Uilyam Somerset Moem

Vilyam Somerset Moem (ing. William Somerset Maugham [ˈsʌməsɪt mɔːm]; 25 yanvar 1874[1][2][…], VIII arondisman[3]16 dekabr 1965[3][1][…], Nitsa[4]) — İngiltərə yazıçısı.

Vilyam Somerset Moem
ing. William Somerset Maugham
Doğum tarixi 25 yanvar 1874(1874-01-25)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 16 dekabr 1965(1965-12-16)[3][1][…] (91 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Təhsili
Fəaliyyəti dramaturq, romançı, həkim-yazıçı[d], ssenarist, nasir, ədəbiyyat tənqidçisi, yazıçı, həkim
Fəaliyyət illəri 1897-ci ildən
Əsərlərinin dili ingilis dili
Mükafatları Companion of Honour
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilyam Somerset Moem 1874-cü il yanvarın 25-də Parisdə anadan olub. Bu zaman onun atası Fransada Böyük Britaniya səfirliyində hüquqşünas işləyirdi. Buna görə də valideynləri Vilyamın doğum mərasimini səfirliyin ərazisində həyata keçirirlər. Məhz buna görə də yazıçının Böyük Britaniya ərazisində anadan olduğu iddia edilir.

Moem uşaqlıqda fransızca danışıb, ingilis dilini yalnız 11 yaşından sonra öyrənib. 1882-ci ilin fevralında anası dünyasını dəyişir, 1884-cü ildə isə atası xərçəng xəstəliyindən ölür. Beləliklə, Moem hələ erkən yaşlarından yetim qalır və Kent qraflığında yaşayan qohumlarının yanına göndərilir. İngiltərəyə gələn Vilyamın dili topuq vurmağa başlayır və bu şikəstlik ömrünün sonuna kimi onu müşayiət edir. Beləliklə, Moem əmisi Henri Moemin evində tərbiyə alır, Kanterberidəki Kraliça məktəbinə gedir. Sonra Heydelberq Universitetində ədəbiyyat və fəlsəfəni öyrənir. Daha sonra isə London Tibb Məktəbinə daxil olur, bilik və həyat təcrübəsi qazanır.

O, 1897-ci ildə ilk romanını yazır ("Lambetli Liza" — Liza of Lambeth,), daha sonra yazdığı "Ledi Frederik" romanı ona şöhrət gətirir.

Moem Birinci Dünya müharibəsi zamanı Britaniya kəşfiyyat idarəsi ilə əməkdaşlıq edir və kəşfiyyatçı kimi Rusiyaya göndərilir. Sonralar Moem bu barədə bir kitab da yazır.("Eşenden, yaxud Britaniya agenti", Ashenden, or the British Agent, 1928). Bu əsərdən başqa Moem kəşfiyyatçılıq fəaliyyəti haqqında "Tüksüz Meksikalı" adlı novellasında işar edir. Müharibədən sonra Moem dramaturq kimi tanınır, onun bir neçə pyesi tamaşaya qoyulur.

S. Moem məhz pyeslərinin tamaşaya qoyulması sayəsində maddi durumunu xeyli düzəldir. Onun pyeslərinin əksəriyyəti ("Sadiq arvad", "Ledi Frederik" hə ikisi komediyadır) indi unudulsa da, vaxtılə ona böyük şöhrət gətirib.

1919-cu ildə Moemi Çinə göndərirlər, daha sonra isə Malayziyada hərbi attaşe kimi işləyir, roman və hekayələri üçün çoxlu material və fakt toplayır.

Moemin "Dövrə" (The Circle, 1921), "Sədaqətli arvad" (The Constant Wife, 1927), "Teatr" (The Theater), "Şeppi"(Sheppi), "İti ülgüclər" (The Razor's Edge), "Ay və Qəpik" (The Moon and Sixpence) və s. əsərləri bir çox dillərə tərcümə olunmuşdur.

Yazıçı 1965-ci il dekabrın 15-də Fransanın Nitse şəhərindəki xəstəxanada sətəlcəmdən vəfat edir. Lakin fransız qanunlarına görə meyit yarılmalı idi və buna görə də onun cəsədini bir gün sonra evinə, Fransız şəhəri olan Sen Jan Kap Ferradakı villasına aparırlar. Ertəsi gün, ayın 16-da isə ölüm xəbərini yayırlar. Dekabrın 22-də Moemin nəşi İngiltərədəki Kanterberiyə gətirilir və burada Kraliça məktəbi nəzdindəki kitabxana divarına hörülür.

  • Lambetli Liza (Liza of Lambeth), 1897
  • Xanım Kreddok (Mrs. Craddock), 1902
  • Sehrbaz (The Magician), 1908
  • İnsan əsarəti (Of Human Bondage), 1915
  • Ay və Quruş (The Moon and Sixpence), 1919
  • Rənglənmiş Pərdə (The Painted Veil), 1925
  • Eşenden və ya Britaniyalı agent (Ashenden or the British Agent), 1928
  • Tortlar və Ale (Cakes and Ale) , 1930
  • Dar künc (The Narrow Corner), 1932
  • Villanın yuxarısı (Up the Villa), 1941
  • Ülgücün kənarı (The Razor's Edge),1944
  • Sonra və indi (Then and Now), 1946
  • Teatr (The theatre), 1947
  • Vəziyyətin yaratdıqları (Creatures of Circumstance), 1947
  • Katalina (Catalina), 1948
  • "Ledi Frederik"
  • "Sadiq arvad"
  • "Tüksüz meksikalı"
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 W. Somerset Maugham // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 Моэм Уильям Сомерсет // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #104298324 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.