XƏBİS

sif. [ ər. ] Başqasının pisliyini istəyən, alçaq, əclaf, xain, murdar. Xəbis adam. Xəbis məqsəd. Xəbis ürək.
[Bəhram:] [Çiçəklər] zərifdirlər, xəbis əllərə davam etməyib solarlar. C.Cabbarlı.
[Əsədulla:] Mən [Məmmədxanın] xəbis bir adam olduğunu bilirdim, lakin bu qədər alçaq, pulpərəst olduğunu fikrimə belə gətirməzdim. P.Makulu.

// İs. mənasında.
Müxənnət səgrəqib o xain, xəbis; Nə yaman qandırıb əyyara məndən. Aşıq Ələsgər.
Prokurorun səsi tutqun çıxdı: – Böhtandır! …Xəbislər indi də bu taktikaya keçiblər. M.Hüseyn.

Синонимы

  • XƏBİS xəbis bax əclaf
  • XƏBİS alçaq — əclaf — rəzil — yaramaz — çirkin — mənfur
XƏBƏRSİZLİK
XƏBİSLİK

Значение слова в других словарях