikdə hərbi əməliyyatları davam etdirdilər. 1916-cı ilin sonunda serb birləşmələri Bitolanı azad etdilər, lakin sonrakı irəliləyiş dayandırıldı. Eyni zamanda Nikola Paşiçin başçılıq etdiyi mühacirətdəki Serb hökuməti Korfuda fəaliyyətini davam etdirdi. 1917-ci ildə "Birləşmə və ya Ölüm" təşkilatının üzvlərinə qarşı məhkəmə keçirildi. Nəticədə onun liderləri, o cümlədən Draqutin Dimitriyeviç edam edildi və ordu ölkənin siyasi həyatında müstəqil rol oynamağı dayandırdı. 1918-ci ilin payızında müharibədə köklü dönüş baş verdi. Bir sıra döyüşlərdə franko-serb qoşunları Bolqarıstan və Avstriya ordularını məğlub edərək şimala doğru irəlilədilər, Bolqarıstan müharibədən çəkildi. 1918-ci il noyabrın 10-da müttəfiqlər Dunay çayını keçdilər. Serbiya azad edildi.

Serb, xorvat və sloven krallığına çevrilmə

[redaktə | mənbəni redaktə et]
Serb, xorvat və sloven krallığının ərazisi

Artıq Birinci Dünya müharibəsinin lap əvvəlində Serbiya hökuməti Cənubi Slavyan xalqlarının azadlığı və Böyük Serbiyanın tərkibində birləşmələri üçün müharibə apardığını elan etdi. 1915-ci ilin aprelində Londonda Avstriya-Macarıstanın tərkibinə daxil olan ərazilərdə Cənubi Slavyanların milli hərəkatlarının nümayəndələrindən Avstriya hökumətini devirmək səylərini əlaqələndirmək üçün Yuqoslaviya Komitəsi yaradıldı. 1917-ci il iyulun 20-də Korfuda Yuqoslaviya Komitəsi ilə Serbiya hökuməti arasında Avstriya-Macarıstanın tərkibində Serbiya, Monteneqro və Cənubi Slavyan torpaqlarının kralın başçılıq etdiyi vahid müstəqil dövlətə birləşməsini nəzərdə tutan bəyannamə imzalandı. Serb sülaləsindən olan Qarageorgiyeviç və üç xalqın - serblər, xorvatlar və slovenlərdən ibarət bərabər hüquqlu krallıq yaradıldı. Bununla Serbiya krallığı Serb, xorvat və sloven krallığına çevrildi. 1918-ci il dekabrın 1-dən ölkə Serblərin, Xorvatların və Slovenlərin Krallığı (serb. Краљевина Срба, Хрвата и Словенаца) adlandı. Qısaldılmış şəkildə SXS krallığı və SXSK.[6][10]

1929-cu il yanvarın 6-da kral I Aleksandr tərəfindən dövlət çevrilişi və diktaturanın qurulmasından sonra 4 oktyabr 1929-cu ildə kralığa Yuqoslaviya adı verildi.

Rəssam Nadejda Petroviç Avto portret

XIX əsrin sonu - XX əsrin əvvəlləri dövrü cəmiyyətin modernləşməsi və mədəniyyətin yüksəlişi ilə yadda qaldı. İbtidai və orta məktəblərin, təhsil müəssisələrinin şəbəkəsi sürətlə genişləndi. 1905-ci ildə universitetin əsası qoyuldu. Belqrad bütün Serb torpaqlarının mübahisəsiz mədəniyyət mərkəzinə çevrildi. Serblərin ictimai və mədəni həyatında ən böyük təsir maarifçilik və Yuqoslaviya birliyi ideyalarını təbliğ edən Yovan Skerlixin rəhbərlik etdiyi “Srpski knizhevni glasnik” jurnalı tərəfindən göstərilmişdir.

Serb elmi yüksək səviyyəyə çatmışdır (etnoqraf Yovan Sviyiç, geofizik Milutin Milankoviçin əsərləri[11]). Ədəbiyyatda və dramaturgiya sənətində tənqidi realizm (Radoje Domanoviç, Branislav Nuşiç və başqaları) Yovan Duçiç, Vladislav Petkoviç Dis, Velko Miliçeviç və İsidora Sekuliç kimi müəlliflərin təmsil olunduğu modernizmlə əvəz olundu. Müasir Serb sənətinin başlanğıcında dayanan rəssam Nadejda Petroviç Avropa şöhrətini qazandı. Ədəbiyyat və incəsənətdə milli mövzular, ilk növbədə Kosovo əfsanəsi (Veljko Petroviçin poeziyası, Paya Yovanoviçin rəsmləri, İvan Mestroviçin heykəltəraşlığı) xüsusi rol oynamışdır.[6][12]

Serbiya krallığında Balkan müharibələrindən əvvəl əhalisi 10.000 nəfərdən çox olan 17 şəhər var idi. 1910-1912-ci illər üçün Serbiya krallığının ən böyük şəhərləri:[13]

1918-ci ildə Yuqoslaviya (Serblərin, Xorvatların və Slovenlərin krallığı) krallığının etnik strukturu[14]
Etnik qruplar Əhalinin sayı, min nəfərlə Ümumi say nisbəti faizlə
Serblər 4,665,851 38,83
Xorvatlar 2,856,551 23,77
Slovenlər 1,024,761 8,53
bosniyalı müsəlmanlar 727,650 6,05
Makedoniyalılar 585,558 4,87
Digər slavyanlar 174,466 1,45
Almanlar 513,472 4,27
Macarlar 472,409 3,93
Albanlar 441,740 3,68
Rumınlar 229,398 1,91
Türklər 168,404 1,40
Yəhudilər 64,159 0,53
İtalyanlar 12,825 0,11
Digər xalqlar 80,079 0,67
Всего 12,017,323 100.00
  1. Stanford J. Shaw and Ezel Kural Shaw, History of the Ottoman Empire and Modern Turkey, Volume 2: Reform, Revolution and Republic—The Rise of Modern Turkey, 1808–1975 (Cambridge University Press, 1977), p. 148.
  2. 1 2 3 История Югославии. В 2-х т. — М., 1963.
  3. Агансон О. И.  Влияние переворота 1903 года в Сербии на расстановку сил в Балканском регионе // Вестник Московского университета. Серия 8: История. — 2010. — № 2. — С. 79—80.
  4. Bataković, Dušan T. Minorities in the Balkans: state policy and interethnic relations (1804 - 2004): Les minorites dans les Balkans. Balkanološki institut SANU. 2011. səh. 98. ISBN 9788671790680.
  5. История Югославии, 1963.
  6. 1 2 3 4 5 6 7 8 История Югославии, 1963
  7. Ћоровић, Владимир. Историја српског народа. — Београд, 1981
  8. Spasovski M., Živković D., Stepić M. The Ethnic Structure of the Population in Bosnia and Herzegovina. Arxivləşdirilib 2008-06-07 at the Wayback Machine
  9. Radovanović S. Demographic Growth and Ethnodemographic Changes in the Republic of Serbia. Arxivləşdirilib 2008-06-25 at the Wayback Machine
  10. Писарев Ю. А.  Создание югославского государства в 1918 г.: Уроки истории Arxivləşdirilib 2020-06-29 at the Wayback Machine.
  11. Научная деятельность Николы Теслы, серба по национальности и одного из величайших учёных начала XX века, однако, развивалась вне Сербии.
  12. История и искусство Сербии // Искусство стран и народов мира. — М., 1978.
  13. Andrej Mitrović. Serbia’s great war, 1914—1918, 2007 — p. 56
  14. Banac, Ivo. The National Question in Yugoslavia: Origins, History, Politics. Arxivləşdirilib 2020-08-02 at the Wayback Machine Cornell University Press, 1988. pp. 49-53, 58. ISBN 9780801494932

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]