YAL-YALMAC

сущ. обобщённое название пищи для собак – болтушка и т.п.
YAL
YAL-YAMAC
OBASTAN VİKİ
Yal
Yal — Sıra dağların və ya dağ massivlərinin qarşı-qarşıya durmuş yamacları arasında ən hündür hissəsinə deyilir. Yal zirvə və gədik zolağından ibarət olub, adətən suayrıcı xəttini təşkil edir.
Yal (heyvan)
Yal — məməlilərn bel və boyun nahiyyəsində bitən uzun və sıx tüklər nəzərdə tutulur. Bəzən canlılar arasında erkək və dişi fərdlərin əsas fərqləndiricisi rolunu oynayır. Ancaq yetkinlik dövrünü yaşamayan fərdlərdə bu hələ formalaşmır. Bəzi heyvanlarda yal bütün onurğa boyunca uzanır.
Yal (qayıq)
Yal qayığı (nid. jol; adətən Yalik olaraq adlandırılır) — yüngül yelkənli qayıq və ya yelkənli, avarlı qayıq. Bu qayıqlar əsasən iri gəmilərin sahillə əlaqəsinin təminatında, yüngül yüklərin və insanların daşınmasında və gəmilərin təmirində istifadə edilir. Həmcinin idman-turizm istiqamətli məqsədlərə xudmət edir. Altı yelkənli qayığın yalnız bir dor ağacı olur. Dor ağacı əsasən tozağacı və ya şamdan hazırlanır. Uzunluğu 5,5 metrdir. Hazırlanması və materialına görə fərqlənirlər: taxta lövhə — YAL-6, YAL-4, YAL-2, şpondan — YALŞ-6, YALŞ-4, YALŞ-2, plasmasdan — YALP-6, yüngül lehimli materialdan — YALA-6. == Altı yelkənli yal == YAL-6 və ya Altı yelkənli yal — qayıqlar əsasən taxtadan hazırlanır. Uzunluğu 6,11 metr, eni 1,85 metrdir.
Yal Pirəhmədli
Yal Pirəhmədli – Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Yal Pirəhmədli kəndi Füzuli rayonunda, Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənd rayon mərkəzindən 9 km məsafədədir. Əhalisi əsasən üzümçülük və heyvandarlıqla məşğul olurdu. Kənddə məktəb, klub və s. vardı. Bu yaşayış məntəqəsi 1993-cü ilin avqustunda ermənilər tərəfindən işğal olunub. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.. == Tarixi == Yal Pirəhmədli toponimi yal coğrafi terminindən və pirəhmədli etnonimindən ibarətdir. Pirəhmədli həmin kənddə məskunlaşmış nəslin adıdır.
Yal adası
Yal adası - Xəzər dənizinin Abşeron körfəzi akvatoriyasında yerləşən kiçik ada. Dardanel adaları ilə Çilov adasının Urunos yarımadası arasında yerləşir. Uzunsov formaya malikdir. Ada uzaqdan Yal adlı xüsusi yelkənli qayıq növünü xatırlatdığı üçün bu cür adlandırılmışdır. Düzən relyefə malikdir.
Yal (dəqiqləşdirmə)
Yal
Sarı yal nekropolu
Sarı yal nekropolu — Tivi kəndi ərazisində, təpə üzərində yerləşir. Abidənin yerləşdiyi ərazinin torpağı sarı rəngdə olduğundan həmin yer yerli əhali arasında “Sarı yal” adı ilə tanınır. Nekropolun sahəsi 1 hektara yaxındır. Kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində öyrənilmişdir. Aparılan araşdırma zamanı abidənin ərazisi, oradakı qəbirlərin quruluşu müəyyən olunmuşdur. Nekropoldakı qəbirlər şərq istiqamətindədir. Onlar güclü təbii aşınmaya məruz qaldığından dağılmışdır. Qəbiristanlığın yaxınlığında eyni adlı pir (Sarı yal piri) də yerləşir. Abidə Orta əsrlər dövrünə aiddir.
Sarı yal piri
Sarı yal piri — Ordubad rayonunun Tivi kəndi nin ərazisində ziyarətgah. Pir kənddən cənub-şərqdə, Sarı yal adlı yеrdə, yamacda yеrləşir. Оnun yеrləşdiyi ərazi bir tərəfdən dərin dərə ilə, digər tərəfdən isə qədim nеkrоpоlla sərhədlənir. Оrada sadə fоrmada daş və möhrə ilə ibadət yеri- kiçik bina tikilmişdir. Tоplanılan еtnоqrafik matеriallara görə buraya ziyarətə əsasən хəstələr, uşağı оlmayanlar- sоnsuzlar, niyyət tutanlar gəlirlər. Əhali arasında bеlə bir fikir vardır ki, pirə hər kəs nəzir еdirsə nəziri qəbul оlunur. Kənd sakinlərinin vеrdiyi məlumata görə pir çох qədim tariхə malik оlmuşdur. Tivi kəndinin sakinləri əvvəllər öz dini ayinlərini, хüsusilə məhərrəmlik mərasimini оnun yaхınlığındakı gеniş sahədə kеçirirdilər. Pir Orta əsrlər dövrünə aiddir.

Digər lüğətlərdə

ге́ндерный игла́-ры́ба кра́лечка овсы́ полюби́ться ра́з за ра́зом смерть смирёна сфе́ры уголо́чек бури́ть ма́сленый обве́тривать acephalous comical cork fiscal Grozny heliotaxis hound incretory overran protozoal орфоэпический плисовый