Türk Ulduzları (türk. Türk Yıldızları) — Türkiyə Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyə Milli Akrobatika Qrupunun akrobatika eskadronudur. Komanda 7 noyabr 1992-ci ildə yaradılıb və 11 yanvar 1993-cü ildə "Türk Ulduzları" adını alıb. Uçuşlar 8 ədəd NF-5 təyyarəsi ilə həyata keçirilir. Nəqliyyat vasitəsi kimi Lockheed C-130 Hercules istifadə olunur
Türk Ulduzları | |
---|---|
Türk Yıldızları | |
Növü | Aerobatika komandası |
Yaranma tarixi | 7 noyabr 1992 | (qurulma) – Günümüz (Fəaliyyət göstərir)
Ölkə | |
Tabedir | Türkiyə Hərbi Hava Qüvvələri |
Tərkibi |
10 pilot 7 köməkçi heyət üzvü 11 texniki işçi |
Qərargah | Konya aviabazası |
Rəngləri |
Ağ, qırmızı, boz |
Təchizatı | NF-5, Lockheed C-130 Hercules |
turkyildizlari.tsk.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
13 mart 2012
Təlim uçuşu zamanı NF-5 təyyarəsinin qəzaya uğraması ilə pilot Yüzbaşı Ümit Özer həlak olmuşdur.[1]
7 aprel 2021
Təlim uçuşu icra edən "Türk ulduzlarına" məxsus NF-5 təyyarəsi saat 14:15 (Bakı vaxtı ilə 15:15) radələrində Konyada qəzaya uğrayıb. Pilot Yüzbaşı Burak Gençcelep həlak olub.[2]
6 dekabr 2022
Təlim uçuşu icra edən "Türk ulduzlarına" məxsus NF-5 təyyarəsi havada quş ilə toqquşduğuna görə qəzaya uğrayıb. Pilot katapult edə bilib.[3]
14 mart 2024-cü il tarixində komandanın təlim təyyarələrindən biri Türkiyənin Konya vilayətində qəzaya uğrayıb.[4]
Fəaliyyəti dövründə Azərbaycanda ilk uçuşunu 22 avqust 2001 tarixində yerinə yetirib.[5] Şou zamanı canlı olaraq 1 milyondan çox adam tərəfindən izlənilərək rekord qırıb.[6]
İllər sonra 2018-də Azərbaycan Ordusunun Qurulmasının 100 illiyində Bakı şəhərinə bir daha təşrif buyurub. Həmin paradda Azərbaycanda ilk dəfə SoloTürk-də uçuş yerinə yetirib.[7]
15 sentyabr 2018
Bakı şəhərinin Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 100 illiyi şərəfinə keçirilən paradda iştirak ediblər.[8]
2022-ci ildə Texnofest festivalı çərçivəsində Texnofest Azərbaycan tədbirində SoloTürk ilə birlikdə uçuşlar həyata keçirib.[9]