xalsızlıq
xaltalamaq
OBASTAN VİKİ
Xaltalı eyrenis
Xaltalı eyrenis (lat. Eirenis collaris) — Eyrenis cinsinə aid ilan növü. == Görünüşü == Bədəninin uzunluğu 40 sm, quyruğu isə bədənindən 4–5 dəfə kiçikdir. Yuxarı hissəsi hissəsi boz-zeytunu, qəhvəyi-box və ya parlaq-qara rənglər vardır. == Yaşayış tərzi == Daşlı və qilli yarımsəhralarda yayılmışdır. Onlar 1500–1600 m yüksəkliklərə qədər yayıla bilir. Hörümçəklər, böçəklər və Cücülərlə qidalanır. Yumurta qoymaqla çoxalır. 4–8 arası yumurta qoyur. Əsasən 5 yumurta (17x19) qoyması ilə seçilir.
Xaltalı iquanlar
Xaltalı iquanlar (lat. Crotaphytidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Xaltan
Xaltan — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Toponimikası == Xaltan oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Gilgilçayın sahilindəki Xaltan min. bulaqlarının adı ilə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 624 nəfər əhali yaşayır. Əhalisini tamamilə tatlar təşkil edir. == Coğrafiyası və iqlimi == Xaltan kəndi dağətəyi ərazidə yerləşir.
Xaltan (bulaq)
Xaltan bulağı — Azərbaycan Respublikasının Quba rayonunun Xaltan kəndinin ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Quba rayonunun Xaltan kəndinin şimal-şərqində, Gilgilçayın hər iki sahilində çoxdebetli, isti kükürdlü mineral bulaqlar yerləşir. Qədimdən yel və dəri xəstəliklərininmüalicəsində istifadə olunur. Tədqiqatçılara görə, bulağın adı qədim İran mənşəli xar və ya gar ("isti" deməkdir;sonralar [r] səsi [l] səsinə keçmişdir) və dan (su) sözlərindən düzəldilmişdir (osetin dilində qardan "istisu"mənasındadır. Hidronimdəki dan (su) sözünün tan formasına düşməsi isə tat dilinin Xaltan şivəsində d səsinin t səsi kimi tələffüz olunması ilə əlaqədardır. Qeyd edək ki, Don çayının adı da tarixən Tan variantında işlənmişdir. == Həmçinin bax == Xaltan kəndi == Mənbə == "Azərbaycan toponimlərinin ensklopedik lüğəti". II cilddə. Bakı-2007. I cild, səh.
Xaltan bulağı

Xaltan bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xaltan qrupu mineral bulaqları
Xaltan qrupu mineral bulaqları Cənub-Şərqi Qafqazın şimal yamacında, Gilgilçayın yuxarı axarlarında eyniadlı qolunun dərəsində yerləşir. Üst yura terrigen flişin çıxışları arasında yerləşən 32 isti (suyun temperaturu 49oC-yə qədər) hidrogen sulfidli bulaq köndələn pozulma ilə mürəkkəbləşdirilmiş Baş Qafqaz üstəgəlməsi zonasına aiddir. Sular kimyəvi tərkibinə görə hidrokarbonat-natriumludur və güclü hidrogen sulfid iyi verir, lakin minerallaşma dərəcələri zəifdir — 1,3–1,7 q/l. Yerli əhali və çoxsaylı gəlmələr onlardan mədə-bağırsaq, əzələ, dəri xəstəliklərinin müalicəsi məqsədilə istifadə edirlər.
Xaltanlı Tağı
Xaltanlı Tağı (1776, Xaltan, Quba rayonu – 1890, Xaltan, Quba rayonu) — XIX əsr aşıqlarındandır, Şirvan məktəbinin qurucusudur. == Həyatı == 1776-cı ildə Qubanın Xaltan kəndində anadan olmuş, ömrünün sonuna qədər bu kənddə yaşamışdır. Tat olmuşdur. Bir çox ölkələri gəzib-dolaşmış, orada çoxlu aşıqlarla deyişmişdir. Aşıq şerinin əllidən artıq növündə şeirlər yazmışdır. Həm Azərbaycan, həm də tat dillərində yazıb-yaratmışdır. Quba, Şamaxı tərəflərdə məşhur olmuş, bir müddət Dağıstanda da yaşamışdır. Onun Dağıstana getdiyi illər Şeyx Şamil hərəkatı dövrünə düşmüşdür. Deyilənə görə, əsgərlər onu tutub Şamilin yanına gətirmiş, söhbət zamanı onun el sənətkarı olduğu aydınlaşmışdır. Tağıya burada, əsgərlərlə qalması təklif olunmuş, o isə aşığın el arasında olmasını söyləmiş və sərbəst bura xılmasını xahiş etmişdir.
İstisu (Xaltan)
İstisu — Quba rayonu ərazisində yerləşən təbii mineral bulaq. == Haqqında == Burdan çıxan isti kükürdlü və digər mineral tərkibli təbii su Kəlbəcərdəki İstisu bulağından sonra Azərbaycan ərazisində ən keyfiyyətli təbii müalicə mərkəzi hesab olunur. Hər il minlərlə insan müalicə məqsədilə İstisuda qonaq olur. Gələnləri daha çox ölkənin şimal və şimal-şərq rayonlarının əhalisi təşkil edir. Gil-gilçay çayının mənbəyinə yaxın-Xaltan və ya Dəhnə kəndlərinin yaxınlığında yerləşən bu müalicəvi ərazidə su vannasının qəbulu üçün iki bina inşa edilmişdir. Çayın sağ sahilindəki bulaq sol sahildəki bulaqla müqayisədə daha istidir. Bu isə həmin bulağın mənbəyinin yerin daha dərin qatında yerləşməsi ilə bağlıdır. Bu iki bulağn ətrafında isə çoxlu sayda isti kükürdlü suyu olan kiçik bulaqlar vardır. Ölkə ərazisindəki bir çox istu sularla müqayisədə burda su şor tamlı deyil. == Tarixi == Qubanın Xaltan kəndi yaxınlığında yerləşdiyi üçün burdan çıxan suyu bəzən Xaltan və ya Xaldan suyu da adlandırırlar.

Значение слова в других словарях