Sosialist dövlət, Sosialist ölkə, Sosialist respublika və ya Fəhlə respublikası — konstitusiyasına əsasən sosializmə yönəlmiş suveren dövlət. "Kommunist dövlət" termini Qərb mediasında adətən Marksizm–Leninizm və ya Maoizmin bir variantına bağlı olan partiyalar tərəfindən idarə edilən təkpartiyalı sosialist dövlətlərə verilən bir addır. Bu dövlətlərin əksəriyyəti sosilizmin inkişafı prosesində və ya kommunizmi əldə etməmiş olduqlarını iddia etdiklərindən özlərini "sosialist dövlət" hesab edirlər
Bir sıra dövlətlər Marksizm–Leninizm siyasi sisteminə və ya onun variantlarına bağlı olmadan öz konstitusiyalarında sosializmin bəzi anlayışlarından istifadə edirlər.
Sosialist dövlət özünü sosialist partiya adlandıran bir siyasi təşkilat tərəfindən idarə olunan çoxpartiyalı liberal demokratiyadan fərqlənir, çünki bu hallarda ölkə konstitusiyasına əsasən hökumət sosialist bir cəmiyyət qura bilməz. Belə hallarda siyasi sistem və hökumət mexanizmi məhz sosializmin inkişafı ilə məşğul olmaq üçün strukturlaşdırılmamış olur.
Sosialist dövlət anlayışı "dövlət sosializmi" ilə yaxından əlaqəlidir. Dövlət sosializmi hökumət fəaliyyəti və ya siyasətinin tətbiqi yolu ilə bir sosialist sistemin qurulacağına inanan siyasi bir baxışdır. Belə ki, sosialist dövlət anlayışı adətən leninistlər və marksist–leninistlər tərəfindən müdafiə edilir. Buna baxmayaraq, bu fikir bəzi klassik marksistlər tərəfindən ya gərəksiz, yada səmərəsiz hesab edilir. Marksist–Leninist siyasi görünüşə görə, "sosialist dövlət" ölkənin iqtisadi, sosial və siyasi işlərini ölkəni sosializmin həyata keçirilməsinə yönəldən bir avanqard partiyanın nəzarəti altındakı hökumətin təşkil etdiyi bir dövlətdir. Avanqard partiya ölkəyə dövlətin kapitalist iqtisadiyyatını hökumətin idarə etdiyi kapital yığım ilə quraraq, ölkənin məhsuldar qüvvələrini gücləndirmək və dünya sosialist inqilabını dəstəkləmək üçün sosialist bir iqtisadiyyat qurmağın uzunmüddətli məqsədilə rəhbərlik edir.
Ad | Etibarən | Partiya | Partiya sədri | Dövlət başçısı | Hökumət başçısı |
---|---|---|---|---|---|
ÇXR[qeyd 1] | 1 oktyabr 1949 | Çin Kommunist Partiyası | Si Tsinpin (2012-ci ildən etibarən) |
Li Ketsyan (2012-ci ildən etibarən) | |
Kuba | 1 iyul 1966 | Kuba Kommunist Partiyası | Raul Kastro (2006-cı ildən etibarən) |
Miqel Dias-Kanel (2018-ci ildən etibarən) |
Raul Kastro (2006-cı ildən etibarən) |
Laos | 2 dekabr 1975 | Laos Xalq İnqilab Partiyası | Bunnyanq Voraçit (2016-cı ildən etibarən) |
Thonqlun Sisulit (2016-cı ildən etibarən) | |
Vyetnam | 2 iyul 1976 | Vyetnam Kommunist Partiyası | Nquen Fu Çonq (2011-ci ildən etibarən) |
Çan Day Kuanq (2016-cı ildən etibarən) |
Nquen Suanq Fuk (2016-cı ildən etibarən) |
Ölkə | Etibarən | Hökumət forması |
---|---|---|
Banqladeş | 11 aprel 1971 | Çoxpartiyalı parlamentli respublika |
Qayana | 6 oktyabr 1980 | Çoxpartiyalı prezident respublikası |
Hindistan | 18 dekabr 1976[1] | Çoxpartiyalı federal parlamentli respublika |
Şimali Koreya | 9 sentyabr 1948 | Birpartiyalı mütləq monarxiya (De-fakto) |
Nepal | 20 sentyabr 2015 | Çoxpartiyalı federal parlamentli respublika |
Portuqaliya | 2 aprel 1976 | Çoxpartiyalı yarı-prezident respublikası |
Şri-Lanka | 7 sentyabr 1978 | Çoxpartiyalı yarı-prezident respublikası |
Tanzaniya | 26 aprel 1964 | Dominant partiyalı yarı-prezident respublikası |