YEŞİL

Yaşıl. (“Kitabi-Dədə Qorqud” leksikası)

YESİR
YETDÜGİNDƏ
OBASTAN VİKİ
Sermet Yeşil
Sərmət Yaşıl (türk. Sermet Yeşil; 25 may 1977, Əskişəhər) — teatr, film və seriallara çəkilən türk aktyoru.
Bursa Yeşil Cami
Bursa Yeşil Cami, Bursa yaşıl məscid — İlk Osmanlı dövrünə aid Bursada tikilən məscid. == Tarixi == Osmanlı dövləti gücləndikcə tikinti-inşaatçılıqda da yeni-yeni təzahürlərlə səciyyələndirməyə başlayırdı. Memarlar artıq köhnə norma və qaydalardan yan keçərək daha müstəqil və yaradıcı meyllərə üz tutmağa başlayırdılar. Bunun ən bariz nümunəsini Bursadakı məşhur Yeşil Cami (1415-1424) hesab etmək olar. Əvvəlki kvadrat forması əvəzinə memar düzbucaqlı formaya üstünlük vermiş və bundan başqa bir mərkəzi zal əvəzinə, o, bir gümbəzlə əhatələnmiş iki zalı layihələndirmişdi. Ayrı-ayrı tikili hissələrinin ölçülərindəki dəyişiklik də hissediləcək səviyyədə idi. Yığcam həcmlik tikiliyə zəriflik bəxş edirdi. Caminin tənə üzərində tikilməsi onun monumentallığını və bütövlüyünü daha da nəzərə çarpdırır. Yeşil Caminin interyerində də dəyişiklik həmin dövr üçün yeni idi. Enli və alçaq gümbəzlərdəki deşiklər və kiçicik pəncərələr həyətin mərkəzindəki hovuz və fəvvarələrin görüntüsünə əlverişli şərait yaradır.
Okan Yeşilot
Okan Yeşilot (1971, Giresun) — Tarixçidir. 1971, 9 iyulda anadan olan Okan Yeşilot, İbtidai məktəbi Gökcəalıda, orta məktəbi Samsun Ladıq Akpınar Müəllim Liseyində almışdır. Sonradan Mərmərə Universitetinə daxil olmuşdur. Hal-hazırda Mərmərə Universiteti, Tarix fakültəsində çalışır. Mərmərə Universiteti Atatürk Təhsil Fakültəsi Tarix müəllimliyi ixtisasından 1992-ci ildə məzun olmuşdur. 1999-cu ildə magistr təhsilini Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnistitutunda "Hacı Zeynalabidin Tağıyevin həyatı və fəaliyyətləri" adlı tezis yazaraq bitirmişdir. Doktarantura pilləsini, İstanbul Universiteti Sosial Elmlər İnistitutu Ümumi Türk Tarixi bölümündə, "Həsən Məlik Zərdabinin həyatı və fəaliyyətləri" mövzusunda müdafiə etmişdir. 1997-1998-ci illərdə Beynəlxalq Türk-Kazak Əhmət Yasəvi Universitetinin Çimkənd bölümündə təhsil sahəsində çalışdı. Bundan əvvəl isə 1995-1996-cı illər müddətində Bakı Dövlət Universitetində tədqiqatçı kimi çalışmışdır. Xüsusən çarlıq dövrü Azərbaycan tarixi ilə məşğul olan Okan Yeşilot, həmçinin 1991-cii il və ondan sonrakı dövr Azərbaycan tarixi ilə də məşğul olmuşdur.
Yeşilyayla soyqırımı
Yeşilçam
Türkiyə kinosu və ya Yeşilçam Türkiyə filmləri incəsənəti və sənayesinə aiddir. Bu, Türkiyə mədəniyyətinin mühüm tərkib hissəsidir və son illər ərzində çiçəklənmişdir. Son vaxtlar Ərəb dünyasında və nadir hallarda, Birləşmiş Ştatlarda maraqla qarşılanır. Osmanlı imperiyasında nümayiş etdirilən ilk film Lümyer qardaşlarının çəkdiyi La-Sota vağzalına qatarın gəlməsi filmi idi. Türkiyə istehsalı olan ilk film rejissoru Fuat Uzkınay olan və çəkilişi 1914-cü ildə tamamlanmış Ayastefanosdakı rus abidəsinin yıxılması adlı sənədli filmdir. Türkiyədə ilk səsli film 1931-ci ildə nümayiş etdirilmişdir. Osmanlının kinoteatrla tanışlığı ilk dəfə 1895-ci ildə baş vermişdir. Lümyer qardaşların çəkdiyi La-Sota vağzalına qatarın gəlməsi filminin, 29 dekabr 1895-ci ildə, Parisdəki ilk nümayişindən təxminən bir il sonra, bir alman yəhudisi olan Ziqmund Uenberq tərəfindən, İstanbulda Qalatasarayda bir barda göstərilməsi ilə Türk cəmiyyəti kinoteatrla tanış olmuşdur. Türkiyədə xalqa açıq ilk kinoteatr 19 mart 1910-cu ildə, İstanbulda Şahzadəbaşında "Milli Kino" adı altında fəaliyyətə başlamışdır. O zaman İstanbul liseyində film nümayişləri keçirən komanda maddi imkan taparaq ikinci Türk kinoteatrını Əli Əfəndi Filmlərini açmışdır.
Nurgül Yeşilçay
Nurgül Yeşilçay (26 mart 1976, Afyonkarahisar) — Türk aktrisası. Sənətçi xüsusilə 2000-ci illərdə oynadığı rollarla tanınır. Nurgül Yeşilçay 26 mart 1976-cı ildə Afyonkarahisarda anadan olub. Orta təhsilini İzmirdə bitirib. 2001-ci ildə Eskişehir Anadolu Universitetində Teatr Fakültəsini bitirib. O, universitetdə oxuduğu müddətdə rol aldığı "İkinci bahar" serialındakı "Gülsüm" obrazı ilə tanınıb. 2002-ci ildə rejissor Çağan Irmakın çəkdiyi Asmalı Konak serialında "Bahar Karadağ" obrazı ilə daha çox məşhurlaşıb. Elə həmin il Teomanla birlikdə Mumiya Firarda filmində rol aldı. 2003-cü ildə Abdullah Oğuzun rejissoru olduğu Asmalı Konak serialının davamı olan "Asmalı Konak: Hayat" filmində Özcan Dənizlə baş rolu paylaşıb. 2005-ci ildə 12-ci Adana Qızıl Koza Film Festivalında Atıf Yılmazın rejissorluq etdiyi Eğreti Gəlin filmindəki "Kostak emine" roluna görə Ən Yaxşı Qadın Oyunçu Mükafatını aldı.

Значение слова в других словарях