XÜMS

is. [ ər. “beşdə bir”] İslam dinində: varlı adamın öz gəlirinin, qazancının beşdə bir hissəsi miqdarında kasıblara verməli olduğu vergi.
Camaatın, xüsusən sərvətdarların xümsü, zəkat və fitrəsi ağanın mübarək əlilə paylanardı. Ə.Haqverdiyev.
Fitrə, zəkat, xüms, həcc və Kərbəlanı ziyarət etmək kimi “təkliflərin” hamısı Əhmədin tərəfindən danışıqsız qəbul edilirdi. B.Talıblı.

// məc. Klassik şeirdə gözəlin iltifatına, mərhəmətinə işarə.
[Həcər xanım:] Olar gözəllərin xümsü, zəkatı; Cavana yetişər, çala yetişməz. Aşıq Ələsgər.

Синонимы

  • XÜMS XÜMS (din.) (varlıların yoxsullara verməli olduğu vergi) Camaatın, xüsusən sərvətdarların xümsü, zəkat və fitrəsi ağanın mübarək əlilə paylanırdı (Ə
XÜLYAPƏRVƏRLİK
XÜRRƏM
OBASTAN VİKİ
Xüms
Xüms – islamda vergi. Əldə olunan qənimət və ya qazancın, eləcə də ona bərabər tutulan illik gəlirin beşdə bir hissəsi. == QURANİ-KƏRİMDƏ XUMS HAQINDA NAZİL OLAN AYƏLƏR == Müqəddəs Qurani-Kərim, İslam dininin Qiyamətə qədər olan bütün qanunlarını ümumi şəkildə bizə bəyan etmişdir. Bu qanunların incəlikləri isə zaman keçdikcə, əvvəlcə Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm), daha sonra isə mə`sum İmamlarımız (ələyhissalam) vasitəsilə müsəlmanlara açıqlanmışdır. Xums haqqında Qurani-Kərimdə üç ayə nazil olmuşdur. Onlardan birində "xums" sözü aşkar surətdə qeyd olunmuş, digərində ona "haqq" ünvanı ilə işarə edilmiş və nəhayət, üçüncüsündə ondan "ənfal" ünvanı ilə ad aparılmışdır. İndi də o ayələri nəzərdən keçirək: Birinci ayə: Ənfal surəsi, 41-ci ayə; "(Ey möminlər! Əgər siz Allaha və haqla batilin ayrıd edildiyi gün….. nazil etdiyimiz ayələrə iman gətirmisinizsə, bilin ki, ələ gətirdiyiniz (qazandığınız) hər hansı bir qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrabasının (Əhlul-beytin), yetimlərin, yoxsulların və yolçularındır!" Ayədəki "beşdə bir" sözü həmin ərəbcə işlətdiyimiz "xums" sözünün türkcə mə`nasıdır. Bu ayə xums barəsində ən aşkar və aydın şəkildə nazil olan ayədir.
Əl-Xüms
Əl-Xüms (ərəb. الخمس‎) — Liviyanın Tripolitaniya regionunda şəhər. == Tarixi == İtalyanlar 1911-ci ildə Liviyanı müstəmləkə etdilər və eyni il oktyabrın 10-da Xums şəhərindəki Murqub qalasında, digərində isə eyni yerdə başqa bir yerdə döyüşçülər və italyan ordusu arasında böyük bir döyüş baş verdi. İtaliyanın Liviyanın müstəmləkəsi dövründə ən vacib döyüşlərdən ikisi. Daha sonra Müəmmər Qəddafi babasının bu döyüşdə öldüyünü iddia etdi. II Dünya Müharibəsi zamanı Xums Müttəfiqlər tərəfindən işğal edildi və 1942-ci ildən 1951-ci ilə qədər Liviya müstəqillik qazandıqdan sonra Tripolitaniya və Kireanika bölgəsi İngiltərə Hərbi İdarəsi tərəfindən idarə edildi. İtaliya 1947-ci ildə ərazi iddiasından rəsmi olaraq imtina etdi.

Значение слова в других словарях