№
|
Təsvir
|
Ad
|
İl
|
Yer
|
Vəziyyət
|
Qısa məlumat
|
1
|
|
Maleviçin tektoniki
|
1976–77
|
London
|
Reallaşdırılmayıb.
|
Temza çayı üzərindəki Hangerford körpüsündə otel üçün dördüncü kurs tələbə layihəsi.[6]
|
2
|
|
XIX əsr muzeyi
|
1977–78
|
London
|
Reallaşdırılmayıb.
|
Beşinci kurs tələbə dizayn-tezisi; Memar layihəni "mənim ilk ideoloji və fərzi işlərimdən biri" adlandırır.[7]
|
3
|
|
Niderland parlamentinin genişləndirilməsi
|
1978–79
|
Haaqa
|
Reallaşdırılmayıb.
|
Binnenxof bina kompleksinin genişləndirilməsi layihəsidir. Rem Kulhas və Eliya Zenghelis ilə birgə işlənilib.[7]
|
4
|
|
La-Villet parkı
|
1982–83
|
Paris
|
Reallaşdırılmayıb.
|
Parisin mərkəzindən kənarda yerləşən, elm və musiqiyə həsr olunmuş ictimai obyektlərinin yerləşdiyi park layihəsi.[8] Müsabiqədə fransız memarı Bernard Çuminin layihəsi qalib gəlmiş və həyata keçirilmişdir.
|
5
|
|
Pik[9]
|
1982–83
|
Honkonq, Viktoriya Piki
|
Reallaşdırılmayıb.
|
Pikin "suprematist geologiya"ya uyğun olaraq sıldırımın üstündə kurort zonasına yenidən dizayn təklifidir.[10] Layihə Hadidə möhtəşəm qrafika və rəsmlərinə görə ilk beynəlxalq mükafatı qazandırmış və memara dünya şöhrəti gətirmişdir.[11] Honkonqun Çinə qaytarılması ilə bağlı yaranmış çətinliklərə görə layihə həyata keçirilməmişdir.[12]
|
6
|
|
Böyük binalar
|
1985
|
London, Trafalqar meydanı
|
Reallaşdırılmayıb.
|
Trafalqar meydanı və onu əhatə edən binaların, o cümlədən "meydanın ümumi kütləsinə daxil olan qüllələrin" yenidən dizayn edilməsi layihəsidir.[13]
|
7
|
|
Melburi məhkəməsi
|
1985
|
London
|
Reallaşdırılmayıb.
|
Mövcud mebellərin istifadə edilməsi ilə sənəd otaqlarının yenidən dizayn edilməsi layihəsidir.[14]
|
8
|
|
Hamburq sahil rayonu
|
1986
|
Hamburq
|
Reallaşdırılmayıb.
|
Şpayxerştadt ərazisi də daxil olmaqla, Hamburq limanının yenidən qurulması və inkişaf etdirilməsi layihəsidir.[15]
|
9
|
|
Manhetten: Yeni kalliqrafiya planı
|
1986
|
Nyu-York
|
Reallaşdırılmayıb.
|
Otelin yenidən qurulması layihəsi fonunda şəhər ərazisində yenidənqurulması imkanlarının nəzərdən keçirilməsi planıdır.[16]
|
10
|
|
Kurfürstendamm 70[17]
|
1986
|
Berlin
|
Reallaşdırılmayıb.
|
Çox dar (2.7 × 16 metr) ərazi üçün nəzərdə tutulmuş ofis binası layihəsidir.[18]
|
11
|
|
IBA yaşayış binası
|
1986–93
|
Berlin, Stresemannstraße 109. 52°30′23″ şm. e. 13°22′47″ ş. u.
|
Tikilib.
|
Üç mərtəbəli yaşayış binasının metal konstruksiyalar əlavə edilməklə Beynəlxalq Memarlıq Sərgisi (BMS) üçün binaya çevirilməsi layihəsidir.[18] Bu layihə Vitra yanğınsöndürmə binası layihəsi ilə birgə Zaha Hadidin inşa edilmiş ilk layihəsidir. Hadid "Qadın memarlar və layihəçilər təşkilatı"nın BMS-də qadınların rolunun artırılması üçün təşkil etdiyi müsabiqədə sosial mənzil layihəsi təklif edən üç qadın memardan biri olmuşdur.[19]
|
12
|
|
Azabu-Jyuban[20]
|
1986
|
Tokio
|
Reallaşdırılmayıb.
|
Tokionun Roppongi rayonuna yaxın ərazidə yerləşən müxtəlif binaların inkişaf planıdır.[21]
|
13
|
|
Tomiqaya[22]
|
1986
|
Tokio
|
Reallaşdırılmayıb.
|
Azabu-Jyuban layihəsi ilə əlaqəli kiçik, qarışıq istifadə üçün nəzərdə tutulmuş, mərkəzində şüşəli hündür pavilyon yerləşən layihədir.[23]
|
14
|
|
Qərbi Hollivud Vətəndaş Mərkəzi
|
1987
|
Los-Anceles
|
Reallaşdırılmayıb.
|
"Obyektlərin qarşılıqlı olaraq sərbəst əlaqədə olmasına əsaslanan geniş ərazi üçün nəzərdə tutulmuş" "müxtəlif məqsədlər üçün istifadəyə yararlı" vətəndaş mərkəzi layihəsidir.[24]
|
15
|
|
Əl-Vahda İdman Mərkəzi[25]
|
1988
|
Əbu-Dabi
|
Reallaşdırılmayıb.
|
10-12.000 izləyici tutumuna malik qapalı stadion, qapalı idman zalları və yardımçı binalardan ibarət iri idman mərkəzi layihəsidir.[26]
|
16
|
|
Berlin 2000
|
1988
|
Berlin
|
Reallaşdırılmayıb.
|
Berlin divarı olmadan hazırlanmış şəhər baş planıdır. Berlin divarının uçurulmasından bir il əvvəl sifariş edilib.[27]
|
17
|
|
Viktoriya Şəhər Ərazisi[28]
|
1988
|
Berlin
|
Reallaşdırılmayıb.
|
Berlinin Kurfürstendamm prospektinin dizayn və yenidən inkişaf layihəsidir.[29]
|
18
|
|
Yeni Barselona
|
1989
|
Barselona
|
Reallaşdırılmayıb.
|
Barselona şəhərinin İldefons Serdanın "əyri və kəsişən fraqmentlər"dən ibarət planı əsasında hazırlanmış "yeni şəhər coğrafiyası" planıdır.[30]
|
19
|
|
Tokio Forum[31]
|
1989
|
Tokio
|
Reallaşdırılmayıb.
|
"Boşluq - şüşə konteyner - və ondan çıxan kiçik boşluqlar" formasında işlənmiş bələdiyyə Mədəniyyət Mərkəzi, yaşayış binaları, mədəni və ictimai obyektlər layihəsidir.[32]
|
20
|
|
Hafenstrasse inkişaf layihəsi[33]
|
1990
|
Hamburq
|
Reallaşdırılmayıb.
|
Elba sahilində, qarışıq istifadə üçün nəzərdə tutulmuş binalar silsiləsindən ibarət layihədir.[34]
|
21
|
|
Leyçester meydanı
|
1990
|
London, BL
|
Reallaşdırılmayıb.
|
Leyçester meydanının yenidən qurulması, fəvvarələrlə bəzədilməsi və inkişaf etdirilməsi layihəsidir.[35]
|
22
|
|
Sənət və Media Mərkəzi
|
1989-93
|
Düsseldorf, Almaniya
|
Reallaşdırılmayıb.
|
Düsseldorfun keçmiş liman ərazisinin yenidən bərpa edilərək müxtəlif sənət və media binalarının inşası ilə mərkəzə çevrilməsi layihəsidir. Ərazidə əyləncə mərkəzləri, mağazalar və kafelərin yaradılması da nəzərdə tutulurdu.[36]
|
23
|
|
Musiqi Video pavilyonu
|
1990
|
Qroningen, Niderland
|
Tikilib.
|
Monumental Akerkand və Korenbeurs binaları arasında işlək pavilyonun inşası layihəsidir. Nyu-Yorkun Fayer adasındakı "monitor" ev kimi böyük şüşədən həll edilmiş fasad dənizə baxır. Pavilyonda gəzərkən insanlar video və musiqinin müşayəti ilə göstərilən şounun bir hissəsinə çevirilirlər.[37]
|
24
|
|
London 2066
|
1991
|
London, BK
|
Reallaşdırılmayıb.
|
Britaniya Vogue-unda nəşr edilmiş geniş plandır. Planda metropolis kimi Londonun əsaslı yenidən qurulması, dəmiryolu, şəhər yolları, su xəttləri və hava sisteminin yenilənməsi, yeni imkanlar və yeni təcrübələr nəzərdə tutulub.[38]
|
25
|
|
Madrid üçün görüntü
|
1992
|
Madrid, İspaniya
|
Reallaşdırılmayıb.
|
Madrid şəhərinin tarixən formalaşmış anarxik urbanizasiyasının formaya salınaraq şəhərin dörd inkişaf ərazisinə bölünməsi və bu plan əsasında inkiaşf etdirilməsini nəsərdə tutan layihədir.[39]
|
26
|
|
Billi Ştraus Sənət Oteli
|
1992
|
Nabern, Almaniya
|
Reallaşdırılmayıb.
|
Keçmiş ferma evinə monumental tikilinin əlavəsi ilə yaradılması planlaşdırlan otel kompleksi layihəsidir. Layihənin mərkəzində köhnə və yeni tikili arasında duran ellips formalı bina dayanır. Bu bina müxtəlif sərgilər və şouların keçirilməsi üçün də istifadə edilə bilinər.[40]
|
27
|
|
Konsert zalı
|
1992-93
|
Kopenhagen, Danimarka
|
Reallaşdırılmayıb.
|
İşıq kəsimləri ilə kompaktlıq və açıqlığa malik olan böyük konsert zalı layihəsidir. Binanın səmaya yüksələn kəskin küncləri zalın relyefini tamamilə açır.[41]
|
28
|
|
Reynauafen inkişaf planı
|
1992
|
Köln, Almaniya
|
Reallaşdırılmayıb.
|
Kölnün keçmiş sənaye zonasının təmizlənib inkişaf etdirilərək şəhər ərazisinə birləşdirilməsini nəzərdə tutan inkişaf layihəsidir. Layihəyə əsasən ərazidəki keçmiş sənaye binalarının yenidən dizayn edilərək müxtəlif məqsədlər üçün yararlı binalara çevirilməsi, həmçinin yeni mədəni-ictimai binaların inşası, yaşayış komplekslərinin yaradılması nəzərdə tutulmuşdu.[42]
|
29
|
|
Karnutum
|
1993
|
Vyana, Avstriya
|
Reallaşdırılmayıb.
|
Arxeoloji abidə əsasında Karnutum muzeyinin yaradılması layihəsidir. Yerli landşaftın və tarixi yaşayış yerinin açar formalarının əsas alındığı layihədə geoloji mərkəz, açıq hava teatrı, belveder və muzey binalarının yaradılması nəzərdə tutulmuşdu.Geoloji mərkəzdə kompleksin inşası planlaşdırılan dağın tarixi haqqında, muzey binasında isə dağda aşkarlanmış yaşayış yeri haqqında məlumatlar verilməli idi.[43]
|
30
|
|
Vitra yanğınsöndürmə stansiyası
|
1994
|
Vayl-am-Rayn
|
Tikilib.
|
Vitra mebel fabrikası kompleksinin şimal-şərqində inşa edilmiş yanğınsöndürmə məntəqəsi binasıdır. Bu bina illər ərzində Zaha Hadidin layihələrində inkişaf etdirdiyi dekonstruktiv nəzəriyyə dilinin təqdim edilməsidir. Vitra yanğınsöndürmə stansiyası binası özündə fəlsəfə və memarlığı təcəssüm etdirir.[44]
|
31
|
|
Spıttalmarkt
|
1995
|
Berlin, Almaniya
|
Reallaşdırılmayıb.
|
Avropanın ən qaynar yenidənqurma ərazilərindən biri olan Şərqi Berlinin "Mittie" ərazisində ofis binasının inşası layihəsidir. Layihəyə əsasən inşa edilməli bina həm iri finans şirkətinin baş qərargahı, həm də şəxsi ofislər üçün istifadəyə yararlı olmalı idi.[45]
|
32
|
|
Şarl de Qoll Fransız Liseyi
|
1995
|
London, BK
|
Reallaşdırılmayıb.
|
Kiçik lisey binasının genişləndirilməsi və həyətə girişin vurğulanması üşün Cənubi Kensinqtonda yerləşən lisey rəhbərliyi tərfindən sifariş edilmiş layihədir. Ənənəvi vertikal darvaza dizaynından imtina edən memar bu layihədə horizontal giriş dizaynı təqdim etmişdir.[46]
|
33
|
|
Pankras Leyn
|
1995
|
London, BK
|
Reallaşdırılmayıb.
|
Londonun biznes rayonunda ofis binası layihəsidir. Şəhərin bu rayonu qədim tarixə malik olduğundan məhdud ərazidə yeni ofis binası layihələşdirilərkən dizayner planlaşdırma və inşaat çətinlikləri ilə üzləşib. Əsas tələblərdən biri isə təməl mərtəbənin icatimai açıq park kimi dizayn edilməsi olmuşdur.[47]
|
34
|
|
42-ci Küçə Oteli
|
1995
|
Nyu-York, ABŞ
|
Reallaşdırılmayıb.
|
5-ci prospektlə 42-ci küçənin kəsişməsində yerləşməsi planlaşdırılan otel kompleksi layihəsidir. Qlobal şəhərin mürəkkəb və sehrli imicinə uyğun olacaq layihə kimi nəzərdə tutulmuş kompleksə iki üç səviyyəli kommersiya podiasının daxil olması planlaşdırılmışdır. Binalardan biri qırx beş, digəri isə iyirmi iki mərtəbəli olmalı idi.[48]
|
35
|
|
Prado Muzeyinin genişləndirilməsi
|
1996
|
Madrid, ABŞ
|
Reallaşdırılmayıb.
|
Bir neçə binadan ibarət olan Prado muzeyinə yeni binanın əlavə edilməsi layihəsidir. Zaha Hadidin təklifinə əsasən inşa edilməli olan yeni bina Prado kompleksinin mərkəzinə fokuslanaraq lent kimi Villanueva binasının ətrafına dolanmalı idi.[49]
|
36
|
|
Kardiff Körfəz Opera Evi
|
1995
|
Kardiff, Uels
|
Reallaşdırılmayıb.
|
Layihə Kardiff körfəzinin inkişaf etdirilməsi layihəsi çərçivəsində hazırlanmışdı. Bina o zaman Kardiffdəki Yeni Teatr binasında məskunlaşmış Uels Milli Opera Şirkəti üçün inşa edilməli idi. Sonradan layihənin planlaşdırıldığı ərazidə Uels Millennium Mərkəzi inşa edilmiş və 2004-cü ildə bu mərkəzin açılışı baş tutmuşdur. Media orqanları Zaha Hadidin layihəsini "büllur boyunbağı"[50][51] adlandırmışdılar.
|
37
|
|
Viktoriya və Albert muzeyinin qazanxana binasının yenidənqurulması
|
1996
|
London, BK
|
Reallaşdırılmayıb.
|
150 il ərzində inkişaf etmiş, böyük şəhər məhəlləsini əhatə edən və aid olduğu dövrün memarlığının ən gözəl nümunələrindən biri hesab edilən Viktoriya və Albert muzeyi binasına məxsus qazanxananın sərgi salonu kimi yenidən dizayn edilməsi layihəsidir. Muzey xaricindəki ərazilərin tam mənimsənilməsindən sonra muzey rəhbərliyi daxili həyətlərdəki istifadə edilməyən tikililərin mənimsənilməsi qərarına gəlmiş və memara yenidənqurma layihəsini sifariş etmişdi.[52]
|
38
|
|
Məskunlaşma körpüsü
|
1996
|
London, BK
|
Reallaşdırılmayıb.
|
Göydələn kimi horizontal olaraq ucalan və yaşayış üçün yararlı binaların tikintisinə əsaslanan körpü layihəsidir. Körpüdə eyni zamanda ticarət və əyləncə binalarının, həmçinin digər ictimai tikililərin inşası da təklif edilir.[53]
|
39
|
|
La Feniçe
|
1996
|
Venesiya, İtaliya
|
Reallaşdırılmayıb.
|
Venesiyanın ən məşhur opera teatrlarından biri olan La Feniçenin yanğından sonra bərpa olunması üçün Londonun "Daily Telegraph" qəzetinin sifarişi ilə hazırlanmış layihədir. Bu nəzəri layihə Venesiyanın tarixi-mədəni abidələrinin bərpası məsələsinin stimullaşdırılaraq daha geniş auditoriyanın müzakirəsinə çıxarılması məqsədi ilə hazırlanmışdır.[53]
|
40
|
|
Filarmoniya zalı
|
1997
|
Lüksemburq
|
Reallaşdırılmayıb.
|
Lüksemburqun Qədim şəhər hissəsinin yerləşdiyi pilləli təpə ərazisində filarmoniya zalının inşa edilməsi layihəsidir. Binanın pillələr arasında süni konturlanmış ərazidə inşası təklif edilirdi.[54]
|
41
|
|
Landesgartensşau 1999
|
1997
|
Vayl-am-Rayn, Almaniya
|
Tikilib.
|
"Landscape Formation One" festivalı üçün inşa edilmiş bina layihəsidir. Binanın layihəsi ətraf landşaftdan izolyasiya olunma nəzəriyyəsi əsasında hazırlanmışdır.[55]
|
42
|
|
İslam İncəsənəti Muzeyi
|
1997
|
Doha, Qatar
|
Reallaşdırılmayıb.
|
Süni adada, dəniz kənarı ərazidə inşa edilməli muzey binası layihəsidir. Fasadları islam kaşı elementlərinin bəzək kimi istifadə edilməsi ilə bəzədilməli olan binada sərgi zalları və eyvanların olması planlaşdırılmışdı.[54]
|
43
|
|
Hakni Empayr
|
1997
|
London, BK
|
Reallaşdırılmayıb.
|
Şimali London ərazisində köhnə teatr binasının yenidən qurulması layihəsidi. Layihəynin əsasında binanın təməlindən dördüncü mərtəbəsinə kimi uzanan spiral forması dayanır.[56]
|
44
|
|
Kampus Mərkəzi
|
1998
|
İllinoys Texnologiya İnstitutu, Çikaqo, ABŞ
|
Tikilib.
|
Bina layihəsi ictimai kompleksin ifadəliyi və inteqrasiyasını əks etdirməklə modernliyin yeni təfsiri kimi işlənmişdir. Binada yaşayış və akademik funksiyalar arasında canlı interfeys yaradılmışdır.[57]
|
45
|
|
Reyna Sofiya Muzeyinin genişləndirilməsi
|
1999
|
Madrid, İspaniya
|
Reallaşdırılmayıb.
|
Reyna Sofiya Muzeyini Sabatini binasının yenidən qurulması üçün hazırlanmış dinamik kontrapunkt layihədir. Gələcək sərgilər üçün yeni mərhələ olan bina geniş ölçü və tiplogiya seçimi bəxş edirdi.[58]
|
46
|
|
Ağıl zonası
|
1998-2000
|
London, BK
|
Tikilib.
|
"Millenium Dome" sərgisi üçün inşa edilmiş on dörd binadan biridir. Bina ziyarətçiləri ağılın üç aspektinə səfərə dəvət edir: giriş, proses və çıxış.[59]
|
47
|
|
Serpentin Qalereyası pavilyonu
|
2000
|
London
|
Müvəqqəti tikilib.
|
Qalereyanın otuz illik yubileyinin qeyd edilməsi məqsədi ilə bir dəfə istifadə üçün inşa edilmişdir. Pavilyonun yalnız bir gecə istifadəsi nəzərdə tutulsa da, qalereya rəhbəri Culya Peyton-Cons keçmiş parlament üzvü Kris Smitin dəstəyi ilə onun uzun müddət saxlanmasına nail olmuşdur. Zaha Hadidin pavilyonu mtal konstruksiya üzərində dayanan ağ üçbucaq lövhələrdən inşa edilmiş, interyerdə isə, ağ, qara və boz masalardan istifadə olunmuşdu.[60]
|
48
|
|
Serpentin Sakler Qalereyası
|
2013
|
London
|
Tikilib.
|
Qalereyanın binası iki fərqli hissədən ibarətdir: XIX əsrə aid tarixi kərpic bina və XXI əsrə aid bina. Romadakı MAXXI Milli XXI əsr incəsənəti muzeyindən sonra Zaha Hadidin tarixi bina ilə müasir binanın sintezini əmələ gətirdiyi ikinci tikilidir.[61]
|
49
|
|
Hoenhaym-Şimal Terminalı və avtodayanacağı
|
2001
|
Hoenhaym, Fransa
|
Tikilib.
|
Tramvay terminalı, avtobus dayanacağı və 800 yerlik avtomobil dayanacağı layihəsidir. Memarın bu layihəsi elektomaqnit ərazisində güc dalğaları ideyasına əsaslanmışdır. Qeyri-adi bərabər sıralardan təşkil olunmuş dayanacağın kənarları hər tərəfdən ağ xəttlətlə vurğulanmışdır.[62]
|
50
|
|
One-North baş planı
|
2001
|
Sinqapur
|
Gözlənilir.
|
Sinqapurun Kuinstaun bölgəsindəki One-North ərazisinin baş planı layihəsidir. Memarın veb saytında layihə "təbii peyzaj cərgələri ilə şəhər memarlığının qarşılıqlı qovuşmasından ibarət memarlıq arzusu" kimi təqdim edilir.[63]
|
51
|
|
Bergizel hündürdən atlama stansiyası
|
2002
|
İnsbruk, Avstriya
|
Tikilib.
|
İnsbruk şəhəri ərazisindəki Bergizel təpəsində inşa edilmiş hündürdən atlama stansiyası layihəsidir. Hündürdən atılma stadionu 26.000 nəfərlik tutuma malikdir.[64]
|
52
|
|
Müvəqqəti Tokio Quqqenheym Muzeyi
|
2002
|
Tokio, Yaponiya
|
Müvəqqəti tikilib.
|
Odasiba adasının mərkəzində inşa edilmiş 116 m2 əraziyə malik müvəqqəti muzey binası layihəsidir. Layihə sürətlə inkişaf edən şəhərin bu rayonunun gələcək memarlıq xüsusiyyətlərinin formalaşmasına kömək edir.[65]
|
53
|
|
Rouzental Müasir İncəsənət Mərkəzi
|
2003
|
Sinsinnati, Ohayo
|
Tikilib.
|
Zaha Hadidin ilk ABŞ layihəsidir. New York Times-dan memarlıq tənqidçisi Herbert Muşamp bu tikili haqqında qeyd edir ki, "Soyuq müharibə dövründən sonra ABŞ-da inşa edilmiş ən mühüm binadır."[66]
|
54
|
|
Ordrupqard muzeyi genişləndirilməsi
|
2001-05
|
Kopenhagen, Danimarka
|
Tikilib.
|
Layihə Zaha Hadidin ətraf landşaft və daha köhnə binanın memarlığına şəxsi təfsiri nəticəsində yaradılmışdır və həm ölçülərinə, həm də nisbətlərinə görə bu yanaşmanı əks etdirir. Bina interyerin işıqlandırılmasına və ətraf landşaftın əks olunmasına xidmət edən şüşəli elementlər üçün kontrapunkta rolunu oynayan qara lava formalı beton kütlədən inşa edilmişdir.[67]
|
55
|
|
Puerta Amerika oteli
|
2003-05
|
Madrid, İspaniya
|
Tikilib.
|
Puerta Amerika otelində interyer dizaynı layihəsidir. Otuz otağın interyer dizaynını əhatə edən layihədə müxtəlif formalar və materiallar arasında yeni dialoq forması yaradılmışdır.[68]
|
56
|
|
BMW Mərkəz Binası
|
2005
|
Leypsiq, Almaniya
|
Tikilib.
|
BMW-nin $1.55 milyard dollar dəyəri olan istehsal kompleksinin mərkəzi binasıdır. Zaha Hadidin bu layihəsi Cakomo Matye-Trukkonun Fiat Linqotto Fabriki və Piter Behrensin AEG Turbin Fabrikası binaları ilə müqayisə edilir. Üç istehsal bölməsini birləşdirən bina 5.500 işçinin fəaliyyəti üçün nəzərdə tutulub.[69]
|
57
|
|
Feno Elm Mərkəzi
|
2005
|
Volfsburq, Almaniya
|
Tikilib.
|
Feno Elm Mərkəzi şəhərin ümumi planına uyğun şəkildə hazırlanmışdır. Bina 2006-cı ildə RIBA Avropa Mükafatına və Sənət, İstirahət və Əyləncə layihələri nominasiyasında Struktur Mühəndisləri İnstitutunun Mükafatına layiq görülmüşdür.[70]
|
58
|
|
Szervita meydan qülləsi
|
2006
|
Budapeşt, Macarıstan
|
Reallaşdırılmayıb.
|
Budapeştin tarixi mərkəzində yerləşən Szervita meydanında inşa edilməli olan bina layihəsidir. Qarışıq istifadə üçün nəzərdə tutulmuş binanın Sovet dövründən qalmış avtomobil dayanacağının yerində ucaldılması, binada əyləncə mərkəzləri, mağazalar və ictimai iaşə obyektlərinin olması nəzərdə tutulub.[71]
|
59
|
|
İssam Fares İctimai Əlaqələr və Beynəlxalq Münasibətlər İnstitutu
|
2006-14
|
Beyrut, Livan
|
Tikilib.
|
Beyrut Amerika Universitetinin İssam Fares İctimai Əlaqələr və Beynəlxalq Münasibətlər İnstitutu üçün inşa edilmiş bina layihəsidir. Layihə institutun ambisiyalı proqramını əks etdirməklə ətraf landşaftla funksional harmoniya əsasında işlənmişdir.[72]
|
60
|
|
Kartal-Pendik Sahil Regenerasiya baş planı
|
2006
|
İstanbul, Türkiyə
|
Reallaşdırılmayıb.
|
İstanbulun şərq sahilində yeni şəhər mərkəzinin yaradılması planıdır. Tərk edilmiş sənaye meydanının yeni submərkəz kimi formalaşdırılmasını nəzərdə tutan plana əsasən ərazidə biznes rayonu, yüksək səviyyəli yaşayış kompleksi, konsert zalı, teatr, muzeylər və sair mədəniyyət obyektləri,həmçinin turistlər üçün otellər və marinanın inşası qeyd edilib.[73]
|
61
|
|
Viktoriya Hospitalında Meggi Mərkəzi
|
2006
|
Kerkoldi, Şotlandiya
|
Tikilib.
|
Xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara kömək edilməsi üçün müxtəlif şəhərlərdə yaradılan Meggi mərkəzlərinin Kerkoldi şəhərində yerləşən filialının binasıdır. Bina Zaha Hadidin Birləşmiş Krallıq ərazisində inşa edilmiş ilk işidir.[74] Binada təbii və insan əməyi ilə yaradılmışların sərhəddi göstərilmişdir.
|
62
|
|
Tondonia Şərab Pavilyonu[75]
|
2001-06
|
Haro, İspaniya
|
Tikilib.
|
Rafael López de Heredia Tondonia şərab zavodu İspaniyanın Rioxa regionunun ən qədim və məşhur şərab istehsalı zavodudur. 125 illik yubileylərini qeyd etmək məqsədi ilə zavod rəhbərliyi 1910-cu il Bressel Dünya Yarmarkasında təqdim edilmiş və dövrümüzə kimi fəaliyyət göstərən pavilyonu yeniləmək qərarı alır. 2002-ci ildə köhnə pavilyonun gözəlliyinə diqqət ayıran zavodun hazırkı sahibləri (zavodun əsasını qoyan şəxsin birbaşa varisləri)interyeri saxlamaqla köhnə pavilyonun yeni fasad içərisində yerləşdirilməsi qərarına gəlirlər. Məkanın həm şərab mağazası, həm də ziyarətçilərin zavodun məhsullarından dadmaq imkanı olan bir yer kimi istifadəsi nəzərdə tutulurdu.[76] Binanın açılışı 2006-cı ildə baş tutmuşdur.
|
63
|
|
BMW sərgi zalı
|
2003-06
|
Leypsiq, Almaniya
|
Tikilib.
|
BMW Mərkəz Binası tərkibində sərgi salonu layihəsidir. Bina hazır məhsulların sərgilənməsi üçün nəzərdə tutulmuşdur. İnşa edilmiş bina kompleksə daxil olan digər binaların ətrafına fırlanan formada dizayn edilmişdir.[77]
|
64
|
|
Euskotren Mərkəz Binası
|
2004
|
Duranqo, İspaniya
|
Gözlənilir.
|
Euskotren dəmir yolu şirkəti üçün yeni mərkəz binasının inşa layihəsidir. Layihə bir neçə binanı birləşdirərək lverişli şəhər mühiti formalaşdırılmasına xidmət edir.[78]
|
65
|
|
Nuragi və Müasir İncəsənət Muzeyi
|
2006
|
Kalyari, İtaliya
|
Gözlənilir.
|
Sardiniya adasındakı Sant-Eliya stadionu yaxınlığında inşa edilməsi planlaşdırılan muzey kompleksi layihəsidir. Adada mövcud olmuş Nuragi sivilizasiyası və müasir incəsənətə aid eksponatların sərgilənməsi üçün nəzərdə tutulmuş muzey dəniz sahilində yerləşir.[79]
|
66
|
|
Siqnatur qüllələri
|
2006
|
Dubay, BƏƏ
|
Gözlənilir.
|
Şəhərin yeni biznes limanında inşa edilən kompleks layihəsidir. Kompleksə daxil olan üç binanın yaşayış, iş mərkəzi, otel və ticarət mərkəzi kimi istifadəsi planlaşdırılır. Miqyasına və ambisiyasına görə kompleks inşa edildiyi ərazi üçün ikonik hesab edilir.[80]
|
67
|
|
Elefteriya meydanının yenidənqurma layihəsi
|
2007
|
Nikosiya, Kipr
|
Gözlənilir.
|
2005-ci ildə meydanın yenidən qurulması üçün müsabiqə elan edilmiş və Zaha Hadid müsabiqədə qalib gəlmişdir.[81] Lakin, Hadidin planı yerli memarlar tərəfindən tənqid edilmişdir.[82] 2009-cu ildə təməl qazıntıları zamanı açkarlanmış arxeoloji abidə orijinal dizaynda dəyişiklər edilməsinə səbəb olmuşdur. 2012-ci ilin fevralından etibarən meydan həyata keçirilən işlərlə əlaqədar tamamilə bağlanmışdır. Hadidin planına əsasən meydan ətrafındakı qədim Venesiya divarı bərpa edilməli və divar boyunca palma ağacları ilə əhatələnmiş gəzinti yolu salınmalıdır.[83]
|
68
|
|
Hungerburgbahn stansiyaları
|
2007
|
İnsbruk, Avstriya
|
Tikilib.
|
Hungerburgbahn tramvay xəttinin dörd stansiyasının inşa layihəsidir. Layihəyə əsasən insanları yarım saatdan da az bir müddətə İnsbruk şəhərindən yaxınlıqdakı dağın zirvəsinə aparacaq xətt üçün dörd stansiya və asma körpünün inşası tələb olunurdu. Stansiyaların hər birinin dizaynı konkret olaraq yerləşdiyi ərazinin şəraiti və hündürlüyünə uyğunlaşdırılsa da, onları bir-biri ilə əlaqələndirən ümumi elementlər də saxlanılmışdır. Binalar hər biri Zaha Hadidi məşhurlaşdıran dalğalı memarlıq görünüşünü əks etdirir.[84]
|
69
|
|
Madrid Vətəndaş Ədalət Məhkəməsi
|
2007
|
Madrid, İspaniya
|
Gözlənilir.
|
Bina Norman Foster, Riçard Rocers, İm Pey və başqa görkəmli memarların əsərləri ilə bir yerdə, Madridin Valdebebas ərazisində yerləşəcək. Layihə işlənərkən qarşıya qoyulan əsas məqsəd binanın məhkəmə orqanının insanlar üçün açıq, əlçatan olmasını göstərməsi olmuşdur.[85]
|
70
|
|
Nil qülləsi
|
2007
|
Qahirə, Misir
|
Gözlənilir.
|
Qahirənin mərkəzində, Nil çayı yaxınlığında inşa edilməli eleqant göydələn layihəsidir. Otel və apartamentlər üçün nəzərdə tutulmuş yetmiş mərtəbəli binanın beton divarlarından biri, qurğunun hündürlüy boyunca onun başına dolanırmış kimi dizayn edilmişdir.[86]
|
71
|
|
Vilnüs Quqqenhaym Ermitaj Muzeyi
|
2008
|
Vilnüs, Litva
|
Gözlənilir.
|
Nyu-media art, Nyu-York Şəhər Film Arxivinin bir hissəsi, o cümlədən Fluksus incəsənətinin təqdim edilməsi üçün nəzərdə tutulmuş muzy binası layihəsidir. Muzeydə 1960-cı illərdə Nyu-Yorkda çiçəklənmə dövrünü yaşamış və litvalı sənətkar Corc Maçiyunasın rəhbərlik etdiyi Fluksus hərəkatı təmsilçilərinin əsərləri, litvalı avanqard film rejissoru Yonas Mekasın əsərləri, o cümlədən Nyu-Yorkun Solomon Quqqenhaym muzeyi və Sankt-Peterburqun Ermitaj muzeyindən əldə edilmiş eksponatların sərgilənməsi nəzərdə tutulur.[87]
|
72
|
|
Daş qüllələr
|
2008
|
Qahirə, Misir
|
Gözlənilir.
|
Ofis və digər məqsədlər üçün nəzərdə tutulmuş binalar kompleksi layihəsidir. Zaha Hadidin Qədim Misir memarlığının model və teksturalarından ilhamlanaraq dizayn etdiyi binaların şimal və cənub fasadlarındakı batıq və çıxıntılar qüllələrin yuxarı hissəsində işıq və kölgə effekti yaratmalıdır.[88]
|
73
|
|
Körpü pavilyon
|
2008
|
Saraqosa, İspaniya
|
Tikilib.
|
Ekspo 2008 üçün inşa edilmiş pavilyondur. 280 metr (919 ft) uzunluğu olan və qladiola çiçəyini imitasiya edən qapalı körpü Ebro çayı üzərindən keçməklə sərgi ərazisini qonşuluqdakı La Almozara ərazisi ilə əlaqələndirir. Körpü həm də sərginin əsas giriş qapısı kimi istifadə edilmişdir. Körpü boyunca bir saat ərzində 10.000 izləyici qəbul etməyə qadir sərgi yerləri vardır.[89]
|
74
|
|
Kral II Abdullah Mədəniyyət və Sənət Evi
|
2008
|
Əmman, İordaniya
|
Gözlənilir.
|
Mədəniyyət və incəsənət mərkəzi layihəsidir. Memar layihəni işləyərkən binanın yerləşəcəyi ərazinin fonunda görsənən qədim Petra yaşayı yerinin memarlığından ilhamlanmışdır. Binanın interyeri bütöv, çoxlaylı məkan kimi dizayn edilmişdir.[90]
|
75
|
|
Next Gene Architecture Museum
|
2008
|
Taypey, Tayvan
|
Gözlənilir.
|
Memarlıq nümunələrinin sərgilənməsi üçün inşa edilməsi planlaşdırlan muzy binası laihəsidir. Layihə işlənərkən qarşıya qoyulmuş əsas məqsəd yalnız eksponatların sərgilənəcəyi məkanın yaradılması deyil, həmçinin inşa ediləcək binanın özünün də eksponatlardan biri kimi çıxış etməsi olmuşdur. Bina böyunca müxtəlif yerlərdə şüşə divarlar günəş şüalarının içəri keçərək mühiti işıqlandırmasına hesablanmışdır.[91]
|
76
|
|
Kral Abdullah Neft Araşdırmaları və Tədqiqat Mərkəzi
|
2009
|
Ər-Riyad, Səudiyyə Ərəbistanı
|
Gözlənilir.
|
Bütün platformalarda enerji texnologiyaları və iqtisadiyyatın tədqiqi ilə məşğul olan müstəqil qeyri-kommersiya təşkilatı üçün inşa edilən qərargah kompleksi layihəsidir. Canlı, orqanik kütlə kimi nəzərdə tutulmuş kompleks, ümumi dizayna xələl gətirilmədən insan hücüyrələri kimi bölünərək böyüməyə qadir şəkildə planlanmışdır.[92]
|
77
|
|
İohan Sebastyan Bax pavilyonu
|
2009
|
Mançester, BK
|
Tikilib.
|
Pavilyon Mançester Beynəlxalq Festivalı çərçivəsində Mançester Sənət Qalereyasında Baxın barokko musiqilərinin ifası üçün inşa edilib. Tavandan asılmış metal konstruksiya üzərinə çəkilmiş yarımşəffaf parça səhnə və auditoriya üçün yerlər, girişlər və ümumilikdə qapalı mühit formalaşdırmışdır.[93]
|
78
|
|
Sürix Hava Limanı Dairəsi
|
2009
|
Kloten, İsveçrə
|
Reallaşdırılmayıb.
|
Dinamik maye xüsusiyyəti daşıyan kompleks şəhər mühiti üçün vacib olan iki tələbə cavab verir: birincisi formaların kompaktlığı və kompleksin hava limanına bitişik olmasıdır, ikincisi isə, ərazinin maksumum istifadəsidir. Çay axını formasında dizayn edilmiş binada müxtəlif ofislər, mənzillər, kafe-restoranlar və mağazaların yerləşdirilməsi planlaşdırılmışdı.[94]
|
79
|
|
CMA CGM qülləsi
|
2005-10
|
Marsel, Fransa
|
Tikilib.
|
Marselin mərkəzi biznes rayonu olan Yevromediterran ərazisində inşa edilmiş 147 metr hündürlüyü olan göydələn bina layihəsidir. Tikili dənizçilik şirkəti olan CMA CGM üçün ofis binası kimi nəzərdə tutulmuşdur. Binanın dizaynı zamanı, onun şəhərin digər məşhur tikililəri - İf qəsri və hündür təpə üzərində yerləşən Notr-dam-de-la-Qard ilə qarşlıqlı əlaqəsi nəzərə alınmışdır.[95] 33 mərtəbəli binada 20 lift fəaliyyət göstərir.[96]
|
80
|
|
MAXXI - Milli XXI Əsr İncəsənəti Muzeyi
|
1998-2010
|
Roma, İtaliya
|
Tikilib.
|
Romanın Flaminio quartieresində yerləşən müasir incəsənət və memarlıq milli muzeyidir. 2000-ci ildə elan edilmiş layihə on il ərzində tamamlanmış, inşaat dövründə yeddi dəfə İtaliya hökuməti tərəfindən dəyişikliklərə məruz qalmışdır.[97] Keçmiş Caserma Montello hərbi birləşməsi tərəfindən istifadə edilmiş yer üçün nəzərdə tutulmuş layihəyə daxil olan beş binadan yalnız biri tamamilə yeni tikilmiş, digərləri isə uyğunlaşdırılmışdır.[98] Hadidin bu layihəsi 2010-cu ildə Britaniya Memarları Kral İnstitutunun Stirlinq mükafatına layiq görülmüşdür.[99]
|
81
|
|
Quançjou Opera Evi
|
2005-10
|
Quançjou, Çin
|
Tikilib.
|
Opera teatrı binası layihəsidir. 2008-ci ildə elan edilmiş müsabiqədə Zaha Hadidin "qoşa çınqıl" layihəsi qalib gəlmiş[100][101], 2005-ci ilin əvvəlində layihənin təməlqoyma mərasimi keçirilmişdir.[102] İnşaat işləri 2010-cu ildə tamamlanmışdır. Üzəri metal struktur üstünə bərkidilmiş şüşə təbəqəsi ilə örtülmüş bina betondan inşa edilmişdir.[103]
|
82
|
|
Evelin Qreys Akademiyası
|
2006-10
|
Brikston, London, BK
|
Tikilib.
|
Londonun cənubunda yerləşən Lambet borosu ərazisində orta məktəb binası layihəsidir. Layihəyə dörd kiçik məktəb binası, meydança və digər yardımçı binalar daxildir. İdman meydançaları ətrafında düzülmüş ziq-zaq formalı binalar bir-biri ilə əlaqəlidir. Siniflər dəhlizlər boyunca düzülmüşdür.[104] Layihə 2010-cu ildə Britaniya Memarları Kral İnstitutunun Stirlinq mükafatına layiq görülmüşdür.[105]
|
83
|
|
33-35 Hokston prospekti
|
2006
|
London, BK
|
Gözlənilir.
|
Hokston prospektində inşa üçün planlaşdırılmış eklektik bina layihəsidir. Layihə prizma ideyasına əsaslanmışdır. Layihədə həm yaxşı görünüş, həm də maksimal işıqlandırmaya nail olunmasına çalışılmış, həmçinin qonşu binaların ərazisinə hörmət edilmişdir. 3000 m2 ərazini əhatə edən iki mərtəbəli bina ofis mərkəzi kimi nəzərdə tutulmuşdur.[106]
|
84
|
|
E.ON Enerji Tədqiqat Mərkəzi
|
2006
|
Axen, Almaniya
|
Reallaşdırılmayıb.
|
Reyn-Vestfaliya Texniki Universitetinin E.ON Enerji Tədqiqat Mərkəzi üçün planlaşdırılmış inzibati bina layihəsidir. Binanın mövcud dəmir yolları və dördxətli avtomagistral arasında ağaclıq ərazidə inşa edilməsi təklif edilirdi. Ərazinin əsas coğrafi xüsusiyyətlərinə əsasən hazırlanmış bina universitet şəhərciyinin iki korpusunu birləşdirən körpü rolunu oynamalı idi.[107]
|
85
|
|
Yeni şəhər kazinosu
|
2004-2006
|
Bazel, İsveçrə
|
Reallaşdırılmayıb.
|
Konsert salonu kimi istifadə edilməsi nəzərdə tutulmuş geniş kompleks layihəsidir. İsveçrə qanunlarına görə şəhərdə həyata keçirilən böyük layihələr son mərhələdə şəhər əhalisi arasında keçirilən səsvermə zamanı təsdiqlənməlidir. Lakin, səsvermədə Bazel şəhərinin əhalisi Zaha Hadidin layihəsinin inşasının əlehinə səs vermişlər.[108]
|
86
|
|
Tayçjun Quqqenhaym muzeyi
|
2003-2006
|
Tayçjun, Tayvan
|
Reallaşdırılmayıb.
|
Daim dəyişdirilə bilən tədbir məkanı layihəsidir. Canlı, geniş ölçülü kinetik elementlərlə zəngin həssas məkan şəhər mühitində radikal ictimai tədbirlərin təşkilinə imkan verir. Bina yerləşdiyi ərazinin ümumi planına əsasən iki yolun kəsişməsində inşa edilməlidir.[109]
|
87
|
|
Tayçjun Metropolitan Opera Evi
|
2003-2006
|
Tayçjun, Tayvan
|
Reallaşdırılmayıb.
|
Kəskin əyri xəttləri və qara fasadı ilə ətrafdakı bütün binalardan fərqlənən opera teatrı layihəsidir. 3000 nəfərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş teatr, bir-biri ilə əlaqəli iki bina şəklində yolun hər iki tərəfində inşa edilməli idi ki, bi da layihənin ərazidə dominant olmasını təmin edirdi.[110]
|
88
|
|
ThyssenKrupp mənzil-qərargahı
|
2006
|
Essen, Almaniya
|
Reallaşdırlmayıb.
|
ThyssenKrupp şirkəti üçün hazırlanmış mənzil-qərargah binası layihəsidir. Təklif edilən kompleks unikal texniki-innovasiya xüsusiyyətləri və orqanik forması ilə şirkətin dəyərlərini əks etdirməli idi. Layihə hazırlanarkən qarşıya qoyulan məqsəd Essen şəhərinin sərhədlərindən kənarda da tanınacaq mühüm memarlıq nümunəsinin ərsəyə gətirilməsi olmuşdur.[111]
|
89
|
|
Folkvanq muzeyi
|
2006-2007
|
Essen, Almaniya
|
Reallaşdırlmayıb.
|
İncəsənət muzeyi layihəsidir. Layihə hazırlanarkən qarşıya iki məqsəd qoyulub ki, onlardan biri mövcud muzey binası ilə birləşəcək böyük ərazili sərgi məkanının hazırlanması, ikincisi isə kompleksin yaxınlıqda yerləşən Kulturvisenşaftlixes İnstitutu ilə əlaqələndirilməsi olmuşdur.[112]
|
90
|
|
Sevilya Universitetinin kitabxanası
|
2006
|
Sevilya, İspaniya
|
Gözlənilir.
|
Sevilya sakinləri və şəhərin qonaqlarını müasir oxu zalları, sərgi və konfrans məkanları olan kitabxana ilə təmin etmək məqsədi ilə hazırlanmış layihədir. Binanın dizaynı pyedestal funksiyası daşıyan yarımzirzəmi formalı özülə əsaslanır. Kiçik pəncərələr vasitəsiylə işıqlandırılan bu məkanda avtomobil dayanacağı, iş otaqları və sair yerləşir.[113]
|
91
|
|
Yeni Əsr Şəhər Sənət Mərkəzi
|
2007
|
Çendu, Çin
|
Gözlənilir.
|
Üç böyük auditoriyadan ibarət mdəniyyət mərkəzi layihəsidir. Mərkəzdə sənət muzeyi, sərgi mərkəzi, konfrans mərkəzi, həmçinin restoran və kafelər, dükanların olması planlaşdırılır. Günəş şüalarından qorumanı təmin etmək üçün fasadın ziq-zaq formalı jalüzlərlə örtülməsi təklif edilirdi.[114]
|
92
|
|
Əbu Dabi İcra İncəsənəti Mərkəzi
|
2007
|
Əbu-Dabi, BƏƏ
|
Gözlənilir.
|
Beş teatrın yerləşməsi üçün nəzərdə tutulmuş 62 metr hündürlüyə malik nəhəng sənət mərkəzi layihəsidir. Təklif edilən layihəyə əsasən binada konsert zalı, opera teatrı, dram teatrı, qarışıq teatr yerləşməli idi ki, bunların da ümumi tutumu 6300 nəfər üçün hesablanmışdır. Binada həmçinin Teatr İncəsənəti Akademiyasının yerləşməsi üçün şərait yaradıla bilinər.[115]
|
93
|
|
Dubay Finans Bazarı
|
2007
|
Dubay, BƏƏ
|
Gözlənilir.
|
Dubayın yeni dənizkənarı ticarət rayonu ərazisində inşa edilməsi nəzərdə tutulan biznes mərkəzi layihəsidir. Mərkəzi yaxınlıqda inşa edilən Siqnatur qüllələri üçün pyedastal kimi planlaşdırılmışdır. Fasadı əsasən şüşə örtüklə işlənmiş monumental binanda kiçik mağazalar və böyük marketlərin yerləşdirilməsi imkanı vardır.[116]
|
94
|
|
Bernem pavilionu
|
2009
|
Çikaqo, ABŞ
|
Tikilib.
|
Millenium parkında Çikaqonun baş planının və şəhərin bir çox memarlıq abidələrinin müəllifi olan memar Daniel Bernemin xatirəsinə inşa edilmiş pavilyon layihəsidir. Bu pavilyondan danışarkən Hadid qeyd edir ki, "Parça həm ənənəvi, həm və yüksəktexnologiyalara cavab verən bir materialdır və onun köməkliyi ilə maraqlı həndəsi formalar əldə etmək mümkündür. Məncə bu çox maraqlıdır." [117]
|
95
|
|
Şeyx Zayed körpüsü
|
2007-10
|
Əbu-Dabi, BƏƏ
|
Tikilib.
|
842 metr uzunluğu olan körpü bu zamana kimi inşa edilmiş ən mürəkkəb körpü layihəsidir. Onun dalğalı dizaynı səhrada qum dənəciklərinin formalaşdırdığı dalğaları xatırladır. Memarlıq xüsusiyyətlərindən başqa körpü həm də incə rəng çalarlarına əsaslanan xüsusi işıqlandırması ilə Əbu-Dabinin əks etdirdiyi təbiət və enerjinin dinamik əlaqəsini simvolizə edir.[118]
|
96
|
|
Rabat Böyük Teatrı
|
2010
|
Rabat, Mərakeş
|
Gözlənilir.
|
Şəhərin mərkəz ərazilərindən olan Burqreq ərazisində inşa edilməsi planlaşdırlan teatr kompleksi layihəsidir. İnnovativ dizaynı və infrastruktur imkanları ilə teatrın bölgənin simvollarından birinə çevriləcəyi güman edilir. Sanki əsasını yaxınlıqda axan Burqreq çayından alan bina torpağa doğru irəlilədikcə səmaya tərəf yüksəlir.[119]
|
97
|
|
Yeni rəqs və musiqi mərkəzi
|
2010
|
Haaqa, Niderland
|
Reallaşdırılmayıb.
|
Qabarıq damı, əyri fasad xətləri ilə diqqət çəkən rəqs və musiqi mərkəzi layihəsidir. 48000 m2 sahəyə malik mərkəz həm də yeraltı avtomobil dayanacağına malik olmalıdır. Mərkəzin şəhərin mərkəzi ərazilərindən birində inşası planlaşdırılmışdır.[120]
|
98
|
|
Bratislava Kulenova Yeni Şəhər Mərkəzi
|
2010-13
|
Bratislava, Slovakiya
|
Reallaşdırılmayıb.
|
Zaha Hadid tərəfindən hazırlanmış Bratislava Kulenova şəhər mərkəzi layihəsi dairəvi və elliptik formada dizayn edilmiş dinamik strategiyaya əsaslanmışdır. Təklif edilən ərazidən maksimum istifadə üçün, inşaat sahəsi özünün baza matrisasından çıxan maye formalı göydələnlər sırası ilə işlənmişdir.[121]
|
99
|
|
London Su İdmanı Mərkəzi
|
2008-11
|
London, BK
|
Tikilib.
|
Londonun şimal-şərqindəki Stratford rayonundakı Kraliça Elizabet Olimpiya Parkı ərazisində inşa edilmiş su idmanı mərkəzidir. Mərkəzdə iki ədəd 50 metr uzunluqlu üzgüçülük hovuzu və 25 metr uzunluqlu suya tullanma hovuzu var. Kompleks 2012 Yay Olimpiya Oyunları və 2012 Yay Paralimpiya Oyunlarının əsas yarış meydanlarından biri olmuşdur.
|
100
|
|
Dorobanti qülləsi
|
2008
|
Buxarest, Rumınya
|
Gözlənilir.
|
İnşa edilməsi təklif edilən şəhərin memarlıq baxımından dəyərli olan binalarından yüksək ifadəli strukturu ilə fərqlənən bina layihəsidir. Şəhərin mərkəzində 100,000 kv2 ərazidə inşa edilməsi planlaşdırılan bina qarışıq istifadə üçün nəzərdə tutulmuşdur. Belə ki, binada konfrans zalı ilə də təmin edilmiş beş ulduzlu otel, lüks apartamentlər, küçə səviyyəsində isə restoran/kafe və mağazaların yerləşdirilməsi təklif edilirdi.[122]
|
101
|
|
Liman evi
|
2009
|
Antverpen, Belçika
|
Gözlənilir.
|
Keçmiş yanğınsöndürmə məntəqəsi binasından istifadə əsasında inşa edilmiş yeni kompleks layihəsidir. Layihəyə əsasən köhnə binanın yanlarından qaldırılacaq üç beton sütun üzərində büton və şüşə kontruksiyalı ikinci bina inşa edilib. Kompleksin ümumi sahəsi 12,800 m2-dir. Tamamilə şüşə ilə üzlənmiş binadan limana mənzərə açılır. Beş mərtəbəli bina ofislər, görüş otaqları və konfrans zalı ilə təmin olunmaqla iş mərkəzi kimi nəzərdə tutulub.[123]
|
102
|
|
"Chanel" Mobil Müasir İncəsənət Pavilyonu
|
2008-2010
|
Honkonq, Tokio, Nyu-York, hazırda Parisdə
|
Tikilib.
|
Daşına bilən sənət pavilyonu layihəsidir. "Chanel"in baş dizayneri Karl Lagerfeldin sifarişi ilə hazırlanmış pavilyonda brendin istehsal ütdiyi çantalardan ilhamlanaraq rəsm əsəri işləmiş iyirmi rəssamın əsəri nümayiş etdirilir.[124]
|
103
|
|
Riversayd Muzeyi
|
2007-11
|
Qlazqo, Şotlandiya
|
Tikilib.
|
Hazırda Qlazqo Nəqliyyat Muzeyinin yerləşdiyi muzey binası layihəsidir. Bina sinklə örtülmüş ziq-zaq formalı dama malikdir. 30.000-dən çox eksonatın sərgiləndiyi muzeyin Klayd çayına baxan 36 metr hündürlüyə malik fasadı tamamilə şüşə ilə üzlənmişdir. Binanın kəskin uclara malik ziq-zaqlı tavanı yan divarlara keçərkən daha yumşaq forma alır. Həm davan, həm də yan divarlar patinlənmiş sink lövhələrlə üzlənmişdir.[125]
|
104
|
|
İraq Mərkəzi Bankı
|
2011
|
Bağdad, İraq
|
Reallaşdırılmayıb.
|
Dəclə çayının sahilində İraq Mərkəzi Bankı üçün inşa edilməsi təklif edilən yeni ofis binası qurumun sadiq olduğu əsas dəyərləri ehtiva edir: möhkəmlik, sabitlik və davamlılıq.[126]
|
105
|
|
Roca London Qalereyası
|
2011
|
London, BK
|
Tikilib.
|
İspaniya hamam otağı brendi "Roca"-nın Londondakı satış qalereyası üçün Zaha Hadid tərəfindən hazırlanmış interyer dizaynı layihəsidir. Çelsi limanı yaxınlığında yerləşən çoxfunksiyalı binanın birinci mərtəbəsini əhatə edən qalereyanın giriş və qonaq otaqlarını qeyri-bərabər ağ divarlar əhatə edir. İnteryerin işlənməsində parlaq ağ plastik materialdan divan və kreslolar, həmçinin eyni materialdan hazırlanmış çilçıraqlar istifadə olunmuşdur.[127]
|
106
|
|
Heydər Əliyev Mərkəzi
|
2007-12
|
Bakı, Azərbaycan
|
Tikilib.
|
15,93 hektar əraziyə malik muzey-mədəniyyət mərkəzi layihəsidir. Kompleksin layihəsində demək olar ki, düz xəttlərdən istifadə edilməmişdir.[128] Bina özü dalğavari quruluşa malik olmaqla yerlə təmas edərək düzgün və harmonik görüntü formalaşdırır. Belə bir memarlıq quruluşu postmodernist memarlığı təmsil etməklə, həm də sonsuzluq effekti formalaşdırır. Binanın xəttləri sanki keçmişlə gələcəyin birləşməsini simvolizə edir.[128]
|
107
|
|
Pyers Vivs binası
|
2002-12
|
Monpelye, Fransa
|
Tikilib.
|
Üç dövlət qurumunun yerləşməsi üçün beton və şüşədən inşa edilmiş bina layihəsidir. Binada multimediya kitabxanası, ictimai arxei və Hero departamentinin idman idarəsi yerləşir. Binanın bütün fasadı boyunca batıq hissələrdə yaşıl çalarlı şüşədən istifadə edilmişdir. Binada böyük zal, kitabxana zalı, konfrans zalı, ofis otaqları, bir neçə auditoriya və sərgi otağı vardır.[129]
|
108
|
|
Elay və Edit Brod sənət muzeyi
|
2007-2012
|
İst-Lensinq, ABŞ
|
Tikilib.
|
Miçiqan Ştat Universiteti üçün dizayn edilmiş müasir sənət muzeyidir. Zaha Hadidin layihəsi əsasında inşa edilmiş muzey binasının polad və şüşədən qatlarla işlənmiş fasadı yaxınlıqdakı monastır universitetinin qırmızı kərpiclə inşa edilmiş qotik binası ilə kontrast təşkil edir. Muzey uzun illər ərzində İkinci Dünya müharibəsindən sonrakı və müasir incəsənət nümunələri kolleksiyası toplamış Elay və Edit Brodların şərəfinə adlandırılmışdır.[130]
|
109
|
|
Neapol Afraqola dəmir yolu stansiyası
|
2003-12
|
Neapol, İtaliya
|
Gözlənilir.
|
Neapol şəhərində inşa edilməsi planlaşdırılan dəmir yolu stansiyası layihəsidir. Afraqola kommunası ərazisində yerləşən stansiya elə dizayn edilib ki, Roma-Neapol sürət qatarı xəttində irəliləyən bütün qatarlar bu stansiyadan istifadə edə bilsinlər, həmçinin, hərəkət bu stansiyada başlamasın və ya məhdudlaşmasın, Neapol-Salerno xətti üzrə davam etdirilsin. Maksimal hündürlüyü 25 metr (82 ft) olması planlaşdırılan binanın dörd mərtəbəli olacağı gözlənilir.[131][132]
|
110
|
|
Salerno Dəniz Terminalı
|
1999-12
|
Salerno, İtaliya
|
Gözlənilir.
|
Şəhər və sahil arasında innovativ əlaqələrin təmin edilməsi üçün nəzərdə tutulmuş dəniz terminalı layihəsidir. İstridyə kimi bina daxildəki yumşaq elementləri əhatə edən qalın qabıq formalı fasada malikdir. Binanın tavanı elə işlənmişdir ki, onu qızmar Aralıq dənizi günəşindən qoruya bilsin.[133]
|
111
|
|
Lilium qülləsi
|
2007-12
|
Varşava, Polşa
|
Reallaşdırılmayıb.
|
Şəhər mərkəzində inşa edilməsi planlaşdırlan 240 metr hündürlüklü qüllə layihəsidir. İnşa edilməsi təklif edilən incə qüllənin dizaynı yaxınlıqdakı Mədəniyyət sarayı və digər binaların görünüşünü tamamlamalı idi. Binada otel və lüks apartamentlərin yerləşməsi planlaşdırılmışdı.[134]
|
112
|
|
Qalaksi Soho
|
2009-12
|
Pekin, Çin
|
Tikilib.
|
330.000 m2 sahəsi olan ofis, ticarət və əyləncə mərkəzi layihəsidir. Binanın memarlığı bir-birinin yanında sıra ilə düzülmüş beş kürə formalı tikilidən ibarətdir. Binalar bir-biri ilə körpülər vasitəsiylə əlaqələndirilmişdir. Binaların aşağı üç mərtəbəsində innovativ biznes mərkəzləri, mağazalar və ticarət mərkəzləri, yuxarı mərtəbələrdə isə retoran/kafelər və digər əyləncə mərkəzləri yerləşir.[135]
|
113
|
|
İnnovasiya qülləsi
|
2009-13
|
Honkonq, Çin
|
Tikilib.
|
Honkonq Politexnik Universitetinin Jokey Klubu üçün inşa edilmiş tədris binası layihəsidir. Bina Zaha Hadidin Honkonqda inşa edilmiş ilk daimi layihəsidir. Layihə elan edilərkən, binanın "Honkonqun çiçəklənən inkişafını simvolizə etməli olduğu" qeyd edilmişdi.[136]
|
114
|
|
Fraunhofer ISC Texniki Məktəb III
|
2009-13
|
Vürzburq, Almaniya
|
Tikilib.
|
Laboratoriya binası layihəsidir. İnşa edilmiş bina ərazidəki köhnə tədris binalarını da birləşdirən körpü rolunu oynayır. Sadə və geniş fasada malik bina funksionallığı ilə seçilir.[137]
|
115
|
|
Kral Abdullah Maliyyə Rayonu Metro Stansiyası
|
2013
|
Ər-Riyad, Səudiyyə Ərəbistanı
|
Gözlənilir.
|
Şəhərin üç yeni metro xətti arasında keçid stansiyasi rolunu oynayacaq yeni metro stansiyası layihəsidir. Zaha Hadidin layihəsinə əsasən stansiya dörd yerüstü və iki yeraltı mərtəbədən ibarət tikili olmalı, altı platforma inşa edilməlidir. Binanın damında və fasadlarında təkrarlanan dalğa naxış sistemindən istifadə edilmişdir.[138]
|
116
|
|
Donqdaemun Dizayn Plaza
|
2007-14
|
Seul, Cənubi Koreya
|
Tikilib.
|
Neofuturistik dizayna malik çoxfunksiyalı mərkəz layihəsidir. Cənubi Koreyada dəb sənayesinin mərkəzi olan bina turistlər arasında daha çox məşhur olmaqla, damındakı açıq park, çoxsaylı butikləri, geniş sərgi məkanı, həmçinin Seul qala divarlarının bərpa edilmiş hissələrini əhatə edir. Plaza 2010-cu ildə Seulun Dünya Dəb Paytaxtı seçilməsinin əsas səbəblərindən biri olmuşdur. Bina korporativ dizayn layihələri üçün istehsal məkanı, həmçinin beynəlxalq mədəni mübadilə mərkəzi kimi istifadə edilir.[139]
|
117
|
|
Uancinin SOHO
|
2009-14
|
Pekin, Çin
|
Tikilib.
|
Şoudu Beynəlxalq Hava Limanı və mərkəzi Pekin arasında yerləşən, üç əyri xəttli assimetrik binadan ibarət kompleksdir[140]. Memar qeyd edir ki, binalar "Pekinə gələnlər üçün xoş gəlmisiniz, gedənlər üçün isə sağollaşma"dır.[141] Binalarda həm ofislər həm də ticarət məkanları vardır. Əvvəlcə layihədə daha hündür iki qüllənin inşası planlaşdırılsa da, sonradan qeyri-adi dizayna görə hündürlükdən ehtiyyatlanaraq onları daha az hündürlüyə malik üç qüllə ilə əvəz etmişlər.[142]
|
118
|
|
Bethoven Konsert Zalı
|
2009
|
Bonn, Almaniya
|
Reallaşdırılmayıb.
|
Məşhur bəstəkarın şərəfinə adlandırılmış və Reyn çayı sahilində inşası təklif edilən konsert zalı layihəsidir. Zaha Hadidin yaradıcılığı üçün xas olan əyri xəttlərlə işlənmiş bina şüşə fasadına görə yarımşəffaf struktur xüsusiyyəti daşıyır və gün işığının binanın içərisinə düşməsinə şərait yaradır. Ağız kimi açılan bina çay sahilindən qonaqlarını qarşılayır.[143]
|
119
|
|
Munk-Stenersen muzeyi
|
2009
|
Oslo, Norveç
|
Reallaşdırılmayıb.
|
Muzey binası layihəsidir. Layihə Oslonun Bjørvika rayonu ilə şəhər mərkəzinin memarlığı arasındakı fərqləri xüsusi vurğulayır. Binada ərazinin təbii və mədəni xüsusiyyətlər həndəsi formalar vasitəsiylə qeyd edilmişdir.[144]
|
120
|
|
Şəfəq qülləsi
|
2009
|
Kuala-Lumpur, Malayziya
|
Gözlənilir.
|
Göydələn layihəsidir. Bina şəhərin xüsusiyyətləri ilə bir neçə cəhətdən bağlıdır. Müxtəlif səviyyələrdə qarşılıqlı əlaqə imkanlarının tədqiqi ilə özünü şəhər mühitinə bağlayan bina qonşuluqdakı layihə və binalarla əlaqəli xidmət platforması təklif edir. Bina müstəqil axınlar sırası kimi layihələndirilib və fərqli proqramlar üçün fərqli marşrutlar təklif edir.[145]
|
121
|
|
Skay Soho
|
2010-14
|
Şanxay, Çin
|
Tikilib.
|
Hunçyao Beynəlxalq Hava Limanı və şəhər mərkəzi yaxınlığında inşa edilmiş ofis və ticarət mərkəzi layihəsidir. Dinamik maye formaları ilə diqqət çəkən binanın interyerləri də vahid memarlıq dilində işlənmişdir.[146]
|
122
|
|
Kollins Park Pleys
|
2012
|
Mayami, ABŞ
|
Reallaşdırılmayıb.
|
Mayami çimərliyində inşa edilməsi təklif edilmiş avtomobil dayanacağı layihəsidir. Spiral formalı tikilinin Kollins Park ərazisində yerləşdirilməsi planlaşdırılmışdı.[147]
|
123
|
|
Opus Oteli və Xidmət mənzilləri
|
2013
|
Dubay, BƏƏ
|
Gözlənilir.
|
Bürc Xəlifə rayonunda inşa edilən otel kompleksi layihəsidir. Sitiskeyp Qlobal 2013 sərgisində ilk dəfə cəmiyyətə təqdim edilmiş layihə ‘ME by Meliá’ otellər şəbəkəsinin Asiyada ilk otelidir. Otelin əsas xüsusiyyətlərindən biri isə Zaha Hadid tərəfindən hazırlanmış və seçilmiş mebellərdən istifadə edilməsidir.[148]
|
124
|
|
Yezolo magiyası
|
2010-2014
|
Yezolo, İtaliya
|
Reallaşdırılmayıb.
|
Venesiya yaxınlığındakı Yezolo adlı kurort şəhərciyi üçün dizayn edilmiş ticarət və biznes mərkəzi layihəsidir. Layihəyə əsasən tikilidə dükanlar, restoran və barlar, ofislər, otel, konqres və sağlamlıq mərkəzlərinin yerləşdirilməsi nəzərdə tutulub.[149]
|
125
|
|
Nankin Beynəlxalq Gənclər Mədəni Mərkəzi
|
2011-2014
|
Nankin, Çin
|
Tikilib.
|
Otel, əyləncə və istirahət mərkəzi layihəsidir. 2014-cü ildə şəhərin Yeniyetmələrin Yay Olimpiya Oyunları qəbul etməsi münasibəti ilə hazırlıqlar çərçivəsində inşa edilib. Kompleksə beş ulduzlu otellər, konfrans mərkəzi, 2181 nəfər tutumu olan konfrans zalı, 508 nəfər tutumu olan konsert zalı və digər bir neçə kiçik zal daxildir. Kompleksə iki qüllə axildir ki, onlardan da biri 249.5 m, digəri isə 314.5 m hündürlüyə malikdir.[150]
|
126
|
|
Vyana İqtisad Universitetinin Kitabxana və Tədris Mərkəzi
|
2014
|
Vyana, Avstriya
|
Tikilib.
|
Vyana İqtisad Universitetinin yeni kampusunu təşkil edən yeddi binadan biridir. Bina 24000 tələbə və 1800 işçi heyəti üçün nəzərdə tutulub. 28000 m2 sahəyə malik binanın dizayn baxımından əsas diqqət çəkən hissəsi əsas girişin üstündə yerləşən böyük qara tikinti kütləsidir.[151]
|
127
|
|
Müqəddəs Antoni Kolleci Yaxşın Şərq Mərkəzi
|
2013-15
|
Oksford, İngiltərə
|
Tikilib.
|
Oksford Universitetinin Müqəddəs Antoni Kollecini yeni mühazirə zalları, arxiv otaqları və kitaxana ilə təmin etmək üçün inşa edilmiş tədris binası layihəsidir. Zaha Hadid binanı elə dizayn etmişdir ki, o, müasir görünüşünə baxmayaraq, viktorian dövrünün monastır və kitabxana binaları, həmçinin 1970-ci illərin brutal tikililəri ilə əhatə olunmuş universitet şəhərciyinin mühitinə uyğunlaşmışdır.[152]
|
128
|
|
Astana EXPO 2017
|
2013-17
|
Astana, Qazaxıstan
|
Gözlənilir.
|
Astana EXPO 2017 beynəlxalq yarmarkası üçün məkan dizaynı layihəsidir. Yarmarkanın əsas mövzusu enerji resurslarının informativləşdirilməsi, ətraf-mühitin enerjieffektliyi və qorunması və mühüm qlobal problemlərin həlli üçün novator mühəndis və memarlıq həllərinin tapılmasıdır. Expo 2017-nin simvolu yarmarkadan sonra da saxlanılmalı və şəhərin simvollarından birinə çevrilməlidir.[153]
|
129
|
|
Çanşa Beynəlxalq Mədəniyyət və Sənət Mərkəzi
|
2013
|
Çanşa, Çin
|
Gözlənilir.
|
Çanşa gölünün sahilində inşa edilən mədəniyyət mərkəzi layihəsidir. Binada 18.000 nəfərlik teatr, müasir incəsənət muzeyi və müxtəlif istifadə üççün nəzərdə tutulmuş kiçik zallar yerləşəcək. Kompleksə daxil olan bir-birinə birləşmiş yarpaqları xatırladan binalar da öz aralarında əlaqələnərək mərkəzi meydanı əmələ gətirir.[154]
|
130
|
|
Arzular şəhəri oteli
|
2013-2017
|
Makau, Çin
|
Gözlənilir.
|
Qırx mərtəbəli otel binası layihəsidir. Bir neçə struktur ekzoskeletinin ağ şəbəkə ilə birləşdirilməsi nəticəsində vahid "monumental element" kimi qəbul edilən binanın "sadə həcmi" bir-biri ilə əlaqəli iki qüllə kimi görünür. Qüllələr dam və podium hissələrdə birləşir, həmçinin iki qüllənin ortasındakı boşluqdan orqanik körpü keçir.[155]
|
131
|
|
"Bee'ah" qərargahı
|
2014
|
Şarja, BƏƏ
|
Gözlənilir.
|
Yaxın Şərqin məşhur ekologiya şirkətlərindən olan "Bee'ah"in sifarişi ilə dizayn edilmiş ofis binası layihəsidir. memarın səhrada formalaşan qum təpəciklərindən ilhamlanaraq işlədiyi bina 7,000 m2 sahəyə malikdir. Bina səhranın ürəyindən çıxan əyri formalara malik qabarıq tikilidir.[156]
|
132
|
|
Sleuk Rit İnstitutu
|
2014
|
Pnompen, Kamboca
|
Gözlənilir.
|
İnşaat materialı kimi əsasən taxtadan inşa edilmiş böyük institut və arxiv binası kompleksidir. Bina əsasən cənub-şərqi Asiyada soyqırımlarla əlaqəli geniş sənədlər arxivinin saxlanması və tədqiqi üçün nəzərdə tutulmuşdur. Üç-beş mərtəbə arasında dəyişən beş qüllədən ibarət kompleksdə muzey, kitabxana, arxiv, soyqırım və insan haqqları üzrə aspirantura mərkəzi, elmi-tədqiqat mərkəzi, mediya mərkəzi, tədbir zalı və bir neçə kiçik zalın yerləşdirilməsi plaanlaşdırılıb.[157]
|
133
|
|
Regium dəniz sahili
|
2007-2015
|
Recco Kalabriya, İtaliya
|
Gözlənilir.
|
Recco Kalabriya ərazisinin Aralıq dənizi regionunun mərkəzinə çevrilməsini hədəfləyən mədəni mərkəz layihəsidir. Layihəyə əsasən kontinental İtaliyanı Siciliyadan ayıran ensiz dəniz sahili ərazidə həm dənizdən, həm də adadan görünən iki bina - Aralıq dənizi muzeyi və müxtəlif məqsədli istifadəyə yararlı tikili inşa edilməlidir. Muzey binasının forması dəniz ulduzlarının orqanik formasını xatırladır.[158]
|
134
|
|
Kronplatz Messner Dağ Muzeyi
|
2015
|
Kronplatz dağı, İtaliya
|
Tikilib.
|
Messner Dağ Muzeyləri şəbəkəsindən altıncı və sonuncu muzey binasının layihəsidir. Muzey dəniz səviyyəsindən 2275 m hündürlükdə Kronplatz dağının zirvəsində inşa edilmişdir. 2015-ci ildə açılışı olmuş muzeyin 1000 m2 ərazisində ənənəvi dağa dırmanma ilə bağlı eksponatlar sərgilənir.[159]
|
135
|
|
Dominion ofis binası
|
2012-15
|
Moskva, Rusiya
|
Tikilib.
|
Müxtəlif məqsədli istifadə üçün nəzərdə tutulmuş yeddi mərtəbəli ofis binasıdır. Bina Moskva şəhərin Dubrovka metro stansiyası yaxınlığında inşa edilib. Binanın dizaynı qeyri-bərabər pilləkənlər formalaşdıran ağ pilitələr və qara şüşə divarlar əsasında qurulmuşdur. Binanın əyri eyvanları ona Hadidin Romada inşa edilmiş MAXXI muzeyi kimi monumental görünüş bəxş edir.[160]
|
136
|
|
CityLife Milan ofis qülləsi
|
2004-2015
|
Milan, İtaliya
|
Gözlənilir.
|
Milanın tarixi ticarət rayonunun mərkəzində inşa edilməsi planlaşdırılan üç qüllədən biridir. Şərti olaraq "qıvrılan qüllə" adlandırılan bina vertikal olaraq hərəkət edən dinamik quruluşa malikdir ki, bu da onun şəhər mühitinə uyğunlaşmasını və qəbulunu təmin edir. 43 mərtəbəli qüllənin aşağı mərtəbələri ticarət və əyləncə mərkəzi kimi nəzərdə tutulub və birbaşa metro xətti ilə əlaqələnəcək, 39 mərtəbəsi isə ofis binası kimi istifadə ediləcək.[161]
|
137
|
|
Səud bin Əbdülrəman əl-Tani stadionu
|
2015-2022
|
Əl-Vakra, Qətər
|
Gözlənilir.
|
12.000 nəfər tutumu olacaq müxtəlif idman növləri üçün yararlı stadion layihəsidir. Stadionun Əl-Vakra İdman Klubu tərəfindən istifadə ediləcəyi planlaşdırılır. Bu stadionun həm də Qətərdə keçiriləcək XXII Futbol üzrə dünya çempionatınə qəbul edəcəyi gözlənilir. Stadionun ümumi quruluşu vaginanı xatırlatdığı əsas gətirilərək memar tənqid edilmişdir.[162][163]
|
138
|
|
BBK Bank əsas binası
|
2015
|
Bilbao, İspaniya
|
Gözlənilir.
|
Şəhərin mərkəzində strateji əhəmiyyətli ərazidə inşa edilməsi planlaşdırılan və mühüm yerinə görə şəhərin əsas görməli yerlərindən birinə çevriləcəyi düşünülən ofis binası layihəsidir. Binanın cənub-qərb koordinantları onun gün ərzində maksimum təbii günəş işığı almasını təmin edəcək. Estetik baxımdan yüksək səviyyədə işıqlandırılan bina şüşə fasadında günəş şüalarını əks etdirərək parıldayacaq.[164]
|
139
|
|
Pekin aeroportunda sərnişin terminalı
|
2015
|
Pekin, Çin
|
Gözlənilir.
|
Pekin və digər şəhərlər arasında əlaqə üçün yeni mərkəz olacaq terminal layihəsidir. Layihəyə görə bina ildə 45 milyon sərnişinə xidmət göstərə biləcək. Terminal uçuşların cədvəlindən asılı olaraq dəyişən müxtəlif konfiqurasiyalarda çalışacaq. Bundan əlavə, bu terminal dəmir yolu ilə də bağlı olacaq - bura lokal və milli dəmir yolları çəkiləcək.[165]
|
140
|
|
Beko baş planı
|
2015
|
Belqrad, Serbiya
|
Gözlənilir.
|
"Beko" tekstil fabrikinin yerində inşa edilməsi təklif edilən nəhəng və müasir çoxfunksiyalı kompleks layihəsidir. Memar şəhər kənarından aralıda yerləşən bu ərazidə böyük dəyişikliklər etdərək, onu mədəniyyət mərkəzinə çevirməyi təklif edir. Kompleksdə yaşayış massivi, ticarət və ofis zonaları, möhtəşəm konfrans zalı, 5 ulduzlu otel, həmçinin şəhər əhalisi və qonaqlar üçün müxtəlif əyləncəli obyektlər nəzərdə tutulur. Layihədə şəxsi və ictimai, daxili və xarici məqamlar tədricən bir xətt boyu birləşərək bütöv və harmonik kompozisiya təşkil edir.[166]
|
141
|
|
Danjiang körpüsü
|
2015
|
Taypey, Tayvan
|
Gözlənilir.
|
920 metr uzunluğa malik, tək qüllə üzərində dayanan asma körpü layihəsidir. Hazırda inşaatı davam etdirilən körpü tamamlandıqdan sonra dünyada ən uzun tək qülləli asma körpü olacaq.[167]
|
142
|
|
Dənizçilər buxtası
|
2015
|
Qold-Kost, Avstraliya
|
Reallaşdırılmayıb.
|
Dənizçilər buxtası (ing. Mariner's Cove) adlandırılan ərazidə inşa edilməsi təklif edilən 44 mərtəbəli cüt qüllə layihəsidir. Monumental quruluşa malik qüllələr 370 metr hündürlüyə malik olmaqla müxtəlif məqsədli istifadə üçün nəzərdə tutulub. Belə ki, binalarda sənət qalereyası, muzey, ticarət/əyləncə mərkəzi və digər obyektlərin yerləşdirilməsi planlaşdırılıb.[168]
|
143
|
|
Avropa və Aralıq dənizi sivilizasiyaları muzeyi
|
2015
|
Marsel, Fransa
|
Reallaşdırılmayıb.
|
Sənət muzeyi layihəsidir. Modern və eleqant bina incəliyinə baxmayaraq, müasir sivilizasiyanın ambisiyalarını əks etdirməli idi. Birliyi və fərqliliyi ifadə edən bina dəniz sahilində inşa olunmalı idi.[169]
|
144
|
|
Yeni Milli Stadion
|
2015
|
Tokio, Yaponiya
|
Gözlənilir.
|
2020 Yay Olimpiya Oyunları üçün nəzərdə tutulmuş stadion layihəsidir. Layihənin təqdim edilməsindən qısa müddət sonra memar ona dəyişikliklər etməyə məcbur olmuşdur. Buna səbəb Pritsker mükafatı laureatı olan memar Toyo İtonun Zaha Hadiddən tikinti zamanı yapon bağlarının landşaftını qorumağını tələb etməsidir. Memar hətta bu məqsədlə 13 min imzanı toplayan petisiya da hazırlayıb. Yaponiyanın idman nazirliyi isə stadionun tikintisi üçün ayrılan məbləği 1 milyard dollara qədər azaldıb. Nəticədə Zaha Hadid dizaynını dəyişməyə və burada vizual olaraq yüngül materiallardan istifadə etməyə razılıq verib.[170]
|
145
|
|
Zaqreb aeroportunun yeni sərnişin terminalı və baş planı
|
2015
|
Zaqreb, Xorvatiya
|
Reallaşdırılmayıb.
|
75,000 m2 ərazini əhatə edən və illik 5-10 milyon sərnişin qəbul etməyə qadir terminal, ümumilikdə 500,000 m2 sahəni əhatə edən və müxtəlif məqsədli istifadə üçün nəzərdə tutulmuş başplan layihəsidir. Zaha Hadidin işlədiyi layihə ekloloji detalların nəzərə alınması və gələcəkdə inşaatın genişləndirilməsinin planlaşdırılması ilə seçilir.[171]
|
146
|
|
Sberbank texnoparkı
|
2016-2019
|
Moskva, Rusiya
|
Gözlənilir.
|
Skolkovo ərazisində inşa edilməsi planlaşdırılan texnopark layihəsidir. Yeni elm və texnika mərkəzi IT, biotibb, enerji, atom və kosmik innovasiya şirkətlərinin yerləşdirilməsi üçün nəzərdə tutulub. 131,000 m[172] sahəyə malik olan Sberbank Texnoparkı əyri şüşə fasadlı binaya malikdir. Layihədə memarın hələ 1976-1977-ci illərdə təhsil alarkən dərindən araşdırdığı Rus avanqardı ilə bağlı tədqiqatlarına istinad edilir.[173]
|