XƏMİR

is.
1. Unun az su və ya başqa bir maye ilə yoğurulmasından hasil olan suvaşqan kütlə. Acıtmalı xəmir. Düşbərə xəmiri. – Xəmir yeyənin fağırı olmaz. ( Ata. sözü ).
[Rəşid:] Xəmir gəldiyinə görə çörəyi yapmaq lazım gəlir. T.Ş.Simurq.

□ Xəmir yoğurmaq (qatmaq, salmaq) – çörək bişirmək üçün xəmir hazırlamaq.
…İki ildir ki, Sadıq Şamaxıda Rzanın çörəkçi dükanında xəmir salırdı. Mol. Nəsr.
”.
Qız zərif əlləri ilə paltar yudu, xəmir yoğurdu, hətta axır zamanlar çörək yapmaq da ona həvalə olundu. T.Ş.Simurq.
[Göyçək:] Mən heç bilməmişəm ki, Çiçək xəmir qatacaq. B.Bayramov.

// Yumşaq şey haqqında. Bu lap xəmirdir ki.
2. Çiy, yaxşı bişməmiş çörək haqqında. Bulka lap xəmirdir.
◊ Xəmir kimi – yorğun, əzgin, lırt.
[Xalığın] anası Minnət qarı bir teşt xəmir kimi idi, hara qoysan, orda dururdu. İ.Məlikzadə.

Xəmiri yumşaq (sıyıq) – tez yumşalan, iradəsi zəif adam haqqında. Çox xəmiri sıyıq adamdır.
Xəmirinə özgə mayası qatmamaq – öz halal zəhmətilə yaşamaq mənasında.
[Səkinə:] Onu da bilirlər ki, xəmirimə özgə mayası qatmamışam. M.İbrahimov.

Xəmirləri ayrı cür yoğrulub – xasiyyətcə bir-birindən çox fərqlənən adamlar haqqında.
[Qulu:] İmi və Ciminin xəmirləri ayrı cür yoğurulub. İ.Əfəndiyev.

Bu xəmir (hələ) çox su aparacaq (götürəcək) – çox vaxt, çox səy, sınaq, zəhmət tələb edən, tez başa gəlməyən şey haqqında. [Mürsəl:] Paşa bəy böyüklərinə bel bağlayır, biz də elə arxalanırıq.
Zərər yoxdur, necə deyərlər, bu xəmir çox su götürəcək. Ə.Vəliyev.

Этимология

  • XƏMİR Ərəbcədir, “maya qatılmış, acıdılmış” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
XƏLVƏTLİK
XƏMİRAĞIZ
OBASTAN VİKİ
Xəmir
Xəmir — çörək-bulka, qənnadı və makaron sənayesində istifadə olunan yarımfabrikat. Un, su, maya, duz və s.-nin müəyyən nisbətdə qarışığından hazırlanır. Bulka və s. məmulatların dad və ətrini yaxşılaşdırmaq üçün xəmirə yağ, şəkər, yumurta və ətirli-ədviyyəli maddələr də qatılır. Çörəkbişirmədə buğda unu xəmirini acıtmaq üçün ona quru, preslənmiş və ya duru maya, çovdar xəmirinə isə xəmrə əlavə edilir. Unlu qənnadı məmulatlarının əksəriyyətinin hazırlanmasında xəmirdə yumurta, süd, yağ, şəkər və s.-nin miqdarı çoxaldılır və ona maya vurmurlar. Azərbaycanda unlu şirniyyatının (şəkərbura, şorqoğalı, paxlava, kətə və s.) xəmiri xüsusi reseptlə və texnologiya ilə hazırlanır. Çörəkbişirmə istehsalında texnoloji prosesin birinci və əsas mərhələsi xəmirin hazırlanmasıdır. Bu mərhələ texnoloji prosesin ən uzunmüddətli mərhələsidir. Sonrakı mərhələlər (bölmə, bişirmə) və hazır məhsulun keyfiyyəti daha çox bu mərhələdən asılıdır.
Bəndər Xəmir
Bəndər Xəmir — İranın Hörmüzgan ostanının şəhərlərindən və Xəmir şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,307 nəfər və 2,441 ailədən ibarət idi.
Xəmir şəhristanı
Xəmir şəhristanı— İranın Hörmüzgan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bəndər Xəmir şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 47,545 nəfər və 10,320 ailədən ibarət idi.
Badam xəmiri
Badam xəmiri, Badam əzməsi, Marzipan, Marsipan və ya Martsipan — Badam tozu, yumurta sarısı və şəkər ya bal qarışıqından hazırlanır və tortlar və şokoladlarda istifadə olunur.
Xəmiraşı
Qoyun əti – 163q. Buğda unu – 35q. Yumurta −1/4 ədəd. Ərinmiş yağ – 10q. Ağ lobya – 20q. Şərab sirkəsi – 10q. Baş soğan – 20q. keşniş – 20q. Quru nanə – 1q. İstiot – zövqə görə.
Xəmirkəsən (Duzluca)
Xəmirkəsən — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. Kənd 1901-ci ildən eyni addadır. Ermənilər 13 avqust 1919-cu ildə kəndin kişilərini ayıraraq əksəriyyətini qətlə yetirmişdilər.

Значение слова в других словарях