Spider-Man (videooyun, 2018)

Marvel's Spider-Man[a] (azərb. Marvelin Hörümçək-adamı‎) — "Insomniac Games" tərəfindən hazırlanan, "Sony Interactive Entertainment" tərəfindən nəşr olunan və döyüş-macəra janrında olan videooyun. Bu, "Insomniac Games" şirkətinin ilk lisenziyalı videooyunudur və bütövlükdə 35-ci Hörümçək-adam videooyunudur. Oyun 7 sentyabr 2018-ci il tarixində PlayStation 4 konsoluna eksklüziv olaraq satışa çıxarılmışdır. Oyun "Marvel Comics" nəşriyyatının Hörümçək-adam kainatında, ABŞ-nin Nyu-York şəhərində cərəyan edir. Oyun uzunömürlü komiks mifologiyası və digər mediadakı adaptasiyalardan ilham almışdır.

Marvel's Spider-Man
Loqonun şəkli
"Marvel's Spider-Man" videooyununun rəsmi afişası
"Marvel's Spider-Man" videooyununun rəsmi afişası
Hazırlayanlar Insomniac Games
Yayımlayanlar Sony Interactive Entertainment
Anons tarixi Ümumdünya 13 iyun 2016
Buraxılış tarixi Ümumdünya 7 sentyabr 2018
Lisenziya Marvel
Janrlar döyüş-macəra
Yaş reytinqləri PEGI: 16
ESRB: TTeen
USK: 12
CERO: B
RARS: 18+
Rejissorlar
  • Brayn Horton
  • Brayn İntihar
  • Markus Smit
  • Rayan Smit
Dizaynerlər
  • Kemeron Kristian
  • Ceyms Kuper
  • Mayk Deyli
  • Coel Qudsell
  • Mark Stüart
Ssenaristlər
  • Con Pakett
  • Bencamin Arfmann
  • Kelsi Bixum
Proqramçılar
  • Co Valensuela
Rəssamlar
  • Casinda Çu
  • Qrant Hollis
Bəstəkarlar
Texniki məlumat
Platforma PlayStation 4, PlayStation 5
Oyun rejimləri Birnəfərli oyun
İnterfeysin dili ingilis dili
Daşıyıcılar Blu-Ray (PS4 üçün), rəqəmsal dağılım (PSN üçün)
İdarəetmə qeympad
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oyunun əsas süjet xətti 23 yaşlı kollec məzunu və tədqiqat üzrə köməkçi olan, bədbəxt hadisə nəticəsində radioaktiv bir hörümçək tərəfindən sancılmasından sonra superinsan qabiliyyətləri əldə edən Piter Parkerdən bəhs edir. Piter Parker artıq səkkiz ildir ki, alter eqosu olan Hörümçək-adam olaraq cinayətkarlarla vuruşur. O, öz superqəhrəman və şəxsi həyatı arasındakı balansı saxlamaqda çətinlik çəkir. Supercinayətkar olan Mister Neqativ Nyu-York şəhərinin kriminal aləminin idarəsini ələ almaq üçün plan qurur. Mister Neqativ öldürücü bir virusu yaymaq barədə hədə-qorxu gəldikdə, Hörümçək-adam onunla üz-üzə gəlir və bir tərəfdən öz mülki şəxsiyyəti Piter Parkerin şəxsi problemləri ilə məşğul olarkən, digər tərəfdən də şəhəri müdafiə edir.

Oyunun geympleyinin diqqət mərkəzi Hörümçək-adamın səyahət və döyüş qabiliyyətlərindədir. Bu, üçüncü-şəxs perspektivindən göstərilir. Hörümçək-adam Nyu-York şəhərində rahatlıqla hərəkət edə, personajlarla qarşılıqlı əlaqəyə girə, öz boynuna tapşırıqlar götürə, eləcə də əsas süjet xəttində irəliləyərək və ya tapşırıqları yerinə yetirərək yeni qadcetlər və kostyumların kilidi aça bilər. Süjet xətti xaricində, oyunçu əlavə məzmun və kolleksiya əşyalarının kilidi açmaq üçün yan tapşırıqları yerinə yetirə bilər. Oyunun geympleyinin döyüş seqmenti hücumları zəncirləyərək, ətraf mühitdən istifadə edərək və tor ataraq yağıları yararsızlaşdırmağa fokuslanır.

"Spider-Man" videooyunun istehsalına 2014-cü ildə start verilmişdir və təxminən dörd ilə başa çatmışdır. "Insomniac Games" şirkətinə videooyun istehsal etmək üçün "Marvel Comics" nəşriyyatının kataloqundakı istədikləri personajdan istifadə etmək imkanı verilmişdi. Şirkət Hörümçək-adamı seçdi. Bu qərarın iki səbəbi var idi – işçilərin personajı xoşlaması və planlaşdırılan geympleyin əvvəlki layihələri olan "Sunset Overdrive" (2014) videooyununun geympleyinə çox oxşaması. Oyunun geymdizaynı üzrə işləyərkən "Insomniac Games" bütün medialarda görünmüş hər bir Hörümçək-adam variasiyasından ilham almışdır, lakin "Marvel Comics" və "Insomniac Games" oyunçulara mövcud bir əsərlə əlaqəsi olmayan orijinal bir hekayə təqdim etmək istəyirdi. Buna görə də şirkət Yer-1048 (ing. Earth-1048) adlı xüsusi bir kainat yaratmışdır. O vaxtdan bəri bu kainatdan romanlar, merçandayzinq və komikslərdə istifadə olunmuşdur.

"Spider-Man" PlayStation 4 konsoluna eksklüziv olaraq 7 sentyabr 2018-ci il tarixində satışa çıxarılmışdır. Oyun hekayəsi, personajları, döyüş və tordan istifadə edən səyahət mexanikalarına görə təriflənmiş, ancaq açıq-dünya dizaynı yenilikçi olmadığı üçün bəziləri tərəfindən tənqid edilmişdir. Gözdən keçirilənlərin bir qismi oyunu tarixin ən yaxşı superqəhrəman oyunlarından biri adlandırmış, sevilən "Batman: Arkham" seriyası ilə müqayisə etmişdir. "Spider-Man" 2018-ci ilin ən tez satan oyunlarından birinə, ən çox satan PlayStation 4 oyunlarından birinə və ABŞ-də ən tez satan superqəhrəman oyununa çevrilmişdir. "Spider-Man" videooyununun davamçısı hekayəyə əsaslanan üçhissəli endirilə bilən məzmun olan "Spider-Man: The City that Never Sleeps" buraxılışıdır. Bu buraxılışın hər hissəsi aylıq şəkildə 2018-ci ilin oktyabr ayından dekabr ayına qədər satışa çıxarılmışdır.

Hörümçək-adam qabiliyyətlərindən və torlarından istifadə edərək üfüqi və ya şaquli istiqamətdə hərəkət edərək, maneələrdən durmadan keçərək şəhərdə rahatlıqla səyahət edə bilir. (0:12)

"Spider-Man" əsas süjet xətti ABŞ-nin Nyu-York şəhərinin Manhetten borosunun uydurulmuş bir versiyasında cərəyan edən açıq-dünya döyüş-macəra videooyunudur.[1][2] Oyun oyunçu personajı ekranda göstərərək və kameranın rahatlıqla onun ətrafında fırladılmağına imkan verərək üçüncü-şəxs perspektivindən təqdim edilir.[2] Əsas oynanıla bilən personaj superqəhrəman Hörümçək-adamdır.[3]

Döyüş sistemi üç butonun istifadə edilməsindən ibarətdir – biri fəndbazlıq, biri fiziki zərbələr endirmək, biri isə tora əsaslanan hücumlar üçündür.[2] Toratmadan yağıları yararsızlaşdırmaq və onları yaxın obyektlərə yapışdırmaq – onları birbaşa döyüşdən uzaqlaşdırmaq üçün istifadə etmək olar. Yüksəklikdən düşən düşmənlər Hörümçək-adam tərəfindən avtomatik şəkildə tor baramalarına çevrilir və beləliklə, onlar ölümdən xilas olunur.[4][5] Hörümçək-adam döyüş zamanı ətraf mühitdən istifadə edə də bilər. O, divarlardan tullana, kürəbənd qapaqları, qumbaraları və torla bürünmüş düşmənləri tullaya bilər.[6]

Müvəffəqiyyətli və ardıcıl zərbələr "fokus" yaradır. Bu, qismən tamamlandıqla Hörümçək-adamın sağlamlıq səviyyəsini artıra, tam şəkildə tamamlandıqda isə hər hansı bir düşməni dərhal zərərsizləşdirən xüsusi finiş zərbələri endirmək imkanını yaradır.[2][6] Hörümçək-adamda "hörümçək hissi" var ki, bu da oyunçu personajın başının üzərində ağ rəngli bir ikona olaraq göstərilir. Hörümçək hissi gələcək hücumu və ondan fərdbazlıqla yayına bilinəcəyini oyunçuya öncədən xəbər verir. Zərbə endiriləndən çox az əvvəl gerçəkləşdirilmiş yayınma hərəkəti Hörümçək-adama zərbəsindən yayındığı düşmənə toratma ilə cavab zərbəsi endirmək imkanını verir.[6] Bəzi düşmənlər başqa yollardan istifadə edərək məğlub edilməlidir. Əlbəyaxa döyüş silahı daşıyan düşmənlər oyunçu personajın endirdiyi zərbələri əngəlləyir, buna görə də oyunçu personaj düşmənlərə onları göyə uçuracaq güclü zərbə endirməlidir. Qalxanlı düşmənlər də Hörümçək-adamın endirdiyi zənrbələri əngəlləyə bilirlər. Buna görə də Hörümçək-adam onların arxalarına keçib onlara oradan zərbə endirməlidir. Qamçı daşıyan düşmənlər Hörümçək-adamı göydə yaxalaya bilər və onu özünə çəkərək ona zərbə endirə bilər. Onları məğlub etmək üçün cavab zərbələrini dəqiq endirmək zəruridir. Digər düşmən tiplərinə məğlub olmazdan əvvəl daha çox zərər ala bilən ağır zirehli agentlər, qaba adamlar və havada qala bilən raket arxa çantası geyən düşmənlər aiddir.[5]

Hörümçək-adam dünyada yeriyərək, tullanaraq, binalar arasından tor ataraq yellənərək, divarlar boyunca qaçaraq və maneələrin üzərindən avtomatik şəkildə tullanaraq hərəkət edə bilir. Əlavə olaraq, o, binaları çox asanlıqla dırmaşa, akrobatik hərəkətlər yerinə yetirə bilir. Personaj özünü müəyyən nöqtələrə çəkmək üçün torları dəqiq şəkildə nişanlaya bilir.[2][6] Yellənmək üçün istifadə olunan torları bərkitmək üçün fiziki obyektlərə ehtiyac duyulur. Yellənməyin güc və sürətini toru müəyyən nöqtələrdə buraxaraq idarə etmək olar. Bunu edərək personaj yellənərkən daha yüksəyə qalxır və sürətini artırır.[7] Oyunda Nyu-York metropolitenindən istifadə edən seçimə bağlı sürətli səyahət sistemi xüsusiyyəti mövcuddur.[8]

Hörümçək-adamın döyüş zamanı işə sala biləcəyi müxtəlif qadcetləri var. Bu qadcetlərə elektrik toratma, kontuziyaya səbəb olan hava axını və düşmənləri arxaya itələyən zərbəli toratma aiddir.[4][6] Oyunçu qadcetlərin kilidini oyunun əsas süjet xəttində irəliləyərək aça bilər. Bu qadcetləri radial menyudan istifadə edərək işlətmək olar.[6] Hörümçək-adamın bir neçə kilidi açıla bilən kostyumları var. Bu kostyumlar digər mediafa mövcud olan Hörümçək-adam kostyumlarına əsaslanır. Əlavə olaraq, bu kostyumlara oyun üçün hazırlanmış orijinal kostyumlar da daxildir. Bu kostyumların çoxu daha sürətlə artan fokus, qravitasiyanın azaldılması, gizliliyin təkmilləşdirilməsi, oyunçunun toxunulmazlaşdırılması və düşmənlərin silahlarını yararsız hala gətirmək üçün elektromaqnetik impuls yaymaq kimi döyüş zamanı oyunçuya kömək edə biləcək xüsusi qabiliyyətlər təqdim edir.[4] Kilidi açılan zaman kostyumlar və gücləri istənilən vaxt kombinə etmək olar.[2] Gizli döyüş sistemi Hörümçək-adamın yüksək yerlərdə hərəkət edərək qadcetlərdən və ya torlardan istifadə edərək yalnız qalmış düşmənləri zərərsizləşdirməsindən ibarətdir.[4] Səviyyə adlamaq oyunçuya bacarıq ağacındakı üç kateqoriyaya – yer üzərində döyüş, havada döyüş və səyahət kateqoriyalarına ayrılmış bacarıqların kilidini açmaq imkanını verir.[8]

Kostyumlar, kostyum modifikasiyaları, qadcetlər və onlara bağlı inkişaflar oyunçuya müəyyən tapşırıqların yerinə yetirilməsi nəticəsində verilən jetonlar (azərb. Tokens‎) adlı resurslarla satın alınır. Kilidi açılan bilən hər bir əşya müxtəlif növ jetonların müəyyən miqdarını tələb edir. Jetonlar 6 növə ayrılır. Onlar – Taskmasterin verdiyi vaxt və bacarığa əsaslanan döyüş, gizlilik və səyahət tapşırıqlarını yerinə yetirməklə qazanılan çağırış jetonları;[9] Hörümçək-adamın köhnə arxa çantalarının yerini tapmaqla qazanılan arxa çantası jetonları;[10] tədqiqat mərkəzi tapşırıqlarını, elmi mini-oyunları yerinə yetirməklə və göyərçin toplamaqla qazanılan tədqiqat jetonları;[11] ətraf mühitdə gerçəkləşən cinayət hadisələrinin qarşısını almaqla qazanılan cinayət jetonları;[12] düşmən bazalarını yağılardan təmizləyərək qazanılan baza jetonları;[13] şəhərdə yerləşən müəyyən məkanların şəklini çəkərək qazanılan görməli yer jetonları.[14] Tamamladıqda oyunçuya təcrübə balları və tədqiqat jetonları verən elektrik torunu düzgün sıralamağı tələb edən halqa pazlları və mürəkkəb parçalardan istifadə edərək müəyyən naxışları yenidən qurmağı tələb edən naxış pazlları kimi mini-oyunlar da mövcuddur.[15] Oyunçu şəhərin müxtəlif möqtələrində yerləşən radio qüllələrini bərpa edə bilər. Radio qüllələri bərpa edildikdə əhatə dairəsindəki bütün toplanıla bilən əşyaları, tapşırıqları və aktiv cinayət hadisələrini nişanlayır.[16]

Oyunun bəzi seqmentlərində oyunçu Hörümçək-adamın alter eqosu olan Piter Parkeri,[3] onun dostları Meri Ceyn UotsonuMaylz Moralesi idarə edir. Oyunçunun Parkeri idarə etdiyi hissələr adətən pazlları həll etməkdən ibarətdir, fəqət oyunçunun Meri Ceyn və Maylzı idarə etdiyi hissələr isə düşmənlərdən yayınmaq üçün gizlilikdən istifadəyə fokuslanır.[17][18][16] Oyunda ilkin mərhələdə üç çətinlik səviyyəsi olacaqdı. Onlar – Dostcul (asan), Heyranedici (normal) və Valehedici (çətin).[19] Oyun satışa çıxarıldıqdan sonra təqdim edilən yeniləmədə oyuna dördüncü "Mükəmməl" çətinlik səviyyəsi gətirilmişdir. Bu çətinlik səviyyəsində düşmənin verdiyi zərər və onların sağlamlığı artırılır, Hörümçək-adamınki isə azaldılır. Əlavə olaraq, bu yeniləmə oyuna "New Game Plus" xüsusiyyətini də gətirmişdir. Bu xüsusiyyət sayəsində oyunçu yenidən başlatdığı oyunda əvvəlki oyunkeçmədə kilidini açdığı bütün kostyumlar, güclər, qadcetlər və kostyum modifikasiyalardan istədiyi zaman istifadə edə bilər.[20] Oyunda həmçinin, əlverişlilik nizamlamaları var. Bu nizamlamalarla pazl mini-oyunlarını ötürə, daha böyük subtitrları aktivləşdirə, "quick time event" hissələrini avtomatik olaraq tamamlaya və butonabasma funksiyasını butonusaxlama funksiyası ilə dəyişdirə bilər.[21] Oyunda müxtəlif şəkil filterləri, etiketləri və çərçivələrindən istifadə edərək Hörümçək-adamın və ətraf mühitin şəklini çəkmək üçün şəkil rejimi də var. Kameradan selfi çəkmək üçün istifadə etmək olar və şəkil çəkmək üçün oyunu hər an dayandırmaq mümkündür.[22][23][24]

2009-cu ildə Yuri Lovental (solda) və 2013-cü ildə Uilyam Salyers (sağda). Onlar müvafiq olaraq, Hörümçək-adamı və Doktor Otto Oktaviusu səsləndirmişdilər.

"Spider-Man" videooyununda Hörümçək-adam komikslərindən götürülən böyük bir ansambl personaj heyəti var. Piter Parker (səsləndirən – Yuri Lovental)[25] genetik modifikasiyaya məruz qalan bir hörümçəyin onu sancması ilə superinsan bacarıqlarına sahiblənən 23 yaşlı tədqiqat üzrə köməkçidir.[3][26] Superqəhrəman Hörümçək-adam kimliyini öz üzərinə götürən Parker bu bacarıqlardan Nyu-York şəhərinin sakinlərini müdafiə etmək üçün istifadə edir.[27] Artıq səkkiz ildir ki, superqəhrəmanlıqla məşğul olan Parker cinayətlə vuruşmaqda peşəkarlıq qazanmışdır, lakin o, öz superqəhrəman və şəxsi həyatları arasındakı balansı saxlamaqda çətinlik çəkir. Parkerin yaxınları arasında köhnə sevgilisi və "Daily Bugle" müxbiri Meri Ceyn Uotson (səsləndirən – Laura Beyli)[25] his ex-girlfriend,[26][3]Nyu-York Polis Departamentinin kapitanı Yuri Vatanabe (səsləndirən – Tara Platt)[25] var. Parkerin mülki həyatında ona ən yaxın şəxs Mey xaladır (səsləndirən – Nensi Linari).[25] Mey xala evsizləri sığınacaqla təmin etmək üçün təsis olunan Z.İ.Y.A.F.Ə.T təşkilatının könüllü üzvüdür. Bu təşkilatın rəhbəri xeyriyyəçi Martin Lidir (səsləndirən – Stiven Oyonq).[25][3] Parkerin müdiri onun dostu və müəllimi, görkəmli alim Doktor Otto Oktaviusdur (səsləndirən – Uilyam Salyers).[28][26]

Hörümçək-adamın macərası onu Maylz Morales (səsləndirən – Nəci Ceter)[25][26] və onun valideynləri Nyu-York Polis Departamentinin zabiti Cefferson Devis (səsləndirən – Rassel Riçardson) və Rio Morales (səsləndirən – Jaklin Pinol), "OsCorp" şirkətinin baş direktoru və Nyu-York şəhərinin meri Norman Ozborn (səsləndirən – Mark Rolston)[25][29] və "Sable International" özəl hərbi şirkətinin rəhbəri Silver Sablinova (səsləndirən – Nikol Eliz) ilə qarşılıqlı əlaqəyə girməsinə səbəb olur.[26] Hörümçək-adamı tapşırığı onu bir neçə supercinayətkarla münaqişəyə salır. Onun ilk düşməni Nyu-York şəhərinin cinayət aləminin mərkəzi fiquru Uilson Fisk (səsləndirən – Trevis Uillingem)[30][3] və fövqəltəbii gücə malik "İblislər" adlı cinayət dəstəsidir. Onlar insanları onlara toxunaraq pis yola çəkə bilən Mister Neqativ üçün şəhəri bölürlər.[3][31] Hörümçək-adam həmçinin, Elektro (səsləndirən – Coş Kiton), Kərgədan (səsləndirən – Fred Tataskiore), Əqrəb (səsləndirən – Ceyson Spisak),[32] Kərkəs (səsləndirən – Dvayt Şults),[29] Şokçu (səsləndirən – Deyv Mitçell), Taskmaster (səsləndirən – Brayn Blum), Skruboll (səsləndirən – Stefani Lemelin) və Qəbirdaşı (səsləndirən – Kori Cons) ilə üz-üzə gəlir.

Əsas oyunda uzun bir tətil əsnasında qeyb olan[33] Parker və Uatsonun uşaqlıq dostu Herri Ozborn (səsləndirən – Skott Porter),[30] eləcə də Hörümçək-adam əleyhinə fəaliyyət göstərən radio verilişinin aparıcısı Cey Cona Ceynson (səsləndirən – Darin de Pol) kimi personajlar da görünür.[25][26] Hörümçək-adam personajının yaradıcılarından biri olan Sten Li də oyunda fastfud aşpazı kameo rolunu canlandırır.[34] Oyunun endirilə bilən məzmununda görünən personajlara Qara pişik (səsləndirən – Erika Lindbek),[35][36] "Maggiya" qanqsteri Çəkicbaş (səsləndirən – Kit Silversteyn)[37] və Felisiyanın atası Ualter Hardi (səsləndirən – Daniel Riordan) daxildir.[38]

"Spider-Man" videooyunu "Marvel Comics" kainatından bir neçə uydurma məkanı və şirkəti təsvir edir. Bunlara aiddir – Qisasçılar qülləsi, Vakanda səfirliyi, Sanktum Sanktorum,[27] NelsonMurdokun vəkil kontorları, "Alias Investigations" binası, "Damage Control" şirkəti, "Roxxon Energy Corporation" və Empayr Steyt Universiteti.[39][40] Bütün bu sadalananlara əlavə olaraq, oyunda real həyatda mövcud olan tikililər də təsvir edilmişdir. Bunlara aiddir – Empayr Steyt Bildinq, Azadlıq qülləsi, Medison-skver-qardenKraysler-bildinq.[1]

Polis Uilson Fiskin nəzarətə almaq üçün yetərli dəlil əldə etdikdən sonra Hörümçək-adam onu ələ keçirir. Fisk həbsxanaya göndərilir. O, Hörümçək-adama şəhərdəki nizam-intizamın onun olmadığı vaxtda darmadağın olacağı barədə xəbərdarlıq verir. Daha sonra Otto Oktavius hazırladığı təkmilləşdirilmiş protezləri Piter Parkerin köməyi ilə öz maliyyəçilərinə nümayiş etdirir, ancaq prezentasiya uğursuz keçir. Bu zaman "İblislər" Fiskin qeyri-qanuni əmlaklarını ələ keçirir. Meri Ceyn "İblislər"in Fiskin mülklərinin auksionuna hücumunu təhqiq edir. Meri Ceyn və Hörümçək-adam "İblislər"in "İblisin nəfəsi" adlı bir şeyi axtardıqlarını öyrənilər.

Hörümçək-adam polis zabiti Cefferson Deyvisin köməyi ilə bir "İblislər" hücumunun qarşısını alır. Deyvis Nyu-York şəhərinin meri Norman Ozbornun yenidən seçilməsi mərasimində qəhrəmanlığına görə mədh edilir. Piter, Meri Ceyn, Deyvisin həyat yoldaşı Rio və oğlu Maylz Moralez də bu mərasimdə iştirak edir. Ozborn telefon zəngi alır. Bu telefon zəngində o, naməlum bir şəxs şəhəri cəzalandırmaqla hədələnir. Buna görə də Ozborn mərasimdən qaçır. Daha sonra "İblislər" mərasimə hücum edir, Deyvis və başqa iştirakçıları qətlə yetirir. Piter onların rəhbəri olan Martin Linin Mister Neqativə çevrilməsinə şahid olur, ancaq müdaxilə etmək istəyərkən hücuma məruz qalır və huşunu itirir. Hücumdan sonra Ozborn Silver Sablinovanı və "Sable International" şirkətini işə alır ki, polisə dəstək versinlər. Piter Maylzla dostlaşır və onunla danışır ki, Z.İ.Y.A.F.Ə.T təşkilatına qoşulsun.

Piter və Oktavius tədqiqatlarına davam edirlər, fəqət Ozborn Oktaviusu "OsCorp" şirkəti üçün çalımağa vadar etmək məqsədiylə onların tədqiqatlarına qoyulan hökumət sərmayəsini kəsir. Linin axtararkən Hörünmək-adam "İblisin nəfəsi"nin təhlükəli, ölümcül bir bioloji silah olduğunu aşkar edir. Bu bioloji silah genetik xəstəliklərə bir çarə hazırlayarkən Ozbornun buyuruğu ilə "OsCopr" tərəfindən diqqətsizlik ucbatından yaradılmışdır. Li "İblisin nəfəsi"nin yeganə nümunəsinin yerini tapır və onu oğurlayır. O, bunu şəhərə salmaqla Ozborna hədə-qorxu gəlir ki, şəhərin idarəsini onu versin. Li Meri Ceyn və Hörümçək-adam tərəfindən məğlub edilir, "İbilisin nəfəsi" qorunaqlı bir yerdə saxlanılır və Li "Raft" (ing. The Raft; mənası – Sal) adlı maksimum təhlükəsizlikli həbsxanaya göndərilir.

Eyni zamanda Oktavius insan bədənin məhdudiyyətlərindən üstün olan təkmilləşdirilmiş qol və ayaqlar yaratmaqla mübtəla olur. O, belində yerləşən və interfeys vasitəsilə sinir sistemiylə idarə edilən dörd mexaniki caynaqlar yaradır. O, Piterə neyroəzələvi xəstəlikdən əziyyət çəkdiyini, axırda iflic olacağını və bu caynaqların onun hərəkətli olmasına kömək edəcəyini bildirir. Pter Oktaviusa xəbərdarlıq verir ki, bu intefeys onun ağlına və şəxsiyyətinə təsir göstərə bilər. Oktavius gizli şəkildə caynaqlardan istifadə etməyə davam edir və onda Ozborna nifrət oyanır. Bu cütlük əvvəllər meqakorporasiyanı birlikdə təsis etmişdilər, lakin Oktavius onu Ozbornun qeyri-əxlaqi təcrübələrinə görə tərk etmişdir.

"Raft"da məhbuslar iğtişaş yaradır, buna görə də Hörümçək-adam ora getməli olur. O, öyrənir ki, onun ən böyük düşmənlərindən olan Li, Elektro, Kərkəs, KərgədanƏqrəb həbsxanadan qaçıblar. Onlar Hörümçək-adamı məğlub edir və artıq özünü Doktor Osminoq adlandıran Oktaviusa təqdim edirlər. Oktavius döyüşmüş Hörümçək-adama onlara müdaxilə etməməsi barədə xəbərdarlıq verir. Çox keçməmiş onlar "İblisin nəfəsi"ni Tayms meydanına buraxırlar. Bu isə kütləvi xəstəliyə səbəb olur ki, Mey xala da bu xəstəliyə yoluxur. Nyu-York şəhəri xaosa bürünür, Oktavius və onun yoldaşları isə Ozbornun mülklərinə hücum edir. Ozborn şəhərdə fövqəladə vəziyyət elan edir və hadisəni Hörümçək-adamın boynuna atır, onun fərari olduğunu bəyan edir.

Hörümçək-adam tədricən şəhərin nəzarətini geri alır, Elektro, Kərkəs, Kərgədan və Əqrəbi məğlub edir. Meri Ceyn Ozbornun xudmani evinə gizlicə daxil olur və öyrənir ki, "İblisin nəfəsi" Ozbornun ölüm yatağında olan oğlu Herrini xilas etmək üçün yaradılıb. Uşaq olarkən Li bu müalicənin test nüminəsi olmuş, onun valideynlərinin ölümünə səbəb olan enerji partlayışında superinsan qabiliyyətlər əldə etdiyini və buna görə də onun Ozborna nifrət etdiyini, eləcə də Ozborn və Oktavius arasında çaxnaşmaın yarandığını öyrənir. O həmçinin, "İblisin nəfəsi" üçün padzəhərin olduğunu, ancaq Linin onu oğurladığını öyrənir. O, padzəhəri ələ keçirir, fəqət Oktavius gəlir, Hörümçək-adamı vəhşicəsinə döyür, padzəhər və Ozbornu alaraq oradan qaçır. Hörümçək-adam sağaldığı zaman Maylz Meri Ceynin bilmədən daşıdığı "OsCorp" tərəfindən genetik modifikasiyaya məruz qalmış bir hörümçək tərəfindən sancılır.

Yaralı olan Piter özü üçün zirehli bir kostyum hazırlayır və Oktaviusla "OsCorp" binasının damında qarşı-qarşıya gəlir, Ozbornu xilas edir. Oktavius Piterə onun gizli kimliyini bildiyini deyir və onlar başlayırlar döyüşməyə. Hörümçək-adam padzəhəri ələ keçirir və Oktaviusu məğlub edir. Onun süni caynaqları çıxardırılır və o, "Raft"a göndərilir. Piter məhdudi padzəhərdən Mey xalanı xilas etmək üçün istifadə edə və ya hər kəsi xilas etmək üçün onu həkimlərə verə bilər. O, hər kəsi xilas etmək qərarını alır. Ölməzdən əvvəl, Mey xala onun Hörümçək-adam olduğunu bildiyini və onunla fəxr etdiyini deyir. Üç ay keçir, Nyu-York şəhəri əvvəlki halında olur, Piter və Meri Ceyn yenidən sevgililik münasibəti qururlar. Maylz Piterə bildirir ki, o, hörümçəyəbənzər qabiliyyətlər qazanıb. Bu öyrənən Piter öz gizli kimliyini ona deyir. Ozborn gizli bir laboratoriyaya daxil olur. Burada Herri qara, torabənzər bir maddənin içərisində saxlanılıb. Ozbornu əlini həmin maddənin üzərinə yerləşdirir, maddə reaksiya verir və onu kopyalayır.

Videooyunun yaradıcı rejissoru Brayn İntihar (solda) və incəsənət rejissoru Casinda Çu (ortada) "Spider-Man" videooyunu barədə danışarkən. "San Diego Comic-Con" tədbiri. 2018-ci il.

"Spider-Man" videooyununun ilkin konsepsiyası "Sony Interactive Entertainment" korporasiyasının məhsul istehsalı üzrə vitse-prezidenti Konni Butun "Insomniac Games" şirkətini şirkətin baş direktoru Ted Prays ilə danışıqlar aparmaq üçün gəlməsindən sonra yaranmışdır.[41] "Insomniac Games" Xbox One konsoluna eksklüziv olan "Sunset Overdrive" (2014) videooyununu satışa çıxarmasından çox keçməmişdi. Həmin moment formal bir müqavilə olmadığından, potensial bir yeni layihə üzrə danışıqlar qeydə alınmamışdı.[42][43] But "Insomniac Games" şirkəti bi r "Marvel Comics" mülkünə əsaslanan bir videooyun üzərində işləmək məsələsini müzakirəyə çıxardı. Praysın dediyinə görə, onun reaksiyası "olduqca bitərəf" idi, çünki "Insomniac Games" əsasən orijinal mülklərə əsaslanan videooyunlar istehsal etmişdi. Buna baxmayaraq, şirkətin işçiləri bu layihəyə həvəsli idilər.[41]

Layihə "Marvel Entertainment" korporasiyasının videooyunlar üzrə apardığı strategiyanı dəyişməsi nəticəsində ərsəyə gətirilmişdir. Şirkətin oyunlar üzrə baş direktoru olan Cey Onq "Marvel Entertainment" korporasiyasının əvvəllər film çıxışlarına əlaqəsi olan və mülklərinə əsaslanan proqram təminatı buraxdığını, ancaq bunun heyranedici məhsullar ərsəyə gətirmək üçün istehsalçılara lazım olan vaxtı azaltdığını demişdir. Nəşrçi "Activision" 2000-ci ildən bəri Hörümçək-adam mövzulu videooyunların məsulu idi. Onq demişdir ki, "Activision" şirkəti gələcək layihələrdə iştirak etməyəcək. Onun yerinə bu işi "Sony Interactive Entertainment" və "Insomniac Games" edəcək.[44] "Marvel Entertainment" üzərində işlənən videooyunun mövcud olan bir filmə və ya komiks hekayəsini əsaslanmağını istəmirdi. Buna görədə şirkət "Insomniac Games" şirkətinə orijinal bir hekayə yaratmaq üçün istədiyi personajı seçmək təklifini verdi. Şirkətin istehsalçı komandası Hörümçək-adam personajını seçdi. Buna səbəb onların qəhrəman Hörümçək-adam və onun alter eqosu Piter Parker üçün yaradılacaq dinamikaya rahat uyğunlaşa bilmələri idi.

Videooyunun yaradıcı rejissoru Brayn İntihar demişdir: "Mən hiss edirəm ki, o, ən çox əlaqə yaradıla biləcək qəhrəmandır. Toni Starkı nə qədər sevsəm də, özünü bir milyarderlə eyniləşdirmək daha çətindir. Toru nə qədər sevsəm də, özünü bir tanrıyla eyniləşdirmək çətindir. Parker səhvlərə yola verir. Onun karyerasında, münasibətlərində, ailəsində müsbət və mənfi tərəflər var. Mən fikirləşirəm ki, biz hamımız onunla özümüzü əlaqələndirə bilərik".[43] "Insomniac Games" şirkətbnin aş direktoru Ted Prays demişdir: "O, çox bəşəridir və o, çox əlaqə yaradıla biləndir. Zənnimcə o, həmçinin, dünyanın ən məşhur Marvel personajıdır." Prays həmçinin, yeni layihə üçün Hörümçək-adamı seçməklə texniki üstünlükləri də diqqətə almışdır. "Sunset Overdrive" videooyununun "Spider-Man" üçün uyğunlaşdırıla bilən bir dinamik səyahət sistemi var.[41] "Spider-Man" son 22 ildə "Insomniac Games" şirkətinin istehsal etdiyi lisenziyalı bir mülkə əsaslanan ilk videooyun olmuşdur.[42]

İlkin mərhələdə həyəcanlı olan istehsalçı komandanın üzvləri Hörümçək-adamın populyarlığına və mövcud olan hekayələrin çoxluğuna, eləcə də personajın variasiyalarına görə layihədən qorxurdular. Oyunun rejissoru Rayan Smit demişdir: "Bu, xeyli qorxuducur ... əla bir Hörümçək-adam oyunu yaratmaq". İncəsənət rejissoru Casinda Çu personajın ekstensiv tarixində fürsət görmüş və onlayn istinadlardan, eləcə də personaj haqda geniş bilgiyə sahib "Marvel Entertainment" heyətindən məsləhət almışdır.[43]

"Spider-Man" videooyunu "Insomniac Games" şirkətinin özəl oyun mühərrikindən istifadə edir. Bu mühərrikdən 2014-cü ildə satışa çıxarılan "Sunset Overdrive" videooyununda istifadə edilmişdir. Mühərrik həmçinin, 2016-cı ildə satışa çıxarılan "Ratchet & Clank" videooyununda istifadə edilmişdir. 2016-cı ildə mühərrik 4K və HDR dəqiqliklərini dəstəkləmək üçün modifikasiya edilmişdir.[42] "Spider-Man" videooyunu 2016-cı ilin iyun ayında – "Electronic Entertainment Expo" tədbirində anons edilmişdir.[45] Təxminən dörd il davam edən istehsal prosesindən sonra "Spider-Man" videooyunu 30 iyul 2018-ci il tarixində tamamlanmışdır. Həmin tarixdə oyun istehsalata buraxılmışdır.[46][47] "Insomniac Games" şirkət" Spider-Man" üçün bir sikveli təsdiqləməkdən imtina etmişdir, ancaq İntihar demişdir ki, istehsalçılar auditoriyanın şirkətin gələcəkdə nə edəcəklərini müzakirə etmələrini istəyir. O demişdir ki, şirkət oyunçuları "Spider-Man: The City that Never Sleeps" endirilə bilən məzmunu ilə başlayaraq məşğul saxlamaq istəyir. Bu endirilə bilən məzmunun hekayəsi əsas oyunun sona çatmasından sonra cərəyan edir.[48][37]

Ssenari və personajlar

[redaktə | mənbəni redaktə et]

İntihar baş ssenarist Con Pakettin rəhbərləyindəki ssenaristlər komandası ilə işləyirdi. Onlar çalışırdılar ki, əslinə sadiq qalaraq orijinal bir Hörümçək-adam yaratsınlar.[43] Hekayə üzərində Pakett ilə birlikdə Bencamin Arfmann və Kelsi Bixum də işləyirdi. Ssenari üzərində Xristos Geyc də işləyirdi, Den Slott isə ssenarini əlavə hekayə elementləriylə təmin edirdi.[26][49] "Insomniac Games" dəfedilməz bir Hörümçək-adam hekayəsi yaradan elementləri başa düşmək üçün personajın iterasiyaları üzrə araşdırma aparmışdır. Bir qədər araşdırma apardıqdan sonra Pakett personajın iterasiyalarının çox təsiri altında qalmamaq üçün tədqiqat işini ləğv etmişdir. Komanda heyəti belə bir şey öyrənmişdir – nə vaxt Hörümçək-adam qalib gəlsə, Piter Parker məğlub olur və nə vaxt Piter Parker qalib gəlsə, Hörümçək-adam məğlub olur. İntihar istehsalçı komandanın hazırladığı konsepsiyada videooyun həm Piter Parkerin, həm də ki Hörümçək-adamın hekayəsi olacaqdı. İstehsalçı komanda Hörümçək-adamın keçmişini yenidən nağıl etməkdən qaçınmışdır.[43] Buna səbəb olaraq göstərilmişdir: "hər kəs Hörüçmək-adamın bir hörümək tərəfindən sancıldığı yuxarı-aşağı bilir".[26]

Yuri Lovental Hörümçək-adam/Piter Parker rolunun səs aktyorudur. Kastinq zamanı onun seçilməsində bir qədər könülsüzlük var idi, çünki o, "Sunset Overdrive" videooyununun baş qəhrəmanının səs aktyoru olmuşdu. Kastinq işçiləri fikirləşirdilər ki, o, tamamilə fərqli olan bir rolu ifa edə bilməyəcək.[50] Səs rejissoru Kris Zimmermanla işləyən Lovental Piter Parker və Hörümçək-adam rollarının səslərini fərqləndirərək Parkerin səsini daha zərif, Hörümçək-adamın səsini isə daha istəkli etmək istəyirdi,[51] lakin fikirləşdi ki, səslər tamamilə fərqli olmamalıdırlar və balans yaratmaq üçün ifasını "zəriflətmək və massaj etmək" üzərində çox vaxt sərf etmişdir. Pakett şirkətlə onu rola götürmək üçün danışdı, çünki o, Loventalın aktyorluq qabiliyyətlərinə güvənirdi. Lovental oyunun istehsalı zamanı iki tryuk işçisi ilə çalışdı.[52]

Parkerin Otto Oktaviusla münasibətini istehsalçıların Parkerə onun intellektinə uyğun bir iş vermək arzusu ilə qurulmuşdur. Ssenaristlər onun işini maraqlı etmək üçün müxtəlif yolları müzakirə etdi. Onlar Parkerin Oktavius üçün işləməsinin və ən böyük əzəli düşmənlərindən birinin yaradılmasından qismən məsul olmasının daha yaxşı olacağını fikirləşdilər. Pakett Oktaviusu ənənəvi şəkildə meqalomaniya xəstəliyinə tutulmuş bir adam yox, Parker üçün tragik bir fiqur və müəllim etmək istəyirdi. Pakett demişdir: "Mən onların dostluğunun hekayəsini göstərmək istəyirdim. O olmadan Ottonun axırda caniyə dönməsinin heç bir təsiri olmayacaqdı ki, ümid edirəm təsiri olub". Çu Ottonun tarixi komikslərdəki təsviri və dizaynını araşdırdı. O, Ottonun bardaq saç düzümü və yaşıl eynəklərini olduğu kimi saxladı, fəqət onun xarici görünüşünü müasirləşdirmək qərarını alaraq onu keçəlləşən, gicbəsər və "çox istəməli" etdi. İntihar Otto və Parkeri bir-birlərinin paraleli olaraq təsvir etmişdir.[43]

Parkerin Meri Ceynlə olan münasibətini təsvir edərkən ssenaristlər Meri Ceynin öz bacarıqlarının olduğunu və Parkerin Meri Ceynlə onu qoruyucusu kimi imiş davranmağına ehtiyac olmadığını nümayiş etdirmək istəyirdilər.[43] Arfamann demişdir ki, Meri Ceyn hekayəsini yazmağı ən çox sevdiyi personaj idi. Onun müxbir kimi yeni işi onu daha əhəmiyyətli etmiş və Hörümçək-adamın partnyoru olmağa imkan yaratmışdır.[26] Maylz Morales daha gənc auditoriyanın onunla eyniləşə biləcəyi daha gənc bir personaj kimi əlavə edilmişdir. Oyunun sonunda Mey xalanın ölməsi Parkerin yetkinləşməsi üçün zəruri olduğu qəbul edilmişdi. Ssenaristlər bunu çox çətin bir vəzifə olduğuna inanırdılar, çünki Mey xala tarixi Hörümçək-adam hekayələrində böyül rol oynayırdı. Pakett demişdir: "həmin momenti qazanmaq lazım idi".[43] "Marvel Entertainment" ilkin mərhələdə onun ölümü konsepsiyasının üzərindən xətt çəkmişdi, ancaq oyunun istehsal prosesi bir qədər davam etdikdən sonra konsepsiyanı qəbul etmişdir.[53]

Hekayənin əvvəllərində Mey xala Parkerə tövsiyə verir ki, o, sadəcə bir insandır. Pakett onun verdiyi mesajın "hər şeyi öz boynuna götürmə və başqalarına arxlanmağı öyrən" olduğunu demişdir. Oyunun üçüncü aktında Parker Meri Ceyn və Moralesə arxalanmağı öyrənir, lakin bu zaman hər kəsi xilas etmək üçün artıq çox gecdir və Parkerə "mümkün olmayan bir seçim" verilir. Pakett bunu personaj haqqında dərin bir şeyi və onun nəyə önəm verdiyini üzə çıxaran qəhrəmancasına bir fədakarlıq olaraq təsvir etmişdir. O, demişdir: "O qərar nə qədərki çətindir, üzə çıxartdığı personaj o qədər çox, moment isə o qədər güclüdür". Mey xalanın ölümü Ben əminin ölümünün bir əks-sədası olaraq təsvir edilir, çünki Ben əmi Parkerin xudpəsənd bir qərar almağına görə, Mey xala isə Parkerin fədakar bir qərar almağına görə ölür. Nəticədə Parker qarışıq günahkarlıq hiss edir. Oyunun sonunda daha pozitiv bir ab-hava yaşatmaq üçün Parker və Meri Ceyn arasında acı ilə qarışıq şirin, lakin daha xoşbəxt bir səhnə göstərilir. Onun dostu, polis kapitanı Yuri Vatanabe Hörümçək-adamla oxşar ruhlu bir personaj olaraq yaradılmışdır. O, Hörümçək-adam kimi şəhəri və onun sakinlərini şəxsi itkiləri nəzərə almadan qorumaq məsuliyyətini öz boynuna alır.[43]

Pakett Mister Neqativi öz hekayəsinin qəhrəmanı olaraq təsvir etmişdir. Onun mənşəyi həm öz oğlunu xilas etmək üçün pis şeylər edən Norman Ozborna, həm də ki Oktaviusa məna vermək üçün dizayn edilmişdi.[43] Parkerin həyatına daha çox stress əlavə edilsin deyə Mister Neqativin alter eqosu olan Martin Li üçün Mey xalla və Parkerlə əlaqələr yaradılmışdır.[26] Cey Cona Ceymsonun podkastlarındakı təmtəraqlı nitqlərinin çoxu Geyc tərəfindən yazılmışdır. O, özünü daim donquldanan orta yaşlı bir kişi ilə asalıqla eyniləşdirə biləcəyini demişdir. Geyc podkastların baş verən hadisələrə görə Hörümçək-adamı təkrar-təkrar təqsirləndirməsinə baxmayaraq, oyunçunun şəhər sakinlərinin Hörümçək-adama və aktual hadisələrə olan fikirlərini qavramasına kömək olduğunu demişdir. Gümüş samurun oyuna əlavə edilməsinin səbəbi Geycin şəhərdəki hadisələr şiddətləndiyi vaxtda təhlükəni artıran bir qüvvəyə ehtiyac duyulduğunu hiss etməsi idi. Oyundaxili sosial şəbəkə paylaşımları "Insomniac Games" heyəti və "Sony Interactive Entertainment" şirkətinin sual-cavab departamentinin işçiləri tərəfindən yazılmışdır.[26]

Nyu-York şəhərini nümayiş etdirmək üçün xəritə hərəsi 800 kvadratdan ibarət şöbələrə bölünmüşdür. Bu bölmələrin hərəsinin ərazisi təxminən 128 metr kvadratdır. Oyunçu personaj Nyu-York şəhərində səyahət edərkən görüş bucağından kənar olan kvadratlar yaddaşdan silinir, onların yerini isə görüş bucağı daxilindəki kvadratlar alır. Baş arxitektor və əsas rejissor Mayk Fitsgerald demişdir ki, Hörümçək-adam maksimal sürətdə irəliləyərkən hər saniyə yeni bir kvadrat yüklənir. Yellənməyə gəldikdə, istehsalçı komanda fizikaları həddindən artıq gerçəkçi etmədən əyləncəli bir təcrübə yaratmaq istəyirdi. Onlar "34-cü küçədə kəndirdən sallanmağı" daha qəhrəmancasına etmək üçün kamera hərəkətləri, personaj animasiyaları və görüş sahəsindən istifadə etmişdilər.[54] Torlardan yellənmək üçün torun hər sapı fiziki bir əşyaya bağlanmalıdır. Oyun dünyasında olan bütün memarlıq nümunələrində tutucu nöqtələr var. Süni intellekt hal-hazırkı ətaləti və istiqaməti saxlamaq üçün ideal nöqtəni avtomatik olaraq seçir.[55][43] Hər personajın iri planlar, videoçarxlar və skriptləşdirilmiş seqmentlər üçün yüksək keyfiyyətli bir modeli mövcuddur. Onların hər biri təxminən 60.000 verteks daşıyır. Oyunun final bossu bir milyon poliqonla təqdim edilir. Bu, o zaman "Insomniac Games" şirkətən b öyük göstəricisi idi.[54]

"Insomniac Games" Hörümçək-adamın kostyumunu bir tərəfdən müasirləşdirmək, digər tərəfdən isə Stiv Ditko tərəfindən tərtib edilmiş orijinal dizayna öz ehtiramını izhar etmək istəyirdi. Yeni dizayna görə, personajın gövdəsində böyük, ağrəngli bir hörümçək simvolu yerləşir. O, təkbarmaq əlcəklərə bənzər bir əlcək geyir. Personaj hündür çəkmələr yerinə, atletik geyimlərə əsaslandırılan altırezin ayaqqabı geyinir. Çu demişdir ki, bu dizaynın məqsədi "iyirmi üç yaşlı superqəhrəman ola biləcək" bir şəxsin 2018-ci ildə Nyu-York şəhərində nə geyinəcəyini təmsil etmək idi. Ənənəvi qırmızıgöy rəng sxeminə ağ rəng əlavə edilmişdir. Çu onun kostyumunu sıxlaşdırılmış geyimlərlə müqayisə etmiş və hər rəngin fərqli bir materialı təmsil etdiyini demişdir. Kostyumun göyrəngli hissələri onun ən elastik hissələridir və personajın ayaq və qolları kimi elastikliyə ehtiyac duyan yerləri təşkil edir. Kostyumun qırmızırəngli hissələri də elastik olsalar da, onlar kiçik zədələrdən qorunmaq üçün daha sıxdır. Kostyumun ağrəngli hissələri karbon liflərinə bənzəyir və ən çox qoruma göstərir. Buna görə də bu hissələr personajın sinəsində, əllərində və ayaqlarının altını təşkil edir.[56] Hər bir kostyumun özəl toratanları var.[46] Model və ya gecə klubu sahibi kimi əvvəlki təcəssümlərindən fərqli olaraq, Meri Ceyn Uotson kəskin, nəzərə çarpan və dəbdə olan geyim geyən zəhmətkeş bir müxbirdir. Çu demişdir ki, istehsalçı komanda qadın personajlar üçün müxtəlif bədən tiplərindən istifadə etmişdir, çünki onlar "hər bir personaja eyni qadın bədənini kopyalayıb yapışdırmaq" istəmirdilər. Mister Neqativ ilkin mərhələlərdə dəri jaket və qara eynək geyən gənc bir "üsyankar" kimi dizayn edilmişdir. Hekayənin irəliləməsi personaja təsir göstərmişdi. Buna görə də istehsalçı komanda onun əsl təbiətini əks etdirən yeni bir dizayn tərtib etmək qərarını alır. Nəticədə, ona onun bəşəri və transformasiyaya məruz qalmış neqativ şəkil effekti şəxsiyyətini əsk etdirən qara və ağ rəngdə olan bir kostyum verilmişdir.[43]

Oyunun "Raft"dan qaçışdan sonra başlayan üçüncü aktı ilkin mərhələlərdə daha böyük olacaqdı, KərkəsElektro ilə ayrı döyüşləri əhatə edəcəkdi. İntihar demişdir ki, oyunun bu forması işləmirdi və bəzi şeyləri kəsmək məcburiyyətində qalmışdılar. İstehsalçı komanda bunu etmək istəmirdi, çünki bu, onların istədiklərinə qarşı idi. Naməlum bir şəxs Kərkəs və Elektro ilə olan döyüşləri birləşdirmək ideyasını irəli sürmüş, hava döyüşünü nüayiş etdirən qısa bir demo tərtib etmişdir. Bu, tamamlanmış oyuna köçürülmüşdür.[43]

Oyunun musiqisi Con Pesano tərəfindən bəstələnmişdir. O, bu layihə üzərində işləməyə oyun ssenarisinin yazıldığı fazada başlamış, daha iki il üzərində işləməyə davam etmişdir. Oyun musiqisinin hədəfi onu səciyyələndirmək və arxaplan yerinə kinematoqrafik bir ab-hava yaratmaq idi. Oyunun əsas musiqisi iki ay ərzində bəstələnmişdir. Bu, daha sonra oyun musiqisinin digər personajlara aid olan seqmentlərində istifadə edilməsi üçün bir neçə yerə bölünmüşdür. Payesanonun digər mediadakı Hörümçək-adam musiqilərindən ilham almasına baxmayaraq, o, oyun musiqisinə qravitas əlavə edərək yaşca azacıq böyük Hörümçək-adama diqqət ayırmışdır. O, personajın oynadığını superqəhrəman rolunu yox, insanlığını vurğulamaq üçün oyun musiqisini Hörümçək-adam yerinə, daha çox Piter Parkerin perspektivindən bəstələmişdir. Payesano oyun musiqisini sadə və asanlıqla tanına bilən saxlamaq istəyirdi. O, eyni Hörümçək-adam/Piter Paker musiqisini oyun boyunca qoruyub saxlamış, ancaq fərqli-fərqli musiqi alətlərindən və quruluşlarından istifadə edərək modifikasiya etmişdir. Payesano Marvel Kinematoqrafiya Kainatına daxil olan filmlərdə gördüyü problemlərdən yayınmaq istəyirdi. Onun fikrincə, bu filmlərdəki personaj musiqiləri bir-birlərinə qarışır və beləliklə, dinləyicidə çaşqınlıq yaranır. Auditoriyaya hər şeyin Parkerin hekayəsinin bir parçası olduğunu xatırlatmaq üçün oyunun əsas musiqisi ilə supercinayətkar musiqiləri birləşdirilmişdir. Payesano bu texnikanı ABŞ bəstəkarı Con Vilyamsın "Ulduz müharibələri" filmlər seriyasındakı işi ilə müqayisə etmişdir.[57]

Hörümçək-adamın iştirak etdiyi dialoqlarının fərqli versiyaları yazılmışdır. Biri personaj adi vəziyyətdə olanda, digəri isə personaj gərgin vəziyyətdə olanda istifadə edilir. Bu səsyazmalar dialoqun ortasında dəyişə bilər. Bu, Hörümçək-adamın adi vəziyyətdən gərgin vəziyyət keçib-keçməməsindən asılıdır.[46]

Marketinq və buraxılış

[redaktə | mənbəni redaktə et]
2018-ci ildə keçirilmiş E3 tədbirində "Spider-Man" üçün nəzərdə tutulmuş kiosk (Los-Anceles Konvensiya Mərkəzi, Los-Anceles, Kaliforniya, ABŞ).

"Spider-Man" videooyunu 7 sentyabr 2018-ci ildə PlayStation 4 konsoluna eksklüziv olaraq dünya səviyyəsində satışa çıxarılmışdır.[58] Oyunu öncədən sifariş edən müştərilərə alternativ kostyumlar (Hörümçək-pank, Dəmir hörümçək və Sürət kostyumu; axırıncısı rəssam Adi Qranov tərəfindən dizayn edilmişdir),[59] bacarıqların kilidini açmaq üçün təcrübə xalları, hörümçək-pilotsuz təyyarə, Adi Qranov tərəfindən illüstrasiya edilmiş incəsənət əsərləri kolleksiyası və PlayStation Network üçün istifadəçi avatarı kimi bəzi kilidi açıla bilən oyundaxili xüsusiyyətlərə birbaşa verilmişdir. Oyunun xüsusi versiyalarını da satın almaq mümkün idi. Oyunun "Rəqəmsal delyuks" versiyası "The City that Never Sleeps" üç hekayəyə əsaslnan endirilə bilən məzmun epizodu, bu versiyasını ABŞKanadada öncədən sifariş edən müştərilərə isə məhdud saylı Hörümçək-adam sancağı verilmişdir.[60][61] Oyunun "Kolleksiyaçı buraxılışı"nda "The City that Never Sleeps" endirilə bilən məzmunu, oyun üçün özəl poladdan hazırlanmış disk qabı, içərəsində konsepsiya incəsənət əsərləri olan incəsənət kitabçası, ağ hörümçək etiketi və bir Hörümçək-adam heykəlciyi verilir. "Sony" həmçinin, məhdud sayda üzərində Hörümçək-adam emblemi olan qırmızı rəngli PlayStation 4 Pro konsollarını buraxmışdır ki, bu konsolları satın alanlara oyunun standart versiyası da verilirdi.[60]

Oyuna digər mediada istinadlar verilmiş, reklam edilmişdir. Hörümçək-adamın KərgədanƏqrəb kimi canilərlə vuruşmağını göstərən "Daha böyük ol" (ing. Be Greater) adlı 90 saniyəlik reklam videosu 2018-ci il Milli Futbol Liqası Başlanğıc Oyununda nümayiş etdirilmişdir. Bu reklamı təxminən 19.500.000 nəfər izləmişdir. "PlayStation" brendinin marketinq üzrə başçısı Erik Lempel demişdir ki, bu, şirkətin apardığı ən bahalı reklam kampaniyalarından biri idi. Buna əlavə olaraq, Cey Cona Ceymson kimi personajların səsləndirdiyi oyunun xüsusiyyətlərini göstərən videolar da yayımlanmışdır. Rəssam Aleks Ross "Game Informer" jurnalının yeni sayının üz qabığı üçün Hörümçək-adamla əlaqədar özəl bir rəsm əsəri çəkmişdir.[62][63] Nyu-York şəhərində bir metro qatarı "Spider-Man" marketinq materialları ilə bəzədilmişdi. Qatarın xarici tamamilə Hörümçək-adam reklamlarından təşkil olunmuşdu, daxilində isə Hörümçək-adam mövzulu oturacaqlar və afişalar, eləcə də "Daily Bugle" üçün reklamlar var idi.[64] Oyunun astışa çıxarılmasından çox keçməmiş bəzi azarkeşlər marketinq üçün istifadə olunmuş şəkilləri tənqid etmişdir. Oyunun son vəziyyətində şəkillərdə göstəriləndən daha kiçik bir nohur var idi. Bir çox azarkeş bu dəyişikliyin oyunda baş verən vizual tənəzzül ucbatından gerçəkləşdiyini irəli sürmüşdü. "Insomniac Games" şirkətinin icma üzrə direktoru Ceyms Stivenson buna cavab olaraq, nohurların həcmlərinin dəyişdirildiyini, fəqət heç bir vizual tənəzzülün gerçəkləşmədiyini demişdir. "Insomniac Games" daha sonra bu tənqidi oyunun şəkil rejiminə bir nohur etiketi təqdim edərək parodiya etmişdir.[65][22] Oyunun satışa çıxarılmasından çox keçməmiş Cakinda Çu azarkeş tərəfindən istənilmiş bir oyundaxili evlilik təklifini ləğv etmək təklifini irəli sürmüşdür. Buna səbəb azarkeşin münasibətinin sona çatması idi. Azarkeş sonunda mesajı saxlamaq qərarını alır və deyir: "Mən sadəcə kiminsə o şey vasitəsilə evlənməyini görmək istəyirəm".[66]

Əlaqəli media və merçandayzinq

[redaktə | mənbəni redaktə et]

"Titan Books" nəşriyyatı oyun üçün iki əlaqəli kitab nəşr etmişdir. Birincisi – "Hörümçək-adam: Düşmən çevrilişi" (ing. Spider-Man: Hostile Takeover) 21 avqust 2018-ci il tarixində nəşr edilmişdir.[67] Deyvid Liss tərəfindən yazılmış "Düşmən çevrilişi" Hörümçək-adamın onu şəhərin maliyyəçisi etməsi üçün mer Ozbornu şantaj edən Kinqpinlə olan münaqişəsindən, axırda isə Parker və Uotsonun münasibətindən bəhs edir və kar, qadın döyüşçü Exonu təqdim edir. O, əvvəllər Hörümçək-adamla, lakin sonra isə ona OsCorp tərəfindən superinsan qabiliyyətləri verilmiş supercani Qan hörümçəyi ilə əməkdaşlıq edir.[68] İkinci kitab olan "Marvelin Hörümçək-adamı: Oyun incəsənəti" (ing. Marvel's Spider-Man: The Art of the Game) Pol Deyviz tərəfindən yazılmışdır və oyunun konsepsiya incəsənətlərini əsərlərini, layihə kağızlarını və dizaynlarını ehtiva edir.[67]

Hörümçək-adamın oyundakı versiyası 2018-ci ildə nəşr edilmiş "Spider-Geddon" komiks hekayəsində görünür. Xristos Geyc tərəfindən yazılmış bu komiks 2014-cü ildə nəşr edilmiş və fərqli "Marvel" reallıqlarından olan Hörümçək-insanları bir yerə yığan "Spider-Verse" komiksinin sikvelidir. "Spider-Geddon" komiksinin 0-cı sayında (26 sentyabr 2018) Üstün Osminoqun (Piter Parkerin bədənində olan alternativ Doktor Osminoq) oyundakı Yer planetinə (Yer-1048 adıyla təyin edilib) oyundakı Hörümçək-adamı işə almaq üçün səyahət edir. "Spider-Geddon" komiksinin hekayəsi oyunda baş verən hadisələrdən sonra gerçəkləşir və Tarantula personajının Yer-1048 versiyasını təqdim edir. "Insomniac Games" şirkətinin rəssamları seriyanı müxtəlif komiks üzlükləriylə təmin etmişdir.[69][70] "Hörümçək-adam: Müharibədə olan şəhər" (Spider-Man: City at War) adlı altısaylı komiks kitab miniseriyasının ilk sayı 2019-cu ilin mart ayında nəşr edilmişdir. Bu komiks hekayəsi oyunda baş verən hadisələri əhatə etməklə yanaşı, öz süjetinə yeni hadisələr də əlavə edir. Bu komiks miniseriyası "Marvel Comics" tərəfindən nəşr edilmiş, Dennis Houpless tərəfindən yazılmışdır və Mişell Bandini, Kleyton Kreyn, Deyvid Nakayama, Gerardo Sandoval və Adi Qranovun rəsm əsərlərini ehtiva edir.[71][72] İkinci komiks miniseriyası – "Hörümçək-adam: Sürət"in (Spider-Man: Velocity) ilk sayının 2019-cu ilin avqust ayında nəşr edilməsi gözlənilir. Bu komiks miniseriyasının ssenaristi Houpless, rəssamı isə Emilio Laysodur və hekayəsi oyunda baş verən hadisələrdən sonra gerçəkləşir, Hörümçək-adamın supercinayətkar Sürü ilə qarşılaşması və Meri Ceynin müxbir Ben Urixlə olan işini əhatə edəcək.[59] Həmin il "Diamond Select Toys" və "Sideshow Collectibles" şirkətlərinin müvafiq olaraq, 10 düym (25 sm) hündürlüyündə bir Hörümçək-adam heykəlciyini və 1/6 miqyasında oyundaxili Hörümçək-pank kostyumuna əsaslanan bir Hörümçək-adam heykəlciyini, eləcə də bir gitara və hörümçək-pilotsuz təyyarəsini satışa çıxarmağı gözlənilir.[73][74] Oyun üçün dizayn edilmiş bir kostyum 2018-ci ilin "Hörümçək-adam: Hörümçək torunun içində" filmində görülmüşdür.[75]

Endirilə bilən məzmun

[redaktə | mənbəni redaktə et]

"Spider-Man" videooyunu üçün "Spider-Man: The City that Never Sleeps" adlı hekayəyə əsaslanan üçhissəli endirilə bilən məzmun (EBM və ya DLC) paketi istehsal edilmişdir.[76] Hər hissədə yeni hekayə tapşırıqları, çağırışları (Skruboll tərəfindən verilir), düşmənləri və kubokları var.[77][78] Birinci hissə – "The Heist" (azərb. Soyğunçuluq‎) 23 oktyabr 2018-ci il tarixində satışa çıxarılmışdır[76] və hekayəsi əsas oyununun sona çatmasından bir neçə ay sonra baş verir, Hörümçək-adamın köhnə sevgilisi Qara pişiyin Nyu-York şəhərinə soyğunçuluq üçün geri qayıtmasından və bunun Hörümçək-adamı "Maggiya" cinayətkar ailəsi ilə münaqişəyə çəkməsindən bəhs edir.[79][80] "The Heist" EBM genişləndirməsində kilidi açıla bilən üç yeni kostyum var. Onlar – Hörümçək-Britaniya, Qırmızı Hörümçək II və Qabriel Del'Otto tərəfindən tərtib edilmiş orijinal bir dizayn olan Dayanıqlı kostyum.[81][76][77] İkinci hissə olan "Turf Wars" (azərb. Torf müharibələri‎) 20 noyabr 2018-ci il tarixində satışa çıxarılmışdır.[82] BU EBM genişləndirməsinin hekayəsi Hörümçək-adam və onun müttəfiqi Yuri Vatanabenin Çəkicbaşın pisniyyətli fəaliyyətini dayandırmaq səylərindən bəhs edir. Çəkicbaş "Maggiya" cinayətkar ailəsinin idarəsini ələ almaq və Nyu-York şəhərinin yeraltı aləminin lideri olmaq istəyir.[37] "Turf Wars" EBM genişləndirməsində kilidi açıla bilən üç yeni kostyum var. Onlar – Manqakainat Hörümçək-adam, Dəmir Hörümçək və Hörümçək zireh MK I.[83]

Üçüncü və axırıncı hissə – "Silver Lining" (azərb. Gümüşü üzlük‎) 21 dekabr 2018-ci il tarixində satışa çıxarılmışdır. Onun süjeti Gümüş samurun onun "Maggiya" tərəfindən oğurlanmış texnologiyasını geri almaq üçün Nyu-York şəhərinə qayıtmağını əhatə edir. O, Hörümçək-adamla əməkdaşlıq edərək onun texnologiyasından istifadəə edərək özünü demək olar ki, məhvedilməz bir varlığa çevirən Çəkicbaşla qarşı-qarşıya gəlir. "Silver Lining" EBM genişləndirməsində kilidi açıla bilən üç yeni kostyum var. Onlar – eyni zamanda buraxılan filmə əsaslanan Hörümçək torunun içində, Kiborq Hörümçək-adam və Aaron Aykman tərəfindən tərtib edilmiş bir dizayn olan Hörümçək-adam zirehi (Hörümçək-adam kostyumunun alternativ versiyası).[84] "Hörümçək-adam", "Hörümçək-adam 2" və "Hörümçək-adam 3" filmlərində istifadə olunan Hörümçək-adam kostyumu ayrl şəkildə 2018-ci ilin dekabr ayında buraxılmışdır.[85] 2019-cu ilin yanvar ayında daha iki kostyum buraxılmışdır. Onlardan biri "Future Foundation" kostyumuna əsaslanır, digəri isə "Təmtəraqlı kisə-adam" adlı "The Amazing Spider-Man" komiksinin 258-ci sayına (1984) əsaslanan zarafat məqsədli bir kostyumdur. Burada o, bir Fantastik dördlük kostyumu geyinməyə və öz kimliyini gizlətmək üçün başına qəhvəyi rəngli kağızdan hazırlanmış br kisə keçirməyə məcbur olur.[86] 2019-cu ilin iyul ayında açıqlanmışdır ki, "Hörümçək-adam: Evdən uzaq" filmində görsədilən təkmilləşdirilmiş və gizlilik kostyumları oyun üçün buraxılacaq.[87]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

Rəy toplayıcısı "Metacritic"ə əsasən "Spider-Man" "ümumiyyətlə yaxşı" rəylər almışdır.[88] Oyun geympleyi, qrafikaları, süjeti və personajlarına görə təriflənmiş, fəqət tanışş açıq-dünya tropları və innovasiya qıtlığına görə tənqid edilmişdir. Tənqidçilər "Spider-Man" videooyununu tarixin ən yaxşı superqəhrəman oyunlarından biri adlandırmışdır.[89][90][91][92][93] "VentureBeat" oyunu "ən yaxşı Hörümçək-adam oyunu ... və tarixin ən yaxşı superqəhrəman oyunlarından biri" adlandırmış,[92] "Game Informer" isə oyun barədə "Batman: Arkham Asylum kimi Spider-Man də dünyanın ən sevimli qəhəmanlarından biri zolağını genişləndirir" yazmışdır.[94]

Tənqidçilər oyunun geympley mexanikalarını tərifləmişdir. Xüsusilə toratmayla idarə olunan səyahət sistemi yekdil tərif əldə etmişdir. "EGMNOW" oyunun torla yellənmə sistemini "absolyut partlayış" adlandırmış, onu "Spider-Man 2" videooyununda istifadə olunan fizikaya əsaslanan sisteminin daha sadələşdirilmiş versiyası olaraq təsvir etmişdir.[95] "Game Revolution" bu sistemini "fantastik" adlandırmış və onun haqqında "mən bundan əvvəl hər hansı bir oyunun bu cür sürət və hərəkət hissini yaşatdıra bildiyindən əmin deyiləm. Bu, yalnız çox uyğun şəkildə yaxşıdır" demişdir.[96] "GameSpot" sistemi "sonsuz şəkildə icra edilə" bildiyini və onun "Spider-Man oyununun ən böyük əyləncəsi" olduğunu demişdir.[97] "Game Informer" torla yellənmə sistemini işlədərkən o qədər əylənmişdir ki, oyunun sürətli səyahət sistemindən heç vaxt istifadə etməmişdir.[94]

Oyunun döyüş sistemi onun sürəti və dəyişkənliyinə, eyni zamanda hücumları yerinə yetirmək üçün müxtəlif avadanlıqlar və ətraf mühit vasitələri təqdim etdiyinə görə təriflənmişdir.[94][96] "Game Informer" sistemin "şahanə dizayn edilmiş" olduğunu və onun ətraf mühitdən effektiv istifadəsini ön plana çıxarmışdır.[94] "Game Revolution" sistemi bəyənmiş və yaşadıqları "ən yaxşı əlbəyaxa döyüş" olduğunu bildirmişdir.[96] "IGN" oyunçunun daha çox qabiliyyətin kilidini açdıqdan sonra döyüş sisteminin "improvizasional bir məmnuniyyət" olduğunu bəyan etmişdir.[98] "EGMNOW" oyunun döyüş sisteminin "büsbütün dərinlik olmasa da, çoxcəhətlilik və ekspressivlik yığınları" təqdim etdiyini və yaşanan yeganə sıxıntının oyundaxili qadcet seçmə menyusunun oyunun axınını pozması olduğunu yazmışdır.[95] "EGMNOW" və "GameSpot" oyunun hərəkət sistemini "Batman: Arkham" seriyası ilə müqayisə etmişdir. "GameSpot" yazmışdır ki, ilhamlanmış döyüş sistemi "Hörümçək-adamın akrobatik təbiətini uyğunca səciyyələndirir".[97] Buna baxmayaraq, "USGamer" demişdir ki, "Arkham" müqayisələri ədalətsizdir və "Arkham" seriyasında, eləcə də digər Hörümçək-adam mövzulu videooyunlarda təqdim edilən qadcetlərin qabilliyi onları xüsusiləşdirmişdir. O, oyunun sadəcə avtomatik qıfıllama sistemini bəyənməmişdir, çünki bu sistem böyük düşmən qruplarıyla döyüşərkən oyunçunun nəzərdə tutuduğu hədəfə zərbə endirməsində çətinlik yaradırdı.[7] "IGN" yazmışdır ki, "Spider-Man" videooyununun gizlilik seqmentləri Hörümçək-adamın bacarıqlarını, xüsusən də qadcetlər yaratmağa olan sevgisini müvəffəqiyyətlə ön plana çıxarmışdır. O, yazmışdır: "Burada düşmənlərimi hansı sırayla torla bürüyəcəyim haqqında plan cızmaq metodik həyəcan yaradır".[98] "EGMNOW" gizlilik seçimləri "bir qədər dayaz" olsalar da, onların "heç vaxt xoşagəlməz" olmadıqlarını və "nadirən məcburi" olduqlarını demişdir.[95]

"IGN" oyunun dünyasındakı "çox gözəl" göy dələnləri tərifləmiş və demişdir ki, "günəş batarkən reflektiv şüşəyə çarpan rəvan narıncılarla alaqaranlıqda yellənmək ... uzun zamandır yaşadığım ən sakinləşdirici, dzenəbənzər geympley sessiyalarını oyatdı". O əsas personajların üzləri "valehedici şəkildə animasiya edilmiş" olmasına baxmayaraq, kiçik personajların sifətlərinin adətən "düz və dialoqla sinxronlaşmamış" olduğuna fikir vermişdir.[98] "GamesRadar+" onu "gözəl görsənən oyun" adlandırmış və demişdir ki, "bu qədər böyük və təfsilatlı, eyni zamanda çox gözəl görsənən bir şeyə baxmaq nadirdir. Xüsusilə oyunun hekayəsinin final momentləri uzun zamandır gördüyüm əən heyranedici görsənən şeylərdəndir".[90]

"USGamer" demişdir ki, bu, Hörümçək-adamın ən yaxşı aspektidir və aktyor heyətinin ifasını ümumiyyətcə tərifləmişdir. O, axırda yazmışdır: "Mən bu personajlara yenidən aşiq olmuşdum".[7] "GamesRadar+" ssenari, rol ifası və sifət hərəkətlərinin yaxalanması işi haqqında "hamısı çox qəşəng şeylərdir" demiş, personajlar haqqında isə bildirmiş ki, onlar "gözləmədiyim dərinlik və cazibəylə səsələndirilmiş və canlandırılmışdır".[90] "Game Revolution" oyununun hekayəsini "əyləncəli bir dəcəllik" olaraq təsvir etmiş, lakin onun çoxlu tanış troplar nümayiş etdiyini qeyd etmişdir. Buna baxmayaraq, o demişdir ki, oyunda hər şeyi maraqlı saxlamaq üçün yetərincə yeni ideyalar var idi.[96] "IGN" demək olar ki, yavaş bir başlanğıca malik olmasına baxmayaraq, hekayənin "ardıcıl şəkildə ağırlıq və təsir hissini ver"diyini yazmışdır. O, Piter Parkerə cəmləşdirilən diqqəti tərifləmiş və Yuri Loventalda "emosional bir dürüstlük" olmasını ön plana çıxarmış, eləcə də Hörümçək-adamın bu versiyası onun ən sevimli Hörümçək-adam iterasiyalarından biri olduğunu bildirmişdir.[98] Bənzər şəkildə, "EGMNOW" də oyunun personajlarını və Parkeri anlamasını tərifləmişdir. Onun fikrinə görə, bu, demək olar ki, hər hansı bir komiks adaptasiyasından daha yaxşı alınmışdı. O, köməkçi rol heyətinin "büllur kimi aydın" motivasiyalara sahib olduğunu və aktyor işinin "Piterin qəhrəmanlığa altruist yanaşmasının bir təzadı və ya güzgüsü" olduğunu demişdir.[95] Bəzi tənqidçilər "Insomniac Games" şirkətinin Hörümçək-adamın mənşəyini təsvir etməmək qərarını yüksək qiymətləndirmişdir.[95][90][99][89] "EGMNOW" yan tapşırıqların əsas süjet xəttindəki tapşırıqlarla bənzər "dərinlik, mürəkkəblik və ya əyləncəyə" sahib olmamasına görə məyyus olmuşdur.[95] "VideoGamer.com" yan tapşırıqların ümumi süjetin yanında çoxunun lüzumsuz olduğunu yazmışdır.[99]

"IGN" boss döyüşlərinin "böyük və həyəcanlı ... gərgin fəaliyyətlə dolu" olduğunu yazmış, ancaq "sadə və təkrarlanan" olmaqlarını tənqid etmişdir. O həmçinin, yazmışdır ki, istehsalçı komanda oyunun əsas süjet xəttinin əvvəlinə və souna diqqət yetirdiyinə görə boss döyüşləri oyunun ortasında diqqətəlayiq şəkildə qıt idi.[98] "Destructoid" oyunun təkmilləşdirmə sisteminin "ustalıqla hazırlanmış" olduğunu bildirmiş,[89] "Game Informer" isə yazmışdır ki, "yeni oyuncaqlar əldə etmək Insomniac şirkətinin oyunçunun qabağında ustalıqla bir yerkökü kimi salladığı bu təcrübənin inanılmaz məmnunluq verən bir elementidir.[94] "GameSpot" müxtəlif kostyum güclərindən azad şəkildə istifadə etmək xüsusiyyətini tərifləmişdir.[97] "Game Informer" demişdir ki, oyunun oyunçunun Meri Ceyn Uotsonu və Maylz Moralesi idarə etdiyi gizlilik seqmentləri oyuna "inandırıcı gizlilik mexanikaları və ağıllı pazllar kimi əyləncəli yollarla cürbəcürlük gətirir".[94] "GameSpot" mexanikaların o qədər də baş yormaq tələb etməmələrinə baxmayaraq, gizlilik seqmentlərinin "bəzi yadda qalan gərgin ssenarilər"ə malik olduğunu düşünmüşdür.[97] "VideoGamer.com" həmin seqmentlərin "bir qədər birtəhər ... və bəzi yerlərdə bir qədər doğranmış" olduqlarını dilə gətirmişdir.[99]

Oyun dünyası "Spider-Man" videooyunu bir açıq-dünya oyunu olaraq innovasiya təqdim etmək yerinə, digər sendboks oyunlarında görünən tanış və təkrarlanan troplara arxalandığına görə bir sıra tənqidə məruz qalmışdır.[95][94][90][99] "Game Revolution" yan aktivliklərin qısa bir müddət sonra "darıxdırıcı" olmasını xoşlamamış və kolleksiya tapşırıqlarındakı cürbəcürlüyün olmamasını tənqid etmişdir.[96] "EGMNOW" yazmışdır ki, onlar kolleksiya tapşırıqlarına digərlərindən daha tolerant yanaşır, lakin "Spider-Man" videooyununda onlardan yenə də həddindən artıq var idi.[95] "VideoGamer.com" oyunun açıq-dünyaya digər oyunların artıq başını buraxdığı "yayındırmalar"ı əlavə etməsini pisləmişdir. Oyunda xəritənin bir qismini aydınlaşdıran qüllərin olması bəzi tənqidçiləri məyyus etmişdir, çünki bu sistemdən daha çox erkən açıq-dünya oyunlarında istifadə olunurdu.[89][95][96][97][99]

"Spider-Man" videooyunu buraxılmasından üç gün sonra PlayStation 4 konsolu ilə birlikdə paketləşdirilənlər də daxil olmaqla Birləşmiş Ştatlarda cəmi 3.300.000 nüsxə satmışdır. Bu isə oyunu "Sony" korporasiyasının tarixindəki ən tez satan videooyun buraxılışı etmişdir. Oyun başqa bir PlayStation 4 eksklüzivi olan "God of War" videooyununun 2018-ci ilin may ayındakı rekordu olan 3.100.000 nüsxə satışını güclə qırmışdır. "USA Today" qəzeti təxmin etmişdir ki, oyun bu vaxt çərçivəsində ən azı 198.000.000 ABŞ dolları qazanaraq 2017-ci ilin "Hörümçək-adam: Evə qayıdış" filminin ilk həftəsində əldə etdiyi 117.000.000 ABŞ dollardan daha çox qazanc əldə etmişdir, lakin konsolla birlikdə satılan nüsxələr bu rəqəmi daha da yüksəldir.[100] "The NPD Group" tərəfindən tərtib edilən satış proeyeksiyalarına görə, "Spider-Man" videooyununun buraxılış ayındakı satışları 1995-ci ildən bəri satışa çıxarılan bütün Hörümçək-adam videooyunlarının buraxılış aylarındakı satışların cəmindən 37% daha çox olmuşdu.[101] 2018-ci ilin noyabr ayından etibarən, "Spider-Man" ABŞ-da ən tez satan superqəhrəman videooyununa çevrilmişdir.[102]

"Spider-Man" videooyunu Birləşmiş Krallıqda fiziki nüsxə baxımdan 2018-ci ilin ən tez satan videooyununa çevrilmiş, üç platformada satışa çıxarılan "Far Cry 5" videooyununun fiziki nüsxə satışlarını keçmişdir. Oyun həmçinin, ən tez satan "Marvel" lisenziyalı videooyuna çevrilmiş, 2013-cü ildə satışa çıxarılan "Lego Marvel Super Heroes" videooyununu böyük fərqlə keçmişdir. "Spider-Man" videooyunu 2017-ci ildə satışa çıxarılan "Call of Duty: WWII" videooyununun qırdığı rekordu keçərək ən tez satan birnəfərli oyun olmuşdur. Bunlara baxmayaraq, oyun bu nəslin ən tez satan superqəhrəman oyunu olan üç platforma üçün satışa çıxarılmış "Batman: Arkham Knight" videooyunundan daha az nüsxə satmışdır. Bu göstəricilərə Birləşmiş Krallıqda satılan rəqəmsal nüsxələr daxil deyil.[103][104][105] "Spider-Man" düz üç həftə ən çox satan videooyun olaraq qalmış, axırda yerini çoxplatformalı "FIFA 19" futbol videooyununa vermişdir.[106] Oyun sentyabr ayının ən yaxşı satan ikinci oyunu idi. Oyun "FIFA 19" videooyununun satışlarını keçə bilməmiş, digər PlayStation 4 eksklüzivləri olan "Uncharted 4: A Thief's End" (44% artış), "Horizon Zero Dawn" (94% artış) və "God of War" (138% artış) videooyunlarının ilk ayındakı satış göstəricilərini keçmişdir.[107] Oyun 2019-cu ilin yanvar ayının 3-nə qədər, düz on üç həftə ən çox satan on oyun siyahısında qalmışdır.[108]

"Spider-Man" videooyunu buraxılmasının ilk həftəsində Yaponiyada təqribən 125.154 fiziki nüsxə satmışdır və hər hansı bir formatda ən çox satmış videooyuna çevrilmişdir. Oyun üçüncü həftəsində satdığı fiziki nüsxələrin ümumi sayını 244.051-yə qaldıraraq öz mövqeyini qorumuşdur.[109][110] Oyun həmçinin, Yaponiyada qərb ölkələrinin birində istehsal olunan ən yaxşı satan PlayStation 4 oyunlarından biri olmuşdur. Bu siyahıda üçüncü və ikinci yerləri "Call of Duty" və "Minecraft", birinci yeri isə 1998-ci ildə orijinal PlayStation konsolu üçün satışa çıxarılmış başqa bir "Sony" oyunu olan "Crash Bandicoot: Warped" tutmuşdur.[111] "Spider-Man" videooyunu 25 noyabr 2018-ci il tarixindən etibarən, dünya səviyyəsində 9.000.000-dan çox fiziki və rəqəmsal nüsxə satmışdır.[112]

"Spider-Man" müxtəlif 2018-ci ilin ən yaxşı videooyunları siyahılarında yer tutmuşdur. Oyun "Wired" tərəfindən birinci,[113] "Time" tərəfindən ikinci,[114] "Push Square"[115] və "Zero Punctuation" tərəfindən üçüncü,[116] "EGM" tərəfindən beşinci,[117] "Polygon" tərəfindən doqquzuncu[118] və son olaraq, "The Daily Telegraph" tərəfindən onuncu yerə layiq görülmüşdür.[119] "Shacknews" və "The Verge" onu "İlin oyunu" adlandırdılar,[120][121] "Eurogamer" isə oyunu ilin ən yaxşı 30 oyunundan biri hesab etmişdir.[122] "Famitsu" jurnalı tərəfindən keçirilən sorğuda 128 Yaponiya oyun istehsalçısı "Spider-Man" videooyununu ilin oyunu adlandırmışdır.[123]

İl Mükafat Kateqoriya Nəticə İst.
2016 Qızıl Coystik Mükafatları Ən çox istənilən oyun Namizəd [124]
2017 Namizəd [125]
Oyun Mükafatları 2017 Ən çox istənilən oyun Namizəd [126]
2018 Oyun tənqidçiləri mükafatları Şounun ən yaxşısı Namizəd [127]
Ən yaxşı konsol oyunu Qazandı
Ən yaxşı döyüş-macəra oyunu Qazandı
Gamescom 2018 Ən yaxşı döyüş oyunu Namizəd [128][129]
Ən yaxşı PlayStation 4 oyunu Qazandı
IX Hollywood Music in Media Awards Orijinal musiqi – Videooyun Namizəd [130][131]
Qızıl Coystik Mükafatları Ən yaxşı təhkiyə Namizəd [132][133]
İlin PlayStation oyunu Namizəd
İlin mükəmməl oyunu Namizəd
Oyun Mükafatları 2018 İlin oyunu Namizəd [134]
Ən yaxşı oyun rejissurası Namizəd
Ən yaxşı təhkiyə Namizəd
Ən yaxı musiqi Namizəd
Ən yaxşı səs dizaynı Namizəd
Ən yaxşı ifa (Yuri Lovental) Namizəd
Ən yaxşı döyüş-macəra oyunu Namizəd
Oyunçuların seçimi mükafatları Ən favorit oyun Namizəd [135][136]
Azarkeş favoriti döyüş oyunu Qazandı
Azarkeş favoriti birnəfərli oyun təcrübəsi Qazandı
Azarkeş favoriti ilin personajı (Piter Parker) Qazandı
Azarkeş favoriti kişi səs aktyoru (Yuri Lovental) Namizəd
Azarkeş favoriti qadın səs aktyoru (Laura Beyli) Namizəd
Azarkeş favoriti qadın səs aktyoru (Tara Platt) Namizəd
Avstraliya Oyun Mükafatları İlin döyüş-macəra epizodu Namizəd [137]
İlin oyunu Namizəd
2019 Nyu-York Oyun Mükafatları İlin ən yaxşı oyunu üzrə böyük alma mükafatı Namizəd [138]
Oyunda ən yaxşı aktyorluq üzrə böyük ağ yol mükafatı (Laura Beyli) Namizəd
XLVI Enni mükafatları Videooyunda personaj animasiyası Namizəd [139]
XLVIII Vizual Effektlər Cəmiyyəti mükafatları Epizod və ya gerçəkzamanlı layihədə görkəmli animasiya edilmiş personaj (Otto Oktavius) Namizəd [140]
Gerçəkzamanlı layihədə görkəmli vizual effektlər Namizəd
D.I.C.E. Mükafatları Animasiyada görkəmli nailiyyət Qazandı [141][142]
İncəsənət rejissurasında görkəmli nailiyyət Namizəd
Personajda görkəmli nailiyyət (Piter Parker/Hörümçək-adam) Namizəd
Orijinal musiqi bəstəsində görkəmli nailiyyət Namizəd
Səs dizaynında görkəmli nailiyyət Namizəd
Hekayədə görkəmli nailiyyət Namizəd
Görkəmli texniki nailiyyət Namizəd
İlin macəra oyunu Namizəd
Oyun dizaynında görkəmli nailiyyət Namizəd
Oyun rejissurasında görkəmli nailiyyət Namizəd
İlin oyunu Namizəd
LXXI ABŞ Senaristləri Gildiyası mükafatları Videooyun ssenaristliyində görkəmli nailiyyət Namizəd [143]
Videooyun ticarət rəyçiləri milli akademiyası mükafatları İlin oyunu Namizəd [144][145]
Animasiya, incəsənət Namizəd
Animasiya, texniki Namizəd
İncəsənət rejissurası, çağdaş Namizəd
Oyun mühərrikində kamera rejissurası Namizəd
Personaj dizaynı Namizəd
İdarə dizaynı, üçölçülü Namizəd
Kostyum dizaynı Namizəd
Dizayn, franşiza Namizəd
Oyun kinematoqrafiyası üzrə rejissura Namizəd
Mühəndislik Qazandı
Oyun, döyüş franşizası Qazandı
Qrafikalar, texniki Namizəd
İşıqlandırma/Tekstura Namizəd
Orijinal dramatik musiqi, franşiza Namizəd
Dram üzrə ifa, baş (Yuri Lovental) Namizəd
Dram üzrə ifa, köməkçi (Laura Beyli) Qazandı
Dram üzrə ifa, köməkçi (Uilyam Saylers) Namizəd
Oyun kinematoqrafiyasında səs montajı Namizəd
Səs effektləri Namizəd
Dram üzrə ssenaristlik Namizəd
SXSW oyun mükafatları İncəsənət üzrə üstünlük Namizəd [146][147]
Animasiya üzrə üstünlük Qazandı
Geympley üzrə üstünlük Namizəd
Texniki nailiyyət üzrə üstünlük Namizəd
Təhkiyə üzrə üstünlük Namizəd
Konvergensiya üzrə üstünlük Qazandı
İlin aktual oyunu Namizəd
İlin videooyunu Namizəd
Oyun istehsalçıları seçimi mükafatları Ən yaxşı səs Namizəd [148]
Ən yaxşı dizayn Namizəd
Ən yaxşı təhkiyə Namizəd
Ən yaxşı texnologiya Namizəd
Ən yaxşı vizaual incəsənət Namizəd
İlin oyunu Namizəd
2019 G.A.N.G. mükafatları İlin səsi Namizəd [149][150]
İlin səs dizaynl Namizəd
İlin interaktiv musiqisi Namizəd
İlin kinematoqrafik videoçarx səsi Namizəd
Ən yaxşı dialoq Qazandı
Ən yaxşı orijinal insturmental ("Spider-Man") Namizəd
2019 Uşaqların seçimi mükafatları Favorit videooyun Namizəd [151]
XV Britaniya Akademiyası Video Oyun Mükafatları İncəsənət nailiyyəti Namizəd [152]
Səs nailiyyəti Namizəd
Təhkiyə Namizəd
Famitsu Awards Mükəmməllik mükafatı Qazandı [153]
İtaliya Video Oyun Mükafatları Xalqın seçimi Namizəd [154]
İlin oyunu Namizəd
Ən yaxşı oyun dizaynı Namizəd
Ən yaxşı personaj (Piter Parker) Namizəd
  1. Həmçinin Spider-Man PS4 (azərb. Hörümçək-adam PS4‎) olaraq bilinir.
  1. 1 2 Plante, 2018
  2. 1 2 3 4 5 6 Tuckerb, 2018
  3. 1 2 3 4 5 6 7 Intihar, 2017
  4. 1 2 3 4 TuckerTR, 2018
  5. 1 2 Greenb, 2018
  6. 1 2 3 4 5 6 Parkin, 2018
  7. 1 2 3 Williamsb, 2018
  8. 1 2 Whitbrookb, 2018
  9. Tapsell, 2018
  10. TapsellB, 2018
  11. TapsellC, 2018
  12. Hawkins, 2018
  13. Becht, 2018
  14. TapsellD, 2018
  15. TapsellE, 2018
  16. 1 2 Wen, 2018
  17. Kain, 2018
  18. Green, 2018
  19. Makedonski, 2018
  20. Raméeb, 2018
  21. Yin-Poole, 2018
  22. 1 2 Yin-Pooleb, 2018
  23. Dornbushb, 2018
  24. Parkinb, 2018
  25. 1 2 3 4 5 6 7 8 Tucker, 2018
  26. 1 2 3 4 5 6 7 8 9 10 11 Marnell, 2018
  27. 1 2 Dornbush, 2018
  28. Shanley, 2018
  29. 1 2 Greenc, 2018
  30. 1 2 Brown, 2018
  31. Mithaiwala, 2018
  32. Ridgeley, 2018
  33. Stark, 2018
  34. Hornshaw, 2018
  35. Loureiro, 2018
  36. Stone, 2018
  37. 1 2 3 Whitbrook, 2018
  38. PoloB, 2018
  39. Delahunty-Light, 2018
  40. Delahunty-Lightb, 2018
  41. 1 2 3 Barnett, 2018
  42. 1 2 3 Mathew, 2017
  43. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Watts, 2018
  44. Sinclair, 2016
  45. O'Connor, 2016
  46. 1 2 3 Kuchera, 2018
  47. Bankhurst, 2018
  48. Khan, 2018
  49. WGANominations, 2018
  50. Ruppert, 2018
  51. Salazar-Moreno, 2018
  52. Vader, 2018
  53. Fischer, 2019
  54. 1 2 Massongill, 2018
  55. Fogel, 2018
  56. Saveedra, 2018
  57. Wood, 2018
  58. Macy, 2018
  59. 1 2 Schedeen, 2019
  60. 1 2 Reed, 2018
  61. Stevenson, 2018
  62. Leonard, 2018
  63. Beer, 2018
  64. Serrels, 2018
  65. Santangellob, 2018
  66. Arif, 2018
  67. 1 2 Poloc, 2018
  68. Leane, 2018
  69. Polo, 2018
  70. Williams, 2018
  71. Stevens, 2018
  72. Dedmon, 2018
  73. Carter, 2019
  74. Sideshow, 2018
  75. Chapman, 2018
  76. 1 2 3 Wales, 2018
  77. 1 2 Erskine, 2018
  78. Williamsc, 2018
  79. Gach, 2018
  80. Ramée, 2018
  81. Smith, 2018
  82. Smithb, 2018
  83. Carter, 2018
  84. Santangelo, 2018
  85. Schreier, 2018
  86. McWhertor, 2019
  87. Purslow, 2018
  88. Metacritic, 2018
  89. 1 2 3 4 Carterb, 2018
  90. 1 2 3 4 5 Hurley, 2018
  91. Nelva, 2018
  92. 1 2 Minotti, 2018
  93. Grayson, 2018
  94. 1 2 3 4 5 6 7 Reiner, 2018
  95. 1 2 3 4 5 6 7 8 9 Harmon, 2018
  96. 1 2 3 4 5 6 Faulkner, 2018
  97. 1 2 3 4 5 Tran, 2018
  98. 1 2 3 4 5 Dornbushc, 2018
  99. 1 2 3 4 5 Ahern, 2018
  100. Blumenthal, 2018
  101. Crecente, 2018
  102. Workman, 2018
  103. Dring, 2018
  104. Santangeloc, 2018
  105. Phillips, 2018
  106. Dealessandrib, 2018
  107. Dealessandri, 2018
  108. Dealessandric, 2018
  109. Pavlovic, 2018
  110. Ramsey, 2018
  111. Aidan, 2018
  112. Makucha, 2019
  113. Muncy, 2018
  114. Fitzpatrick, Dockterman & Austin, 2018
  115. Tailby, 2018
  116. Croshaw, 2019
  117. EGMBest, 2019
  118. Kucherab, 2018
  119. Hogginsb, 2018
  120. Mejia, 2018
  121. Newton, 2018
  122. Euro30, 2018
  123. Adams, 2018
  124. Loveridge, 2016
  125. Hoggins, 2017
  126. Makuchb, 2018
  127. Wattsb, 2018
  128. Raméec, 2018
  129. Valentine, 2018
  130. HMMAwards, 2018
  131. HMMAwardsb, 2018
  132. Hoggins, 2018
  133. Andronico, 2018
  134. Grant, 2018
  135. GamersChoice, 2018
  136. Vasquez, 2018
  137. AustralianAwards, 2018
  138. Keyes, 2019
  139. Flores, 2018
  140. Tapley, 2019
  141. Makuchd, 2019
  142. McWhertorb, 2019
  143. WGA, 2018
  144. NAVGTR, 2019
  145. NAVGTRb, 2019
  146. Trent, 2019
  147. Khan, 2019
  148. Good, 2019
  149. Lagumbay, 2019
  150. Fogelb, 2019
  151. Nordyke, 2019
  152. Fogel, 2019
  153. Brian, 2019
  154. IVGA, 2019

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]