Cənubi Yəmən (ərəb. جنوب اليمن, translit. Cənub əl-Yəmən, ing. South Yemen) və ya rəsmi olaraq Yəmən Xalq Demokratik Respublikası (ərəb. جمهورية اليمن الديمقراطية الشعبية, translit. Cümhuriyyət əl-Yəmən əd-Dimukratiya əş-Şəbiya) — Ərəbistan yarımadasının cənubundə yerləşən indiki Yəmən Respublikasının cənubunu, şərqini və Sokotra adasını əhatə edən tarixi sosialist dövlət. Cənubi Yəmən 30 noyabr 1967-ci ildən 22 may 1990-cı ilə qədər mövcud olmuşdur.
Sosialist respublika (1970–1990)[1] | |||||
Yəmən Xalq Demokratik Respublikası | |||||
---|---|---|---|---|---|
جمهورية اليمن الديمقراطية الشعبية Cümhuriyyət əl-Yəmən əd-Dimukratiya əş-Şəbiya | |||||
|
|||||
Himn: الجمهورية المتحدة (ərəbcə) "Birləşmiş Respublika" |
|||||
|
|||||
|
|||||
Paytaxt | Ədən | ||||
Ən böyük şəhər | Əl-Mukalla, Taiz, Zincibar, Əş-Şixr | ||||
Dilləri | ərəb dili | ||||
Rəsmi dilləri |
ərəb dili ingilis dili məhri dili sokotri dili hobi dili şəhri dili |
||||
Dövlət dini | Sünnilik | ||||
Ərazisi | 360,133 km2 (1990) | ||||
Əhalisi | 2,585,484 (1990) | ||||
İdarəetmə forması | Federal Marksist–Leninist birpartiyalı sosialist respublika | ||||
Dövlət başçıları | |||||
İlk Baş katib | |||||
• | Əbdül Fəttah İsmayıl (1978–1980) | ||||
Son Baş katib | |||||
• | Əli Səlim əl-Beyd (ilk) (1986–1990) | ||||
İlk Prezident | |||||
• | Qəhtan Məhəmməd Əş-Şəəbi (1967–1968) | ||||
Son Prezident | |||||
• | Heydər Əbu Bəkr əl-Əttas (1986–1990) | ||||
İlk Baş nazir | |||||
• | İlk Feysəl Əbd əl-Lati Əş-Şəəbi (1969) | ||||
Son Baş nazir | |||||
• | Yasin Səid Numan (1986–1990) | ||||
Tarixi | |||||
• 30 noyabr 1967 | Müstəqilliyin elan edilməsi | ||||
• 14 dekabr 1967 | BMT-yə üzvlük | ||||
• 31 oktyabr 1967 | Konstitusiyanın qəbul edilməsi | ||||
• 22 may 1990 | Unifikasiya | ||||
ISO 3166-1 = South ISO 3166-3 = Yemen |
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Cənubi Yəmən 1874-cü ildə Böyük Britaniyanın Ədən Müstəmləkəsi və Ədən Protektoratının yaradılması ilə başlamışdır. Buna baxmayaraq, 1937-ci ildə Ədən Britaniya Hindistanının bir vilayəti olmuşdur. 1963-cü ildə Ədən protektoratının süqutundan sonra, regionda fövqəladə hal elan edilmişdir. Bunun səbəbi Milli Azadlıq Cəbhəsi (MAC) və İşğal edilmiş Cənubi Yəmənin Azadlığı üçün Cəbhə (İCYAC) Böyük Britaniya hakimiyyətinə baş qaldırması idi.
30 noyabr 1967-ci il tarixində Cənubi Ərəbistan Protektoratı və Cənubi Ərəbistan Federasiyası SSRİ-nin köməyi ilə birləşmiş və Marksist–Leninist bir sosialist respublika olmuşdur. Regiona sabitlik gətirmək üçün göstərdiyi səylərə baxmayaraq, ölkə 1986-cı ildə qısa bir vətəndaş müharibəsi yaşamışdır. 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində kommunizmin Avropa ölkələrində süquta uğramasından sonra, Cənubi Yəmən ilə Yəmən Ərəb Respublikası (adətən "Şimali Yəmən" adlandırılır) 22 may 1990-cı il tarixində birləşmiş və müasir Yəmən Respublikasını qurmuşdur. Bu hadisələrə baxmyaraq, 1994-cü ildə Cənubi Yəmən şimaldan ayrıldığını elan etmişdir və nəticədə Yəməndə ümumi bir vətəndaş müharibəsi baş vermişdir. 2017-ci ildən bəri Cənubi Yəməni bərpa etmək cəhdləri göstərilir.
Müstəqilliyini əldə edən Yəmən Xalq Demokratik Respublikası dərhal ölkəni altı mühafəzəyə (ərəb. محافظة) bölmüşdür. 1967–1978-ci illərdə bu mühafəzələr rəsmi şəkildə, sadəcə rəqəmlərlə adlandırılırdı, ancaq 1979-cu ildə onlara yeni, rəsmi adlar verilmişdir. Adalar – Kamaran (1972-ci ildə Şimali Yəmən tərəfindən alındı), Perim (Məyun), Sokotra, Əbd əl-Kuri, Səmha, Dərsa və Sokotra arxipelağının digər əhalisiz adaları Aden mühafazasınin müdriyyələri olmuşdu. [2]
Rəqəm | Ad | Təxmini ərazi (km.2) | İnzibati mərkəz | |
---|---|---|---|---|
I | Ədən | 6,980 | Ədən | |
II | Lahc | 12,766 | Lahc | |
III | Abya | 21,489 | Zincibar | |
IV | Şəbva | 73,908 | Ətək | |
V | Hadramaut | 155,376 | Mukalla | |
VI | Əl-Məhra | 66,350 | Əl-Geyda |
1980-ci illərin ortalarına qədər Cənubi Yəməndə sənaye məhsullarının istehsalı və mineral sərvətlərin istismarı çox az idi. Bu dövrdə ölkənin Şibam və Mukalla mərkəzi regionlarında əhəmiyyətli neft ehtiyatları kəşf edilmişdir. Gəlirin əsas mənbələri kənd təsərrüfatı (meyvə-tərəvəz, dənli bitkilər, mal-qara, qoyun, balıqçılıq və s.) və neft ixracı idi.
1976-cı ildəki milli büdcə 13,43 milyon Cənubi Yəmən dinarı, ümumi daxili məhsulu 150 milyon ABŞ dolları, milli borcu isə 52.4 milyon ABŞ dolları idi.
Aşağıda sadalanan avirşirkətlər YXDR tərəfindən idarə edilirdi:[3]