Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şəbədə
Şəbədə — mövzu etibarilə məzəmmət, lağ, yüngül istehza xarakteri daşıyan şeir parçaları. Folklorda və aşıq poeziyasında xüsusilə geniş yayılmışdır. Şəbədədə hər hansı şəxsin davranışındakı, məişətindəki, xarakterindəki bu və ya digər naqis, qüsurlu cəhəti götürülərək məzəmmət və lağ etməklə daha da qabarıqlaşdırılır. Aşıq Ələsgərin aşağıdakı gəraylısı şəbədəyə nümunə ola bilər: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Satışa qoşmaq hüququ
Satışa qoşmaq hüququ (ing. Drag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Satışa məcbur etmək” və bəzi ədəbiyyatlarda "özünlə dartmaq hüququ" kimi də adlandırılır. Satışa qoşulmaq hüququnun əksidir. Satışa qoşmaq hüququ investora imkan verir ki, o öz səhmlərini kənar şəxsə satdıqda, səhmdarı (sahibkarı) öz səhmlərini satmağa məcbur etsin. Əksəriyyət riskli kapital investisiyalarda bu şərtlər sahibkar və investor(lar) arasında imzalanan səhmdarlar müqaviləsində əks olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində bu üsulun istifadəsini qadağa edən norma olmasa da, mövcud səhmdarlar tərəfindən öz səhmlərini kənar şəxsə satışında müəyyən məhdudiyyətlər qoyulub . Bu hüquq majoritar səhmdarlara minoritar səhmdarları şirkətin satılmasına qoşulmağa məcbur etmək imkanı verən hüquqdur. Bu zaman majoritar səhmdar minoritar səhmdara hər hansı digər səhm satanların təklif etdiyi eyni qiyməti və şərtləri təklif etməlidirlər. Bu hüquq majoritar səhmdarları qorumaq üçün nəzərdə tutulub.
Qoşma
== Ədəbiyyat == Qoşma (ədəbiyyat janrı) — ədəbiyyatda janr. == Dilçilik == Qoşma (köməkçi nitq hissəsi) — 5 köməkçi nitq hissəsindən biri.
Şəbəkə
Şəbəkə (zərgərlik) — Zərgərlikdə üsul. Şəbəkə (bürc) — Göyün cənub yarımkürəsində bürc. Şəbəkə (film, 2011) — Qısametrajlı bədii film. Şəbəkə (memarlıq) — Yaxın və Orta Şərq memarlığında və dekorativ tətbiqi sənətində bədii konstruktiv forma olan qeyri-maddi mədəni irs nümunəsi. Kompüter şəbəkəsi — Rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli kompüterlər və periferiya avadanlıqları sistemi.
Əbədə
Əbədə — türk və tatar mifologiyasında ağac cini. Meşələrdə yaşayır. İnsanlara zərər verməz. Yaşlı bir qadın görümündədir. Meşələrdə yerlərdəki qurumuş ağac yarpaqlarından gələn çıtırtılar onun ayaq səsləridir. == Etimologiya == (Eb/Əb) kökündən törəmişdir. Ebe sözcüyü yaşlı qadın mənasındadır. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Endoplazmatik şəbəkə
Hüceyrənin xarici membranı daxilə çəkilərək dəfələrlə şəxslənir və endoplazmatik şəbəkəni əmələ gətirir. Onun quruluşu plazmatik membrana oxşar kanal və boşluqlardan təşkil olunmuşdur. Kanallar şəxslərin və bir-birilə birləşərək endoplazmatik şəbəkə əmələ gətirir. Endoplzmatik şəbəkənin elektron mikroskopunda görünən iki tipi var-dənəvər və hamar. Dənəvər endoplazmatik şəbəkənin kanal və boşluqlarında xırda cisimciklər-ribosomlar yerləşir. Ribosomlar endoplamatik şəbəkəyə kələkötürlük verir. Risobomların olması nəticəsində dənəvər endoplazmatik şəbəkədə zülallar sintez olur. Hamar endoplazmatik şəbəkə membranlarında ribosomlar olmur. Ona görə burada lipidlərin və karbohidratların sintezi gedir. Sintezolunmuş maddələr kanal və boşluqlarda yığılır, sonra hüceyrənin müxtəlif orqanoidlərinə daşınır, orada istifadə olunur.
Genişzolaqlı şəbəkə
Genişzolaqlı şəbəkə — verilənlərin ötürülməsinin ayrılmış giriş və çıxış kanalları vasitəsilə yüksəktezlikli siqnalların köməyilə həyata keçirildiyi lokal şəbəkə növüdür. Belə şəbəkənin stansiyaları öz aralarında koaksial kabellər və ya optik lifli xətlərlə birləşirlər. Genişzolaqlı şəbəkədə verilənlər analoq siqnalların modulyasiyası yolu ilə ötürülür. Veriliş mühitinin buraxılış zolağı bir neçə intervala (zolağa) bölünür və onların hər biri rabitə kanalı kimi fəaliyyət göstərir; bu da televiziya proqramlarını, danışığı, ikilik ədədləri və s. eyni zamanda bir fiziki mühitlə ötürməyə imkan verir. == Genişzolaqlı şəbəkə sürəti == Genişzolaqlı şəbəkədə sürət yüksək olur (20 Mbit/san və daha yüksək), ancaq onun quraşdırılması darzolaqlı şəbəkəyə nisbətən daha çətin olur və baha başa gəlir. Bu cür şəbəkələrdə əsas olaraq kabel televiziyasındakı texnologiya götürülür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Halqaşəkilli şəbəkə
Halqaşəkilli şəbəkə (en. ring network) - bəndləri qapalı kontur (halqa) boyunca birləşdirlmiş lokal kompüter şəbəkəsi (LAN). Halqaşəkilli şəbəkədə məlumatlar bir bənddən başqa bəndə bir istiqamətdə keçir, yəni məlumat halqa boyunca hərəkət edir və hər bir bənd məlumatda olan təyinat məntəqəsinin ünvanını yoxlayır. Ünvan verilmiş bəndin ünvanı ilə üst-üstə düşürsə, həmin bənd məlumatı qəbul edir, əks halda, bənd siqnalı yenidən generasiya edir və məlumatı çevrə boyunca növbəti bəndə yönəldir. Belə ötürmə üsulu ulduzşəkilli (STAR NETWORK), yaxud şin şəbəkələrə (BUS NETWORK) nisbətən halqaşəkilli şəbəkə ilə daha böyük məsafəni əhatə etməyə və korlanmış bəndlərdən yan keçməyə imkan verir. Ancaq kontur qapalı olduğundan şəbəkəyə yeni bəndlərin qoşulması çətin ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Host (şəbəkə)
Host (ing. host-ev sahibi) – istənilən interfeysə görə "klient-server" formatında, server rejimində xidmət göstərən və bu interfeysdə unikal təyin olunan hər hansı bir cihazdır. Xüsusi halda, lokal yaxud qlobal şəbəkəyə qoşulmuş istənilən kompüteri host olaraq qəbul etmək olar. Host – kompüter şəbəkəsinə qoşulmuş hər hansı kompüter qurğusu vahididir. Öz-özlüyündə host jarqon terminidir, cihaz və onun fəaliyyəti haqqında heç bir informasiya daşımır. Host sözünün anlamı ancaq cihazın hansı xidmətin hostu olduğunu ehtimal edildiyində məna kəsb edir. Buna baxmayaraq çox vaxt xidmətin adının konteksdən anlaşıldığını güman edərək onu qeyd etmirlər. Məsələn: USB protokolun icrasında, müştəri cihazlarında hər bir qrupun koordinasiyası ilə ayrıca USB Host Controller məşğul olur. Bu halda o USB host protokolu kimi çıxış edir. Digər tərəfdən, ixtiyari IP-ünvana ping komandası ilə sorğu verərkən, həmin ünvana malik və ICMP-paketə cavab xidməti göstərən kompüter host adlana bilər.
Korporativ şəbəkə
Korporativ şəbəkə (KŞ) - korporasiyanın hesablama, kommunikasiya və informasiya resurslarının birləşdirilməsi və elektron verilənlərin (məsələn, elektron sənədlərin, səsin, video görüntünün və s.) ötürülməsi üçün nəzərdə tutulmuş xüsusi şəbəkədir. Ümumi halda, KŞ korporasiyada istifadə olunan müxtəlif tətbiqi proqramlar arasında informasiya mübadiləsini təmin edən sistemdir. KŞ sistem və tətbiqi proqram təminatları, şəbəkə adapterləri, konsentratorlar, komutatorlar və marşrutlayıcılar, kabel sistemi kimi müxtəlif komponentlərdən ibarətdir. İngilis dilli ədəbiyyatda KŞ "enterprise-wide networks" adlandırılır və tərcüməsinə uyğun olaraq müəssisə miqyaslı şəbəkə kimi adlandırılır. Bu termin özündə birləşmə mənasını daşıyır, yəni KŞ bir qayda olaraq bir neçə qeyri-bircinsli şəbəkələrin (bir müəssisəyə – firmaya məxsus olan) birləşməsi nəticəsində əmələ gəlir (məsələn, kampus şəbəkəsinin, lokal şəbəkələrin (LŞ), territorial şəbəkələrin, İnternet və digərlərinin). == Korporativ şəbəkənin xidmətləri == Müasir KŞ müxtəlif növ xidmətləri təmin edir. Bu xidmətlərə verilənlərin ənənəvi ötürülməsi, İP-telefoniya, video və audio konfranslar və videoyayımlar, mihafizə və videonəzarət aiddir. KŞ-nin müəssisədə istifadəsi aşağıdakıları təmin edir: kompüter istifadəçilərinin birgə effektiv işləməsini; kompüterlərin, periferiya qurğularının və proqram təminatlarının maksimum səmərəli istifadəsini; ümumi istifadə olunan verilənlərə daxilolmalarlarin sadəliyini və rahatlığını; və. s. == Korporativ şəbəkənin yaradılmasında məqsəd == KŞ-nin məqsədi müəssisə çərçivəsində vahid informasiya fəzasının yaradılmasıdır, yəni müxtəlif qovşaqlarda yerləşən sistem tətbiqi proqramlarının qarşılıqlı əlaqəsini və onlara, uzaqda yerləşən istifadəçilərin daxil olmasını təmin etməkdir.
Lokal şəbəkə
Lokal şəbəkə yaxud LAN (ing. Local Area Network) — yaşayış yeri, məktəb, laboratoriya, universitet şəhərciyi və ya ofis binası kimi məhdud sahədə kompüterləri birləşdirən kompüter şəbəkəsi. Əksinə, genişmiqyaslı şəbəkə (WAN) sadəcə daha böyük coğrafi məsafəni yox, həm də ümumiyyətlə icarəyə götürülmüş telekommunikasiya sxemlərini əhatə edir. Ethernet və Wi-Fi lokal şəbəkələr üçün istifadə edilən ən çox yayılmış iki texnologiyadır. Tarixi şəbəkə texnologiyalarına ARCNET, "Token Ring" və "AppleTalk" daxildir. == Topologiyalar == === Şin topologiyası === Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür. İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır.
Neyron şəbəkə
Neyron şəbəkələr — Çıxıntılar vasitəsilə impulsları ötürən neyronlar öz aralarında qarşılıqlı təsirdə olmaqla neyron şəbəkələr əmələ gətirirlər. Adətən neyron şəbəkələrin, strukturalarına və təyinatlarına görə fərqlənən üç əsas tipini göstərirlər. Birinci tip ierarx şəbəkələr adlanır. Belə şəbəkələrdə məlumat ierarxiyanın bir səviyyəsindən digərinə ardıcıl keçirilməklə ötürülür. Neyron şəbəkələrin ikinci tipinə məhdud təsir dairəsinə malik olan neyronlardan formalaşmış lokal şəbəkələr aiddir. Bu tip lokal şəbəkənin neyronları erarxiyanın bir səviyyəsi çərçivəsində məlumatı emal edirlər. Bu zaman funksional lokal şəbəkə özünü nisbi izoleolunmuş ləngidici və yaxud da həyəcanlandırıcı struktura kimi təqdim edir. Neyron şəbəkələr əsas olaraq 3 hissəyə ayrılırlar: 1. Tam əlaqəli şəbəkələr; 2. Çoxlaylı neyron şəbəkələri; 3.
Qlobal şəbəkə
Genişmiqyaslı şəbəkə və ya qısaca WAN (ing. Wide area network) — böyük coğrafi əraziyə yayılan telekommunikasiya şəbəkəsi. Bu şəbəkə tez-tez icarəyə götürülmüş telekommunikasiya sxemləri ilə qurulur.Bizneslər, eləcə də məktəblər və dövlət qurumları məlumatları dünyanın müxtəlif yerlərindən olan işçilərə, tələbələrə, müştərilərə, alıcılara və təchizatçılara ötürmək üçün genişmiqyaslı şəbəkələrdən istifadə edirlər. Əslində bu telekommunikasiya rejimi biznesə yerindən asılı olmayaraq gündəlik funksiyasını səmərəli şəkildə yerinə yetirməyə imkan verir. İnternet genişmiyqaslı şəbəkə hesab edilə bilər. Ancaq WAN adətən müəyyən bir təşkilat üçün qurulur və özəldir. WAN-lar lokal şəbəkələrdən (LAN) ayrıla bilər, çünki LAN fiziki cəhətdən proksimal şəbəkələrə aiddir. == Strukturu == WAN-ın dərslik tərifi coğrafi bölgələri əhatə edən kompüter şəbəkəsidir. Rabitə protokollarının və konsepsiyalarının tətbiqi baxımından WAN-lara məlumatların uzun məsafələrə və müxtəlif şəbəkələr arasında ötürülməsi üçün istifadə olunan kompüter şəbəkəsi texnologiyaları kimi baxmaq daha yaxşı olar. Bu fərq ondan irəli gəlir ki, OSI modelinin aşağı təbəqələrində işləyən ümumi lokal şəbəkə (LAN) texnologiyaları (məsələn, Ethernet və ya Wi-Fi) çox vaxt fiziki proksimal şəbəkələr üçün nəzərdə tutulub.
Simsiz şəbəkə
Simsiz şəbəkə (azərb. wireless network‎) — şəbəkə qovşaqları arasında simsiz məlumat bağlantılarından istifadə edən kompüter şəbəkəsi. Simsiz şəbəkə evlərə, telekommunikasiya şəbəkələrinə və biznes qurğularına kabellərin binaya daxil edilməsi kimi bahalı proseslərdən yayınmağa imkan verir. Bu, həmçinin müxtəlif avadanlıq yerləri arasında əlaqə kimi xidmət edir. Admin telekommunikasiya şəbəkələri ümumiyyətlə radio rabitəsindən istifadə etməklə həyata keçirilir və idarə olunur. Bu icra OSI model şəbəkə strukturunun fiziki səviyyəsində (qatında) baş verir. == Simsiz kommunikasiyanın tarixi inkişafı == Bu inkişaf çox uzun mərhələləridir. Bir neçə əsas kəşfləri sadalayaq:1807 – Fransız riyaziyyatçısı J. B. J. Furye Furye teoremini yaratdı 1847 – Alman psixoloqu və fiziki Hermann Ludwig Ferdinand von Helmholtz elektrik rəqsi ideasını irəli sürdü. 1857 – Feddersen 1847-ci ildə Helmholtz-un irəli sürdüyü dövrənin elektrik rezonansı tezliyini ekperimental olaraq təsdiqlədi 1864 – Şotlandiyalı riyaziyyatçı və fizik Maksvel İşığın nəzəriyyəsi və elektromaqnit sahəsinin ümumi tənliklərini inkişaf etdirmişdi. O bu haqda 20 tənlik yaratmışdı.
Sosial şəbəkə
Sosial şəbəkə — sosial aktyorlar toplusundan (fərdlər və ya təşkilatlar), ikili əlaqələr dəstindən və aktyorlar arasında digər sosial qarşılıqlı təsirlərdən ibarət sosial quruluş. Sosial şəbəkə perspektivi bütün sosial varlıqların strukturunu təhlil etmək üçün bir sıra metodlar, eləcə də bu strukturlarda müşahidə olunan nümunələri izah edən müxtəlif nəzəriyyələr təqdim edir. Bu strukturların tədqiqi yerli və qlobal nümunələri müəyyən etmək, nüfuzlu qurumları tapmaq və şəbəkə dinamikasını araşdırmaq üçün sosial şəbəkə təhlilindən istifadə edir. Sosial şəbəkələr və onların təhlili sosial psixologiyadan, sosiologiyadan, statistikadan və qrafik nəzəriyyəsindən yaranan mahiyyətcə fənlərarası akademik sahədir. Georq Zimmel sosiologiyada triadaların dinamikasını və "qrup mənsubiyyətləri şəbəkəsini" vurğulayan erkən struktur nəzəriyyələrinin müəllifidir. Cekob Moreno 1930-cu illərdə şəxsiyyətlərarası münasibətləri öyrənmək üçün ilk sosioqrammaları işləyib hazırlayan hesab olunur. Bu yanaşmalar 1950-ci illərdə riyazi olaraq rəsmiləşdirildi və sosial şəbəkələrin nəzəriyyələri və metodları 1980-ci illərdə sosial və davranış elmlərində geniş yayıldı. Sosial şəbəkə təhlili indi müasir sosiologiyanın əsas paradiqmalarından biridir və bir sıra digər sosial və formal elmlərdə də istifadə olunur. Digər mürəkkəb şəbəkələrlə birlikdə o şəbəkə elminin yeni yaranan sahəsinin bir hissəsini təşkil edir. == İcmal == Sosial şəbəkə fərdlər, qruplar, təşkilatlar və hətta bütöv cəmiyyətlər (sosial vahidlər, fərqləndirmə) arasındakı münasibətləri öyrənmək üçün sosial elmlərdə faydalı olan nəzəri konstruksiyadır.
Ulduzşəkilli şəbəkə
Ulduzşəkilli şəbəkə (ing. star network, rus. звездообразная сеть, сеть типа "звезда", yıldız ağ)– lokal sahə şəbəkələrinin (LAN) üç təməl toplogiyasından biri; bu şəbəkədə kompüterlər və qurğular mərkəzi qovşaqla (HUB) ulduz topologiyası üzrə birləşib. Ulduzşəkilli şəbəkədə məlumat hər hansı bənddən birbaşa qovşağa daxil olur və qovşuq həmin məlumatı başqa bəndə ötürmək üçün uyğun marşrut müəyyənləşdirir. Bu şəbəkələrin üstünlüyü onların etibarlığındadır, çünki şəbəkənin hər hansı bəndinin sıradan çıxması başqa bəndlərə təsir etmir. Çatışmazlığı isə ondadır ki, mərkəzi qovşağın sıradan çıxması nəticəsində bütün şəbəkənin işi dayanır. Bundan başqa, hər bir bənd mərkəzi qovşaqla ayrıca birləşdirildiyindən, belə şəbəkələrdə kabel çəkilişi böyük xərc tələb edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 810 s.
Şəbəkə (bürc)
Şəbəkə (lat. Reticulum) - göyün cənub yarımkürəsində bürc.
Şəbəkə (dəqiqləşdirmə)
Şəbəkə (zərgərlik) — Zərgərlikdə üsul. Şəbəkə (bürc) — Göyün cənub yarımkürəsində bürc. Şəbəkə (film, 2011) — Qısametrajlı bədii film. Şəbəkə (memarlıq) — Yaxın və Orta Şərq memarlığında və dekorativ tətbiqi sənətində bədii konstruktiv forma olan qeyri-maddi mədəni irs nümunəsi. Kompüter şəbəkəsi — Rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli kompüterlər və periferiya avadanlıqları sistemi.
Şəbəkə təhlükəsizliyi
Şəbəkə təhlükəsizliyi kompüter şəbəkələrindən və şəbəkə resurslarından icazəsiz girişlərin, sui-istifadənin və s. halların qarşısını almaq üçün tərtib edilmiş təhlükəsizlik siyasətlərindən ibarətdir. Şəbəkə administratoru tərəfindən idarə olunan şəbəkə təhlükəsizliyi məlumatları icazə ilə əldə etməyi təmin edir. İstifadəçilər icazə verilən məlumatlaraı İD, şifrə və ya başqa icazə məlumatları daxil edərək əldə edir. Şəbəkə təhlükəsizliyi həm ictimai həm şəxsi müxtəlif kompüter şəbəkələrini (gündəlik işlərdə, biznes təşkilatlar arası tranzaksiyalarda, dövlət strukturlarının məlumat ötürülməsində və s.) əhatə edir. Şəbəkələr həm şirkətlərdəki kimi şəxsi, həm də ictimai istifadəyə açıq ola bilər . Şəbəkə təhlükəsizliyi təşkilatlara, müəssisələrə və başqa qurumlarda təsis edilmişdir. Adından da bəlli olduğu kimi: o şəbəkəni qoruyur və baş verən əməliyyatlara nəzarət edir. Şəbəkə resursunun qorunmasının sadə və ümumi bilinən yolu həmin resursa unikal ad və uyğun şifrə təyin etməkdir . == Şəbəkə təhlükəsizliyi anlayışları == Şəbəkə təhlükəsizliyi istifadəçi adı və şifrənin yoxlanması ilə başlayır.
Qoşayarpaq qoşma
Qoşayarpaq — Azərbaycan şeirinin nisbətən az işlənən növlərindən biri.Beş bəndlik qoşmadır. Birinci bəndi çarpaz (abab), qalan bəndləri isə qoşmada olduğu kimidir (vvvb, qqqb və i. a.). Əsas özünəməxsus xüsusiyyəti 2, 3, 4 və 5-ci bəndlərin ilk misrasının hərəsində iki həmqafiyə sözün işlənməsi və onların digər iki misrada da daxili qafiyə şəklində təkrar olunmasıdır.
Qoşma (dəqiqləşdirmə)
== Ədəbiyyat == Qoşma (ədəbiyyat janrı) — ədəbiyyatda janr. == Dilçilik == Qoşma (köməkçi nitq hissəsi) — 5 köməkçi nitq hissəsindən biri.
Şəbəkə (memarlıq)
Şəbəkə sənəti — Yaxın və Orta Şərq memarlığında və dekorativ tətbiqi sənətində bədii konstruktiv forma olan qeyri-maddi mədəni irs nümunəsi. Azərbaycan ustalarının yapışqan və ya mismarsız kiçik odun parçalarını rəngli şüşələrlə tamamlayaraq, hazırladığı pəncərə.XI əsr-XII əsrlərdən etibarən Azərbaycan memarlığında tətbiq edilir. Dekorativ sənət növlərindən olan şəbəkə incəsənət əsəri sənətkarın yığdığı rəngli kiçik şüşə parçalarını yapışqan və mıx olmadan bir-birinə bənd edən ağac elementlərindən ibarət müstəvidir. Şəbəkə sənətinin əsas "sirri" balaca alətlərin – arasına kiçik şüşə parçalarının qoyulduğu çıxıntısı və girintisi olan ağac hissələrin bir-birinə keçirilməsidir. Ağac hissələr bərk oduncaqlı ağac növlərindən – şümşad, qoz, fıstıq və palıd ağacından hazırlanır. Tor və ya barmaqlıq mənasını verən şəbəkənin naxışları Günəşi, həyat enerjisini, zamanın əbədi axarını və kainatın sonsuzluğunu simvolizə edir. == Şəbəkənin quruluşu == Şəbəkə səthinin ölçüləri əşyaların funksional təyinatından asılı olaraq bir neçə kvadrat santimetrdən bir neçə kvadrat metrədək dəyişilə bilər. Şəbəkə sənəti əsərlərini memarlıqla əlaqəsindən asılı olaraq memarlıq qurğusunun hissəsi – qapı, pəncərə, pilləkən məhəccəri və şirma, çıraq, sandıq, dolab kimi interyerdə istifadə edilən ayrı-ayrı əşyalar olmaqla iki istiqamətdə təsnif etmək mümkündür. Şəbəkə ornamentinin əsasını daha çox düzgün formalı həndəsi fiqurlar təşkil etdiyi üçün şəbəkə kompozisiyalarının həmin fiqurların bucaqlarının sayına görə — "səkkiz", "on iki", "on altı" və s. təsnifatlaşdırılması da qəbul edilmişdi.
Avtomatik təkrar qoşma
Avtomatik təkrar qoşma (ATQ) — müəyyən edilmiş müddətdən sonra açılmış açarı yenidən qoşan elektroavtomatika vasitələrindən biridir və birdəfəli, ikidəfəli və ya üçdəfəli ola bilər (bəzi müasir sxemlərdə səkkiz tsiklə qədər mümkündür). == Tətbiqi == Elektrik şəbəkələrindəki bütün zədələnmələri iki növə bölmək olar: dayanıqlı və dayanıqsız . Dayanıqlı zədələnmələrə, əməliyyat personalının və ya qəza xidməti briqadasının müdaxiləsinə ehtiyacı olan zədələnmələr daxildir. Bu cür zədələnmələr zamanla öz-özünə aradan qalxmır və zədələnmiş şəbəkə hissəsinin istismarı mümkün deyil. Bu cür zədələnmələrə xətlərin qırılmaları, xətt hissələrinin, EVX-nin dayaqlarının, elektrik aparatlarının zədələnmələri daxildir. Dayanıqsız zədələnmələr baş verdikdən sonra qısa bir müddət ərzində öz-özünə aradan qalxması ilə xarakterizə olunur. Bu cür zədələnmələr, məsələn, təsadüfən naqillərin bir-birinə toxunması zamanı baş verə bilər. Bu zaman yaranan elektrik qövsü ciddi ziyan vurmağa imkan tapmır, çünki qısaqapanma meydana gəldikdən bir müddət sonra dövrə rele mühafizəsinin təsiri ilə açılır. Təcrübə göstərir ki, dayanıqsız zədələnmələr bütün zədələnmələrin 50–90% -ni təşkil edir.Şəbəkənin açılmış hissəsinin gərginliyə qoşulması təkrar qoşma adlanır. Şəbəkənin bu hissəsinin işdə qalmasından və ya təkrar açılmasından asılı olaraq təkrar qoşma uğurlu və uğursuz olur.
Qoşma (ədəbiyyat janrı)
Qoşma janrı — aşıq yaradıcılığında çox geniş yayılmış janr. Hər bəndi dörd misradan, hər misrası on bir hecadan ibarət şeir şəklinə qoşma deyilir. Qoşma və gəraylının qafiyə sistemi eynidir. Üç, beş, yeddi bənddən ibarət olan qoşmaların birinci bəndinin I və III misraları sərbəst, II və IV misraları həmqafiyə olur. Digər bəndlərin ilk üç misrası bir-birilə, son misrası isə birinci bəndin son misrası ilə qafiyələnir: a b c b, ç ç ç b, d d d b, e e e b və s. Möhürbənd adlanan son bənddə şair öz təxəllüsünü söyləyir. Məsələn: Qoşmalar daha çox məhəbbət mövzusunda olsa da, ictimai-siyasi məzmunlu qoşmalara da rast gəlinir. Ayaqlı qoşma — aşıq musiqi–şeir yaradıcılığında ən geniş yayılmış janrlardan biri. Çox vaxt beş bənddən ibarət olur. Yazılı ədəbiyyatda Ş. İ. Xətai, M. P. Vaqif, M. V. Vidadi, Q. Zakir, S. Ə. Nəbati, S. Vurğun, O. Sarıvəlli, S. Rüstəm, B. Vahabzadə kimi şairlər qoşma janrından istifadə etmişlər.
Qoşma (nitq hissəsi)
Qoşma — ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsidir. Qoşmanı başqa köməkçi nitq hissələrindən fərqləndirən əsas cəhətlərdən biri onun qoşulduğu sözlə birlikdə cümlə üzvü olmasıdır və şəkilçi qəbul etməsidir. Həmçinin qoşmalar qoşulduğu sözlə cümlə üzvü olur və qoşma kimi qalır. == Qoşmanın məna növləri == Birgəlik, vasitə – ilə (-la, -lə), -ca (-cə) Zaman – əvvəl, qabaq, sonra, bəri. Məsafə – kimi, qədər, -dək, -can² İstiqamət – sarı, tərəf, doğru, qarşı. Bənzətmə – kimi, qədər, tək, təki, -ca. Fərqləndirmə –özgə, başqa, savayı, qeyri, əlavə. İstinad – görə, əsasən, istinadən Səbəb-məqsəd – üçün, ötrü, görə, uğrunda, naminə, sarı. Aidlik – aid, dair, məxsus, xas, haqqında, haqda, barədə. == Qoşmaların sinonimliyi == kimi, qədər, -dək, -can2; məsafə qoşmaları kimi, tək; bənzətmə, müqayisə mənasında əvvəl, qabaq; zaman mənasında tərəf, doğru, sarı; istiqamət mənasında -ca, qədər, kimi, -tək; bənzətmə mənasında -ca, ilə: birgəlik, vasitə mənasında və s.
Qoşa Qışlaq
Qoşaqışlaq (Əzizbəyov)
Qosman Japarov
Qosman Japarov - Qazaxıstanın Azərbaycandakı diasporunun görkəmli nümayəndəsi == Həyatı == Japarov 1 sentyabr 1923-cü ildə Semipalatinsk vilayətində anadan olub. O, 3 yaşında atasını itirib. Repressiya illərində isə anası Stalinin düşərgələrində ölüb. Böyük Vətən Müharibəsi başlayanda Qosman cəbhəyə yollanıb. Japarov snayper olub. Müharibə başa çatdıqdan sonra onu Qızıl Ordu sıralarında saxlayıblar və gələcək hərbi xidməti Azərbaycanda keçib. 1951-ci ildə Daxili İşlər Nazirliyi sisteminə keçən Japarov cinayət-axtarış şöbəsində müxtəlif vəzifələrdə çalışıb. Polkovnik rütbəsini alan qazaxıstanlı xadim 1970-ci ildə SSRİ partiya orqanlarının mühafizə bölməsinə rəhbərlik edib. Başqa sözlə, həmin vaxt Azərbaycan SSR kommunist partiyasının I katibi işləyən Heydər Əliyevin əsas cangüdəni olub. Azərbaycanda "Osman paşa" kimi də məşhur olan Japarov bu adı məşhur türk generalının şərəfinə Heydər Əliyevdən alıb.
Şəbəkə (zərgərlik)
Şəbəkə — zərgərlikdə üsul. VIII əsrdə Azərbaycanda qızıl və gümüşdən hazırlanmış zinət şeyləri əsas etibarı şəbəkə üsulu ilə hazırlanırdı. Şəbəkə zərgərlikdə nazik dolama simdən düzəldilmiş rəsmə və yaxud naxışlara deyilir. Şəbəkə əsasən iki şəkildə olur: qızıl və gümüş tellərlə zərgərlik əşyasının özü hazırlanır, qızıl və gümüş tellərlə zərgərlik əşyasının üzəri bəzənir.
Şəbəkə administratoru
Şəbəkə administratoru (ing. Network administrator) — paylaşdırılmış və ya lokal hesablama şəbəkəsində əməliyyatlara cavabdeh olan şəxs. Şəbəkə administratorunun iş rejimi çox çeşidli ola bilər: yeni avtomatlaşdırılmış işçi yerləri və başqa qurğuların quraşdırılması, istifadəçilərin şəbəkəyə erişiminin (çıxışının) açılması və qapadılması, arxivləşdirmə, mühafizə sisteminin qurulması, ortaq (ümumi) resurslara cari nəzarət, nasaz avadanlıqların təmiri və s. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Şəbəkə arxitekturası
Şəbəkə arxitekturası (ing. Network architecture) – aparat vasitələri, funksional səviyyələr, interfeyslər və rabitə protokolları da daxil olmaqla kompüter şəbəkəsinin iç quruluşu. Şəbəkə arxitekturaları etibarlı rabitənin qurulması və informasiyanın ötürülməsinə zəmanət verməklə, həm terminoloji, həm də fiziki standartların təmin olunması üçün hazırlanıb. Şəbəkə arxitekturaları arasında bütün dünyada qəbul olunmuş yeddi səviyyəli ISO/OSI modeli və IBM firmasının Systems Network Architecture (SNA) arxitekturası seçilir; Bu və ya başqa şəbəkə arxitekturalarının son məqsədi çeşidli kompüterlərin sərbəst informasiya mübadiləsinə imkan verən rabitə standartlarının yaradılmasıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Computer Network Architects at the US Department of Labor.
Şəbəkə avadanlığı
Şəbəkə avadanlığı kompüter şəbəkəsindəki cihazlar arasında rabitə və qarşılıqlı əlaqə üçün tələb olunan elektron cihazlar. Xüsusilə, onlar kompüter şəbəkəsində məlumat ötürülməsinə vasitəçilik edirlər. Məlumatı qəbul edən və ya yaradan bölmələrə hostlar, son sistemlər və ya məlumat terminalı avadanlığı deyilir.
Şəbəkə etiketi
Şəbəkə etiketi (network etiquette) – elektron yazışmalarda, şəbəkə konfranslarında, İnternetdə və texnika ilə iş zamanı (yazılmamış) davranış qaydaları. Hər bir şəbəkə ünsiyyəti üsulunun öz qaydaları vardır. Gənclər arasında çox geniş yayılmış gap (CHAT) xidməti ən demokratik şəbəkə ünsiyyət üsulu olsa da, orada da müəyyən qaydalara əməl etmək məsləhətdir: İştirakçıların əksəriyyətinin ünsiyyətdə olduğu dildən istifadə edin. Bu, həm xarici dillərə, həm də slenqə aiddir. Özünüzü ağıllı göstərməyə çalışmayan. Bu, həmsöhbətinizi sizin əleyhinizə çevirə bilər. Sadə və aydın məlumatlar göndərin. Hər hansı səbəbdən həmsöhbətləriniz sizi qane etmirsə, gapdan uzaqlaşmağınız daha yaxşı olar. Müəyyən mövzu üzrə ixtisaslaşan gap-serverdəsinizsə, söhbətin mövzusundan kənara çıxmayın. Sözün həqiqi mənasında gap etmək istəyənlər üçün xüsusi serverlər mövcuddur.