YAY

1) astronomik cəhətdən Şim.yarımkürəsində yay gündönümü (22.VI) ilə payız gecə-gündüz bərabərliyi (23.IX), Cən. Yarımkürəsində isə 22.XII ilə 21.III arasındakı fəsildir; 2) iqlimşünaslıqda orta temperaturu ən yüksək olan fəsildir. Y.-da mülayim qurşaqlarda taxıl bitkiləri yetişir və yığılır. Bir sıra atmosfer hadisələri dəyişilir. Azərbaycanda çox isti olur və çaylarda su azalır.
YAŞIL ZONA
YAY GÜNDÖNÜMÜ
OBASTAN VİKİ
Cüdo Yay Olimpiya Oyunlarında
Yay Olimpiya oyunlarında cüdo — Cüdo ilk dəfə 1964-cü ildə keçirilən Olimpiya oyunlarında oynandı. 1968-ci ildə Mexikoda keçirilən Olimpiadada isə oynanmadı. 1972-ci ildə Münihdə keçirilən Olimpiya oyunlarından etibarən Olimpiya oyunu kimi bütün olimpiadalarda oynanılır. Qadınlar da isə 1988-ci ildə nümayiş kimi oynansa da,1992-ci ildən medal oyunu kimi oynanılır.
Futbol yay Olimpiya oyunlarında
Milli futbol yığma komandalarının zəka oyunları qarşılaşdığı turnir. Antik dövrün tərəfdarları uzun müddət futbolu yaxına buraxmamış və onu olimpiada proqramına daxil etməmişlər. Guya qədim yunanlar komanda yarışlarına yox, şəxsi yarışlara üstünlük verirlərmiş. Lakin ictimaiyyətin təzyiqi nəticəsində 1900-cü il Parisdə II Olimpiya oyunlarına həm basketbol, həm reqbi, nəhayət futbol da daxil edilmişdi. Lakin 1908-ci ilədək Olimpiya futbolu turnir xarakteri daşımışdır. Bunun da əsas səbəbi olimpiadada iştirak edən komandaların sayının az olmasında idi. 1932-ci il Los-Anceles olimpiadasında futbol proqrama daxil edilməmişdir. Amerikalılar Avropa futbolunun ABŞ-də populyar olmadığını bəhanə gətirərək idmanın bu növündə turniri ləğv etmişdilər. zeka Rzayev fitbolda qalib gelmisdir.o da dedi ki yene basdasin.
Yay
Yay — ilin dörd fəslindən biri. Yay, ən isti mövsümdür. Şimal yarımkürəsinin ən uzun günləri yayda reallaşır. Dünya istiliyi anbar etdiyi üçün ən isti günlər ümumiyyətlə təxminən iki ay sonra ortaya çıxar. İsti günlər Şimali Yarım Kürənin 21 İyun ilə 22 Sentyabr arasında, Cənub Yarım Kürənin isə 22 Dekabr ilə 21 Mart arasındadır. Yay mövsümündə insanlar təbiətin gözəlliklərindən faydalanma imkanıları tapır. İnsan sağlamlığına böyük faydası olan və sümüklərin inkişafı üçün lazım olan D vitamini, günəş şüalarından alınır. Yazın insanlar dərisinə və bəzi xəstəliklərin yaxşı gələn dəniz suyu və dəniz qumundan faydalanılırlar. Günəş duşları romatizmalar üçün çox faydalıdır. Günəşin qüvvətli şüaları bir çox xəstəlikləri yox edir və yaxşılaşdırir.
Qadınaoxşar yay
Qadınaoxşar yay (həmçinin Marfino yayı, Şimali Amerikada Hindi yayı) — Avropa və Şimali Amerikada sentyabrın axırlarında və ya oktyabrın birinci yarısında isti və quru hava dövrü. Stabil antisiklon ilə əlaqələndirilir. Qadınaoxşar yay əhəmiyyətli dərəcədə soyuduqdan sonra baş tutur və adətən ildə bir dəfə çiçək açan bəzi bitkilərin ikincil çiçəklənməsi ilə müşayiət oluna bilər. Бабье лето // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Некрылова А. Ф. Круглый год. М.: Правда. 1991.
Say Yay!
Say Yay! (azərb. Ura de!‎) — İspaniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Barei "Say Yay!" mahnısı ilə İspaniyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda Ruben Viyanueva və Viktor Pua Vivo tərəfindən bəstələnmişdir.
Yay ağçiçəyi
Yay ağçiçəyi (lat. Leucojum aestivum) - ağçiçək cinsinə aid bitki növü.
Yay buğdası
Yumşaq buğda (lat. Triticum aestivum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin buğda cinsinə aid bitki növü. Triticum aestivum subsp. aestivum Triticum aestivum subsp. compactum (Host) H.Messik. Triticum aestivum subsp. macha (Dekapr. & Menabde) McKey Triticum aestivum subsp. spelta (L.) Thell. Triticum aestivum subsp.
Yay dombalanı
Yay dombalanı (Elmi adı - Tuber aestivum) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU A2c + 3cd. Nadir növdür. Meyvə cismi torpaq altında əmələ gələn, kök yumrusuna bənzər, ellipsoidal-dairəvi, 2,5-8 sm diametrindədir. Xarici səthi qara və ya qara-qəhvəyi rəngli, iri piramidavari ziyillidir. Göbələyin ləti zəif və şirin iyə malikdir. Yetişməmiş göbələk yarıya kəsilmiş halda ağımtıl, yetişdikdən sonra sarımtıl –qəhvəyi, ağımtıl-cizgili, mərmərə bənzər naxışlıdır. Heterotallik növdür, cinsi çoxalması üçün populyasiyada genetik cəhətdə fərqli fərdlərin olması tələb olunur. Simbiotrofdur, Fagus, Quercus, Carpinus və Corylus cinslərinin növləri ilə mikoriza əmələ gətirir. Enliyarpaqlı meşələrdə yaz və payız aylarında rast gəlinir. Müxtəlif mexaniki tərkibli torpaqlarda əmələ gəlir.
Yay fəsli
Yay — ilin dörd fəslindən biri. Yay, ən isti mövsümdür. Şimal yarımkürəsinin ən uzun günləri yayda reallaşır. Dünya istiliyi anbar etdiyi üçün ən isti günlər ümumiyyətlə təxminən iki ay sonra ortaya çıxar. İsti günlər Şimali Yarım Kürənin 21 İyun ilə 22 Sentyabr arasında, Cənub Yarım Kürənin isə 22 Dekabr ilə 21 Mart arasındadır. Yay mövsümündə insanlar təbiətin gözəlliklərindən faydalanma imkanıları tapır. İnsan sağlamlığına böyük faydası olan və sümüklərin inkişafı üçün lazım olan D vitamini, günəş şüalarından alınır. Yazın insanlar dərisinə və bəzi xəstəliklərin yaxşı gələn dəniz suyu və dəniz qumundan faydalanılırlar. Günəş duşları romatizmalar üçün çox faydalıdır. Günəşin qüvvətli şüaları bir çox xəstəlikləri yox edir və yaxşılaşdırir.
Yay palıdı
Yay palıdı (lat. Quercus robur) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Quercus longaeva Salisb. Quercus robur subsp. eurobur A.Camus Quercus robur subsp. longipeduncula Ehrh. Quercus robur var. typica Beck Quercus robur var. vulgaris A.DC. Quercus robur subsp. brutia (Ten.) O.Schwarz Quercus robur subsp.
Yay vaxtı
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Yay xoruzgülü
Yay xoruzgülü (lat. Adonis aestivalis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Qırmızı yay
"Qırmızı yay" (ing. Red Summer) — 1919-cu ilin yayında və payızın əvvəlində ABŞ-da baş vermiş talanlar. Amerikanın otuzdan çox şəhərində baş vermiş talanlarda əksər hallarda ağdərililər afroamerikalılara hücum etmişdir. Bəzi hallarda, qaradərililər özünümüdafiə və cavab xarakterli hücumlar həyata keçirmişdir. Xüsusən də Çikaqoda, Vaşinqtonda və Arkanzas ştatının Eleyn qəsəbəsində çoxlu ölüm halları qeydə alınmışdır. "Qırmızı yay" termini ilk dəfə fəal və yazıçı Ceyms Veldon Conson tərəfindən istifadə edilmişdir. O, 1916-cı ildən Rəngli İnsanların İnkişafı üzrə Milli Assosiasiyanın katibi vəzifəsində çalışmış və birliyin bir çox yerli bölmələrinin təşkilində iştirak etmişdir. 1919-cu ilin yayında irqi zorakılığa qarşı dinc etiraz aksiyaları təşkil etmişdir.
Yay yoldaşları
Yay yoldaşları – 1992-ci ildə çəkilən ABŞ filmidir. Filmin rejissoru Tommi Li Uollesdir. Beysbol üzrə məşqçi bu idman növünü bilməyən Rusiya idmançılarına öyrətmək üçün bura gəlir. Rusiyanın necə ölkə olduğunu başa salmaq üçün Tanya adında xanım məşqçiyə kömək edir... Yay yoldaşları — Internet Movie Database saytında.
1993 Yay əməliyyatları
1993 Yay əməliyyatları və ya 1993-cü ilin Yay hücumları — Birinci Qarabağ müharibəsi gedişində 1993-cü ilin iyun ayından oktyabr ayına qədər baş vermiş olan bir sıra döyüşlərdən sonra Azərbaycanın bir neçə rayonunun erməni hərbi birləşmələri tərəfindən ələ keçirilməsi hadisəsidir. 1993-cü ilin yayında Ağdam rayonu hər iki tərəfdən artilleriya mübadiləsi səhnəsinə çevrilmişdir. İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam şəhərinin artilleriyadan bombardmanına başlanılmışdır. Mülki əhali şəhəri boşaltmağa başladıqdan sonra, əsgərlər də şəhəri tərk etməyə başlamışdırlar. Rayon uğrunda küçə-küçə, ev-ev döyüşlərin getdiyi ərəfədə azərbaycanlıların sürətlə şəhəri tərk etməsi, onun müdafiəsi işində ciddi problemlərin meydana gəlməsinə səbəb olmuşdur. İyul ayının sonunda erməni qüvvələri Ağdamı ələ keçirdi və təxminən 120.000 mülki azərbaycanlı regionu tərk etmək məcburiyyətində qaldılar. İyulun 29-da BMT Təhlükəsizlik Şurasının 853 nömrəli ikinci qətnaməsi qəbul edildi və bu qətnamədə də əvvəlki qətnamədə olduğu kimi hücum pislənilmiş və əvvəlki qətnamədə mövcud olan məqamlar bir daha təsdiqlənmişdir. Ermənistan Silahlı Qüvvələrinin və Qarabağ ermənilərinin irəliləyişlərini dayandırmaq çağırışlarına baxmayaraq, Ermənistan hökuməti hücumu dayandırmaq üçün anklavın hərbi rəhbərləri üzərində heç bir nəzarətlərinin olmadığını bildirmişdir. Hərbi çöküşlə üzləşən Əliyev faktiki Dağlıq Qarabağ hökuməti və Minsk Qrupunun rəsmiləri ilə vasitəçilik etməyə cəhdlər etmişdir. İyulun 26-dan başlayaraq hər iki hökumət tərəfindən üç günlük atəşkəs elan edilmişdir.
NBA Yay Liqası
NBA Yay Liqası həmçinin "Las-Veqas Yay Liqası" kimi tanınan bu liqa Milli Basketboll Assosasiyası komandaları tərəfindən mütəmadi olaraq yayda keçilir. 2002-ci ildən 2017-ci ilədək fəaliyyət göstərən Orlando Jazz Yay Liqası NBA komandaları da Utah Jazz Yay Liqasıda mövcuddur. Bu liqalar bəzən NBA Yay Liqası ev sahibi yerlə də danışdı. Yay liqaları onilliklər ərzində mövcuddur. Uzun tarixi dövr ərzində belə bir təşkilat və ya quruluş yox idi, liqalar bəzən üst-üstə düşür və rəsmi olaraq əlaqələndirilmirdi. 2004-cü ildə Las Vegas Yay Liqasında ilk dəfə liqa keçirilir. 2017-ci ildən etibarən bu liqa 24 komanda içində keçirilən ən böyük liqadır. Orlando Pro Yay Liqası 2001-ci ildən bu yana keçirilir. Utah Jazz yay Liqasını 2015-ci ildə Rocky Mountain Revue əvəz etdi. 1984–2008-ci illərdə tamaşaçılarının sayının azalması bu liqaların həyata keçirilməsi ilə yenidən artdı.
Qundaqlı yay-ox
Qundaqlı yay-ox (köhnə azərbaycanca tarixi adları: Çarx چارخ Zənbərək زنبرک Zənburək زنبورک) — mexaniki yay-ox Azərbaycan Respublikası qanunvericiliyinə əsasən soyuq atıcı silah növüdür. Arbalet adi yay və oxdan dəqiq atış və dağıdıcı gücü ilə fərqlənir, lakin ox və yay arbaletdən daha sürətlidir. Arbaletdən atış üçün bolt, ox və ya güllədən istifadə edilir. Döyüş zamanı həm mexaniki (əl ilə istifadə edilən), həm də xüsusi avadanlığın üzərinə quraşdırılmış iri həcmli arbaletlərdən də istifadə edilirdi. Belə arbaletlərə arkbalist deyilir. Arbaletin əsas hissəsi qundaqdır və qundağın iç hissəsinə tətik quraşdırılır. Qundağın üzərində istiqamətləndirici (oxları) oyuq olur. Qundağın sonuna isə çiyinlər bərkidilir və həmin çiyinlərə ayağ üçün halqa quraşdırılır. Həmin halqaya arbaleti doldurma zamanı ayaq keçirilir. Çiyinlər elastikliyə malik polad, ağac və ya buynuzdan hazırlanır.
Qundağlı ox-yay

Raça-Yay adası
Raça-Yay (tay เกาะราชาใหญ่) — Tailand krallığının cənubunda, Andaman dənizi akvatoriyasında yerləşən ada. Elə də böyük olmayan 32-х adalar qrupununa daxildir. Ada həmçinin "Cənnət adası" olaraq da tanınır. Turistik zona kimi ranınır. "Raça" sözü qədim pali dilindən tərcümədə "kral" mənasını verir. Bəzən adanı Raya olaraq adlandırırlar Raça-yay adası ona yaxın olan pxuket adaları qrupuna daxil edilir. Pxuket adası ilə arasında məsafə 23 km-dir. Bəzən isə müstəqil Raça adalrı qrupuna daxil edilir. Bu qrupa isə iki ada daxildir:Raça-Yay və Raça-Noy . Bu iki ada arasında məsafə 8 km təşkil edir.
Yay Olimpiya Oyunları
Yay Olimpiya Oyunları — hər dörd ildən bir yay fəslində keçirilən bütün dünyanı əhatə edən çox növlü idman yarışı. Qədim Yunanıstanda yaranmışdır. Müasir Olimpiya Oyunları ilk dəfə 1896-cı ildə Afinada keçirilmişdir. Qədim Yunanıstanda hələ 28 əsr bundan əvvəl kimin daha güclü, çevik və cəld olduğunu aşkara çıxarmaq üçün atletlərin yarışı keçirilərmiş. Ən böyük və məşhur idman yarışları Olimpiya şəhərində keçirildiyi üçün bu oyunlar Olimpiya Oyunları adlanırdı.Olimpiya Oyunları Yunanıstanda böyük bir bayram sayılırdı və 1417 gündən bir, yəni hər dörd ildən bir keçirilirmiş. Əvvəllər olimpiyaçılar yalnız qaçışın sürətinə görə yarışırmışlar. Lakin illər keçdikcə Olimpiya Oyunları yarışlarının proqramına həmçinin pentatlon (beşnövçülük: qaçmaq, nizə və disk tullamaq, uzununa tullanmaq, güləşmə), yumruq döyüşü, ikitəkərli arabalarda yürüş də daxil edilir. Olimpiya bayramlarında incəsənət müsabiqələri də keçirilərmiş, məsələn, şairlər Olimpiya Oyunlarının şərəfinə qoşduqları şeirləri və himnləri oxuyar, natiqlər qalibləri tərifləyərmişlər. Müasir Olimpiya Oyunlarının tarixi XIX əsrin axırlarında başlanır. 1896-cı ildə Afina şəhərində antik Olimpiadaların nümunəsi əsasında çox böyük beynəlxalq idman yarışları keçirildi.
Yay Paralimpiya Oyunları
Yay Paralimpiya Oyunları — fiziki maneəli idmançıların rəqabət apardığı beynəlxalq idman hadisəsi.
Yay vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Yay əməliyyatları (1993)
1993 Yay əməliyyatları və ya 1993-cü ilin Yay hücumları — Birinci Qarabağ müharibəsi gedişində 1993-cü ilin iyun ayından oktyabr ayına qədər baş vermiş olan bir sıra döyüşlərdən sonra Azərbaycanın bir neçə rayonunun erməni hərbi birləşmələri tərəfindən ələ keçirilməsi hadisəsidir. 1993-cü ilin yayında Ağdam rayonu hər iki tərəfdən artilleriya mübadiləsi səhnəsinə çevrilmişdir. İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam şəhərinin artilleriyadan bombardmanına başlanılmışdır. Mülki əhali şəhəri boşaltmağa başladıqdan sonra, əsgərlər də şəhəri tərk etməyə başlamışdırlar. Rayon uğrunda küçə-küçə, ev-ev döyüşlərin getdiyi ərəfədə azərbaycanlıların sürətlə şəhəri tərk etməsi, onun müdafiəsi işində ciddi problemlərin meydana gəlməsinə səbəb olmuşdur. İyul ayının sonunda erməni qüvvələri Ağdamı ələ keçirdi və təxminən 120.000 mülki azərbaycanlı regionu tərk etmək məcburiyyətində qaldılar. İyulun 29-da BMT Təhlükəsizlik Şurasının 853 nömrəli ikinci qətnaməsi qəbul edildi və bu qətnamədə də əvvəlki qətnamədə olduğu kimi hücum pislənilmiş və əvvəlki qətnamədə mövcud olan məqamlar bir daha təsdiqlənmişdir. Ermənistan Silahlı Qüvvələrinin və Qarabağ ermənilərinin irəliləyişlərini dayandırmaq çağırışlarına baxmayaraq, Ermənistan hökuməti hücumu dayandırmaq üçün anklavın hərbi rəhbərləri üzərində heç bir nəzarətlərinin olmadığını bildirmişdir. Hərbi çöküşlə üzləşən Əliyev faktiki Dağlıq Qarabağ hökuməti və Minsk Qrupunun rəsmiləri ilə vasitəçilik etməyə cəhdlər etmişdir. İyulun 26-dan başlayaraq hər iki hökumət tərəfindən üç günlük atəşkəs elan edilmişdir.
İxeyuan yay sarayı
İxeyuan yay sarayı—Çinin dünya əhəmiyyətli abidələrindən biri. İxeyuan yay imperator sarayı Çində ən iri yaxşı saxlanılmış imperator bağıdır. O, Pekinin şimal-qərb şəhərətrafı rayonunda yerləşir. Ümumi sahəsi 290 ha-dır. İxeyuan üç hissədən ibarətdir: kompleks, Vanşouşan təpəsi (Uzunömürlük dağı) və Kunminxu gölü. Şərq qapılarından girdikdə saray kompleksinin mərkəzi olan Jenşoudyan pavilyonunu görürsən. Jenşoudyanın əvvəlki adı Tsinçjindyandır, burada imperatorlar dövlət işlərini idarə edirdilər. Hər iki tərəfdən qarovulu simvolizə edən iki qara daş qoyulmuşdur. Pavilyonun içərisində yüksəkdə taxt qurulmuşdur, o, pərdə ilə, uzun yelpiklərlə çərçivəyə alınmışdır, yaxında üçayaq və durna formasında fənərlər vardır. Pərdələrin üzərində 9 əjdaha çəkilmiş və bir-birindən fərqli 226 "uzunömürlük" heroqlifi yazılmışdır.
Şirvanşahların yay iqamətgahı
Şirvanşahların yay iqamətgahı — Şirvanşahların yay sarayı. Dəniz sahilindən 2 km. məsafədə, Nardaran kəndinin şimali-şərq kənarında, yüksək qumsallıqda mövqe tutmuş yay tikilisi həcm-məkan tutumu ilə ətraf tikililər içərisində hakim mövqeyə malikdir. Nardaranın dənizsahili əlverişli iqlimi, strateji əhəmiyyətli coğrafi məkan, XIII–XIV əsrə aid müdafiə qalasının yaxınlığı, Şirvan şahlarının məhz bu ərazini istirahət zonası üçün yararlı hesab etmişlər. Xalq arasında "Xan bağı" adı ilə tanınmış bu tikiliyə "Şah bağı" demək daha düzgün olardı. Şirvan-Abşeron memarlıq məktəbi üslubunda tikilmiş yay yerləşkəsinin üzərində epiqrafik yazıların aşkarlanmaması, memarlıq-plan həllinə, tikinti texnikası və arxitektonikasına görə Şirvan şahlarının Bakının "İçəri şəhər"indəki saray kompleksinə yaxınlığı, bu tikilinin XIII–XIV əsrlərə aid etməyə imkan verir. Nəzərə alsaq ki, Şimali Azərbaycan ərazisində xanlıqların yaranması XVII–XVIII əsrlərə təsadüf edir, onda bu bağın "Şah bağı" olduğu inkaredilməzdir. Yazılı mənbələrdə "Şah bağının" komleks tikililər; onu əhatə edən üzümlüklər içərisində bir neçə kiçik köməkçi xidmət otaqlarının, hovuz və iki su quyusunun olduğundan xəbər verilir. Yəqin ki, bağın ərazisi nə vaxtsa baş tağlı girişə malik olmaqla hasarla əhatələnmişdir. Fasadın dənizə istiqamətlənmiş girişi dərin taxçalı oxvari baş tağla başlanır.
Darfur (yaylaq)
Darfur düzənliyi Afrikada Nilin qolu(Ağ Nil) ilə Çad gölü arasında yerləşir. Həmçinin bir çox xəritələrdə "Marra Platosu" kimi qeyd edilir.Onun cənubunda Himbala dağı(3088m), Şimalında Tibesti yaylası, Qərbində Çad gölü,Şərqində isə Ağ Nil yerləşir.
Dekan yaylası
Dekan yaylası (ing. Deccan Plateau, sanskr. दक्षिण dakşina — «cənub») – Hindistan yarımadasının daxili hissəsində, Narmada (şm.da) və Kaveri (c.da) çayları arasında yayla. Qərbi və Şərqi Qat dağları ilə sərhədlənir. Sahəsi 1 mln. km2 . Platovarı relyefi var; Mezozoy və Paleogen, Neogen yaşlı düzəlmə səthləri (1000–1500 m, 600–900 m və 300–500 m yüksəkliklərdə) yayılmışdır. Qalınlığı 100 metrə çatan laterit aşınma qabığı xarakterikdir. Şimal-qərbdə enlik istiqamətində hündürlüyü 1000–1500 m olan strukturdenudasion masa dağları (Satpura, Mahadeo, Acanta, Balaqhat və s.) və günbəzvarı qalıq dağlar uzanır. Dəkkən yaylası tektonik cəhətdən Arxey yaşlı kristallik bünövrəyə malik qədim Hindistan platformasının bir hissəsidir; çökəkliklər Rifey, Fanerozoy çöküntüləri ilə örtülmüşdür.
Doha 2020 Yay Olimpiya Oyunları iddiaçısı
Doha 2020 Yay Olimpiya Oyunları iddiaçısı — Qətərin Doha şəhərinin 2020 Yay Olimpiya Oyunlarına iddiaçı şəhər olduğu mərhələ
Dominika 2016 Yay Olimpiya Oyunlarında
Dominika, 2016-cı ildə Braziliyanın böyük şəhəri olan Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında 2 idmançı ilə 1 idman növündə təmsil olunub. Bu olimpiada Dominikanın müstəqil ölkə kimi yarışlara qatıldığı sayca altıncı olimpiada olub. Dominika yığması Oyunlarda yalnız iki yüngül atlet ilə təmsil olunmuşdur: Üçtəkanla tullanma yarışlarında Tea LaFond və açılış mərasimində bayraqdar kimi iştirak edən, əslən Kubalı olan Yordanis Duranona iştirak etmişdir. Lakin Dominika bu oyunlarda da ilk Olimpiya medalını qazana bilmədi.
Dəkkən yaylası
Dekan yaylası (ing. Deccan Plateau, sanskr. दक्षिण dakşina — «cənub») – Hindistan yarımadasının daxili hissəsində, Narmada (şm.da) və Kaveri (c.da) çayları arasında yayla. Qərbi və Şərqi Qat dağları ilə sərhədlənir. Sahəsi 1 mln. km2 . Platovarı relyefi var; Mezozoy və Paleogen, Neogen yaşlı düzəlmə səthləri (1000–1500 m, 600–900 m və 300–500 m yüksəkliklərdə) yayılmışdır. Qalınlığı 100 metrə çatan laterit aşınma qabığı xarakterikdir. Şimal-qərbdə enlik istiqamətində hündürlüyü 1000–1500 m olan strukturdenudasion masa dağları (Satpura, Mahadeo, Acanta, Balaqhat və s.) və günbəzvarı qalıq dağlar uzanır. Dəkkən yaylası tektonik cəhətdən Arxey yaşlı kristallik bünövrəyə malik qədim Hindistan platformasının bir hissəsidir; çökəkliklər Rifey, Fanerozoy çöküntüləri ilə örtülmüşdür.
Ebola virusunun yayılması (2014)
Ebola virusunun yayılması — 2014-cü ilin fevral ayından etibarən Qərbi Afrika ərazilərində sürətlə yayılmağa başlamışdır. Ebola xəstəliyinə səbəb olan virus ilk dəfə Qvineya ərazisində müəyyən edilmiş və sürətlə digər Afrika ölkələrinə keçmişdir. Xəstəlik nəticəsində ən azı 12,222 nəfər dünyasını dəyişib. 2014-cü ilin 20 avqust tarixinə olan hesabata görə virus nəticəsində Qvineyada 406, Liberiyada 624, Nigeriyada 5 və Syerra Leoneda isı 392 nəfər dünyasını dəyişmişdir.
Efiopiya 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında
Efiopiya - 14-26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən 1-ci 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında.
Erməni yaylası
Ermənistan yaylası — Ön Asiyanın şimalında yerləşən yayla. Ön Asiya yaylasına daxil olan üç yayladan: Kiçik Asiya yaylası, Ermənistan yaylası və İran yaylası-dan biridir. "Ermənistan dağları" haqqında ilk məlumat qədim yunan müəllifi Ksenofontun b.e.ə V əsrə aid "Anabasis" kitabında verilir. Ermənistan yaylası üç göl arasında yerləşən ərazini əhadə edir: Sevan, Van və Urmiya. Yaylanın inzibati cəhətdən ərazisinin böyük qismi Türkiyə və Ermənistanın payına düşür. Üstəlik İranın şimal-qərbində müəyyən ərazini, Gürcüstanın cənubu və Azərbaycanın qərbini əhatə edir. Yaylaya Kiçik Qafqaz, Şərqi Tavr və Kürdüstan silsiləsi daxildir. Yaylanın ümumi sahəsi 400,000 km² təşkil edir. Alp-Himalay qırışıqlığı zonasına daxildir. Dördüncü dövr vulkanik suxurları ilə örtülmüşdür.
Ermənistan 2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında
Ermənistan — 14–26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən 1-ci 2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında.
Ermənistan 2012 Yay Olimpiya Oyunlarında
Ermənistan — 27 iyul-12 avqust tarixləri arasında Böyük Britaniyanın London şəhərində keçirilən 2012 Yay Olimpiya Oyunlarındaki iştirakı.
Ermənistan yaylası
Ermənistan yaylası — Ön Asiyanın şimalında yerləşən yayla. Ön Asiya yaylasına daxil olan üç yayladan: Kiçik Asiya yaylası, Ermənistan yaylası və İran yaylası-dan biridir. "Ermənistan dağları" haqqında ilk məlumat qədim yunan müəllifi Ksenofontun b.e.ə V əsrə aid "Anabasis" kitabında verilir. Ermənistan yaylası üç göl arasında yerləşən ərazini əhadə edir: Sevan, Van və Urmiya. Yaylanın inzibati cəhətdən ərazisinin böyük qismi Türkiyə və Ermənistanın payına düşür. Üstəlik İranın şimal-qərbində müəyyən ərazini, Gürcüstanın cənubu və Azərbaycanın qərbini əhatə edir. Yaylaya Kiçik Qafqaz, Şərqi Tavr və Kürdüstan silsiləsi daxildir. Yaylanın ümumi sahəsi 400,000 km² təşkil edir. Alp-Himalay qırışıqlığı zonasına daxildir. Dördüncü dövr vulkanik suxurları ilə örtülmüşdür.
Ermənistanda yayılmış sürünənlərin siyahısı
Ermənistanda yayılmış sürünənlərin siyahısı Ermənistanda (Əski Azərbaycan torpaqlarında) ərazisində 3 növ Tısbağa, 26 növdən az olmayan Kərtənkələ, 22 növdən az olmayaraq İlan vardır, Timsahların və Dimdikbaşlar nümayəndələrinə rast gəlinmir.
Esvatini 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında
Esvatini - 14-26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən 1-ci 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında.
Exxen tərəfindən yayımlanan proqramların siyahısı
Bu siyahıya Exxen adlı rəqəmsal platformada yayımlanan seriallar, filmlər, proqramlar və müsabiqələr daxildir. 2021-: Leyla ilə Məcnun (Tezliklə) 2021-: Sehrli anam 2021-: Şərəf bəy 2021-: Adi şübhəlilər 2021-: Hökmsüz 2021-: Oxşar 2021-: Şagird evi 2021-: Tələs Zeynəb 2021-: Vəhşi şeylər 2021-: Bu mənim nağılımdır 2021-: Bəzi qəribə hadisələr 2021-: Yavuz 2021-: Ölüm vaxtı (tezliklə) 2021-: Bir yeraltı sitkomu 2021-: @Enis Arıkan (Enis Arıkan) 2021-: Çirkli paltarlar (Orkun İşıtmak) 2021-: Zeynəb Bastıq və qonaqları (Zeynəb Bastıq) 2021-: Katarsis (Gökhan Çinar) 2021-: Qaraj (Doğan Kabak və Fərhad Albayraq) 2021-: Zehin oyunları (Qıvanç və Burak) 2021-: Sürprizlərimiz var (Acun Ilıcalı, Alp Kırşan və Esra Eron) 2021-: Mən necə zəifləyərəm? (Çağan Atakan Arslan və Türev Uludağ) 2021-: Astroloji kodlar (Hande Kazanova və Dinçer Güner) 2021-: Şanslı və ya şansız? (Orkun İşığı) 2021-: Biz bu sahələrin xariciyik 2021-: Baytar Tuqay İnanoğlu və dostları (Tuqay İnanoğlu) 2021-: Sınır yoxdur 2021-: Layihə evləri (Ömər Şanlı) 2021-: Stalk Show (Selinay Yalçın və Zeynəb Sürməli) 2021-: Grj dance 2021-: Sağlam qaçış (Batuhan Bayır və Buğçə Qondaqçı) 2021-: Mənim üçün et (Bərkan Qarabulud və Lalə Onuk) 2021-: Böyük dəyişiklik (Kemal Doğulu) 2021-: MasterChef Junior (Mehmet Yalçınqaya, Danilo Zanna və Somer Sivrioğlu) 2021-: Next top model (Burcu Esmersoy) 2021-: Fight club (Bilgəhan Dəmir) 2021-: O adam oldun?
FX kanalında yayımlanan proqramların siyahısı
FX kanalında yayımlanan proqramların siyahısı :
Güllə atıcılığı yay Olimpiya oyunlarında
Güllə atıcılığı idmanı Olimpiya oyunlarında-Atıcılıq ilk dəfə Olimpiya Oyunları proqramına 1896-cı ildə daxil edilib. 1904-cü ildə Sent-Luisdə və 1928-ci ildə Amsterdamda keçirilmiş oyunlar istisna olmaqla atıcılığa bütün Olimpiya Oyunlarında yer verilib. Elektron hədəflər 1992-ci ildə Barselonada keçirilmiş oyunlarda sərrastlığın təkmilləşdirilməsi məqsədi ilə təqdim olunub. ==Faktlar və rəqəmlər== Kişilər arasında atıcılıq ilk dəfə 1896-cı ildə Afinada keçirilən müasir Olimpiya Oyunlarına daxil edildiyi təqdirdə, qadınlar arasında atıcılıq yarışının oyunlar sırasına daxil edilməsi 1984-cü il Los Anceles Olimpiya Oyunlarına kimi uzadıldı.
Güləş 1948 Yay Olimpiya Oyunlarında
1948 Yay Olimpiya Oyunlarında həm sərbəst, həm də Yunan-Roma növündə güləş üzrə yarışlar keçirilirdi. Yarışlar yalnız kişilər arasında keçirilirdi, növlərin hər birində iştirakçılar 8 çəki kateqoriyasına bölünmüşdülər. Sərbəst güləş iyul ayının 29-undan 31-nə kimi, Yunan-Roma güləşi isə avqust ayının 3-ündən 6-na kimi keçirilmişdir. London Oyunlarında ümumlikdə 29 ölkədən 219 güləşçi iştirak etmişdir.Əlavə oxu - Pakistan dörd güləşçi yollamışdı, lakin onlar sərbəst güləş yerinə səhvən Yunan-Roma növünə daxil olduğlarından, yarışda iştirak edə bilmədilər. "Olympic Medal Winners". International Olympic Committee. İstifadə tarixi: 2006-12-05.
Güləş yay Olimpiya oyunlarında
Güləş Olimpiya oyunlarında-Güləşin Olimpiya proqramına daxil edilmiş üç növü var: Yunan-Roma güləşi, kişilər arasında sərbəst güləş və qadın güləşi (yəni, qadınlar arasında sərbəst güləş). Baron Pyer de Koubertin qədim ənənələrini nəzərə alaraq güləşi 1896-cı ildə keçirilmiş müasir Olimpiya Oyunlarının səkkiz əsas idman növündən biri adlandırmışdı. Azərbaycan 1996-cı ildən indiyə kimi keçirilmiş bütün Olimpiya Oyunlarında güləş üzrə 4-ü qızıl olmaqla ümumilikdə 14 medal qazanıb.
Gürcüstanda yayılmış sürünənlərin siyahısı
Gürcüstanda yayılmış sürünənlərin siyahısı Gürcüstan ərazisində 3 növ Tısbağa, 29 növdən az olmayan Kərtənkələ, 24 növdən az olmayaraq İlan vardır, Timsahların və Dimdikbaşlar nümayəndələrinə rast gəlinmir.
Hababam Sinifi Yay Oyunları (film, 2020)
Hababam sinfi yay oyunları — 2020 Türk istehsalı güldürü filmidir. Hababam sinfinin ən son filmidir. Çəkimləri Şimali Kipr Türk Respublikasında tamamlanan və yeni tip COVID-19 xəstəliyinə görə təxirə salınan film 20 noyabr 2020-ci ildə vizyona girmişdir. Rejissorluğunu Doğa Can Anafartanın götürdüyü filmin baş rolları Altan Ərkəkli, Toyqan Avanoğlu və Yusuf Çim olub.
Harami yaylaqları
Harami yaylaqları — Ermənistan Respublikasının cənubunda, keçmiş Qafan rayonunda, Gığı dərəsi ərazisində yerləşən yaylaq. Yaylaqdan qədim zamanlardan Sovet dövrünə kimi Cəbrayıl, Füzuli elləri mal-qara otarılması üçün istifadə edib. Gığı dərəsində Acıbac kəndindən yuxarıda Sarıdərə çayının başında yerləşən Harami yaylaqları qədim yaylaq yerlərindən biridir. Yaylaq ərazisində eyniadlı ərazicə iri Harami qəbiristanlığı da yerləşib ki, burada yaylaq vaxtı dünyadan köçənlər dəfn ediliblər. Erməni qadağalarına baxmayaraq Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyasına kimi Cəbrayıl rayonunun Hovuslu, Horovlu (Horavlı), Şahvəlli (Şahvəlili), Qovşudlu (Qovşud), Mahmudlu, Çərəkən fermaları Harami yaylaqlarına gəliblər. Yaylaq yaxınlığındakı azərbaycanlı kəndləri ilə Cəbrayıl rayonunda yerləşən kəndlər arasında qohumluq münasibətləri bugünə kimi qalır.
Hydrangea yayeyamensis
Hydrangea chinensis (lat. Hydrangea chinensis) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
I Pyotrun Yay sarayı
I Pyotrun Yay sarayı (rus. Летний дворец Петра I) — Peterburqun mərkəzində yerləşən Yay bağındakı günümüzə kimi qorunub saxlanılan I Pyotrun yay iqamətgahı. Bina Dövlət Rus Muzeyinin filialı kimi istifadə olunur. Hazırda saray restavrasiya işləri ilə əlaqədar bağlanılıb və turistlərin ziyarət etməsi mümkün deyil. Barokko üslubunda Yay sarayı memar Domeniko Trezininin layihəsi əsasında 1710—1714-cü illərdə inşa olunmuşdu. Bu şəhərdə ən qədim tikililərdən biridir. İkimərtəbəli saray kifayət qədər sadədir və yalnız on dörd otaqdan və iki mətbəxdən ibarətdir. İqamətgah yalnız isti mövsümdə - may ayından oktyabr ayına kimi istifadə üçün nəzərdə tutulmuşdur və məhz buna görə də evin divarları nazik, pəncərələri isə bir çərçivəli idi. Daxili bəzək işləri rəssamlar A.Zaxarov, İ.Zavarzin və F.Matveyev tərəfindən yaradılmışdır. Sarayın fasadı alleqorik tərzdə Şimal müharibəsi hadisələrini 29 barelyef ilə təsvir olunmuşdu.

Значение слова в других словарях