YAMSILAMAQ

f. Başqasının danışığını, hərəkətlərini və s.-ni mümkün qədər eyni ilə təkrar etmək; təqlid etmək.
[Təlxək] üzünə dəridən bir üzlük taxıb aşağıda oyun çıxarar və yamsılamaqla pul yığardı. H.Sarabski.
Hüseyn bu dərvişləri o qədər gözəl yamsılayardı ki, qonşu arvadlar tamaşaya yığılardılar. S.Rəhman.

◊ Ağzını yamsılamaq – yamsılayıb, təqlidini çıxardıb acıqlandırmaq, hirsləndirmək.

Синонимы

  • YAMSILAMAQ YAMSILAMAQ (başqasının danışığını eyni ilə təkrar etmək) [Hacı:] Zəhrimar b b b baba! – deyib Güləbətini yamsıladı
  • YAMSILAMAQ təqlidləmək

Этимология

  • YAMSILAMAQ Əsli yan-sı-la kimi olub, “bənzəmək” mənasını əks etdirib. Yanza­maq, yanlıq (bənzərlik) kəlmələri ilə qohumdur
YAMSILAMA
YAMSILANMA

Значение слова в других словарях