Türkiyə Böyük Millət Məclisi Hökuməti

Ankara Hökuməti və ya Türkiyə Böyük Millət Məclisi HökumətiTürkiyə İstiqlaliyyət müharibəsi əsnasında Ankaradakı hökumətə verilən addır.

dağılıb
Türkiyə Böyük Millət Məclisi hökuməti
Ankara Hükûmeti
Türkiye Büyük Millet Meclisi Hükûmeti
Bayraq
Bayraq
«türk. Ya istiklâl ya ölüm!
("Ya istiqlal ya ölüm!")
»
Sevr müqaviləsinə görə Osmanlı İmperiyası
Sevr müqaviləsinə görə Osmanlı İmperiyası
 
 

Paytaxt Ankara
Dilləri türk dili
Rəsmi dilləri Türk
İdarəetmə forması Məclis hökuməti
Dövlət başçıları
Məclis Rəisi
 •  Mustafa Kamal Paşa (1920 — 1923)
İcra Vəkilləri Heyəti Rəisi
 •  Mustafa Kamal Paşa (1920 — 1921)
Fevzi Paşa (1921 — 1922)
Rauf Bəy (1922 — 1923)
Əli Fəthi Bəy (1923)

23 aprel 1920-ci ildə Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi (TBMM) bünyəsində, ilk olaraq 25 apreldə Müvəqqət İcra Əncüməni sifətiylə, TBMM Rəisi Mustafa Kamal Paşa başçılığında bir hökumət yaradıldı. Beləcə, İstanbuldakı Osmanlı hökuməti xaricində Ankarada bir hökumət ortaya çıxmış oldu. Əncümən, 3 mayda, İcra Vəkilləri Heyəti adlı hökumət qurulana qədər vəzifəsinə davam etdi. Bu dövrdə bir dövlət başçısı yox idi və bu vəzifəni Məclis Reisi yerinə yetirirdi. Məclis, həmçinin 5 avqust 1921 tarixində çıxardığı Baş komandirlik Qanunu ilə Mustafa Kamal Paşayı baş komandirliyə gətirərək ordunun maddi və mənəvi gücünün artırılması ilə sövq və idarə edilməsi mövzusundakı səlahiyyətlərini icra etmək icazəsi vermişdir. 29 oktyabr 1923-cü ildə respublikanın elan edilməsiylə edilən seçkidə Mustafa Kamal Paşa "Reisicumhur" (Prezident) seçilərək dövlət başçısı olmuşdur. Hökumət başkanıysa "Başvekil" (Baş nazir) sifətini almış və Reisicumhur tərəfindən seçilməyə başlanmışdır. Bu səbəbdən 1923-cü ildən sonra qurulan hökumətlər, Türkiyə Böyük Millət Məclisi Hökuməti ya da Ankara Hökuməti olaraq adlandırılmazlar.

1921-ci ildə nəşr olunan xəritədə Ankara Hökumətinin sərhədləri