Xəlfə İbrahimov
Xəlfə İmamqulu oğlu İbrahimov (1919, Sündü, Şamaxı qəzası – 24 fevral 1980, Bakı) — Azərbaycan Kommunist Partiyası Ağdaş Rayon, Bərdə Rayon, Qasım İsmayılov Rayon və Daşkəsən Rayon komitələrinin birinci, Şamaxı Rayon Komitəsinin ikinci katibi katibi, SSRİ Ali Sovetinin deputatı.
İbrahimov Xəlfə 1919-cu ildə Şamaxı qəzasının Sündü kəndində doğulmuşdur. Kənd məktəbini bitirdikdən sonra, təhsilini Şamaxı Pedaqoji məktəbində davam etdirmişdir. Təzəcə müəllimlik edirdi ki, Böyük Vətən müharibəsi başlayır. O, cəbhəyə yollanır. Cəbhədə ağır döyüşlərdə şücaətlər göstərir.
Xəlfə İbrahimov istehsalatdan ayrılmamaqla təhsilini davam etdirmişdir. O, əvvəl Azərbaycan Dövlət Universitetini, sonra isə Azərbaycan KP MK yanında Ali Partiya məktəbini bitirmişdir.
Xəlfə İbrahimov 1980-ci il fevral ayının 24-də Bakı şəhərində vəfat etmişdir. Anası Bahar xanımın məsləhəti ilə Şüvəlan qəsəbəsində — Mir Mövsüm Ağanın qəbristanlığında dəfn edilmişdir.