1. Zidd, əks. [Hakimi-şər:] Ağa Salman, deyirlər, Hacı Qafurun övladı qalıbdır.
Sənin bu sözün xilafına isbatın varmı?
Usta Ramazan adətin xilafına səbirsizlik göstərdi.
2. Yalan, qeyri-həqiqət.
[Vəzir:] Sənin çörəyin mənə qənim olsun, əyər xilaf ərz edirəm.
[Əmir:] Zeyd, mənim sözüm əmir sözüdür; onda xilaf ola bilməz. Leylanı sənə verərəm. Lakin sən mənə qırx gün möhlət ver.
◊ Vədi xilaf olmaq – bu və ya başqa səbəbə görə vədini, dediyini yerinə yetirə bilməmək.
[Molla İbrahim Xəlil:] Yerdə qalır iyirmi pud, onu da yəhudilər aparsınlar ki, mənim vədim xilaf olmasın.
Vədinə xilaf çıxmaq – verdiyi sözü, vədi yerinə yetirməmək, yalançı çıxmaq.
[Əbülhəsənbəy:] Hərgah vacib işim olmasaydı, heç vaxt mən verdiyim vədəmə xilaf çıxmazdım.
Lətifə yenə gözlərini qaldırmadan cavab verdi: – Bəli, usta.
Qoy vədinə xilaf çıxan utansın!