yaşayış məntəqəsi

Əhalinin yığcam məskunlaşdığı və yaşayış yeri üzrə qeydiyyatda olduğu (bundan sonra – daimi yaşadığı), onların həyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan yaşayış və digər bina və qurğulara, xüsusi ada və qanunvericiliklə müəyyən olunmuş ərazi hüduduna malik olan Azərbaycan Respublikası ərazisinin hissəsidir (şəhər, qəsəbə, kənd)

yarmarka
yaşayış minimumu
OBASTAN VİKİ
Yaşayış məntəqəsi
Yer kürəsindəki yaşayış məntəqələri təxminən 1 mln.kv.km sahəni əhatə edir (bu, təxminən müasir Misirin ərazisinə bərabərdir). Yaşayış məntəqələrinin yaranmasına və onların sonrakı inkişafına ilk növbədə coğrafi mühit təsir göstərir. Məhz elə bu səbəbdən yaşayış məntəqələri bir-birindən fərqlənir. Yaşayış məntəqələrinin əsas tipləri bunlardır: meqapolis, konurbasiya, aqlomerasiya, şəhər, şəhər tipli qəsəbə və kənd. Qədim zamanlarda insanlar heyvandarlıqla məşğul olduqları üçün əsaən köçəri həyat keçirirdilər. Əkinçiliyin inkişafı və bununla bağlı yaşayış məntəqələrinin yaranması ərəzilərin mənimsənilməsində yeni bir mərhələ oldu. Bununla belə, dünyanın ayrı-ayrı yerlərində bu günə kimi də bəzi qəbilələr köçəri həyat sürür, komalarda, çadırlarda, dəyələrdə yaşayırlar; məsələn, Saxara səhrasında və Ərəbistan yarımadasında yaşayan bədəvi ərəblər, Şərqi Afrikada yaşayan masailər kimi. Kənd yaşayış məntəqələrinin əhalisinin artması və bu səbəbdən də ərazilərin genişlənməsi onların daha yüksək pilləyə qalxmalarına. Yeni mahiyyət kəsb etmələrinə səbəb olur. Məhz beləliklə də şəhərlər və alqomerasiyalar yaranır.
Kuluyevo kənd yaşayış məntəqəsi
Kuluyevo kənd yaşayış məntəqəsi (rus. Кулуевское сельское поселение) — Rusiya Federasiyası Çelyabinsk vilayətinin Arqayaş rayonunda bələdiyyə. İnzibati mərkəzi Kuluyevo kəndidir. == Tarixi == Kənd yaşayış məntəqəsinin statusu və sərhədləri 12 noyabr 2004-cü il tarixli № 292-ЗО "Arqayaş bələdiyyəsi və onun tərkibindəki kənd yaşayış məntəqələrinin statusu və sərhədləri haqqında" qanunu ilə müəyyən edilmişdir.
Zanqar qədim yaşayış məntəqəsi
Kukaş kurqanı və ya Cek kurqanı — Cek kəndinə aid Kukaş ərazisində kurqan. == Tarixi == Kukaş kurqanı 2011-ci ilin avqust ayında Cek kəndinə aid Kukaş ərazisində aşkarlanmışdır. Eyni zamanda Cek kəndinin Zanqar ərazisində də qədim yaşayış məntəqəsi aşkarlanmışdır. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Arxeoloq tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra bu ərazi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq.
Siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi
Siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi — ABŞ siyahıyaalma bürosu tərəfindən statistik məqsədlə müəyyənləşdirilmiş ərazilərə verilən ad.
Azaz məntəqəsi
Əzaz məntəqəsi (ərəb. منطقة أعزاز‎) — Suriyada, Hələb mühafazasında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Əzaz şəhəridir. Məntəqə şimalda Türkiyənin Kilis ili, cənubda Hələb mühafazasının Cəbəl Səman məntəqəsi, qərbdə Əfrin məntəqəsi, şərqdə isə əl–Bab məntəqəsi ilə həmsərhəddir. == Əhalisi == 2004–cü il siyahıyaalınmasına əsasən Əzaz məntəqəsinin əhalisi 251.769 nəfərdir. == İnzibati bölgü == 2004–cü il siyahıyaalınması tarixinə olan vəziyyətə əsasən məntəqə inzibati cəhətdən 6 nahiyəyə bölünür.
Azəz məntəqəsi
Əzaz məntəqəsi (ərəb. منطقة أعزاز‎) — Suriyada, Hələb mühafazasında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Əzaz şəhəridir. Məntəqə şimalda Türkiyənin Kilis ili, cənubda Hələb mühafazasının Cəbəl Səman məntəqəsi, qərbdə Əfrin məntəqəsi, şərqdə isə əl–Bab məntəqəsi ilə həmsərhəddir. == Əhalisi == 2004–cü il siyahıyaalınmasına əsasən Əzaz məntəqəsinin əhalisi 251.769 nəfərdir. == İnzibati bölgü == 2004–cü il siyahıyaalınması tarixinə olan vəziyyətə əsasən məntəqə inzibati cəhətdən 6 nahiyəyə bölünür.
Əzaz məntəqəsi
Əzaz məntəqəsi (ərəb. منطقة أعزاز‎) — Suriyada, Hələb mühafazasında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Əzaz şəhəridir. Məntəqə şimalda Türkiyənin Kilis ili, cənubda Hələb mühafazasının Cəbəl Səman məntəqəsi, qərbdə Əfrin məntəqəsi, şərqdə isə əl–Bab məntəqəsi ilə həmsərhəddir. == Əhalisi == 2004–cü il siyahıyaalınmasına əsasən Əzaz məntəqəsinin əhalisi 251.769 nəfərdir. == İnzibati bölgü == 2004–cü il siyahıyaalınması tarixinə olan vəziyyətə əsasən məntəqə inzibati cəhətdən 6 nahiyəyə bölünür.
Seçki məntəqəsi
Seçki məntəqəsi — seçki dairəsinin bir hissəsi. Seçki məntəqəsi hərbi hissələrdə, sərnişin qatarlarında, səfərdə olan gəmilərdə, xəstəxanalarda, sanatoriyalarda, doğum evlərində də yaradılır. SSRİ-də Xalq Deputatları Sovetlərinin və xalq hakimlərinin seçkisi zamanı seçki keçirilməsi, seçki bülletenlərinin verilməsi, qəbulu və səslərin hesablanması üçün yaradılır. Seçki məntəqəsini müvafiq Xalq Deputatları Sovetinin icraiyyə komitəsi ərazi prinsipi üzrə, yəni seçicilərin yaşayış yerləri üzrə (100–300 min nəfərə bir seçki məntəqəsi hesabı ilə) təşkil edir.
Yanacaqdoldurma məntəqəsi
Yanacaqdoldurma məntəqəsi — nəqliyyat vasitələrinin yanacaqla təmin olunması üçün nəzərdə tutulmuş yol kənarında yerləşən məntəqə. Məntəqədə, karbohidrogen, benzin, dizel, maye qaz və bu kimi məhsullar təqdim edilir. Bundan başqa nisbətən daha az yayılan avtomobil qaz dolduran kompressor (avtomilləri sıxılmış təbii qazla təmin edir) və avtomobil qaz doldurma (avtomobili durulaşdırılmış neft qazı (LPG) ilə təmin edir) məntəqələri də mövcuddur. Həmçinin hidrogen yanacaq doldurma məntəqələrini bir neçə tipi var. == Tarixi == Benzin və yanacağın başqa növləri, ilk dəfə apteklərdə satılmağa başlandı. Bu aptek sahibi üçün bu əlavə qazanc mənbəyi və əlavə biznes hesab edilirdi. Yanacaq məhsulları ilk təmin ilk belə aptek Visloh (Almaniya) şəhərində yerləşirdi. Bu aptekdə ilk dəfə avtomobili çənini dolduran Karl Bensin həyat yoldaşı Berta Bens olmuşdur: Beləki, Berta Bens 1888-ci ildə Manheymdən Pforsheymə və əksinə yola düşməzdən əvvəl avtomobil çənini məhz bu aptekdə doldurmuşdur. 2008-ci ildə bu hadisəni əbədiləşdirmək Berta Bens memorial lövhəsi qoyulmuşdur.
Ca n'Oliver İber yaşayış məntəqəsi
Ca n'Oliver — İber yaşayış məntəqəsi. == Haqqında == Ca n'Oliver — indiki Cerdanyola del Vallesdə, əvvəllər Laietania kimi tanınan ərazidə, Collserola dağ silsiləsində tapılan çox böyük İber yaşayış məntəqəsidir. Eramızdan əvvəl 6-cı əsrdən 50-ci ilə qədər və daha sonra orta əsrlərdə məskunlaşmış arxeoloji abidədir. == Tarixi == Yaşayış məntəqəsi iberiyalıların məskunlaşdığı dövrdə yaranmışdır. Başlanğıcda bu, bir araya toplanmış və böyük bir torpaq sahəsi daxilində tikilmiş sadə evlərdən ibarət idi.Tam İberiya dövründə evlər böyüdü və şaxələndi və yaşayış məntəqəsi daha sonra Aralıq dənizinin digər şəhərlərinə satılan kənd təsərrüfatı məhsullarının saxlanması üçün giriş yolu, xəndək və silos sahəsinin tikintisi ilə daha da çiçəkləndi. Yaşayış məntəqəsi eramızdan əvvəl 3-cü əsrin sonu və ya II əsrin əvvəllərində Punik müharibələri (e.ə. 218-206) nəticəsində dağıdılmış, lakin İber dövrünün sonunda yenidən bərpa edilmişdir. İllər sonra, Romalıların tətbiq etdiyi yeni ərazi təşkilatının gəlməsi ilə iberiyalılar qəsəbəni birdəfəlik tərk etdilər. 9-cu və 10-cu əsrlərdə, yüksək orta əsrlərdə, bəzi İber tikililərindən və siloslarından istifadə edərək, qəsəbədə yenidən məskunlaşdılar. == Muzeyləşdirmə == 1 oktyabr 2010-cu ildə, yaşayış məntəqəsinin köhnə karxanasında yerləşən Ca n'Oliver İber Qəsəbəsi və Muzeyi açıldı, burada qazıntılar zamanı aşkar edilmiş böyük həcmli obyektlərin daha geniş seçimi nümayiş etdirilir və yaşayış məntəqəsi "Marşrut" üzərində yerləşdirilir.
Yanacaq doldurma məntəqəsi
Dilucu sərhəd keçid məntəqəsi
Dilucu sərhəd keçid məntəqəsi — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında yerləşən və Azərbaycan-Türkiyə sərhədi üzərində yaradılmış keçid məntəqəsi. Keçid məntəqəsinin digər tərəfi Türkiyə Respublikasının İğdır vilayətinin Aralıq ilçəsidir. Dilucu sərhəd keçid məntəqəsi İğdır vilayətində mövcud olan 3 keçid məntəqəsindən biri olsa da, hal-hazırda fəaliyyət göstərən yeganə məntəqədir, həmçinin bu məntəqə Türkiyə ilə Azərbaycan arasındakı yeganə sərhəd keçid nöqtəsidir. Məntəqə 24 saat fəaliyyət göstərir. Sədərək - Dilucu sərhəd keçid məntəqəsi vasitəsilə dünyanın 30-dan çox ölkəsi ilə ticarət əlaqəsi yaradılır. Bu məntəqənin də yardımı ilə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsində əsas yeri Türkiyə tutur. == Haqqında == === Yaradılması === Keçid məntəqəsi 28 may 1992-ci ildə Araz çayı üzərində "Ümid", "Həsrət" və ya "Könül" körpüsü də adlandırılan Sədərək-Dilucu körpüsü istifadəyə verildikdən sonra fəaliyyətə başlamışdır. Məntəqə Aralıq ilçə mərkəzinə 38 km, İğdır il mərkəzinə 85 km uzaqlıqda yerləşir və 36.857 m2'lik bir sahəyə sahibdir. === Fəaliyyəti === 2015-ci ildə məntəqə əsaslı təmir edilmişdir. təmirdən sonra məntəqədə piyadalar üçün 6 giriş və 3 çıxış yolu mövcuddur.
Dövlət sərhəd keçid məntəqəsi
Dövlət sərhəd keçid məntəqəsi və ya gömrük buraxılış məntəqəsi əsasən iki ölkənin sərhəd məntəqələrində sərnişinlərin və malların keçidinə nəzarət etmək məqsədi ilə yaradılmış olan məntəqələrdirlər. Hər hansısa bir ölkənin dövlət sərhədlərinə daxil olmaq üçün adətən keçid icazəsi tələb edilir. Gömrük buraxılış məntəqələri sərhədlərin müəyyən ərazilərində və yaxud da az sayda məntəqələrdə yerləşdirilir. Keçid məntəqələrindəki nəzarət bir tərəfdən Şengen razılaşması kimi razılaşmalarla yumşaldıldığı halda, digər tərəfdən isə, gömrük və immiqrant hərəkətliliyi səbəbindən ağırlaşdırılır. Nəzarət-buraxılış məntəqələri əsasən iki məqsəd üçün yaradılır: Arzuolunmaz şəxslərin (cinayətkarların, dövlətin təhlükəsizliyini təhdid edən şəxslərin və s.) və ölkəyə girişinə qadağa qoyulmuş olan şəxslərin keçməsinin qarşısını almaq. Qeyri-qanuni, məhdudiyyətlərə məruz qalan və yaxud da keçirilməsi gömrük rüsumu tələb edən məhsulların keçirilməsinin qarşısının alınması.
Daimi yaşayış
Daimi yaşayış yeri əcnəbinin ölkənin vətəndaşlığına malik olmadan qeyri-məhdud müddətə ölkədə və ya ərazidə yaşamaq hüququ deməkdir. == məhdudiyyətlər == Daimi sakinlərin istifadə etdiyi hüquqlar ölkə vətəndaşlarının hüquqları ilə tam eyni olmayacaq, lakin bir qədər məhdud olacaq. Bəzi ölkələrdə məhdudiyyətlərə səsvermə hüququ, seçilmək hüququ, ordu, polis və dövlət idarələri kimi dövlət qurumlarında işləmək, torpaq mülkiyyəti və pasportlara sahib olmaq daxil ola bilər. Bundan əlavə, şəxsin müəyyən müddətə ölkəni tərk etməsi halında daimi yaşayış yerinin ləğv ediləcəyi və ya xitam veriləcəyi ölkələr var. == Daimi yaşayış sistemi olan ölkələr == Bütün ölkələr daimi yaşayış icazəsi vermir və hər bir ölkənin icazəsi və tələbləri çox fərqlidir. Avropa İttifaqına üzv dövlətlərin bir şəxsə daimi yaşayış icazəsi vermək hüququ var, çünki Avropa İttifaqının qanunları bu birliyin vətəndaşına 5 il müvəqqəti yaşadıqdan sonra başqa bir Avropa ölkəsində daimi yaşayış yeri əldə etməyə icazə verir. Aİ həmçinin Direktivə (EC/2003/109) uyğun olaraq uzunmüddətli rezident üçüncü ölkə vətəndaşlarına daimi yaşayış hüququ verir. Bu, qanuna qoşulan bütün ölkələr üçün yeni yanaşma idi və bu hüquqlar milli sərhədlərdən kənarda verilə bilərdi. Digər ölkələrdə daimi yaşayış yeri ilə bağlı fərqli təriflər var və onların digər ölkələrlə münasibətləri buna uyğun tənzimlənir. == daimi sakinlərin vəzifələri == Daimi sakinlərin statuslarını saxlamaq üçün müəyyən rezidentlik öhdəlikləri var.
Yaşayış məntəqələri
Yer kürəsindəki yaşayış məntəqələri təxminən 1 mln.kv.km sahəni əhatə edir (bu, təxminən müasir Misirin ərazisinə bərabərdir). Yaşayış məntəqələrinin yaranmasına və onların sonrakı inkişafına ilk növbədə coğrafi mühit təsir göstərir. Məhz elə bu səbəbdən yaşayış məntəqələri bir-birindən fərqlənir. Yaşayış məntəqələrinin əsas tipləri bunlardır: meqapolis, konurbasiya, aqlomerasiya, şəhər, şəhər tipli qəsəbə və kənd. Qədim zamanlarda insanlar heyvandarlıqla məşğul olduqları üçün əsaən köçəri həyat keçirirdilər. Əkinçiliyin inkişafı və bununla bağlı yaşayış məntəqələrinin yaranması ərəzilərin mənimsənilməsində yeni bir mərhələ oldu. Bununla belə, dünyanın ayrı-ayrı yerlərində bu günə kimi də bəzi qəbilələr köçəri həyat sürür, komalarda, çadırlarda, dəyələrdə yaşayırlar; məsələn, Saxara səhrasında və Ərəbistan yarımadasında yaşayan bədəvi ərəblər, Şərqi Afrikada yaşayan masailər kimi. Kənd yaşayış məntəqələrinin əhalisinin artması və bu səbəbdən də ərazilərin genişlənməsi onların daha yüksək pilləyə qalxmalarına. Yeni mahiyyət kəsb etmələrinə səbəb olur. Məhz beləliklə də şəhərlər və alqomerasiyalar yaranır.
Yaşayış sahəsi
Habitat, yaşayış sahəsi və ya yaşayış mühiti ― bir orqanizmin yaşadığı və inkişaf etdiyi yerdir. Bu yer fiziki cəhətdən bir regionun, yerin, havanın, torpağın və ya suyun xüsusi bir hissəsi ola bilər. Habitat (yaşayış sahəsi) bir okean və ya çəmənlik qədər böyük ola bilər və ya çürük bir ağacda yaşayan həşəratların bağırsağı qədər kiçik də ola bilər. Ancaq həmişə müəyyən edilə bilən və fiziki cəhətdən məhdud bir ərazidir. Birdən çox heyvan və ya bitki xüsusi bir yaşayış yerində yaşaya bilər. Dəvələrin yaşayış yeri çöllər, balıqların yaşayış yeri isə dəniz və şirin su ehtiyatlarıdır. Canlı orqanizmləri əhatə edən hər bir şey yaşayış mühiti adlanır. Hər bir canlı orqanizm yaşayış mühiti ilə sıx bağlıdır. Yaşayış mühitində orqanizmlər müəyyən mühit amillərinin təsirinə məruz qalırlar. Mühitin orqanizmə təsir edən ayrı-ayrı elementləri ekoloji amillər adlanır.
Yaşayış minimumu
Yaşayış minimumu — minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma. Bu anlayış 5 oktyabr 2004-cü il tarixli "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Adıçəkilən qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Yaşayış minimumunun müəyyən edilməsi ölkənin sosial siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Odur ki, yaşayış minimumunun məbləğinin müəyyən edilməsi zamanı Azərbaycan Respublikası vətəndaşlarına layiq minimum həyat səviyyəsinin təmin edilməsi imkanları nəzərə alınmalıdır. == Yaşayış minimumunun hüquqi tənzimlənməsi == Qanunvericiliyin izahından görünür ki, yaşayış minimumunun minimum istehlak səbəti və icbarı ödənişlər olmaqla 2 tərkib hissəsi vardır. Minimum istehlak səbətinin anlayışı və məzmunu qismən də olsa bizə aydındır. Yuxarıda qeyd olunan qanuna görə, minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Bundan başqa "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı vardır ki, bəhs olunan səbətin tərkibi haqqında informasiya verir.
Acılı yaşayış yeri
Аcılı yаşаyış yеri — Şərur rayonundа Dərəkənddən şimal-qərbdə yеrləşir. Yаşаyış yеrində оlаn uçub-tökülmüş tikinti qаlıqlаrı binаlаrın dаş təməl üzərində möhrə və çiy kərpicdən inşа оlunduğunu göstərir. Tədqiqаt zаmаnı Sоn Оrtа əsrlərə аid şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr оlunmuşdur.
Albantəpə yaşayış yeri
Albantəpə yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndinin qərbində yerləşən, antik dövrə aid qədim yaşayış yeri. == Haqqında == Yaşayış yeri hər tərəfdən dağlarla əhatələnmiş dərədə yerləşən ümumi dağ sistemindən ayrılmış uzunsov təpə üzərindədir. Abidədə 1979-cu ildə aparılmış arxeoloji qazıntılar nəticəsində 1,5 m dərinlikdə mədəni təbəqə aşkar edilmiş, daş divar qalıqları, torpağa basdırılmış iki küp tapılmışdır. 6-7 sm qalınlığında kül təbəqəsi ilə örtülmüş mədəni təbəqədə küp və qazan tipli gil qab qırıqları, osteoloji qalıqlar (it, at, qoyun, keçi və qaramal sümükləri), bitki qalıqları (taxıl, şaftalı və ərik dənələri), dəmirdən hazırlanmış metal əşyalar (oraq, bıçaq, ox və nizə ucluqlar), şüşə qab parçaları və sair əldə edilmişdir.
Almalı yaşayış yeri
Аlmаlı yаşаyış yеri — Хаrаbаlıqlаrı еyniаdlı kəndin yахınlığındа yеrləşir. Еvlər dаş təməl üzərində çiy kərpic və möhrədən inşа еdilmişdir. Bəzi еvlərin divаrlаrınа аğаc tirlər аtılmışdır. Uçub-tökülmüş binаlаrın içərisində dördkünc tахçаlаrа və buхаrılаrа rаstlаnır. Kеrаmikа məmulаtı çəhrаyı rəngdə yахşı bişirilmiş şirli qаblаrdаn və qаrа rəngli çölməklərdən ibаrətdir. Yаşаyış yеrindən аşkаr еdilmiş sахsı məmulаtı XIX-XV əsrlərə аiddir.
Alovtəpə yaşayış yeri
Alovtəpə — Kəngərli rayonunda Yurdçu kəndindən şərqdə orta əsrlərə aid yaşayış yeri. == Ümumi məlumat == Sahəsi 2 hektardır. Qərb tərəfdən dərə ilə məhdudlaşır. Mədəni təbəqə olduqca az qalmışdır. Yaşayış yerinin mərkəzi hissəsində dördkünc formalı evlərə aid daş təməl qalıqları mövcuddur. Tikinti qalıqlarına əsasən demək olar ki, evlər daş təməl üzərində çiy kərpicdən və möhrədən inşa olunmuşdur. Yerüstü materiallar şirli və şirsiz saxsı məmulatından ibarət olub əsasən çəhrayı rəngdədir. Gil məmulatı içərisində küpə tipli qabların oturacaq hissəsinin və onların gövdəsinin sınıqları üstünlük təşkil edir. Tapıntıların əksəriyyəti forma verməyən parçalardan ibarətdir. Bəzi qabların gilinə iri qum qatılaraq qeyri-bərabər bişirilmiş, içəri tərəfinə qırmızı boya çəkilərək yaxşı hamarlanmışdır.Digərləri iri qum və Bitki qarışığı olan gildən hazırlanmış çəhrayı rəngdə bişirilmişdir.
Alışar yaşayış yeri
Alışar yaşayış yeri — Şərur rayonunda eyniadlı kəndin cənubunda Antik dövrə aid arxeoloji abidə. Alışar kəndinin cənubunda, düzənlik sahədə yerləşir. Yaşayış yerinin ərazisi dəfələrlə şumlanıb əkildiyindən yerüstü əlamətləri itmişdir. Tədqiqat zamanı buradan Dəmir dövrünə aid çəhrayı və qara rəngli keramika parçaları aşkar edilmişdir. Yaşayış yerində tikinti qalıqlarına rastlanmamışdır. Ehtimal ki, onlar möhrədən olmuş və dağılmışdır. Tədqiqat zamanı yaşayış yerinin ərazisindən bir ədəd tunc bilərzik də əldə olunmuşdur. Ehtimal ki, yaşayış yerinin yaxınlığında qəbiristanlıqda olmuşdur. Arxeoloji materiallara əsasən yaşayış yerini e.ə. I minilliyə aid etmək olar.
Billava yaşayış yeri
Billava yaşayış yeri — Şərur rayonunda, Axura kəndinin cənub-şərqində, hər tərəfdən dağlarla əhatələnmiş dərədə son orta əsrlərə aid arxeoloji abidə. Yaşayış yeri XX əsrin ortalarınadək həyatın davam etdiyi eyni adlı kəndin 2 km-liyində yerləşir. Yerüstü tədqiqatlar nəticəsində Billava kəndi yaxınlığında şirli gil qab parçaları əldə edilmişdir. Abidəni IX-XX əsrlərə aid etmək olar. Hündür təpənin üzərində aşkar edilən nekropolda qəbirlərin hamısı qiblə istiqamətindədir. Başdaşıları yonulmamış, yastı daşlardan qoyulmuşdur. Bəzi qəbirlərin ətrafı dördkünc formada çaydaşıları ilə əhatələnmiş, bəzilərinin isə üstü tamamilə daşla örtülmüşdür. Nekropolun ərazisindən orta əsrlərin inkişaf etmiş dövrünə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.45.
Billаvа yaşayış yeri
Billava yaşayış yeri — xarabalıqları Axura kəndinin cənub-şərq istiqamətində hər tərəfdən dağlarla əhatə edilmiş dərədə yerləşir. Billava orta əsr yaşayış yeri son dövrlərədək həyatın davam etdiyi eyni adlı kəndin 2 km-liyində yerləşir. Tədqiqatlar nəticəsində yaşayış yerlərindən aşkar olunan arxeoloji materiallar başlıca olaraq şirli və şirsiz keramika məmulatlarından ibarətdir. Yaşayış evləri daş təməl üzərində möhrədən və çiy kərpicdən inşa edilmişdir. Divarların seysmik davamlılığını artırmaq üçün hörgünün arasına ağac tirlər atılmışdır. Bu materiallar əsasında yaşayış yerini 9–20 əsrlərə aid etmək olar.
Bülövqaya yaşayış yeri
Bülövqaya — Babək rayonunun Göynük kəndindən qərbdə Sarısu çayının sol sahilində yerləşən qədim yaşayış yeri. == Əhəmiyyəti == Yaşayış yerindən aşkar edilmiş keramika qrubunun hazırlanma texnologiyası, bişirilməsi, naxışlanması kimi bir çox xüsusiyyətlər Dalmatəpə tipli keramika ilə yaxın bənzərlik göstərir. Buradan aşkar edilmiş boyalı keramika Şimal-Qərbi İranda Kültəpə yaşayış yeri (Culfa), Seh-Qabi və digər Dalma tipli keramika ilə xarakterizə edilən yayşayış yerləri ilə bənzərlik göstərir. Bülövqaya yaşayış yerində aparılan arxeoloji tədqiqatlar Cənubi Qafqazda Dalmatəpə mədəniyyətinin yayılma arealını öyrənmə baxımından əhəmiyyətlidir.