XUDAVƏND

is. [ fars. ] klas.
1. Allah, Tanrı.
[Molla Qurban Fərruxa:] Xudavənd təbarək və təala ruzini həmişə artıq eləsin, inşallah. Ə.Vəliyev.

□ Xudavəndi-aləm (Allahın vəsflərindən biri, dünyanın sahibi, ağası) – Allah.
Bu surətdə nə səbəbə xudavəndi-aləm özünün kitabını gətirənlərin dinlərindən bir neçə min il əvvəl belə cürbəcür batil dinlərin meydana çıxmasına razı olmuşdur. M.F.Axundzadə.
[Sığırçı:] İndi, əmi, get, bax gör xudavəndi-aləm nə cür gözəllər yaradıb. Aşıq Ələsgər”.

2. Xudavənda (bəzən xudaya-xudavənda) şəklində nida – ay Allah! ey Tanrı! (Allaha xitab).
Fələk qoymaz ki, ol mahə verim mən canımı bir gün; Xudavənda, bilirsən kim, deyildir himmətim naqis. S.Ə.Şirvani.
[Xırda xanım:] Xudavənda, görəsən mənim kimi də dünyada bir bədbəxt varmı? N.Vəzirov.
[Mərsiyəxan:] Xudayaxudavənda! Bu nazənin sənəm huriyi-rizvanmı? Çəmənzəminli.

Синонимы

  • XUDAVƏND xudavənd bax Allah 1
XUDANƏKƏRDƏ
XUDBİN
OBASTAN VİKİ
Xudavəndigar vilayəti
Xudavəndigar vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1922–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Bursa idi.

Значение слова в других словарях