YouTube (azərb. Yutub) — dünyanın ən böyük video paylaşma sistemlərindən biridir.
YouTube | |
---|---|
URL | www.youtube.com |
Kommersiya | Bəli |
Tipi | Video paylaşma saytı |
Dilləri | çoxdilli[d][1] |
Proqramlaşdırma dili | Python, Go |
Serverin yeri | |
Sahibi | |
Müəllif (lər) | Çad Harli, Caved Kərim |
Açılma tarixi | 14 fevral 2005 |
Alexa reytinqi |
|
Vikianbarda əlaqəli mediafayllar |
15 fevral 2005-ci ildə 3 köhnə PayPal işçisi tərəfindən qurulmuş və 2006-cı ilin oktyabrında Google tərəfindən satın alınmışdır.
"Tube" sözü Cathode Rals Tube; Televiziya tubiki — borusu (elektron şüa borusu) sözündən gəlmişdir. "Broadcast Yourself" — "Özünü Yayımla" şüarı ilə yola çıxmışdır.
Əvvəllər PayPal-da işləyən Steve Chen, Chad Hurley və Jawed Karim videoların e-mail on yollanıla bilməməsi üzərinə 15 fevral 2005-ci ildə yaradılmasına baxmayaraq monetar problemlər səbəbi ilə ilk video 23 aprel 2005-ci ildə Jawed Karim tərəfindən yüklənmişdir.
YouTube 9 oktyabr 2006-cı ildə Google tərəfindən 1.65 milyard dollara satın alınmışdır. Bu Google tarixindəki ən böyük alqıdır. Google-un ödədiyi 1.65 milyard dollar YouTube əməkdaşları arasında paylaşılmışdır.
YouTube video formatı olaraq Flash Video Formatı (*. flv) istifadə edir. İnternet saytında istənilən video kliplər Flash Video olaraq izlənəbilir və ya kompüterә *. flv formatında fayl olaraq endirilə bilər. Video klipləri izləmək üçün Adobe Flash plug-ini kompüterdə qurulu olmalıdır. Saytda qoyulan video kliplər YouTube tərəfindən avtomatik olaraq 320x240 pixele keçirilir və Flash Video Format'a (. Flv) çevrilməkdədir. mart 2008-ci ildə yüksək keyfiyyət olaraq 480x360 pixels variantı əlavə olunmuşdur.
AVI, MPEG və ya Quicktime vs. video formatına sahib videolar istifadəçi tərəfindən YouTube-a ən çox 1 GB tutumunda yüklənəbilir.
YouTube platformasında istifadəçilər video kliplərә baxa bilməkdə ayrıca istənildiyində öz video klipini YouTube-a yükləyə bilirlər.
Bu platformada iştirak edən istifadəçinin inkişaf etdirdiyi fayllar, fərdi həvəskar kliplәr, video kliplәr film, TV proqramları parçacıqları və musiqi videoları'ndan ibarətdir. İstifadəçilər tərəfindən YouTube-a gündəlik təxminən 65.000 ədəd yeni klip yerləşdirməkdə və 100 milyona yaxın video klip izlənilməkdədir.
İstifadə şərtlərinə uyğun gəlməyən video klipler istifadəçilərin bildirişləri ilə YouTube səlahiyyətliləri tərəfindən araşdırılaraq silinir.
YouTube üzvləri izlədikləri video klipləri dəyərləndirib bal verəbilərlər ayrıca izlədikləri video klip haqqında şərhlər də yazabilərlər.
YouTube üzvlərinin kanallarını daha uyğun hala gətirə bilməsi üçün "kanal növləri" vardır.
Bunların xaricində saytdan pul qazana bilmək üçün Partner proqramı mövcuddur. 2007-ci ilin mayında YouTube, tanınmış üzvlərini YouTube işbirliyinə dəvət etmiş, sonradan üzvlərin istifadəsinə açmışdır. Bu proqrama üzv olanların videoların öz əsəri olması və minlərlə dəfə izlənilməsi lazımdır. Proqram ABŞ, Kanada, İngiltərə, Avstraliya, Almaniya, Niderland və Braziliyada yaşayan üzvlərə açıqdır. Gələcəkdə başqa ölkələrə imkan verilməsi düşünülməkdədir.
YouTube-un istifadə şərtləri gərəyi istifadəçilər müəlliflik haqqı icazəsi alınmış videolar yükləyə bilərlər. Pornografiya, şiddət, şantaj, reklam və cinayət sayılan fayllar YouTube-a yüklənə bilməz.Patent haqqını əldə edən şirkətlər əlavə olunan videoları sildirmə haqqına sahibdirlər. Bu hüquq film və musiqi videolarında tez-tez həyata keçirilir.
Youtube hörmətsizliyin yer aldığı bəzi materialların yığışdırılmadığına görə dəfələrlə bir çox ölkələrin hökuməti (İran, Pakistan, Tayvan, Türkiyə) tərəfindən qapadılıb.[3] Youtube-da yerləşdirilmiş və Atatürkü təhqir edən videonun Türkiyənin müraciətlərinə baxmayaraq yığışdırmaması bu ölkədə veb-səhifəyə girişin bağlanması ilə nəticələndi. Bu məsələ Google və Mərkəzi Avropa Universitetinin təşkil etdiyi "Azadlıqda İnternet 2010" tədbirində (20–22 sentyabr, Budapeşt, Macarıstan) geniş müzakirə olunub.[4]
YouTube bir çox istifadəçisinin internetdə məşhurluq qazanmasına səbəb olmuşdur. YouTube-un ən çox izlənilən istifadəçisi Pewdiepie-dir. Bir başqa YouTube istifadəçisi Massaçusettsli köhnə resepsiyonist Bruk Brodak, NBC ilə 18 aylıq müqavilə imzalamışdır. YouTube-un ən çox izlənilən istifadəçisi lonelygirl15-in də əslində Yeni Zelandiyada yaşayan aktrisa Cessika Li Rouz olduğu və videolarını bir neçə film rejissoru ilə çəkdiyi açıqlanmışdır. Kris Kroker 11 sentyabr 2007-ci ildə Britney Spears ilə əlaqədar nümayiş etdirdiyi videosu ilə qısa müddətdə özünə diqqət çəkmişdir.
YouTube-dakı videoların sayəsində internetdə tanınmış olan şəxslər də vardır. Bu kəslərə "YouTube məşhurları" deyilir. Onların bəziləri bunlardır:
Bruk Brodak 2006-cı ilin iyununda Carson Dalya prodüseri olduğu proqramlar ilə 18 aylıq müqavilə imzalayaraq YouTube-dan mediyaya keçən ilk istifadəçidir. 31 yanvar 2007-ci ildə Lisa Donovanın (LisaNova) Foxun komediya proqramı MADtv-nin 12-ci mövsüm bölümlərinə qatıldığı açıqlanmışdır.