YARATMAQ
YARDIM
OBASTAN VİKİ
Yard
Yard (ing. yard) — İngiltərədə və ABŞ-də ölçü vahidi. 1 yard = 0.9144 m ,.
Daşkənd (Yardımlı)
Daşkənd — Azərbaycan Respublikasının Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 646-IIIQ saylı Qərarı ilə Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Daşkənd kəndi Yardımlı qəsəbəsi ilə birləşdirilmiş və bu kənd Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Oykonim daş (burada "qaya") və kənd (yaşayış məntəqəsi) komponentlərindən düzəlib "qayada yerləşən kənd" mənasındadır. Özbəkistanda Daşkənd adlı vilayət və yaşayış məntəqəsi var. Kənd Peştəsər silsiləsinin ətəyində yerləşir. Kənddə Daşkənd məhəllə məscidi dini icması fəaliyyət göstərir.
Dəlləkli (Yardımlı)
Dəlləkli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Ermənistandakı zəlzələ zamanı yardıma göndərilənlərin siyahısı
Ermənistandakı zəlzələ zamanı yardıma göndərilənlərin siyahısı — 11 dekabr 1988-ci ildəki hadisə, Qəzada ölən 78 nəfərə 1994-cü ildə prezident Heydər Əliyevin sərəncamı ilə şəhid statusu verilib. 11 dekabr 1988-ci ildə Bakıdan Leninakana zəlzələ rayonuna köməyə uçan İl-76 təyyarəsini daşnak terrorçuları qəzaya uğradıb. 69 sərnişindən yalnız bir nəfər Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalıb. 68 nəfər azərbaycanlı sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olub. Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edilib. Bu terror aktı qəza hadisəsi kimi cəmiyyətə sırınıb. Təsadüfən sağ qalmış Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, "ermənilər arasında yaralı türkə yer yoxdur" deyən daşnak xislətli erməni həkimləri onu müalicə etməkdən boyun qaçırıblar. Spitak zəlzələsi Leninakan yaxınlığında İl-76 qəzası (1988) Xronologiya Əziz Ələkbərli, "Abşereon şəhidləri", Bakı, "Ağrıdağ", 1997. səh. 45-də Azərbaycan Respublikası Xatirə Kitabı, X cild.
Eçara (Yardımlı)
Eçara — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Yardımlı rayonunun Ərsilə kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Eçara kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Fantomas Skotland-Yarda qarşı (film, 1966)
Fantomas Skotland-Yarda qarşı — rejissor Andre Yunebelin Marsel Allen və Pyer Suvestrin məşhur avantürist Fantomas haqqındakı romanlarının motivləri əsasında macəra-komediya janrında çəkdiyi 3 filmdən sonuncusu. 1966-cı ildə Fransada çəkilmiş, 1968-ci ildə "Soyuzmultfilm" kinostudiyasının tərcüməsində Sovet prokatında yayımlanmağa başladıqdan sonra SSRİ-də böyük məşhurluq qazanmışdır. Baş rollarda Jan Mare, Lui de Fünes çəkilmişlər və Rita Renuar.
Gendərə (Yardımlı)
Gendərə — Azərbaycan Respublikasının Yardımlı rayonunun Astanlı inzibati ərazi vahidində kənd. Kənd Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrdə mövcud olmuş Cunduza kəndinin binə yeri olmuşdur. Sonralar binə tədricən kəndə çevrilmışdir. Kənd Gendərə (geniş dərə) adlı yerdə yerləşdiyi üçün belə adlandırılmışdır.
Hava təcili yardım
Sanitar aviasiya (Hava təcili yardımı) - nəqliyyatın əlçatan olmaması və ya tibb müəssisələrindən çox uzaq məsafədə, qəzalı vəziyyətdə olan təyyarələrin və sərnişinlərin axtarışında və xilas edilməsində, habelə xəstələrin və qurbanların sürətli daşınması üçün təcili tibbi yardım göstərmək üçün hazırlanmış təyyarələrdir. Sanitar aviasiya Birinci Dünya Müharibəsindən sonra yarandı. Artıq 1930-cu illərdə, SSRİ-də təyyarələrin sanitar növləri (Sh-2, K-3 və s.) hazırlandı və quruldu, təyyarənin təchiz edilməsi üçün əsas tələblər və uçuş keyfiyyətləri inkişaf etdirildi. İkinci Dünya Müharibəsi zamanı təcili yardım təyyarələri geniş yayıldı və kiçik miqyasda olsa da, bir çox döyüşən tərəflər tərəfindən istifadə edildi. Sanitar aviasiya inkişafının zirvəsi 20-ci əsrin ikinci yarısında başladı. Bu zaman vertolyotlar geniş yayıldı, yəni əvvəlcədən mümkün olmayan - məsələn, meşənin evin yaxınlığında və ya xəstəxana binasının yanında vertolyotu yerə endirmək mümkün oldu. Təyyarənin daşıma qabiliyyəti artdı, kabin hava sıxlığını aldı, bu isə daha çox xəstəni qəbul etməyə və daha az narahatlıq keçirməyə imkan verdi. Hava təcili yardım (ing.Air ambulance) — xəstə və ya yaralı insanları uzun məsafələrə daşımaq üçün hazırlanmış hava nəqliyyatı. Ənənəvi təcili yardım maşınlarının heç biri hadisə yerinə asanlıqla və tez gələ bilmədikdə və ya xəstə hava nəqliyyatının ən praktik olduğu uzaq bir məsafədə olduqda istifadə olunur. Təcili yardım hava heyətləri avadanlıqla təchiz olunmuşdur ki, bu da xəsarət almış və ya ağır xəstələrə təcili tibbi yardım göstərmək imkanı verir.
Humanitar yardım
Humanitar yardım — yardıma ehtiyacı olan insanlara maddi və maddi-texniki yardım göstərilməsidir. 2016-cı ildə dünyada 130 milyon insan humanitar yardımlardan və humanitar yardım işçilərinin həmin yardımları çatdırmaq səylərindən asılı olub.
Kabildə təcili tibbi yardım maşınının partladılması (2018)
Kabildə təcili tibbi yardım maşınının partladılması (2018) — 2018-ci ilin yanvarın 27-də Əfqanıstanın Kabildəki Sidarat Meydanı yaxınlığında təcili tibbi yardım maşını partlayıcı qurğu kimi istifadə olundu. Hücumda ən az 103 adam öldü, 235 nəfər isə yaralandı. Taliban hücuma görə məsuliyyəti öz üzərinə götürdü. 2018-ci ilin yanvarın 27-də terrorçular gur saatlarında Kabildəki Daxili İşlər Nazirliyi binasının yaxınlığında yerləşən, güclü mühafizə olunan küçəsində partlayıcı maddələrlə dolu təcili tibbi yardım maşınını partlatdılar. Terrorçular bombaları Avropa İttifaqı konsulluğu, o cümlədən Kabilin səfirlikləri və hökumət binaları yaxınlığında yerləşən növbətdi yoxlama məntəqəsinə keçərkən partladıblar. Partlayış o qədər güclü olub ki, paytaxt yaxınlığında da hiss olunub və dərhal ətraf mühit məhv olub. Jurnalistlər Xəstəxanası, dövlət idarələri, iş yerləri və məktəblər partlayışdan sonra bağlanıb. Bu Cəlalabad və Kabildə “İnter-Continental” mehmanxanasındakı yardım agentliyi çəkilişləri sonrası 7 gün içində olan ən böyük terror idi. Rəsmi şəxslərin bəyanatlarına görə, bomba təcili yardım maşınında gizlədilib və ikinci polis məntəqəsində partladılıb. Həmçinin yaxınlıqda yerləşən nəqliyyat vasitələri, mağazalar və binalar dağılıb.
Kompüterə texniki yardım
Ləzran (Yardımlı)
Ləzran — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Ərus kənd Sovetinin Ləzran kəndi Ərsilə kənd Sovetinin tərkibinə verilmişdir. Ləzran kəndinin yaxınlığında XIII-XIV əsrlərə aid edilmiş Abi-Dərdə türbəsi yerləşir. Türbə ilkin forması saxlanmaqla 1985 və 2000-ci illərdə təmir olunub. Yardımlı şəhər sakini Hacı Sabir İsmayılovun şəxsi vəsaiti hesabına 2011-ci ildə ziyarətgahın yanında istirahət otağı və 17 metr uzunluğunda məscid tikilmişdir. Abi-Dərdə türbəsi ən çox ziyarət olunan pirlərdən biridir, buraya müxtəlif yerlərdən insanlar ziyarətə gəlir. Abi-Dərdə türbəsi 4471 invertar sayı ilə XIV əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınaraq mühafizə olunur. 1944-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin hərbi sərhəd zonasından kəndlərin köçürülməsi haqqında qərarına əsasən 20-yə yaxın kəndin köçürülməsi prosesi başlanıldı. Köçürülənlərin bir hissəsi Yardımlının Çayüzü, Ünəç, Əsədabad kəndlərində yerləşdirilib. Kəndlərin torpaq sahələri dövlət fonduna daxil edilib.
Musa (Yardımlı)
Musa — Azərbaycan Respublikasının Yardımlı rayonunun Astanlı kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Yardımlı rayonunun Astanlı kənd inzibati-ərazi vahidinin tərkibindəki yaşayış məntəqəsi Musa kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 2009-cu il tarixinə olan rəsmi məlumata əsasən kənddə cəmi 8 nəfər yaşayır.
Məlikli (Yardımlı)
Məlikli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Porsova (Yardımlı)
Porsova — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Telavar, Şovut, Honuba, Honuba Şıxlar və Zeynələzir kəndləri ilə sərhəddaşdır. Hal hazırda kəndin əhalisi 851 nəfərdən ibarətdir.[mənbə göstərin] Gerçəkdəki Porsova adı Pirsova kəlməsinə dayanır. Böyük ehtimalla kəndin adı ərəb ya da fars mənşəylidir.[mənbə göstərin] Əhalinin çoxu heyvandarlıq və bitkiçiliklə məşğuldur. 1886-cı ilin ailə siyahılarına əsasən Şovut ilə Porsova, Telavarın qəsəbələridir. 1970-ci illərdə, Porsova Azərbaycan SSR, Yardımlı rayonunun, Porsova kənd sovetinə daxildir. Porsova kənd sovetinin başqa kəndləri - Honuba, Honuba Şıxlar, Gügəvar, Zeynələzir, Tiləkənd.
Qaraqaya (Yardımlı)
Qaraqaya — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Qaraqaya kəndi Çay Üzü kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Urakəran kəndi mərkəz olmaqla Urakəran kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Qarşılıqlı yardım
Qarşılıqlı yardım (ing. Mutual Aid: A Factor of Evolution) Pyotr Kropotkinin Etika ilə birlikdə iki ən mühüm kitablarından biridir. Qarşılıqlı Yardım Etikadan öncə çap olunaraq sözügedən kitabda bəhs olunan tezislərin əsaslarını qüvvətləndirmişdir. Çarlz Darvinin "Təbii seçmə yolu ilə növlərin əmələ gəlməsi və ya yaşama uğrunda mübarizədə əlverişli fərdlərin saxlanması" (On the Origin of Species by Means of Natural Selection, or the Preservation of Favoured Races in the Struggle for Life) əsərindən fərqli olaraq Kropotkin bu əsərində yüzlərlə örnək vasitəsilə təbiətdəki gücsüz fərdin qarşılıqlı yardım yolu ilə güclü cəmiyyət yaradaraq düşməninə qarşı mübarizə apara bildiyini qeyd etmişdir.
Qarşılıqlı İqtisadi Yardım Şurası
Qarşılıqlı İqtisadi Yardım Şurası və ya qısaca QİYŞ — 1949–1991-ci illərdə fəaliyyət göstərən hökumətlərarası iqtisadi təşkilat. Albaniya, Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, SSRİ və Çexoslovakiya nümayəndələrinin iqtisadi toplantısının qərarı ilə hazırlanmışdır. QİYŞ-nın qərargahı Moskvada yerləşirdi. Əsas qərarlar, üzv ölkələrin paytaxtlarında növbə ilə rus əlifbasında adlar sırası ilə keçirilən hər il çağırılan iclaslarda qəbul edildi. Ölkələrin nümayəndə heyətlərinə hökumət başçıları, 16–18 və 23-cü iclaslarda, ölkələrin nümayəndə heyətlərinə kommunist və işçi partiyaları mərkəzi komitələrinin birinci (ümumi) katibləri rəhbərlik edirdilər. 1962-ci ildə üzv ölkələrin hökumət başçısının müavinləri səviyyəsində hər ölkədən bir təmsilçidən ibarət icra komitəsi yaradıldı. QİYŞ katibliyi fəaliyyət göstərirdi — Moskvada yerləşən iqtisadi və icraedici-idarəetmə orqanı, QİYŞ katibliyi (Şuranın baş məmuru) və müavinləri katibliyin işinə nəzarət edirdilər. Köçürülə bilən rubl, qarşılıqlı İqtisadi Yardım Şurasına üzv olan ölkələrin çoxtərəfli hesablaşmalarının təşkili üçün toplu pul vahidi, dəyər ölçüsü, ödəmə və yığma vasitəsidir. 5 yanvar 1949-cu ildə Moskvada SSRİ və RSR-nın təşəbbüsü ilə Albaniya, Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya hökumət nümayəndələrinin qapalı iqtisadi iclası çağırıldı (8 yanvara qədər davam etdi). Qarşılıqlı İqtisadi Yardım Şurasının yaradılmasına qərar verən SSRİ və Çexoslovakiya, Sovet İttifaqı ilə yeni demokratiya ölkələri arasında sıx iqtisadi əlaqələrin qurulmasını təşviq etməyə çağırdılar.
Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə hücum
Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum — İsrail ordusunun 31 may 2010-cu ildə gecə saat 4:30 radələrində Qəzzə zolağına humanitar yardım aparan 6 gəmidən ibarət karvana hücumu. "Mavi Marmara" gəmisi Qəzzə zolağında hərbi münaqişədən əziyyət çəkən insanlara humanitar yardım aparan zamanı İsrail hərbi dəniz qüvvələrinin hücumuna məruz qalmış, nəticədə 9 nəfər öldürülmüş, 60-a yaxın insan yaralanmışdı. "Haaretz" qəzetinin verdiyi məlumatda bildirilir ki, İsrailin ilk planı "Mavi Marmara" gəmisini Ağ dənizdə batırmaq olub. Planı Mossad-ın təşəbbüsü ilə İsrail Müdafiə Nazirliyi hazırlayıb. Qəzetə açıqlama verən Müdafiə Nazirliyinin yüksək səlahiyyətli nümayəndəsi deyib ki, böyük insan faciəsinin baş verəcəyi və İsrailin beynəlxalq aləmə bu olayı izah etməkdə çətinlik çəkəcəyi riski nəzərə alınaraq, sonradan bu plandan üz döndərilib. Qəzzə sektoruna gedən gəmilərə İsrail əsgərləri vertolyotdan enib və atəş açıblar. Hücum anında gəmilər İsrailin sahil sularından 70 mil uzaqlıqda olub. Hücumdan sonra gəmilərlə əlaqə kəsilib. Gəmilərdə 70 nəfər könüllü olub. Onların arasında Avropa Parlamentinin deputatları, jurnalistlər, 1976-cı ildə Nobel sülh mükafatına layiq görülmüş Şimali İrlandiyalı Meyrid Korriqan Maquayer də olub.
Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum
Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum — İsrail ordusunun 31 may 2010-cu ildə gecə saat 4:30 radələrində Qəzzə zolağına humanitar yardım aparan 6 gəmidən ibarət karvana hücumu. "Mavi Marmara" gəmisi Qəzzə zolağında hərbi münaqişədən əziyyət çəkən insanlara humanitar yardım aparan zamanı İsrail hərbi dəniz qüvvələrinin hücumuna məruz qalmış, nəticədə 9 nəfər öldürülmüş, 60-a yaxın insan yaralanmışdı. "Haaretz" qəzetinin verdiyi məlumatda bildirilir ki, İsrailin ilk planı "Mavi Marmara" gəmisini Ağ dənizdə batırmaq olub. Planı Mossad-ın təşəbbüsü ilə İsrail Müdafiə Nazirliyi hazırlayıb. Qəzetə açıqlama verən Müdafiə Nazirliyinin yüksək səlahiyyətli nümayəndəsi deyib ki, böyük insan faciəsinin baş verəcəyi və İsrailin beynəlxalq aləmə bu olayı izah etməkdə çətinlik çəkəcəyi riski nəzərə alınaraq, sonradan bu plandan üz döndərilib. Qəzzə sektoruna gedən gəmilərə İsrail əsgərləri vertolyotdan enib və atəş açıblar. Hücum anında gəmilər İsrailin sahil sularından 70 mil uzaqlıqda olub. Hücumdan sonra gəmilərlə əlaqə kəsilib. Gəmilərdə 70 nəfər könüllü olub. Onların arasında Avropa Parlamentinin deputatları, jurnalistlər, 1976-cı ildə Nobel sülh mükafatına layiq görülmüş Şimali İrlandiyalı Meyrid Korriqan Maquayer də olub.
Təzəkənd (Yardımlı)
Təzəkənd — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Bərcan kənd Sovetinin Təzəkənd kəndi Şıxlar kənd Sovetinin tərkibinə verilmişdir.
Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında konvensiya
Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında konvensiya (ing. Convention on Mutual Administrative Assistance in Tax Matters) — İƏİT və Avropa Şurası tərəfindən birgə hazırlanmış və 25 yanvar 1988-ci ildə imzalanması üçün açıq olan TIEA tərəfləri arasındakı nəticəni təşviq edən beynəlxalq müqavilə. 27 may 2010-cu il tarixində protokol qəbul edildi. 24 yanvar 2018-ci il tarixindən etibarən Konvensiya 117 ölkədə uyğunlaşdırılmışdır: Bu Konvensiyanı imzalamış Avropa Şurasının üzvü olan Dövlətlər və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələr: Şəxslərin, sərmayələrin, malların və xidmətlərin beynəlxalq hərəkətinin inkişafı, çox mühüm bir hal olmaqla yanaşı, vergidən yayınma imkanlarını artırdığını və bununla da, vergi orqanlarının əməkdaşlığının fəallaşmasını tələb etdiyini hesab edərək; Son illər beynəlxalq səviyyədə vergidən yayınma hallarına qarşı mübarizəyə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə yönəldilən müxtəlif səyləri alqışlayaraq; Vergi ödəyicilərinin adekvat müdafiəsi təmin edilməklə, istənilən vergi növünə aid olan məsələlər üzrə qarşılıqlı inzibati yardımın bütün formalarının inkişafı üçün dövlətlərin əlaqəli səylərinin zəruri olduğunu hesab edərək; Vergi ödənişləri üzrə öhdəliklərin düzgün müəyyən edilməsində və vergi ödəyicilərinə öz hüquqlarını təmin etməkdə yardım edilməsində beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyət kəsb edə biləcəyini təsdiq edərək; Müvafiq hüquqi proseduralara əsasən, hər bir şəxsin hüquq və vəzifələrini müəyyən edən fundamental prinsiplərin vergi məsələlərinə də tətbiq olunmasının bütün dövlətlərdə tanınmalı olduğunu və diskriminasiyadan və ikiqat vergitutmadan müvafiq müdafiə də daxil olmaqla, vergi ödəyicilərinin maraqlarının qorunmasında dövlətin yardım etməli olduğunu hesab edərək; Bununla əlaqədar, məlumatın məxfiliyinin qorunmasının vacibliyinə və şəxsi həyatın toxunulmazlığının və şəxsi məlumatın saxlanmasının qorunması üzrə beynəlxalq müdafiə vasitələri nəzərə alınmaqla, dövlətlər tərəfindən görülən tədbirlərin və verilən məlumatların yalnız daxili qanunlara və təcrübəyə uyğun olmasına əmin olaraq Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiyanın bağlanması istəyini nəzərə alaraq aşağıdakılar haqqında razılığa gəldilər.
Çanaxbulaq (Yardımlı)
Çanaqbulaq — Azərbaycan Respublikasıın Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
İki min yarda baxış
İki min yarda baxış və ya boşluğa baxış, uzaq baxış — döyüşdə psixiki travma alan əsgərlərdə tez -tez rast gəlinən fokuslanmamış baxışdır. Digər psixoloji travma hallarında da müşahidə edilə bilər. Posttravmatik stress pozğunluğunun əlamətidir. Boşluğa baxış travmatik vəziyyətdən uzaqlaşıldığını göstərir. Amerika Birləşmiş Ştatlarında, döyüş travması almış əsgərinin uzaq baxışı danışıq ifadəsində "iki min yarda baxış" (ing. two-thousand-yard stare) olaraq adlandırılır. İfadə Life jurnalında məşhur amerikan rəssamı, hərbi müxbir və tarixçi Tomas Linin " Dənizçilər bunu ikimin yarada baxış adlandırır" rəsm əsərinin nəşrindən sonra ortaya çıxmışdır, amma rəsm 1945-ci ildə jurnal məqaləsində bu adla qeyd olunmamışdı. 1944-cü ildə Peleliu döyüşündə adı açıqlanmayan bir dənizçinin portreti olan bu şəkil hazırda Fort Lesley J. McNair, Vaşinqton, Kolumbiya bölgəsindəki ABŞ Ordusu Hərbi Tarix Mərkəzində saxlanılır.
İlk tibbi yardım
'İlk tibbi yardım zamanı (ing. First aid)— hər hansı bir qəza və ya həyati təhlükə yaradan bir vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması və ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədi ilə hadisə yerində tibbi vəsaitsiz, mövcud vasitə və vəsaitlərlə edilən dərmansız müalicə. Hər hansı zədə (əzilmə, sınıq, yanıq və s.) almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti vardır. Hadisə yerində ( işdə, küçədə, evdə və s.) bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür. İlk tibbi yardım zədələnmə yerində təcili (15 dəq) göstərilməlidir. Həyati təhlükəni ortadan qaldırmaq. Həyati funksiyaların davam etdirilməsini təmin etmək. Xəstə və ya yaralının vəziyyətinin pisləşməsini önləmək. Yaxşılaşmanı asanlaşdırmaq. Yardım çantasında olmalıdır: üçkünc sarğı bezləri rulonlu sarğı bezləri steril qazlı bezlər pambıq yara bandları boyunluq turna jqutu antiseptik məhlullar ağrı kəsici preparat sancaq qayçı fənər.
İlk yardım çantası
İlk yardım çantası — İlk tibbi yardım verilməsi üçün istifadə edilən təchizat və avadanlıqların toplusu.

Значение слова в других словарях