YAL-YAMAC

сущ. обобщённо: гребни и склоны гор
YAL-YALMAC
YALAQ
OBASTAN VİKİ
Yamac
== Geomorfoloji termin == Maili səth və yaxud yamac - (rus. откос, ing. slope, acclivity) yer səthinin maili hissəsi, müsbət və mənfi relyef formalarını ayırır. Mənşəinə görə M.s. ilkin (dəniz altından çıxmış) tektonik struktur, denudasion, akkumul­yativ və ya erozion ola bilər. M.s. əksəriyyəti mürəkkəb mənşəli olub, yamac prosesləri nəticəsində yara­nır və müəyyən dəyişikliyə uğra­yır. Sin.: yamac. == Yamac == — dağın və ya təpənin ətəkləri ilə yalı arasındakı hissəyə deyilir. Yamac geoloji quruluşdan, süxurun tərkibindən və denudasiya proseslərindən asılı olaraq dik, meylli, qabarıq, batıq və pilləli formada olur.
Yal
Yal — Sıra dağların və ya dağ massivlərinin qarşı-qarşıya durmuş yamacları arasında ən hündür hissəsinə deyilir. Yal zirvə və gədik zolağından ibarət olub, adətən suayrıcı xəttini təşkil edir.
Akkumulyativ yamac
Akkumulyativ yamac - müxtəlif proseslər nəticəsində (su eroziyası, qravitasion,yerdəyişmə, sürüşmələr,soliflüksiya) yamacların yuxarı hissələrindən və suayırıcından gətirilmiş qırıntı materiallarının toplandığı dərə, dağ və təpələrin yamacları.
Yamac buzlağı
Yamac buzlağı – (rus. склоновый ледник, ing. slope glacier) zəif parçalanmış dağların yamac­larında geniş ərazini əhatə edən buzlaq. Adətən dağların yalından başlayaraq aşağıya doğru hərəkət edir və qısa dil əmələ gətirir. Y. b. dərə buzlaqlarından parçalanmamış yamacda yerləşməsi ilə fərqlənir.
Yamac prosesləri
Yamac proses­ləri – (rus. процессы склоновые, ing. slope processes) yamacların əmələ gəlməsi proseslərinin məcmuu olub, yum­şaq materialların və yaxud yamacı təşkil edən ana süxurlardan ibarət qayma və qırıntı materialların yer­dəyişməsi prosesi.
Yal (heyvan)
Yal — məməlilərn bel və boyun nahiyyəsində bitən uzun və sıx tüklər nəzərdə tutulur. Bəzən canlılar arasında erkək və dişi fərdlərin əsas fərqləndiricisi rolunu oynayır. Ancaq yetkinlik dövrünü yaşamayan fərdlərdə bu hələ formalaşmır. Bəzi heyvanlarda yal bütün onurğa boyunca uzanır.
Yal (qayıq)
Yal qayığı (nid. jol; adətən Yalik olaraq adlandırılır) — yüngül yelkənli qayıq və ya yelkənli, avarlı qayıq. Bu qayıqlar əsasən iri gəmilərin sahillə əlaqəsinin təminatında, yüngül yüklərin və insanların daşınmasında və gəmilərin təmirində istifadə edilir. Həmcinin idman-turizm istiqamətli məqsədlərə xudmət edir. Altı yelkənli qayığın yalnız bir dor ağacı olur. Dor ağacı əsasən tozağacı və ya şamdan hazırlanır. Uzunluğu 5,5 metrdir. Hazırlanması və materialına görə fərqlənirlər: taxta lövhə — YAL-6, YAL-4, YAL-2, şpondan — YALŞ-6, YALŞ-4, YALŞ-2, plasmasdan — YALP-6, yüngül lehimli materialdan — YALA-6. == Altı yelkənli yal == YAL-6 və ya Altı yelkənli yal — qayıqlar əsasən taxtadan hazırlanır. Uzunluğu 6,11 metr, eni 1,85 metrdir.
Yal Pirəhmədli
Yal Pirəhmədli – Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Yal Pirəhmədli kəndi Füzuli rayonunda, Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənd rayon mərkəzindən 9 km məsafədədir. Əhalisi əsasən üzümçülük və heyvandarlıqla məşğul olurdu. Kənddə məktəb, klub və s. vardı. Bu yaşayış məntəqəsi 1993-cü ilin avqustunda ermənilər tərəfindən işğal olunub. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.. == Tarixi == Yal Pirəhmədli toponimi yal coğrafi terminindən və pirəhmədli etnonimindən ibarətdir. Pirəhmədli həmin kənddə məskunlaşmış nəslin adıdır.
Yal adası
Yal adası - Xəzər dənizinin Abşeron körfəzi akvatoriyasında yerləşən kiçik ada. Dardanel adaları ilə Çilov adasının Urunos yarımadası arasında yerləşir. Uzunsov formaya malikdir. Ada uzaqdan Yal adlı xüsusi yelkənli qayıq növünü xatırlatdığı üçün bu cür adlandırılmışdır. Düzən relyefə malikdir.
Yal (dəqiqləşdirmə)
Yal
Sarı yal nekropolu
Sarı yal nekropolu — Tivi kəndi ərazisində, təpə üzərində yerləşir. Abidənin yerləşdiyi ərazinin torpağı sarı rəngdə olduğundan həmin yer yerli əhali arasında “Sarı yal” adı ilə tanınır. Nekropolun sahəsi 1 hektara yaxındır. Kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində öyrənilmişdir. Aparılan araşdırma zamanı abidənin ərazisi, oradakı qəbirlərin quruluşu müəyyən olunmuşdur. Nekropoldakı qəbirlər şərq istiqamətindədir. Onlar güclü təbii aşınmaya məruz qaldığından dağılmışdır. Qəbiristanlığın yaxınlığında eyni adlı pir (Sarı yal piri) də yerləşir. Abidə Orta əsrlər dövrünə aiddir.
Sarı yal piri
Sarı yal piri — Ordubad rayonunun Tivi kəndi nin ərazisində ziyarətgah. Pir kənddən cənub-şərqdə, Sarı yal adlı yеrdə, yamacda yеrləşir. Оnun yеrləşdiyi ərazi bir tərəfdən dərin dərə ilə, digər tərəfdən isə qədim nеkrоpоlla sərhədlənir. Оrada sadə fоrmada daş və möhrə ilə ibadət yеri- kiçik bina tikilmişdir. Tоplanılan еtnоqrafik matеriallara görə buraya ziyarətə əsasən хəstələr, uşağı оlmayanlar- sоnsuzlar, niyyət tutanlar gəlirlər. Əhali arasında bеlə bir fikir vardır ki, pirə hər kəs nəzir еdirsə nəziri qəbul оlunur. Kənd sakinlərinin vеrdiyi məlumata görə pir çох qədim tariхə malik оlmuşdur. Tivi kəndinin sakinləri əvvəllər öz dini ayinlərini, хüsusilə məhərrəmlik mərasimini оnun yaхınlığındakı gеniş sahədə kеçirirdilər. Pir Orta əsrlər dövrünə aiddir.

Digər lüğətlərdə

баламу́титься зо́льник извини́тельный поцелова́ть свисту́нья се́льтерская соку́рсница спа́лзывать сталистый сы́тая тунне́льчик хиппо́вый дармовщи́нка замурлы́кать погро́мщик подрумя́ниться пупы́рчатый бередить мерея high-set kibbutz ryokan service shop капотирование упрощаться