YƏHUD

YƏHUD(İ)

ə. sami xalqlarından biri; cuhud.

YƏHTƏMİL
YƏHUDİ
OBASTAN VİKİ
Yəhud
İudeya (ivr. ‏יְהוּדָה‏‎ [Yehuda]; yun. Ἰουδαία, [İoudaya]; lat. Iūdaea), həmçinin Yəhud, Yəhuda (ərəb. يهودا‎) və ya Yəhudiyyə — İsrail torpağında, müasir Fələstin və İsrail dövlətləri ərazisində tarixi vilayət. Şimaldan Samariya, qərbdən Aralıq dənizi, cənubdan Negev, şərqdən Ölü dəniz və qismən də İordan çayı ilə həmsərhəddir. Regionun tarixinin müxtəlif dövrlərində İudeyanın sərhədləri fərqli şəkildə müəyyən edilmişdir. İudeya çarlığının mərkəzi olan region kral İrodun hakimiyyəti dövründə Romanın vassal dövlətinə çevrilmişdir. B.e. 6-cı ilindən etibarən burada Roma imperiyasına bağlı İudeya vilayəti qurulmuşdur.
Xeybər Xeybər ya yəhud
"Xeybər Xeybər ya yəhud, ceyş Muhəmməd səvfə yəud" (ərəb. خيبر خيبر يا يهود جيش محمد سوف يعود‎; "Xeybər Xeybər ey yəhudilər, Məhəmmədin ordusu qayıdacaq") — ərəb dilində islam tərənnümü. Burada Məhəmmədin başçılıq etdiyi müsəlman qüvvələrinin indiki Səudiyyə Ərəbistanında Xeybər vahəsində yaşayan yəhudiləri məğlub etdiyi Xeybər döyüşünə istinad edilir. "PBS" və "Times of Israel" xəbər agentlikləri, Müsəlmanlar Antisemitizmə Qarşı və Antidiffamasiya Liqası təbliğat qrupları tərənnümü antisemitizm hesab edir. Bu şüar 1980-ci illərin sonlarında Birinci İntifada zamanı Fələstin islamçı HƏMAS təşkilatının qurucusu Əhməd Yasin tərəfindən irəli sürülmüşdür. O vaxtdan bu şüar islamçılar, islam ekstremistləri və antiisrail yaraqlıları tərəfindən daha geniş şəkildə qəbul edilmişdir. O, Qüds, İsveç, İngiltərə, Avstriya, Belçika, Niderland və Avstraliya daxil olmaqla, islam ekstremist və Fələstin tərəfdarı nümayişlərdə səsləndirilmişdir. Tərənnüm 2021-ci ildə İsrail–Fələstin böhranı və 2023-cü ildə İsrail–HƏMAS müharibəsi zamanı olduğu kimi, İsraillə fələstinlilər arasında zorakılıq dövrlərində daha çox istifadə olunur.
Dağ Yəhudiləri Muzeyi
Dağ Yəhudiləri Muzeyi - 2020-ci ildə Qubada açılmış, dağ yəhudilərinə həsr edilmiş, XIX əsrə aid Karcoq sinaqoqunda yerləşən muzey. Dağ yəhudilərinə həsr edilmiş dünyada ilk və yeganə muzeydir. Muzey Qırmızı qəsəbədə yerləşən XIX əsrə aid Karcoq sinqoqunda yerləşir. Sovet işğalından sonra sinqoq öz fəaliyyətini dayandırıb. Burada bir müddət kənd təsərrüfatı məhsullarının anbarı yerləşib. Sovet İttifaqı dağıldıqdan sonra isə sinaqoq boş qalıb. İllərlə boş qalan sinaqoq qəzalı vəziyyətə düşüb. Sonradan burada əsaslı bərpa işləri aparılıb. Bina 5 metrdən yüksək olan otaq hündürlüyündə və kvadrat formasındadır. Burada daha çox eksponatı sərgiləmək üçün binanın içərisinə ikinci yarus əlavə edilib.
Dağ yəhudiləri
Dağ yəhudiləri, (dağ yəhudilərinin dilində Cuhuro) şərqi Qafqazda, əsasən Azərbaycan və Dağıstanda kök salmış yəhudilər. Dağ yəhudilərini, xüsusilə İsraildə Qafqaz yəhudiləri də adlandırırlar. "Dağ yəhudiləri" və yaxud "Qafqaz yəhudiləri" adı dəqiq təbir deyildir, çünki bu ifadə Qafqaz dağlarında yaşayan Gürcü yəhudilərini əhatə etmir. Dağ yəhudilərinin adı barədə müxtəlif təxminlər vardır. Məsələn, Amiram Barkat İsrailin "Haaretz" qəzetində yazır ki, 19-cu əsrdə Cənubi Qafqazı istila edən ruslar burada at belində və yapıncı geyimli yəhudiləri görəndə çox təəccüblənmiş və onlara "dağ yəhudiləri" "горские евреи" adını vermişlər. "Haaretz" qəzetinə əsasən, "bu təcrid olunmuş yəhudi icması 1 500 ildən çoxdur Cənubi Qafqazda (Azərbaycan və Şimali Qafqazda) yaşayırlar. Qafqaz yəhudiləri üzrə bir sıra elmi əsərin müəllifi, israilli professor Mordexay Altşuler belə fikirdədir ki, dağ yəhudiləri ilə İran və Buxara yəhudiləri arasında bağlar mövcuddur və dağ yəhudiləri 6-cı əsrdə müstəqil etnik icmaya çevrilmişdir. Tarixi mənbələrdə dağ yəhudilərinin öz qonşuları kimi cəsur döyüşçü olduqları qeyd edilir. Dağ yəhudilərinin etnik köklərinə gəldikdə, belə təxmin edilir ki, dağ yəhudiləri və tatlar çox qədimdən Qafqazda məskunlaşıblar. Onların ulu əcdadları bir zamanlar İranın cənub-qərb bölgələrində yaşayıb və orada orta-fars dilini mənimsəyiblər.
Dağ yəhudiləri dili
Dağ yəhudiləri dili (cuuri, cuhuri) (öz adlandırmaları: çuhuri / жугьури / ז'אוּהאוּראִ) — tat dilinin dialekti və Şərqi Qafqazda, xüsusi ilə də Azərbaycanda və Dağıstanda yaşayan dağ yəhudilərinin doğma dili. Sayları təqribən 106 min nəfərdir. Aşağıdak dialektlərə bölünür: Quba dialekti Dərbənd dialekti Qaytaq dialekti Oğuz rayonu dialekti, hal-hazırda ölmüş dil sayılır.. Digər məlumatlara görə bu dili bilən təqribən 250–300 nəfər İsraildə,Moskvada, Gürcüstanda və Almaniyada yaşayır. Judeo-Tat page at Ethnologue.com [1] (lüğət, qramatika, kitabxana) Nalçikin dağ yəhudiləri Mountain Jews of Nalchik.
Dağ yəhudiləri teatrı
Dağ yəhudiləri teatrı — əsasən dağ yəhudiləri tərəfindən yaradılmış, dağ yəhudisi mövzularında tamaşaların səhnələşdirilməsi üzrə ixtisaslaşmış teatr. Pyeslər ana dilində (çuhuri) oynanılırdı. Dərbənddə dağ yəhudilərinin teatr sənətinin doğulduğu tarix 1903-cü il dekabr ayında, müəllim və sionist Asəf Aqarunovun Naum Şoykoviçin ivrit dilindən tərcümə etdiyi "Yanmaq üçün yandır" hekayəsini səhnələşdirdiyi tarix hesab olunur. Tamaşa məktəb müəllimi Naqdimun ben Simonun (Şimunov) toyu şərəfinə səhnəyə qoyulub. Ənənəvi olaraq, dağ yəhudiləri teatrı Dərbənddə mövcud idi və işləyirdi, çünki burada ən çox dağ yəhudisi yaşayırdı. 1918-ci ildə Dərbənddə ravvin Yaşaiyo Rabinoviçin rəhbərlik etdiyi dram studiyası açıldı. 1924-cü ildən dağ yəhudi kollektivi qısaldılmış "GEM Circle" adını almış Dağ Yəhudi gənclərinin mədəni-maarif dairəsi adlandırılmağa başladı. Ona Yuno Sauloviç Semyonov və Manaşir Şalumov rəhbərlik edirdi. 1924-cü ildə Yuno Sauloviç Semyonov Dərbənd dağ-yəhudi dərnəyində iki pyes — "İki dəri satıcısı" və "Hiyləgər çöpçatan" tamaşasını səhnələşdirir. 1935-ci ildə Dərbənddə üç truppanın — rus, dağ yəhudisi və türk truppasının daxil olduğu ilk sovet teatrı açıldı.
Dağ yəhudilərinin sinaqoqu (Bakı)
Dağ yəhudilərinin sinaqoqu — Bakı şəhərində, Əli Mərdan Topçubaşov küçəsi, 72 ünvanında yerləşən dağ yəhudilərinin sinaqoqu. Sinaqoq 2011-ci ildə inşa edilmişdir. Bakıdakı dağ yəhudilərinə məxsus sinaqoqun binası 1945-ci ildən fəaliyyət göstərməkdədir. Sovet hakimiyyəti dövründə ikinci dünya müharibəsi bitdikdən sonra dağ yəhudilərinə şəhərin mərkəzində dini tələbatın ödənilməsi məqsədilə qədim bina ayrılmışdır. Binanın şəraiti çox bərbad idi və buraya ibadətə gələnlər şəraitsizlikdən əziyyət çəkirdilər. Bu cür hal Azərbaycanın müstəqillik qazanmasına kimi davam etmişdir. Müstəqillik dövründə məbəddə təmir-bərpa işlərinə başlanılmış, sinaqoqun ikinci mərtəbəsi tikilmiş, buraya ibadətə gələnlər üçün münasib şərait yaradılmışdır. 2010-cu ildə Bakı şəhərində aparılan yenidənqurma və əsaslı bərpa işləri ilə əlaqədar dağ yəhudiləri üçün yeni sinaqoqun inşasına ehtiyac yaranmışdır. 5 aprel 2011-ci ildə Nəsimi rayonu, Əli Mərdan Topçubaşov küç, 72 ünvanda dağ yəhudiləri üçün inşa edilmiş yeni ibadət ocağının açılış mərasimi keçirilmişdir. Memarlıq xüsusiyyətlərinə və ölçülərinə görə təkcə Azərbaycanda deyil, regionda olan digər yəhudi məbədlərindən də fərqlənən sinaqoqun açılış mərasimində İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem, ABŞ səfiri Metyu Brayza, ölkədə akkreditə olunmuş xarici ölkə səfirliklərinin rəhbərləri, "Qırmızı Qəsəbə" yəhudi dini icmasının sədri Boris Samanduyev, Bakıdakı Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Bakıdakı Avropa yəhudiləri icmasının nümayəndəsi Gennadi Zelmanoviç, Avropa Evinin rəhbəri Şaul Davıdov və Azərbaycandakı digər yəhudi təşkilatlarının liderləri iştirak ediblər.
Fars yəhudiləri
Fars Yəhudiləri ( ivr. ‏יהודים פרסים‏‎ ‏ ‎ fars. یهودیان ایرانی‎ یهودیان ‎ - Yəhudilərin etno-linqvistik qrupu. "Fars Yəhudiləri" termini, Yəhudi-İran dillərində danışan ( Əfqanıstan, Orta Asiya və Şərqi Qafqazın Dağ Yəhudiləri kimi) İran Yəhudi icmasının əksəriyyətinə istinad etmək üçün istifadə olunur (İranda yaşayan əhalidən fərqli olaraq, İbrani-Arami dilini qoruyub saxlayan Kürdüstan Yəhudilərinin dili, eləcə də türk dilinin Miandoabi İbrani ləhcəsi). "Fars Yəhudiləri" termini geniş şəkildə XVI əsrin əvvəllərindən bəri Əfqan və Buxara Yəhudilərinə də aiddir, belə ki, İran, Orta Asiya və Əfqanıstan yəhudiləri demək olar ki, vahid bir cəmiyyət təşkil edirdilər. XVI əsrin əvvəllərində bu böyük toplumun süqutu. Bu böyük icmanın XVI əsrin əvvəlində iran yəhudiləri və Orta Siya, Əfqanıstan yəhudiləri icmasına bölünməsi XVIII əsrin ikinci yarısından müstəqil əfqan və buxara yəhudiləru icmasına bölünməsi müvafiq bölgələrdə yaşayan yəhudilər arasında əlaqələrin zəifləməsinə səbəb olan siyasi hadisələrlə əlaqələndirilir. Orta əsrlər boyu Fars Yəhudilərinin yazı dili geniş mənada (İran, Əfqanıstan, Orta Asiya və Zaqafqaziyanın cənub-şərqi) İbrani-Fars dili idi. XIX əsrdə buxara yəhudilərinin ədəbi yaradıcılığının yəhudi-fars dilindən yəhudi-tacik dilinə keçidi baş verdi. Hal-hazırda Fars Yəhudilərinin əksəriyyəti İsrail (ikinci nəsil daxil olmaqla 1993-cü ildə 75 min) və ABŞ-da (45 min, yalnız birinci nəsil) cəmləşmişdir.
Gizli Yəhudilik
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi (gürc. საქართველოს ებრაელთა ისტორიის მუზეუმი) — Tbilisi şəhərində yəhudi xalqına həsr edilmiş tarixi və etnoqrafiya muzeyi. Muzey Antoni Katolikos və Vaxtanq Beridze küçələrinin kəsişməsində, Azadlıq Meydanından bir qədər aralıda yerləşir. Muzey 30 noyabr 1932-ci ildə "Yoxsullara Yardım Gürcü Komitəsi" rəhbərliyinin qərarı ildə əsası qoyulmuşdur. Əslində isə muzey artıq 1928 -ci ildə yaradılmışdır. Onun yaradılmasında əsas məqsəd yəhudi işçilərinin mədəni bazası çərçivəsində bir şöbə təşkilatı qurmaq idi. "Yəhudi Tarix -Diyarşünaslıq Muzeyi"nin rəsmi quruluşu 23 noyabr 1933-cü ildə Gürcüstan Xalq Maarif Komissarlığının əmri ilə rəsmiləşdirildi. 1932-ci ildən başlayaraq muzey Yəhudi Mədəniyyət Mərkəzinin binasında (Abesadze küç., 10) yerləşirdi və 1940-cı ildə isə keçmiş "Qübbə sinaqoquna" köçdü. 1951-ci ildə muzey bağlandı və eksponatlar Tbilisi Dövlət Tarix-Diyarşünaslıq Muzeyinə, nadir əlyazmalar kolleksiyası isə - Gürcüstan Dövlət Muzeyinə və Gürcüstan SSR Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna verildi. 30 noyabr 1992-ci ildə, Gürcüstan hökumətinin qərarı ilə (No 1017), Muzey "Kartu" Fondunun maliyyə dəstəyi ilə bərpa edildi və məşhur ravvin və ictimai xadim David Baazovun adını aldı.
Gürcüstan yəhudiləri
Gürcüstan yəhudiləri – qədimdən Gürcüstan ərazisində məskunlaşmış, burada yaşayan yerli xalqın adət-ənənəsini və dilini mənimsəmişlər. Bu baxımdan onlara "Gürcüstan yəhudiləri" deyil. Rəvayətə görə, onlar Kartli və İberiyanın ərazisinə ilk dəfə e.ə. VII əsrdə köçmüşlər. Bu Birinci Qüds Məbədinin dağıdıldığı və yəhudilərin Babilistana sürgün olunduğu tarixə təsadüf edir. XIII əsrə aid "Kartlis tsxvoreba" ("Gürcüstanın həyatı") adlı əlyazmada bu barədə deyilir: "Çar Navuxodosonor Qüdsü zəbt etdi. Ordan qovularaq Kartliyə gələn yəhudilər, Mtsxeti hökmdarına bac söz verərək torpaq istədilər. Onlara Araqvi çayı yaxınlığında, Zanavi çay qolunun yanında məskunlaşmağa icazə verildi. Və onlar buna görə vergi verməyə başladılar". Tarixi qaynaqlar göstərir ki, yəhudilər müxtəlif vaxtlarda Bizans və İran dövlətindən, Xəzər xaqanlığından Gürcüstana köç etmiş, əvvəllər burada yerləşmiş soydaşları ilə qaynayıb-qarışmışlar.
Kripto Yəhudilik
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Kripto yəhudilər
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Küveytdəki Yəhudilərin tarixi
Litva yəhudiləri
Litva yəhudiləri ( idiş ליטוואַק‎ dilindən Litvak və ya litvek) — Aşkenazi Yəhudilərinin ərazi və linqvistik alt qrupudur və onlarla tarixi bağlılığı olan Ortodoks iudaizmi Böyük Litva knyazlığı ərazisində meydana gəlmişdir. Litva yəhudiləri aşkenazi yııhudilərinin ərazi linqvistik altqrupu kimi şimal-şərq və ya litva (var idiş ליטװיש‎ litvish) İdiş dili dialektində danışırlar. Bu dialekt tarixən müasir Belarusiya, Latviya, Litva, Rusiya, Ukrayna və Polşanın bəzi bitişik bölgələrində yayılmışdır . Polşa-Litva Birliyinin dövründən bəri, Polşa-Litva dövlətinin daxili ərazi bölgüsü ilə əlaqədar olaraq, Yəhudi mənbələrində bu şimal-şərq dialekti ərazisi "Litva" ( idiş ליטע‎ . lite) paytaxtı və bölgədəki Yəhudi mədəniyyət mərkəzi isə Vilnüs — "Litvanın Qüdsü" ( Ashkenazi Aramaic ירושלים דליטא, erusholayim d'lito) adlandırılır. Litvak Yəhudiləri etnolinqvistik bir alt qrup olaraq, özlərinin Yəhudi ləhcəsi və İvrit dili və Arami dilinin uyğun tələffüzünə əlavə olaraq həm də ənənəvi mətbəxin bəzi özünəməxsus xüsusiyyətlərinə də malikdirlər. Aşkenazi Yəhudilərinin yaşayış yerinin şimal bölgələrində (yəni Yəhudi Litvasında, yuxarıya bax) Hasidizmin çiçəkləndiyi dövrdə, əsasən Vilna Gaonun (Litva ənənəsində: Rabbi Eliyohu ben Shleime Zalmena) təsiri sayəsində geniş yayıla bilmədi, əksinə tərəfdarları. Hasidizmin tərəfdarlarına misnagdim ("etirazçılar") adlanan deyildi . Sonradan, bütün misnagdim (Vilna Gaonun ardıcılları, Hasidizmin əleyhdarları) yerləşməsindən və icma mənşəyindən asılı olmayaraq Litvaks adlandırılmağa başladılar. XIX əsrin ortalarından etibarən, yeşiva adlanan mərkəzləri Vilna Gaon ardıcılları tərəfindən Dünya Yeşivası, Voloj və Ponejeva olan dini təhsil üzrə öz sistemlərini inkişaf etdirdilər.
Omandaki Yəhudilərin tarixi
Omandakı Yəhudilərin tarixi
Ortodoks yəhudilik
Ortodoks Yəhudilik, Pravoslav Yəhudilik və ya Ortodoks Musəvilik — Qüdsdəki məbədin dağıdılmasından müasir dövrə kimi gəlmiş rəsmi yəhudi inanc və ənənələrini təmsil edən, hələ də üzvləri ən çox olan İudaizm məzhəbidir. Bu gün İsrail dövlətində də bu məzhəbin tərəfdarları hakimdir. Musanın qanunlarına ciddi şəkildə əməl edən pravoslav yəhudilər, Şabbat (şənbə) günü heç nə etməmək və Kaşrut qaydalarına tabe olmaq mövzusunda digər təriqətlərə nisbətən daha sərt mövqe tuturlar. Pravoslav Yəhudilərə görə, Allah Musaya Tövratı və On əmri vermişdir. Bunlar ilahidir, əbədi davam edəcək və heç bir şəkildə dəyişdirilə bilməz. Yazılmış Tövratdan əlavə, Allah Musaya şifahi şəkillərdə olan əmrlərini də vermişdir ki, bunlar da, nəsillərdən bəri davam edərək müasir dövrümüzə qədər gəlib çatmışdır. Eyni şəkildə, onlarda ilahi və müqəddəs sayılırlar. Bu mövzuda xüsusilə Talmud və Midraşdan əsas götürülür. Alahaya ciddi şəkildə riayət etmək lazımdır.
Osmanlı imperiyasındakı yəhudilərin tarixi
Osmanlı İmperiyasındakı yəhudilərin tarixi - Osmanlı İmperiyası ərazisində yaşamış yəhudilərin tarixini əhadə edir.
Qüds Yəhudi Universiteti
Yerusəlim Yəhudi Universiteti (ivr. ‏האוניברסיטה העברית בירושלים‏‎) — İsrailin ən böyük elm və təhsil mərkəzi, İsrailin ilk universiteti. yaranan gündən dərslər yəhudi dilində keçirilir. 1918-ci ildə yaranıb, dünyanın yüz ən yaxşı universitetlərindən sayılır. (2012-ci ildə 53-cü yer).
Qüdsdə Yəhudi Universiteti
Yerusəlim Yəhudi Universiteti (ivr. ‏האוניברסיטה העברית בירושלים‏‎) — İsrailin ən böyük elm və təhsil mərkəzi, İsrailin ilk universiteti. yaranan gündən dərslər yəhudi dilində keçirilir. 1918-ci ildə yaranıb, dünyanın yüz ən yaxşı universitetlərindən sayılır. (2012-ci ildə 53-cü yer).
Qətərdəki Yəhudilərin tarixi
Rekonstruktiv yəhudilik
Rekonstruktiv yəhudilik (ivr. ‏יהדות רקונסטרוקציוניסטית‏‎; Romanizasiya: yahadút rekonstruktsyonistit) ya da (ivr. ‏יהדות מתחדשת‏‎; Romanizasiya: yahadút mitkhadéshet) Mordecai Kaplan tərəfindən yaradılmışdır. Bunlar daha əvvəllər mühafizəkar Yəhudilik içində iştirak etmişlər. Zamanla Kaplanın fikirləri digər Yəhudi məzhəblərinə də təsir etmişdir. Hərəkatın qurucusuna görə Yəhudilər də digər millətlər kimi bir millətdir. “Seçilmişlik” xüsusiyyəti yoxdur. Allah Yəhudiləri deyil, Yəhudilər Allaha seçmişlər. Bunlar yenidən dirilməyi və axirəti rədd edərlər. Tövrat Tanrı vəhyi deyil.
Rusiya Yəhudi Konqresi
Rusiya Yəhudi Konqresi (RYK) — Rusiyanın ən böyük müasir yəhudi təşkilatı. 1996-cı ildə yaradılıb. Qeyri-kommersiya xeyriyyə fondu kimi fəaliyyət göstərir. Təşkilat Rusiyanın ən nüfuzlu və varlı yəhudilərini — yüksək rütbəli məmurları, iş adamlarını, elm və mədəniyyət xadimlərini özündə birləşdirir. RYK-nin rəhbər orqanları — rəyasət heyəti, direktorlar şurası və ictimai şuradır. Rəyasət heyətinin tərkibinə daxildir: Mixail Fridman, Leonard Blavatnik, Leonid Melemed, Boris Mints, German Zaxaryayev, Andrey Rappoport, David Yakobaşvili, Yevgeniya Albats, Yuli Qusman, Berl Lazar, Henri Reznik, Vladimir Solovyov, Gennadi Xazanov, Mixail Çlenov, Mixail Berger, Mixail Jvanetski, Qriqor Kroşner və s. Təşkilatın təftiş komissiyasına Rusiyanın keçmiş iqtisadiyyat naziri Yakov Urinson rəhbərlik edir.
Suriya yəhudiləri
Suriya yəhudiləri, eramızdan əvvəl VI əsrdə müasir Suriyanın ərazisində məskunlaşmış Yəhudilərinnəslidir. XV əsrin sonunda onlara Osmanlı Sultanının dəvəti ilə Suriyaya gələn İspaniyalı Səfərad yəhudiləri də qoşuldu. İspan və Yəhudi xalqının ənənəvi mədəni xüsusiyyətlərinin qarışığı nəticəsində ortaya çıxan inkişaf etmiş bir mədəniyyətə sahib idilər. İsrailin ayrı bir dini icması var. Qədim dövrlərdən bəri Yəhudilər Suriya cəmiyyətinin ən vacib təbəqələrindən biri olmuşlar. Yəhudilər Suriyada eramızdan əvvəl VI əsrdən məskunlaşmağa başlamışlar. Eramızdan əvvəl 539-cu ildən Əhəmənilər Fars sülaləsi tərəfindən idarə olunurdu. İosif Flaviyaya görə, Fars kralı Kserks, Ezra'ya Əhəmənilər imperatorluğu boyunca dini ədaləti tətbiq etmək üçün Yəhudi hakimlərini təyin etməsini əmr etdi. Eramızdan əvvəl 333-cü ildə Suriyanı Makedoniyalı İskəndər fəth etdi və Yəhudilərə yeni imtiyazlar verdi . Həmçinin əvvəlki hüquqlarını da təsdiqlədi.
Tsxinvalinin yəhudi məhləsi
Tsxinvalinin yəhudi məhləsi — Gürcüstanın Tsxinvali şəhərində yəhudilərin XVII əsrdən məskunlaşması nəticəsində yaranan məhəllə. Məhəllə köhnə Tsxinvalinin ən mənzərəli yerlərindən biri olmuşdur. Məhəllə 1992-ci ildə Osetiya-Gürcüstan müharibəsi və 2008-ci ilin avqust döyüşləri zamanı ciddi şəkildə zərər görmüşdür. Orta əsrlərdə Gürcüstanda yaşayan yerli yəhudilər gürcü dilində ünsiyyət qurur və ticarətlə məşğul idilər. Onlar əsasən XVII əsrin sonunda pambıq məhsullarının satışı ilə məşğul olurdular. 1664-cü ildə Şahzadə Maria Svetitsxoveli Manastırına (Mtsxeta şəhəri) ticarətlə məşğul olan Tsxinvalidən olan altı təhkimli yəhudini hədiyyə etmışdi. XIX-cu əsrdə şəhərin yəhudi əhalisi əhəmiyyətli dərəcədə artdı. Tsxinvali gürcü yəhudiləri Rusiya imperiyasının Avropa hissəsindəki Aşkenazi yəhudiləri ilə əlaqələr qurdular və hətta onlardan ravvinlər dəvət edirdilər. 1870-ci illərdə şəhərin yəhudi məhəlləsində yeddi sinaqoq və dini məktəb fəaliyyət göstərirdi. 1864-1865-ci illərə qədər Tsxinval və ona bitişik bölgədəki yəhudilər sənətkarlıq və ticarətlə məşğul olan təhkimlilər idilər.
Yeni Yəhudi qəbiristanlığı (Praqa)
Yeni Yəhudi qəbiristanlığı (çex. Nový židovský hřbitov) – Çexiyanın paytaxtı Praqa şəhərinin Jijkov rayonunda yerləşən yəhudi qəbiristanlığı. 1891-ci ildə Qədim Yəhudi qəbiristanlığındakı yer probleminə görə salınmışdır. Qəbiristanlığın sahəsi Qədim Yəhudi qəbiristanlığındakından 10 dəfə böyükdür, 100.000 qəbirlik tutuma malikdir, bu isə bir əsr boyunca istifadə olunması üçün münasibdir. Burada həmçinin urnalar üçün yer vardır, lakin yəhudi ənənələri kremasiyaya icazə vermir. Qəbiristanlıq hələ də istifadədir və Praqadakı Yəhudi Cəmiyyəti tərəfindən nəzarət olunur. Qəbiristanlıqda Ar-nevü üslubunda işlənmiş bir çox abidə vardır: Yan Kotera tərəfindən Peruts ailəsinin üzvləri üçün hazırlanmış iki abidə, Yan Ştursa tərəfindən rəssam Maks Horba həsr olunmuş tovuzquşu formasında abidə, az tanınan sənətkarlar tərəfindən Ar-nevü üslubunda işlənmiş digər görkəmli işlər. Ən diqqət çəkən qəbirlərdən biri Uoldes ailəsinə aiddir: heykəltaraş Yozef Vaslav Mıslbek tərəfindən hazırlanmış qəbir iki büstlə bəzədilmişdir.