Yaşar Hüseynov

Yaşar Əhəd oğlu Hüseynov (1981, Abdal, Ağdam rayonu) — Xüsusi təyinatlı Qüvvələrin baş giziri, Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.[1]

Yaşar Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Abdal, Ağdam, Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Rütbə Baş gizir
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı — 2020
"Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2021 "Şuşanın azad olunmasına görə" medalı — 2020 "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı — 2020 "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı — 2015 "Şücaətə görə" medalı — 2020 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı — 2004 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı — 2008 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı — 2013 "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı — 2018 "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı — 2020 "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı — 2015 "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı — 2010

Həyatı[redaktə | mənbəni redaktə et]

Yaşar Əhəd oğlu Hüseynov 1981-ci ilin mart ayının 12-də Ağdam rayon Abdal kəndində anadan olub.

1987-ci ildə Ağdam rayon Abdal kənd natamam orta məktəbinə daxil olub. 1992-ci ilə qədər həmin məktəbdə təhsilini davam etdirib. 04.09.1992-ci ildə Abdal kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduqdan sonra Bərdə şəhərinə məcburi köçkün kimi məskunlaşıb. Sonra təhsilini Bərdə şəhərində yerləşən Ağdam 11 saylı köçkün orta məktəbində davam etdirib.

1999-cu il may ayında Bərdə şəhərində yerləşən Ağdam 11 saylı orta məktəbi bitirib. 2000-ci il yanvar ayının 14-də Ağdam Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə cağrılıb. 2000-ci il avqust ayında peşəkar hərbçi olmaq üçün Xüsusi Təyinatlı Qüvvələrin nəzdində olan gizir hazırlığı kursuna qatılaraq oranı 2001-ci ilin mart ayında bitirdikdən sonra XTQ–də xidmətə başlayır. Bir çox döyüş əməliyyatlarında iştirak edib.

Birinci qarabağ döyüşlərində üç qardaşı iştirak edib. Hüseynov Sadiq Əhəd oğlu, Hüseynov Fərman Əhəd oğlu 1-ci Qarabağ müharibəsi veteranıdır. 1991–1996-cı illər tarixində Ağdamda könüllü olaraq hərbi xidmətdə olmuşlar. Hüseynov Füzuli Əhəd oğlu 1971-ci ilin sentyabr ayının 20-də Ağdam rayon Abdal kəndində anadan olub. 1994-cü il aprel ayının 16-da Agdam rayon Yusifcanlı kəndində şəhid olub. Ağdam rayon Qərvənd kənd qəbiristanlığında dəfn edilmişdir.

Ailəlidir, bir qızı, bir oğlu var.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

2014-cü ilin avqust hadisələrində döyüş əməliyyatlarında iştirak edib və bu döyüşdə düşmənin 6 nəfər XT-sın məhv edilməsində fəal iştirak edib. Goranboy rayonun Gülüstan kəndi yaxınlığında düşmən dərinliyində döyüş tapşırığının icrası zamanı ağır yaralanıb, (sağ bazunun orta 3/1-ninodlu silah yaralanması, sağ mil sinirin zədələnməsi, çox qəlpəli açıq yerdəyişmiş sınıq) 8 ay müalicədən sonra yenidən xidmətə qayıdıb.2016-cı ilin aprel döyüşlərində aprelin 2-si- 06 sı döyüşlərdə tapqaraqoyunlu və Talış istiqamətlərində yaxından iştirak edib.

2017-ci ilin tədris ilində "Silahlı Qüvvələrin ən yaxşı radiotelefonçusu" adı uğrunda yarışda 1-ci yeri tutmuşdur. 2020-ci il İkinci Qarabağ müharibəsində 27 sentyabrdan Azərbaycan Respublikasının Cəbrayıl, Füzuli rayonlarının və Şuşa şəhərinin işğaldan azad olunmasında yüksək peşəkarlıq göstərmiş, xüsusi rəşadət, şücaət, qəhrəmanlıq və qorxmazlıq nümayiş etdirmişdir. 02.10.2020-ci il tarixdə Cəbrayıl rayonunun Böyük mərcanlı kəndinin və 265 yüksəkliyinin azad olunmasında iştirak etmişdir.

Oktyabr ayının 9-da Füzuli rayonunun Gorazıllı kəndinin azad olunması zamanı odlu silah güllə yarası alaraq Füzuli rayon Mərkəzi xəstəxanasına təxliyə olunub. Oktyabrın 10-u oradan Mingəçevir ŞMX-na təxliyə olunaraq müalicə alıb.

Oktyabrın 21-i tam sağalmamış Mingəçevir ŞMX-dan çıxaraq yenidən döyüşə qayıdıb.

Oktyabrın 30-dan etibarən Xocalı rayonun Daşaltı, Çanaxçı, Sığnaq kəndlərin, oradan da Döyüş yoldaşları ilə birlikdə ilk olaraq düşmənin ehtimal etmədiyi və çətin keçilən ərazidən keçərək noyabrın 5-dən 6-na keçən gecə Şuşa şəhərinə daxil olmuş, yaxın təmas döyüşündə xüsusi peşəkarlıq nümayiş etdirərək onun döyüş əzmini sarsıtmış, idarəetməsini pozmuşdur. Noyabrın 6 — sı səhər saatlarında bölmə komandiri və digər 6–7 nəfərlə Şuşa şəhərinin təmizlənməsində yaxından iştirak etmiş, düşmən hərbi hissəsinə, polis bölməsinə girərək çox sayda silah-sursat ələ keçirərək şəxsi heyətə çatdırılmasında iştirak etmişdir. Noyabrın 7-si səhər Şuşa şəhərinə daxil olmuş 2 ədəd tank və 1 ədəd PDM-in izləyərək sıradan çıxarılmasında xüsusi peşəkarlıq göstərmişdir.

Tankı məhv edərək qayıtdıqdan sonra Düşmənin Şuşa şəhərində Duma binasının üzərində sancdığı qondarma respublikanın bayrağını saat 13:45-də binanın üzərinə çıxaraq oradan çıxarmış və Azərbaycan respublikasının dövlət bayrağını həmin binadan asmışdır.

Bundan sonra o, 28 ildən sonra ilk dəfə Şuşa şəhərində saat 14:00-da azan oxumuşdur.

Qalereya[redaktə | mənbəni redaktə et]

Təltiflər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı" (az.)). 9 dekabr 2020. 9 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 09.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.