Memorial xəstəxanası
Memorial xəstəxanası — 1995-ci ildə qurulan Memorial Sağlamlıq İnvestisiyaları Korporasiyasının ilk sağlamlıq xidmətləri layihəsidir. Memorial xəstəxanası ilk xəstəsini 2000-ci ilin Fevral ayında qəbul etmişdir.
Memorial xəstəxanası kardiologiya, ürək-damar əməliyyatları, orqan nəqli, sınaq borusundan uşaq və genetika kimi sahələrdə olduqca prestijli bir reputasiyaya malikdir və hər tibbi sahədə yüksək keyfiyyətli sağlamlıq xidmətləri təmin edir.
Memorial xəstəxanası, 53000 m²-lik qapalı sahəsi, 200 yataqlı həcmi, avtoparkı (10000 m² və 300 maşın yerli), mərkəzi avtomatik sistemi, istilik və nəmliyi yoxlamaq üçün təzyiq dəstək sistemi, pnevmatik tunel transfer sistemi və 120 nəfərlik toplantı zalı ilə, yerli və beynəlxalq xəstələrinə beynəlxalq standartlarda yüksək keyfiyyətli sağlamlıq xidmətləri təqdim edir.
== Səlahiyyətlər ==
Memorial xəstəxanası, JCI səlahiyyət sertifikatını alan və yeniləyən Türkiyədəki ilk sağlamlıq təşkilatıdır. JCI, bütün ölkələrdə beynəlxalq standartları müəyyən edən və bu standartlara uyğun təşkilatlara sertifikat verən bir quruluşdur. Memorial Sağlamlıq Qrupu quruluş mərhələsində JCI-yə müraciət etmiş və 2002-ci ildə dünya səviyyəsində istənən dərəcəni əldə etmişdir.
Memorial xəstəxanası həmçinin Amerikan Xəstəxana Birliyinin (AHA) üzvüdür.
Memorial xəstəxanası, ISO 9001 və TS-EN-ISO 9001 adlı keyfiyyət idarə sistemi sertifikatlarına malikdir.
Genişlənmə layihələrindən başqa (İstanbulda 2007-ci ilin ortalarında açılan bir əlavə xəstəxana və İstanbulda 2007-ci ilin ilk kvartalında açılan bir əlavə gündəlik əməliyyat mərkəzi) Memorial Sağlamlıq Qrupu, ana Xəstəxana Kompleksini, İstanbulun müxtəlif rayonlarının ətrafındakı kiçik xəstəxanalarla dəstəklənən Təkmilləşdirmə Mərkəzinə çevirmək niyyətindədir.