YÜRÜŞ

I
сущ.
1. поход:
1) передвижение какой-л. организованной группы с определённой целью. Turist yürüşü туристский поход, ikihəftəlik yürüş двухнедельный поход, döyüş və əmək şöhrəti yerlərinə yürüşlər походы по местам боевой и трудовой славы
2) передвижение войска или флота с какой-л. целью. Yürüşdə olmaq находиться в походе
3) военные действия, обычно связанные с переходом на значительное расстояние. Rusiya üzərinə Napoleonun yürüşü поход Наполеона на Россию, səlib yürüşü крестовый поход
4) перен. кампания, направленная на борьбу с кем-л., чем-л. Savadsızlığa qarşı yürüş поход против неграмотности
2. высок. шествие. Zəfər yürüşü триумфальное шествие
II
прил. походный. Yürüş addımı походный шаг, yürüş mətbəxi походная кухня
YÜRÜMƏK
YÜRÜŞÇÜ
OBASTAN VİKİ
Hvarda dini yürüş
Hvarda dini yürüş—(xorv. Za križen) Xorvatiyanın Hvar adasında hər cümə axşamı təşkil edilən ənənəvi gecə yürüşünün adı. Bu tədbir misilsiz bir xüsusi dindarlıq ayini və Hvar adasının mərkəzi hissəsinin sakinlərinin dini və mədəni şəxsiyyətinin ifadəsidir və beş əsrdir ki, fasiləsiz olaraq icra olunur. Həm müddəti baxımından (8 saat ərzində 25 kilometr qət etmək) həm də məzmununa görə müstəsna bir xarakter kəsb edir. Roma Katolikləri Cəmiyyəti və ya qardaşlığı tərəfindən hazırlanır və həyata keçirilir. Yürüşün əsasını "Gözləri yaşaran İlahi Ana" adlı XV əsrə aid mətnin seçilmiş ifaçılar, kantadurlar tərəfindən musiqili dialoq formasında ifası təşkil edir.. == Haqqında == Bu tədbirə hər il axşam saatlarında 6 kilsədən — Vrban, Vrboska, Jelsa, Pitve, Vrisnik və Svirçe kilsələrindən eyni zamanda 6 yürüşlə start verilir. Hər bir yürüş böyük bir dairə üzrə hərəkət edir ki, təyinat nöqtəsinə səhər saat 7-də çata bilsin. Hər bir yürüşü xaçı daşıyan xaçlılar aparır. Xaçlının rolu adadan böyük şərəfə malikdir, bu səbəbdən də bu xaçlıları 20 ildən artıq bir müddətdə müəyyən edilirlər.
Vaşinqtona yürüş
İş və azadlıq uğrunda Vaşinqtona yürüş (ing. March on Washington for Jobs and Freedom) — ABŞ-nin paytaxtı Vaşinqton şəhərində, Linkoln memorialının ətrafında 28 avqust 1963-cü ildə 200–300 min insanın iştirakı ilə baş tutan dinc nümayiş. Nümayişdə Martin Lüter Kinq özünün məşhur "Mənim bir arzum var" nitqini səsləndirmiş, bir sıra digər siyasi və ictimai fəal şəxslər, sənətçilər iştirak və çıxış etmişlər. Yürüş iştirakçılarının 80%-ni qaradərililər, 20%-ni isə ağlar və digər irqlərin nümayəndələri təşkil edirdilər. Yürüş təşkilatçılarından 10 nəfər elə həmin gün ABŞ prezidenti Con Kennedi tərəfindən qəbul edilərək onların tələbləri dinlənilmişdir. Yürüş hüquq-müdafiə və fəhlə təşkilatları, dini qurumlar tərəfindən təşkil edilmişdi. Yürüşün nəticəsi olaraq ABŞ Konqresi ictimai yerlərdə seqreqasiyanı qadağan edən "Vətəndaş hüquqları haqda qanun" (1964) və qaradərililərə ağlarla eyni seçki hüquqları verən "Seçki hüquqları haqda qanun"u qəbul etdi. Hər 5 ildən bir Vaşinqtona yürüşün yubileyi münasibətilə yürüşlər təşkil edilir. Onlardan ən məşhuru 1988-ci ildə "Bizim hələ də bir arzumuz var!" şüarı ilə keçirilən 25 illik yubiley yürüşü olmuşdur. 2013-cü ildə yürüşün 50 illik yubileyi münasibətilə prezident Barak Obama 1963-cü ildəki yürüşün 16 nəfər iştirakçısını "Prezident Azadlıq medalı" ilə təltif etmişdir.
İş və azadlıq uğrunda Vaşinqtona yürüş

Fransanın Misirə və Suriyaya yürüşü
Fransanın Misirə yürüşü — 1798-1801-ci illər arasında Fransanın Misir və şərq ticarət yolları üzərində üstünlük əldə etmək məqsədilə apardığı hərbi yürüş. == Kontekst == Misir yürüşü, öz dövründə Fransa hökumətinin cəhdi ilə gündəmə gəlmişdir. Yürüş, bu dövrdə Fransa və Böyük Britaniya arasındakı mübarizə məzmunu çərçivəsində dəyərləndirilə bilər. 1796-1797-ci illər arasında İtaliya da Fransanın lehinə uğurlu bir hərbi yürüş həyata keçirmiş olan General Napoleon Bonapart, 1797-ci ildə Fransaya geri qayıtmışdı. 1798-ci ilin fevral ayında dövrünün Fransa hökuməti, Böyük Britaniyanın Fransa tərəfindən işğal edilməsi istiqamətindəki planını General Bonaparta ünvanladı. Bonapart, gördüyü strateji dəyərləndirmələr nəticəsində bu planın gerçək olmadığı nəticəsinə gəldi və xarici işlər naziri Çarlz Maurike de Talleyrand-Perigordun da məsləhətiylə, hökumətə Misirin işğalını məsləhət gördü. Bu yolla, Osmanlı İmperatorluğunun bir vilayəti olan Misirin ələ keçirilməsiylə Böyük Biritaniyanın Misir və şərq ticarət yolları üzərindəki təsirinin aradan qalxması və Uzaq Şərqə daxil olmasının əngəllənməsinə hədəflənirdi. Bundan başqa yürüşün Fransanın Aralıq dənizi ticarətinin Böyük Britaniya rəqabəti qarşısında zəmanətə alınmasına da xidmət etməsi hədəflənmişdi.Mövcud idarəçilik, bir baxımdan İtaliya yürüşündən sonra ictimaiyyət tərəfindən çox təqdir olunan Napolyon Banapartı Fransadan uzaqlaşdırmaq üçün məsləhətə maraq göstərmişdi. == Səfərin Başlanğıcı və Nil Döyüşü == Fransız donanması Cənubi Fransanın Toulun limanından 19 may 1798-ci il tarixində ayrıldı. Yürüşü xəbər alan Böyük Britaniya hökuməti, Aralıq dənizində patrul gəzən Britaniya donanmasına Fransa donanmasının hərəkətinin qarşısının alınmasının əmrini verdi.
Fransanın Misirə yürüşü

Herat yürüşü
Herat yürüşü — bir sıra müəyyən fasilələrlə baş verən toqquşmalardan və sonda Nadir xanın Abdali əfqanlarına qarşı hərbi əməliyyatlara başlaması ilə özünün kulminasiya nöqtəsinə çatan hərbi əməliyyatdır. Bu əməliyyata başlamamış Nadir xan özünün monarxı və şahzadəsi olan II Təhmasibə qarşı uğurlu yürüş etmişdi. Alçaldılmış Təhmasib də 4 may 1729-cu ildə Məşhəddən çıxaraq Nadirin Herat yürüşünə qatılmışdı. Beləliklə, Nadir Təhmasibin yürüş boyunca öz yaxınlığında olmasını təmin etmişdi. Bu yürüş Nadir xanın yeni hərbi biliklərə yiyələnməsinə və ya təcrübədən keçirməsinə səbəb oldu. Nəticədə o, ölümcül yüngül süvari ordulara qarşı döyüşə biləcək ordu modelini yarada bildi. Bu sistemdə yaradılmış ordu isə Damğan döyüşündə Gilzay əfqanlarının sayca üstün olan ordusunu məğlub etdi. == Arxa plan == Təhmasiblə problemləri həll etdikdən sonra Nadir kürdlər və yomut tayfaları üzərinə bir neçə yürüş həyata keçirdi. 1728-ci ilin yayında əfqanlara qarşı da bir neçə yürüş təşkil edilmişdi. Bu zaman Təhmasibin keçmiş sərkərdələri Məhəmməd Əli xan və qohumu Zulfiqar xan şahın adından çıxış edib mazandaran və Astrabadın yeni başçıları olduqlarını elan etdilər.
Herat yürüşü (1729)

Heydər Əliyev ideyalarının zəfər yürüşü (kitab)
II Təhmasibin yürüşü (1731)
II Təhmasibin yürüşü (1731) — Səfəvi hökmdarının Qafqazı öz əlində saxlayan Osmanlı imperiyasına qarşı həyata keçirdiyi yürüş nəzərdə tutulur. Yürüş nəticəsində Səfəvi ordusu məğlub edilmiş, bundan əvvəlki yürüş nəticəsində Nadirin əldə etdiyi üstünlüklər və torpaqlar itirilmişdir. Yürüşün nəticəsi Nadirin şərqdən qərbə gəlməsi ilə Səfəvilərin xeyrinə dəyişdirildi, lakin II Təhmasibin öz nüfuzunu bərpa etmək üçün həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən 1731-ci il hərbi əməliyyatları ən əsas sülalənin özü üçün fəlakətlə sonlandı. == Arxa plan == Nadir xan 1730-cu ildə Osmanlı imperiyasına qarşı müharibəyə başladı. O zaman Osmanlılarla düşmən münasibətdə olan Rusiya bu müharibədə Səfəvilərin qalib gəlməsində maraqlı idi. Belə bir əlverişli şəraitdə II Təhmasib Osmanlılardan işğal edilmiş Səfəvi torpaqlarının geri qaytarılmasını tələb etdi. Lakin Osmanlıların rədd cavabı bu iki dövlət arasında müharibəyə səbəb oldu. Azərbaycan ərazisi yenidən müharibə meydanına çevrildi. Nadir xan Osmanlı qoşunu üzərində ilk böyük qələbəsini Marağada qazandı. 1730-cu ilin sentyabrında Ərdəbili, daha sonra Təbrizi Osmanlılardan azad etdi.
I Səlib Yürüşü
Birinci səlib yürüşü Qərbi Avropa ölkələrinin Yaxın Şərqə-Qüdsü və Fələstini ələ keçirmək məqsədilə hücum etdiyi Səlib yürüşlərinin bir hissəsidir. Bu yürüş səlib yürüşlərindən birincisi olmasa belə, elmi ədəbiyyatda Birinci səlib yürüşü adını almışdır. Çünki, səlib yürüşlərinin ilki olan İlk Səlib yürüşündə hakim feodallar deyil, qara camaat aparıcı qüvvə idi. 3 il çəkən müharibələrin sonunda xristianlar Qüdsü və bir sıra digər əraziləri ələ keçirərək, burada dörd feodal dövlət qurdular.
I Təhmasibin Kartli və Kaxetiyə yürüşləri
I Təhmasibin Gürcüstan yürüşləri — Səfəvi imperiyasının ikinci hökmdarı olan I Təhmasibin indiki Gürcüstan ərazisində yerləşən Kartli və Kaxeti çarlıqlarını ərazilərinə həyata keçirmiş yürüşləri. Şah Təhmasibin mütəmadı olaraq maraqlandığı bölgələrdən biri də Gürcüstan idi. Bunun səbəbləri içərisinə indiki Gürcüstanın cənubu və indiki Ermənistan ərazilərini əllərində saxlayan Ustaclı tayfasının gücünü azaltmaq dursa da, digər bir məqam yağma idi. Əsasən xristian olan gürcü torpaqlarına hücumların çox zaman motivi cihad olurdu. Şah Təmasibin ilk yürüşü zamanı Tiflis yağmalanmış, onun kilsələri, gürcü zadəganların sərvətləri, uşaqları və arvadları qənimət olaraq ələ keçirilmişdi. Həmçinin sonda Tiflis, Golbad kimi şəhərlərin hakimləri şiəliyi qəbul etməyə məcbur olmuşlardı. Kartli kralı I Luarsab xilas olmağı bacarmış və Təhmasibin yürüşləri zamanı gizlənmişdir. İkinci yürüşün məqsədi gürcü torpaqlarında stabil qızılbaş hakimiyyətini təmin etmək idi. Yenə yağmalamalarla müşahidə edilən yürüş nəticəsində Kaxetiya kralı Levan tabe edilmiş və o, şaha tabe olacağı barədə and içmişdir. Amasiya sülhündən bir il əvvəl daha bir yürüş həyata keçirilmişdir.
I Təhmasibin yürüşü (1552)
I Təhmasibin yürüşü (1552) — Səfəvi imperiyasının ikinci hökmdarı Şah Təhmasibin Sultan Süleymanın Səfəvi torpaqlarına edilən yürüşlərinə cavab olaraq həyata keçirilmiş yürüşü nəzərdə tutulur. Yürüşün məqsədi yağma həyata keçirmək, əsirlər əldə etmək və Osmanlı imperiyasının arxa cəbhəsini dağıtmaqla sülhə məcbur etmək olmuşdur. == Arxa plan == Osmanlı hökmdarı Sultan Süleyman Təhmasibin bu yürüşünə qədər Səfəvi torpaqlarına 3 yürüş (1534, 1535, 1548) həyata keçirmişdi. Bu yürüşlər zamanı çox saylı Osmanlı ordusuna qarşı açıq meydan savaşına çıxmaqdan yayınmaq üçün Təhmasib fərqli taktika izləmiş və nəticədə hər dəfə Osmanlı yürüşlərinin böyük xərclər çəkilməsinə baxmayaraq, uğursuzluqla nəticələnməsinə nail olmuşdur. Bu yürüşlər nəticəsində Osmanlı imperiyası yalnız Bağdadı əlində saxlaya bilmiş və hər dəfə ələ keçirdiyi yerdə qalan torpaqları tərk etməyə məcbur olmuşdur. Sultan Süleymanın 1548-ci il yürüşündən sonra Şah Təhmasib Osmanlı ərazilərinə yürüş təşkil etdi və bu yürüşdə ona oğlu İsmayıl Mirzə yaxından yardım etdi. == Yürüş == 1552-ci ildə I Təhmasib Osmanlı ərazilərinə yürüşə başladı. Ərzurum hakimi İsgəndər paşanın Xoy ərazisinə yürüşü buna bəhanə oldu. 1552-ci ilin yayında Şah Təhmasibin əmri ilə qoşunların toplanmasına başlandı. Onlar 4 hissəyə bölündülər və dörd istiqamətə göndərildilər: 1) Ərciş və Bərkiyyə — (Məsum bəy Səfəvi, Allahqulu bəy Aycək oğlu, Əli Sultan Təkəli, Şəmsəddin xan Bidlisi, Xəlifəyi Ənsar, Həmzə bəy Talış, Uluqxan bəy Səədli və b.).
I Şah Abbasın Kartli və Katexiyaya yürüşləri
I Şah Abbasın Kartli və Katexiyaya yürüşləri — Səfəvi şahı I Abbasın Osmanlı-Səfəvi müharibəsi (1603-1618) zamanı şərqi gürcü vassal krallıqları olan Kartli və Kaxetiyada 1614-1617-ci illər arasında etdiyi 4 yürüşdür. Yürüşlər I Abbasın əvvəldən ən sadiq gürcü qulamları olan Kartli kralı III Luarsab və Kaxetiya kralı olan I Teymuraz tərəfindən göstərilən itaətsizliyə və ardından çıxarılan üsyana cavab olaraq başladıldı. Tiflis tamamilə dağıdıldı, üsyan yatırıldı. 100.000-ə qədər gürcü qətlə yetirildi və 130.000 ilə 200.000 arası şəxs İrana sürgün edildi. Bunun nəticəsində Kaxetiya və Kartlidə Səfəvi hakimiyyəti möhkəmləndirildi. == Arxa plan == 1606-cı ildə I Abbas Kartli zadəganlarının və Teymurazın anası olan Ketevanın istəyi ilə ikisi də mülayim gənclər kimi görünən II Luarsab və I Teymurazı səfəvilərin vassalı olan Kartli və Kaxetiya krallıqlarına hökmdar təyin etdi. Ancaq 1612-ci ildə Teymuraz və Luarsabın Karabağ valisi də daxil olmaqla, Səfəvi zadəganlarını edam etməsi ilə Gürcüstan ilə Şah arasındakı münasibətlər pozuldu. 1613-cü ildə Şah onları Mazandarandakı ov mərasiminə qatılmağa dəvət edərkən, onlar ya həbs ediləcəklərindən, ya da edam ediləcəklərindən qorxduqlarına görə getmədilər. 1614-cü ilin yazında müharibə başladı. Buna görə də, Osmanlı ilə imzalanmış İstanbul sülh müqaviləsi (1612) sona çatdı.
Kazan yürüşləri
Rus qoşunlarının Kazan xanlığına qarşı yürüşləri. Kazan xanlığını Osmanlı imperiyası, Krım xanlığı və Noqay ordası dəstəkləyirdi. Kazan qoşunları 1534-cü ildən 1545-ci ilə qədər, hər il Rus dövlətinin şərq və şimal-şərq qıraqlarına yürüşlər edirdi. XVI əsrdə Kazan xanlığında 100 min rus əsiri var idi. Onların çoxusunu Osmanlıya və Aralıq dənizi ölkələrinə satılırdı. Bundan başqa ruslar Volqa və Kama üzərində ticarətlərini genişləndirərək, qaçılmaz olaraq tatarlarla toqquşmalı idilər. Eyni zamanda rus feodallarını xanlığın geniş torpaqları cəlb edirdi, bu ərazilərdə ruslar böyük mülklər əldə etmək fikrində idilər. == Mübarizənin başlanması == 1487-ci ildə Moskva knyazı III İvan Kazanı Moskvadan 1521-ci ilə qədər vassal asılı vəziyyətə saldı. III Vasili, Volqanın sağ qollarında dayaq məntəqələri olan, Vasilsursk istehkamının əsasını qoydu(1523) və Temniklər şəhərciyini möhkəmləndirdi. Kazan yürüşləri VI İvanın vaxtında baş verdi.
Lələ Mustafa Paşanın Qafqaza yürüşü
Lələ Mustafa Paşanın Qafqaza yürüşü — Osmanlı imperiyasının vəziri Lələ Qara Mustafa Paşa rəhbərliyində 1578-ci ildə başladılan hərbi yürüş. Bu, 1578–1590-cı illərdəki Səfəvi-Osmanlı müharibəsinin ilkin mərhələsi idi. == Səfər == 1578-ci ildəki Qafqaz səfərinin əsas hədəfi o dövrdə əksəriyyəti Səfəvilər dövlətinin hakimiyyəti altında və ondan asılı olan Cənubi Qafqazı Osmanlı suverenliyi altına almaq idi. 7 avqust 1578-ci ildə Osmanlı qoşunları indiki Gürcüstana, Mesxeti-Samstxe atabəyliyinin ərazilərinə soxuldular. Gürcülər torpaqlarını müdafiə etməyə çalışsalar da, daxili münaqişələr qoşunların Osmanlı hücumuna qarşı çətin vəziyyətdə qoymuşdu. 9 avqust 1578-ci ildə Osmanlı ordusu Səfəvi və gürcü qoşunlarını Çıldır döyüşündə məğlub etmişdir. 10 avqust 1578-ci ildə atabət II Manuçarın qardaşı da daxil olmaqla bəzi Samstxe zadəganları Osmanlı vassalı olmaq təklifini qəbul etmiş, atabəyliyin işğalında Osmanlılara kömək etmişdir. Osmanlılar Səfəvilərı qarşı olan hücumlarına davam edirdilər və 24 avqustda Səfəvilər dövlətindən asılı olan Kartli çarlığının paytaxtı olan Tiflis şəhərini aldılar. Kaxeti çarı II Aleksandr 1 sentyabr 1578-ci ildə Osmanlılar sülh müqaviləsi imzalamış, onlara illik xərac verməyə razı olmuşdur. Bundan sonra Lələ Qara Mustafa Paşa Şirvan və Dərbəndə yürüş edir.
Lənkəran yürüşü (1813)
Lənkəranın işğalı (rus. Штурм Ленкорани, translit. Ştrum Lenkorani) və ya Lənkəran yürüşü (fars. یورش به لنکران‎, translit. Yureş be Lankaran) — 1 yanvar 1813-cü ildə Rusiya imperiyası əsgərlərinin Talış xanlığının paytaxtı Lənkəran şəhərini ələ keçirməsi. Bu hərbi münaqişə qəddarlığına və amansızlığına görə fərqlənir. Ərazinin top atəşənə tutulduğu beş günlük mühasirədən sonra ruslar Qacar qoşunlarının üstünlüyünə baxmayaraq qalaya hücum etdilər. Sərkərdələrin və əsgərlərin əksəriyyətinin öldürüldüyü mühasirədə ağır itkilərə məruz qalsalar da, ruslar qalanı alaraq Lənkəranı işğal etdilər. Qala ələ keçirildikdən sonra Qacar ordusunun bütün əsgərləri rus ordusu tərəfindən qətlə yetirildi və ruslar heç kimi əsir götürmədilər. General Kotlyarevski özü mühasirə zamanı ağır yaralandı və bundan sonra döyüşlərdə iştirak edə bilmədi, Qacar canişini Sadiq Xan qalaya hücum zamanı öldürüldü.
Monqolların Azərbaycana III yürüşü
Monqolların Azərbaycana III və sonuncu yürüşü Bu dövrdə Azərbaycanı Ali Monqol Xaqanlarının canişinləri idarə edirdi(1231-1256). Yürüşə böyük xaqan Münkenin qardaşı Hülakü xan başçılıq edirdi.Münke xan Orta Şərqdə işğal etdikləri ərazilərdə daha da möhkəmlənmək,hələ də müstəqilyini saxlayan feodalları tabe etmək və yeni torpaqlar əldə etmək üçün Hülakü xanı böyük qoşunla yürüşə yolladı.Hülakü xan 1256-cı ildə Azərbaycan(Cənubi Azərbaycan) və Aranı(Şimali Azərbaycan) ələ keçirdi.1258-ci ildə monqollar Bağdadı işğal etdilər.Xəlifə Əl-Mötəsim Billah edam edildi və bununla Abbasilər xilafətinin varlığına son qoyuldu. Hülakü xan bu yürüşlərdən sonra yeni dövlətin əsasını qoydu.Bu dövlət tarixdə Hülakülər və Elxanilər adı tanınır.Azərbaycan imperiyanın əsas vilayəti sayılırdı.Hülakülərin paytaxtı olan Marağa,Təbriz,Sultaniyə şəhərləri bu məmləkətdə yerləşirdi.Hülakülər 101 il hakimiyyətdə oldular(1256-1357).
Monqolların Azərbaycana II yürüşü
Monqolların Azərbaycana II yürüşü — 1231-ci ildə monqol qoşunlarının Qərbə doğru ikinci hücumu. XIII yüzilliyin əvvəllərində, Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik olan monqol dövlətinin qonşu ölkələrə yürüşləri ərəfəsində, Azərbaycanın xarici və daxili vəziyyəti gərgin halda idi. Orta Asiyada iqtisadi cəhətdən bir-birilə möhkəm əlaqədə olmayan vilayətlərin birləşməsindən təşkil olunmuş Xarəzmşahlar dövləti monqollara qarşı mübarizə aparmaq iqtidarında deyildi. Azərbaycan ərazisində isə vahid dövlət yox idi və feodal pərakəndəliyi hökm sürürdü. Ölkədə Eldənizlərin Atabəylər, Rəvvadilər nəslindən Ağsunqurilər sülaləsi (1108–1227-ci illər) və Şirvanşahlar dövləti hakimiyyətini sürürdü. XII əsrin sonunda Eldənizlər dövləti öz əvvəlki qüdrətini itirdi. Eldənizlər sülaləsinin üzvləri arasında gedən mübarizələr səltənətin əsaslarını sarsıdırdı. Qızıl Arslanın xələfi atabəy Əbu Bəkr Azərbaycanda (Şirvan istisna olmaqla) hökm sürürdü. Atabəylərin Əbu Bəkri əvəz etmiş son nümayəndəsi Özbək feodal qruplarının əlində oyuncağa çevrildi, ölkədə feodal çəkişmələri daha da şiddətləndi. Şirvanşahlarda isə vəziyyət başqa idi X, Xl, Xll əsrlərdəki intibah Xlll əsrin ortalarına kimi davam etdi.
Monqolların Azərbaycana ilk yürüşü
Monqolların Azərbaycana ilk yürüşü - 1220-1222-ci illəri əhatə edən kəşfiyyat xarakterli yürüş. XIII əsrin ortalarında Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik Monqol dövlətinin qonşu ölkələrə yürüşü bu ölkələri təhlükə qarşısında qoydu. Qonşu ölkələrdə hökm sürən feodal pərakəndəliyi Monqol dövlətinin banisi Çingiz xanın işğalçılıq planlarının həyata keçməsi üçün əlverişli şərait yaratdı. Mövcud vəziyyət təşkilati və hərbi cəhətdən möhkəm olan ordu hissələri monqol feodalları qarşısında geniş imkanlar açırdı. Monqol yürüşləri ərəfəsində Azərbaycanda vəziyyət acınacaqlı idi. Ölkənin şərq sərhədlərində mövcud olan Xarəzmşahlar dövləti daxilən möhkəm əsaslar üzərində qurulmadığı üçün iqtisadi və güclü hərbi qüdrətə malik deyildi. Xalq kütlələrinin vəziyyətinə laqeyd olan, feodal qruplarının əksəriyyəti tərəfindən müdafiə edilməyən Xarəzmşahlar dövləti monqollara qarşı mübarizə apara bilmədi. Monqol qoşunları bu dövlətin ərazisindən keçərək, ciddi müqavimət görmədən irəliləyə bildilər. Orta Asiyanın, İranın, Azərbaycanın yerli köçəri və oturaq feodal əyanları daxili çəkişmələrə və ziddiyyətlərə son qoymadılar, düşmənə qarşı birgə mübarizə aparmaq əzmi ilə vahid cəbhədə birləşə bilmədilər. Monqol hücumlarına məruz qalmış hər bir şəhər ayrılqda öz daxili qüvvələri hesabına istilaçılara qarşı döyüşür və məğlub olurdu.
Monqolların Azərbaycana yürüşləri
Monqolların Azərbaycana ilk yürüşü
Monqolların Fələstin yürüşü
Monqolların Yaxın Şərq yürüşü (1256-1260) - Hülaku xanın komandanlığı altında, ismailli-nizarilərə, Abbasilər xilafətinə, Şam Əyyubilərinə və Misir məmlüklərinə qarşı yürüş. Yürüşün Yaxın Şərq müsəlmanlarına qarşı olmasında Mərkəzi Asiya nestorian xristianlarının böyük rolu olduğundan bəzən(R.Qrusse, Q.V.Vernadski, L.N.Qumilyov) Sarı səlib yürüşü adlandırılır. 1251-ci ildə Monqol İmperiyasının xaqanı elan edilən Möngkə, Sun İmperiyasına və Yaxın Şərq dövlətlərinə qarşı savaşı davam etdirmək qərarına gəldi. Qəzvin və İranın dağlıq rayonlarının əhalisinin, onlara zərər yetirən ismaillili-nizarilərdən şikayəti bəhanələrdən biri oldu. Fəzlullah Rəşidəddinə görə, "kafirlərin haqsızlıqlarından ədalət axtaran bir çoxlarının, buğa ilində Mönqkə xaqana şikayətlərinə cavab olaraq, o həmin kafirlərə qarşı öz kiçik qardaşı Hülakunu göndərdi". Azərbaycanda və İranın şimalında yerləşən monqol sərkərdəsi Baycu da ismaillilərdən və Abbasilərdən şikayət edirdi. Mönkge Hülakuya ismaillilərin dağ qəsrlərini dağıtmaq, lor və kürdlərin tabe edilməsini, və tabe olmasa, xəlifənin mülklərini də zəbt etməyi əmr etdi. Şəmsəddin Cüveyni və onun ardınca Rəşidəddin xəbər verirlər ki, hər ulus Hülaku ordusuna hər on nəfər döyüşçüdən ikisini verməliydi. Lakin bu ancaq, "çox böyük qoşun" anlamında ifadə forması ola bilər, çünki həmin ifadəyə 1246-cı il üçün Cüveynidə, Güyükun İlcidayı ismaillilərə qarşı göndərməsi ilə bağlı, rast gəlmək olar. 15-ci əsr Şəcərət əl-Ətrak (Türklərin şəcərəsi) əsərinin anonim məllifi yazır ki, Mönkge Hülakuya xidmətə yararlı monqolların beşdən birini verdi, və bu 120 min təşkil etdi.
Monqolların Fələstinə yürüşü

Monqolların Xarəzmə yürüşü
Monqolların Xarəzmə yürüşü—1219–1221-ci illərdə baş vermiş monqol fütuhatı. 1156-cı ildə Əlaəddin Atsız vəfat etdi. Onun varisləri El Arslan və oğlu Təkəş Xarəzmin müstəqilliyinə nail oldular. Səlcuq sultanlığı və Qaraxanilər dövləti süqut etdiyindən yeganə təhlükə qoşununun El Arslanı öldürdüyü Kidan dövləti idi. 1174-cü ildə Təkəş Cənubi Xorasanı tutdu və onun hakimi Müəyyid Ay-Abanı öldürdü. Onun oğlu Təkəşin vassalığını qəbul etdi. Təkəş 1187-ci ildə Nişapura, 1192-ci ildə Reyə, 1193-cü ildə Mərvə yürüş etdi. O, 3 iyul 1200-cü ildə vəfat etdi və hakimiyyətə oğlu Əlaəddin Məhəmməd gəldi. O, dövlətin ərazisini genişləndirib Xorasanın bir hissəsini geri qaytardı, Buxaranı Xarəzmə birləşdirdi, 1212-ci ildə qarakitaylara son qoyub Sistanı, Kirmanı, Təbəristanı, Azərbaycanı, Arranı özünə tabe etdi. Çingiz xan Xarəzmin işğalını planlaşdırırdı.
Monqolların Yaponiya yürüşləri
Monqolların Yaponiya yürüşləri (yapon元寇 Genkō) 1274 və 1281 — Xubilay xanın Yaponiyaya təşkil etdiyi yürüşləri. XIII əsrdə bir çox ölkələr kimi Yaponiya da monqol hücumuna məruz qaldı. Ölkənin adada yerləşməsi monqolların istila niyyətlərini dayandıra bilmədi. Onlar iki dəfə, 1274 və 1281-ci illərdə Yapon adalarına genişmiqyaslı yürüş cəhdi etdilər. Birinci dəfə idi adət etdikləri atlı qoşunla deyil hərbi-dəniz donanması qüvvələri ilə buna nail olmaq istəyirdilər ki, bu da onların Çin və Koreya kimi istila etdikləri ölkələrin dəniz təcrübəsinə arxalanmadan mümkün deyildi. Monqollar həmçin müsəlman dənizçilərini də bu işə cəlb etmişdilər. Bunlardan biri monqolların dənizdə çinli Sun imperiyasına qarşı üstünlüyünü təmin etmiş, Zuançjoudan olan ərəb ya da iranlı əsilli - müsəlman Pu Şouqen idi. Yaponiyaya yürüş planı barədə Xubilay xana yaxın olan italyan-venesiyalı Marko Polo da xəbərdar idi. “Siyuy” (Çindən qərbdəki ölkədən) dan olanlar, o cümlədən qeyd edilən avropalı, ərəb və iranlı, eləcə də türklər – qarluqlar, kanqllar, qıpçaqlar, uyğurlar, bir sıra tətqiqatçılar tərəfindən türklərə aid edilən – cəlairlər və naymanlar, semu(çin dilindən tərcümədə “rəngligözlülər”, çinlilərin özlərindən seçilən Mərkəzi və Qərbi Asiya və Avropa sakinlərinə verdikləri ad), Çingiz xanın nəvəsi və Çinin Yuan sülaləsinin ilk imperatoru Xubilayın ordusunun mühüm hissəsini təşkil edirdilər. Yaponiyaya yürüş məhz onun adı ilə bağlı idi.
Monqolların Yaxın Şərq yürüşü
Monqolların Yaxın Şərq yürüşü (1256-1260) - Hülaku xanın komandanlığı altında, ismailli-nizarilərə, Abbasilər xilafətinə, Şam Əyyubilərinə və Misir məmlüklərinə qarşı yürüş. Yürüşün Yaxın Şərq müsəlmanlarına qarşı olmasında Mərkəzi Asiya nestorian xristianlarının böyük rolu olduğundan bəzən(R.Qrusse, Q.V.Vernadski, L.N.Qumilyov) Sarı səlib yürüşü adlandırılır. 1251-ci ildə Monqol İmperiyasının xaqanı elan edilən Möngkə, Sun İmperiyasına və Yaxın Şərq dövlətlərinə qarşı savaşı davam etdirmək qərarına gəldi. Qəzvin və İranın dağlıq rayonlarının əhalisinin, onlara zərər yetirən ismaillili-nizarilərdən şikayəti bəhanələrdən biri oldu. Fəzlullah Rəşidəddinə görə, "kafirlərin haqsızlıqlarından ədalət axtaran bir çoxlarının, buğa ilində Mönqkə xaqana şikayətlərinə cavab olaraq, o həmin kafirlərə qarşı öz kiçik qardaşı Hülakunu göndərdi". Azərbaycanda və İranın şimalında yerləşən monqol sərkərdəsi Baycu da ismaillilərdən və Abbasilərdən şikayət edirdi. Mönkge Hülakuya ismaillilərin dağ qəsrlərini dağıtmaq, lor və kürdlərin tabe edilməsini, və tabe olmasa, xəlifənin mülklərini də zəbt etməyi əmr etdi. Şəmsəddin Cüveyni və onun ardınca Rəşidəddin xəbər verirlər ki, hər ulus Hülaku ordusuna hər on nəfər döyüşçüdən ikisini verməliydi. Lakin bu ancaq, "çox böyük qoşun" anlamında ifadə forması ola bilər, çünki həmin ifadəyə 1246-cı il üçün Cüveynidə, Güyükun İlcidayı ismaillilərə qarşı göndərməsi ilə bağlı, rast gəlmək olar. 15-ci əsr Şəcərət əl-Ətrak (Türklərin şəcərəsi) əsərinin anonim məllifi yazır ki, Mönkge Hülakuya xidmətə yararlı monqolların beşdən birini verdi, və bu 120 min təşkil etdi.
Nadir şahın Mərkəzi Asiya yürüşü
Nadir şahın Mərkəzi Asiya yürüşü — XVIII əsrin ortalarında Əfşar imperiyası Nadir şahın hakimiyyəti altında Mərkəzi Asiyanın Buxara və Xivə xanlıqlarının ilhaqına başladı. İlk toqquşmalar 1730-cu illərdə meydana çıxmışdı. Bu zaman Nadir Hindistan yürüşündə idi və onun varisi şahzadə Rzaqulu Mirzə Mərkəzi Asiyanın dövlətləri üzərində bir neçə parlaq qələbə qazanmağı bacarmışdı. Rzaqulunun Xivəni ələ keçirməsi Xivə hökmdarı İlbars xanın qəzəbinə səbəb oldu və o, əks-hücuma keçəcəyi ilə bağlı hədələr verməyə başladı. Nadir özü uzaqda olduğuna görə oğluna hərbi əməliyyatları sonlandırmağı əmr etdi. Onun planı geri döndükdən sonra daha parlaq əməliyyatları öz komandanlığı altında həyata keçirmək istəyirdi. Xivənin ilhaq edilməsindən sonra İlbars edam edildi və onun yerinə Əbülfəz xan gətirildi. Nadir onun daha sadiq olacağını düşünürdü. Bu yürüşün nəticəsində Səfəvilər də daxil olmaqla, regionda mövcud olmuş dövlətlərdən demək olar ki, heç birisinin Mərkəzi Asiya üzərində qazanmağa nail ola bilmədiyi qələbə qazanıldı. 1734–1735-ci illərdə İlbars xan xeyli sayda türkməni Xorasanı yağmalamaq üçün göndərdi.
Nadir şahın Sind yürüşü
Nadir şahın Sind yürüşü — 1739–1740-cı illərdə Nadir şahın Hind yürüşü zamanı baş vermiş son döyüşlərindən biri. Nadir şah Əfşar Böyük Moğol imperiyasının hökmdarı Məhəmməd şah üzərində qələbədən sonra Nadir onu Hind çayından qərbə bütün torpaqlarını güzəşt etməyə məcbur etdi. Dehlidən bu bölgəyə Nadirin qayıdışı yenidən birləşdirilmiş ərazilərin bütün hakimləri tərəfindən qarşılanması ilə müşayiət olundu. Sind hakimi Xudoyar xan Nadir şaha beyət etməkdən imtina etdi. Nadir şah Kabuldan Sind vilayətinə yollandı ki, bu vilayəti də itaət altına gətirsin. "Aləm Ara-ye Naderi"də bildirilir ki, Nadir şah hələ Hindistanda olarkən Məhəmməd şah, Sind hakimlərinin üzüdönüklüyü haqqında ona məlumat vermiş və onların yola gətirilməsini xahiş etmişdi. Mənbədə o da bildirilir ki, Nadir şah Hindistandan qoşunları ilə birbaşa Sində yollandı. "Tarix-e Cahanqoşa-ye Naderi"də, habelə digər mənbə və tədqiqat əsərlərində isə Nadir şahın Kabuldan Sində tərəf hərəkətə başladığı bildirilir. "Tarix-e Cahanqoşa-ye Naderi"də təsdiq olunur ki, Sind hakimi Xudayar xan Abbasi hətta Hindistanın fəth edilməsindən sonra belə Nadir şaha itaət etməyə meyl göstərmədi. Əksinə, ətrafına topladığı qoşunların sayını artırmaqla özünün müstəqil hakimliyini qoruyub saxlamaq istəyirdi.
26 Bakı komissarının güllələndiyi yerə yürüş (film, 1933)

Значение слова в других словарях