YENGƏ

сущ. этногр. енге (свас яз тухузвай рушан къвалав гваз чамран кӀвализ фидай дишегьли); yengə yolu, yengə payı этногр. мехъерик енгедиз гудай пай (рекьин); qız yengəsi этногр. рушан енге (рушан кӀвалай тайинарнавай енге); oğlan yengəsi этногр. гададин енге (гададин кӀвалай тайинарнавай енге).
YENG
YENGƏC
OBASTAN VİKİ
Atlantik atnalı yengəci
Atlantik atnalı yengəci (lat. Limulus polyphemus) — Xeliserlilər yarımtipinə, qılıncquyruqlar dəstəsinə daxil olan növ. Meksika körfəzi və Şimali Amerikanın Atlantik sahilləri boyunca yayılmışdır. Bu növ atnalı xərçənglərinin illik köçlərinin əsas istiqaməti Delaver körfəzidir. == Anatomiya və fiziologiya == Bədən bir prosom (ön və ya yuxarı hissədən) və bir opistosomdan (sırasıyla aşağı və ya arxa), həmçinin bir quyruqdan ibarətdir. == Haqqında == Alimlər təkamül haqqında daha çox məlumat əldə etmək üçün Limulus polifemusunu araşdırmışlar. 1967-ci il Tibb Nobel Mükafatı atnalı yengəcinin gözlərinin araşdırılmasına görə verilmişdir. == Həyat tərzi == Atnalı yengəci ekosistemdə əhəmiyyətli rol oynayır. Yumurtaları İslandiya qumluqcası kimi sahil dəniz quşları və böyüklər dəniz tısbağaları ilə qida məmnbəyi rolunu oynayır. Mollyusklar, Həlqəvi qurdlar, digər dəniz onurğasızları və balıqlarla qidalanırlar.
Atnalı yengəci
Atnalı yengəci (lat. Limulus) — atnalı yengəcləri fəsiləsinə aid heyvan cinsi.
Kokos yengəci
Kokos yengəci; Hindqozu yengəci (lat. Birgus latro) — Buğumayaqlılar tipinin, birgus cinsinə aid heyvan növü. Bu növə daxil olan canlıların yetkin fərdləri quru həyat tərzi keçirir. Kokos yengəcləri əsasən Sakit okeanın qərb hissəsinin və Hind okeanının tropik adalarında yayılmışdır. Onların əti qida kimi istifadə edilir. == Adı == Növ adı olan lat. latro «quldur» mənasını verir. Bu buğumayaqlı canlı həm də "Palma oğrusu" adlandırılır. Səbəb isə onun keçmişdə kokosun içini yeməkdən ötrü palma ağacından hindqozunu kəsmək qabiliyyətinə olduğu düşünülürdü. Üstəlik onların kokosların qabıqlarını sındırmaları düşünülürdü.
Yapon hörümçək yengəci
Yapon hörümçək yengəci (lat. Macrocheira kaempferi) — Xərçəngkimilər yarımtipinə, Yengəclər infrodəstəsinə aid olan növ. Buğumayaqlılar tipinə daxil olan ən iri canlılardan biridir. Karapaksı 45 sm, ilk çüt ayaqları arasında məsafə 3 metr olan canlı. Sakit okeanın Yaponiya sahillərində, 50–300 metr dərinlikdə yayılmışdır. Çəkisi 40 kq. Ayaqsız uzunluğu 80 sm, ayaqları ilə birlikdə 6 metrdir. Erkəklərin gövdəsi dişilərdən daha böyük, ayaqları daha uzundur. 150–800 metr dərinlikdə yaşasalarda, adətən 200–300 metr dərinlikdə daha tez-tez rastlaşırlar. Yumurtlama dönəmində 50 m dərinliyə qədər qalxa bilirlər (yaz mövsümündə).
Yengəc mentaliteti
Yengəc mentaliteti özünü hər kəsdən üstün tutmaq, eqoizm və heç bir kəsin irəliləməsinə imkan verməməklə əlaqəli düşüncə tərzidir. Bu metafor səbətdəki yengəcləri nəzərdə tutaraq işlədilir. Əslində yengəclərin hər biri səbətdən bir-bir asanlıqla azad ola bilər, lakin əvəzində onlar bir-birlərini aşağı dartaraq heç birinin səbətdən azad olmasına imkan vermirlər və bu da onların kütləvi ölümünə gətirib çıxarır.
Yengəclər
Yengəclər (lat. Brachyura) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinə aid heyvan infradəstəsi. Onların başları qısa, simmetrik və sinəyə bitişik formadadır. Oların dişilərinin 4 cüt aşağı ətrafları kürü yetişdirməyə xidmət edir. Onlar əsasən dənizlərdə, çaylarda və quruda yaşayır. Müxtəlif ölçülərə malik olurlar. Nəhəng yengəc Yaponiya ərazisində ovlanmışdır. Onun qutaracaqları arasında məsafə 3,69 m təşkil edirdi. Dünyada yengəclərin 24 Ali fəsilə, 93 fəsilə 6780 növ vardır. Archaeobrachyura Guinot, 1977 Brachyura Latreille, 1802 Brachyrhyncha Borradaile, 1907 Cancridea Latreille, 1803 Dromiacea De Haan, 1833 Oxyrhyncha Latreille, 1803 Oxystomata H. Milne Edwards, 1834 Kamçatka yengəci (Paralithodes camchaticus) əsl yenəc hesab edilmir.
Yengəcyeyən
Yengəcyeyən (lat. Lobodon carcinophagus) — Antarktida suitiləri arasında yengəcyeyən suitilər cinsinə (Lobodon) aid növ. Dünyada yeganə suiti növüdür ki, sayları 7–40 milyon baş qiymətləndirilirdi. Hazırda isə onların sayının 14 milyonu keçmədiyi bildirilir. Dünyada insandan və ev heyvanlarından sonra sayına görə ikinci məməli hesab edilir. Onların sayı dünyada olan bütün suitilərin sayından çoxdur. Adlanmasına gəldikdə bu onların hecdə yengəclə qidalanması ilə əlaqədar deyil. Onlar hecdə yengəc yemirlər, əsasən krillə qidalanırlar. Yetkin fərdin uzunluğu 2,2–2,6 m, çəkisi isə 200–300 kq arası dəyişir. Dişilər erkəklərə nisbətən iri olurlar.
Yengəcəbənzər dumanlıq
Xərçəng dumanlığı (NGC 1952) — Messier cisimlərindən biri. Yeni Baş Kataloqda qeydə alınmış qalaktik dumanlıqdır. Göy üzündə Buğa bürcü istiqamətində yerləşir. SNR tipli qalaktikadır. İngilis astronomu John Bevis tərəfindən 1731-ci ildə 7.62 sm (3 inç) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir. Diffuz dumanlıqlar içərisində daha çox maraq doğuran qaz lifləri ilə "toxunmuş" bəzəkli-torlu quruluşa malik Xərçəngə bənzər dumanlıqdır. O, 1054-cü ildə Buğa bürcündə alışmış İfrat yeni ulduzun (enerjisi bitən ulduzların şiddətlə partlamasına verilən ad) qalığı hesab edilir. Xərçəngə bənzər dumanlıq optik, radio, rentgen diapazonunda güclü şüalanma mənbəyi olmaqla yanaşı, həm də qamma kvantları mənbəyidir.
Kasaoka Nal Yengəci Muzeyi
Kasaoka Nal Yengəci Muzeyi (笠岡市立カブトガニ博物館, Kasaoka Şiritsu Kabutoqani Hakubutsukan) – Yaponiyanın Okayama prefekturasının Kasaoka şəhərində yerləşən muzey. Dünyada nal yengəclərinə həsr olunmuş yeganə muzeydir. == Tarixi == Muzey 1990-cı ilin martında nal yengəclərinin nəslinin kəsilməsinin qarşısını almaq məqsədilə yaradılmışdır. Muzey Kasaoka şəhərinin ərazisindəki Konoşima kanalının yaxınlığında yerləşir. Bu kanal Yaponiya hökuməti tərəfindən təbiət abidəsi elan olunmuşdur və "nal yengəclərinin çoxalma ərazisi" kimi qorunur. == Xüsusiyyətlər == Muzey binası nal yengəci formasında dizayn edilmişdir. Muzeyin akvariumunda yetkinlik dövründə olan nal yengəcləri saxlanılır. Fosil guşəsində 8 müxtəlif nal yengəci fosili nümayiş etdirilir. Bu fosillərdən biri Almaniyadan gətirilmişdir. Muzeydə nal yengəcinin böyümə prosesini əks etdirən xüsusi sərgi yerləşir.
Eçizen Yengəc Muzeyi
Eçizen Yengəc Muzeyi (越前がにミュージアム, Eçizen-qani Myuciamu) – Yaponiyanın Fukui prefekturasının Eçizen qəsəbəsində yerləşən muzey. Yengəclərə həsr olunmuş yeganə Yaponiya muzeyidir. == Tarixi == Eçizen yengəci Fukui prefekturasının tanınmış yengəc çeşididir. Eçizen yengəclərinə həsr olunmuş bu muzey 15 iyul 2000-ci ildə açılmışdır. Fəaliyyətinin ilk ilində 125.000 ziyarətçi, ilk 15 ilində isə 584.000 ziyarətçi qəbul etmişdir. 2015-ci ilin sentyabrında muzey birinci mərtəbədəki yenidənqurma işləri səbəbilə bağlanmış, 15 iyul 2016-cı ildə yenidən açılmışdır. Yenidənqurma işləri üçün 392 milyon yen xərclənmişdir. == Xüsusiyyətlər == Muzeydə yengəclərin yaşayış ekologiyasını nümayiş etdirən sərgilər yerləşir. Muzeydə yerləşən yengəc ovu simulyasiyasında ziyarətçilər virtual yengəc ovu ilə məşğul ola bilirlər. "Böyük sevgi teatrı"ndakı 3x10 metr ölçüsündə olan ekranda yengəclərin ekologiyası və yengəc ovundan bəhs edən videomateriallar nümayiş etdirilir.

Значение слова в других словарях