YAXINLIQ

is.
1. Məsafə etibarilə çox uzaq olmama, yaxın olma. Qəsəbənin dəmir yoluna yaxınlığı. Bazarın evə yaxınlığı. Yolun yaxınlığı.
// Yaxın yer, ətraf.
Yaxınlıqda heç bir zihəyat görünməyir, quyulardan neft dartan dərin tulunbaların yeknəsəq səsləri eşidilirdi. S.Hüseyn.
Bu vaxt, birdən yaxınlıqda oxunan bir mahnı eşidildi. İ.Əfəndiyev.

2. Zaman etibarilə uzaq olmama, yaxın olma; yaxınlaşma. Qışın yaxınlığı. İmtahanların yaxınlığı.
3. Yaxın münasibət, yaxın əlaqə; yoldaşlıq, dostluq münasibəti. İnsanlar arasında yaxınlıq.
[Müəllim və Tellinin] arasında ruhi bir yaxınlıq vardı. S.Hüseyn.
Rübabə ilə Vahid arasında ünsiyyət doğduqca, yaxınlıq artdıqca Gəldiyevdə intiqam hissi alovlanırdı. Mir Cəlal.

□ Yaxınlıq etmək – dostluq etmək, bir-birinə yaxın olmaq, yaxın əlaqə saxlamaq. Eldar [Ceyran] barəsində çox maraqlanır.
Lakin yaxınlıq etməyə üzü gəlmir. S.Hüseyn.
Qurban Mərəndi ilə [Firidun] bir daha yaxınlıq etmədi. M.İbrahimov.

4. Uyğunluq, oxşarlıq, bənzərlik. Tərcümənin orijinala yaxınlığı.

Синонимы

  • YAXINLIQ yoldaşlıq — dostluq
  • YAXINLIQ uyğunluq — oxşarlıq — bənzərlik

Антонимы

  • YAXINLIQ YAXINLIQ – UZAQLIQ Sofi, yaxınlıq da, uzaqlıq da insanın öz içindədi (Elçin)
YAXINLATMAQ
YAXIŞMA
OBASTAN VİKİ
Yaxınlıq sensoru
Yaxınlıq sensoru (ing. Proximity sensor) obyektə toxunmadan onun yaxınlaşmağını, mövcudluğunu hiss edən həssas qurğudur. Bir çox istehsal proseslərində istifadə edilir. == Növləri == 3 tipi var: induktiv, maqnetik və tutum. İnduktiv yaxınlıq sensorları - ucunda dolaq yerləşdirilmiş sensolardır. Bu dolaq yüksək tezlikli maqnit sahəsi yaradır. Metal cisim bu maqnit sahəsinə yaxınlaşdıqda metalda induksiya olunan cərəyan sensorda rəqslərin dayanması və ya azalması ilə nəticələnir və termal itkiyə səbəb olur. Bu dəyişiklik həssas dövrə vasitəsilə müəyyən olunur, çıxış dövrəsini aktivləşdirir. Tutum yaxınlıq sensorları - cisim və sensor arasındakı elektrostatik tutumun dəyişməsini müəyyən edir. Sensorun hiss etmə sahəsinə cisim yaxınlaşdıqda dielektrik xassəsi göstərir və beləliklə, tutum dəyişir.
Emosional yaxınlıq
Emosional yaxınlıq — şəxsiyyətlərarası münasibətlərin bir aspekti. Başqa bir insana yaxın hiss etməyi, şəxsi hisslərini açıq şəkildə bölüşməyi və digər insanın bir şəxsiyyət kimi dəyərini dərk etməyi əhatə edir. Emosional yaxınlıq şifahi və şifahi olmayan ünsiyyətdə ifadə edilə bilər. Rahatlıq dərəcəsi, effektivlik və yaxınlığın qarşılıqlı təcrübəsi insanlar arasında emosional yaxınlığı göstərə bilər. İntim ünsiyyət həm ifadə edilə bilər (məsələn, söhbət), həm də nəzərdə tutulan ola bilər (məsələn, parkda skamyada bir-birinin yanında oturan dostlar). Emosional yaxınlıq ilk növbədə yaxınlığın dərəcəsindən, eləcə də münasibətlərin xarakterindən və onun müşahidə olunduğu mədəniyyətdən asılıdır. Emosional yaxınlıq seksual yaxınlıqdan onunla fərqlənir ki, seksual yaxınlıq emosional yaxınlıq ilə və ya emosional yaxınlıq olmadan baş verə bilər. Seksual yaxınlıq emosional yaxınlıqdan onunla fərqlənir ki, ikincisi çox vaxt heç bir seksual kontekst tələb etmir. Duygusal yaxınlıq, iki insan arasında güvən və ünsiyyət səviyyəsinin bir-birinin ən dərin mənliklərini qarşılıqlı şəkildə paylaşmasını təşviq edəcək səviyyədə olduğu zaman baş verən psixoloji hadisədir. İştirakçıların keçmişindən və konvensiyalarından asılı olaraq, emosional yaxınlıq anlaşmaya nail olmaq, qarşılıqlı dəstək təklif etmək və ya icma hissi yaratmaq üçün düşüncələrin, hisslərin və emosiyaların açıqlanmasını əhatə edə bilər.

Значение слова в других словарях