YALINQAT

sif.
1. Ancaq bir qat; astarı olmayan, astarsız.
[Molla Qasımın] belində üstü sarı ipəklə çəkilmiş naxışlı ağ qurşağı, ayağında genbalaqlı ağ kətandan lifəli yalınqat tumanı var idi. H.Sarabski.
Gülsənəm lap arıqlamış, yalınqat, nazik, yamaqlı büzmənin içində oturmuş və fikrə getmişdi. S.Rəhimov.

2. məc. Çox arıq, sısqa, cansız, sağlam olmayan.
Mənim kimi yalınqatdan nə hasil; Adam gərək ola püsərək topçaq. Q.Zakir.

Синонимы

  • YALINQAT astarsız

Этимология

  • YALINQAT Astarı (altlığı) olmayan, təkqat deməkdir. Yalın sözü tək, lüt mənasında çox işlədilib və işlədilir. Görünür, yalnız, yalqız, yalquzaq sözləri ilə yal
YALINCA
YALINLAŞMA

Значение слова в других словарях