Xüms
Xüms – islamda vergi. Əldə olunan qənimət və ya qazancın, eləcə də ona bərabər tutulan illik gəlirin beşdə bir hissəsi.
== QURANİ-KƏRİMDƏ XUMS HAQINDA NAZİL OLAN AYƏLƏR ==
Müqəddəs Qurani-Kərim, İslam dininin Qiyamətə qədər olan bütün qanunlarını ümumi şəkildə bizə bəyan etmişdir. Bu qanunların incəlikləri isə zaman keçdikcə, əvvəlcə Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm), daha sonra isə mə`sum İmamlarımız (ələyhissalam) vasitəsilə müsəlmanlara açıqlanmışdır.
Xums haqqında Qurani-Kərimdə üç ayə nazil olmuşdur. Onlardan birində "xums" sözü aşkar surətdə qeyd olunmuş, digərində ona "haqq" ünvanı ilə işarə edilmiş və nəhayət, üçüncüsündə ondan "ənfal" ünvanı ilə ad aparılmışdır. İndi də o ayələri nəzərdən keçirək:
Birinci ayə: Ənfal surəsi, 41-ci ayə;
"(Ey möminlər! Əgər siz Allaha və haqla batilin ayrıd edildiyi gün….. nazil etdiyimiz ayələrə iman gətirmisinizsə, bilin ki, ələ gətirdiyiniz (qazandığınız) hər hansı bir qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrabasının (Əhlul-beytin), yetimlərin, yoxsulların və yolçularındır!"
Ayədəki "beşdə bir" sözü həmin ərəbcə işlətdiyimiz "xums" sözünün türkcə mə`nasıdır. Bu ayə xums barəsində ən aşkar və aydın şəkildə nazil olan ayədir.