YETKİNLİK
YETMƏ
OBASTAN VİKİ
Kəskin qaraciyər yetməzliyi
Kəskin qaraciyər yetməzliyi — Qaraciyərin bir və ya bir neçə funksiyasında klinik və laborator olaraq pozulma varsa hepatosellular disfunksiya adlanır (sarılıq, koaqulopatiya). Qaraciyər disfunskiyası ensefalopatiya ilə müşayət olunarsa, bu vəziyyət qaraciyər yetməzliyi adlanır. Kəskin qaraciyər yetməzliyi qaraciyər toxumasının böyük hissəsinin (>80%) nekrozu, kəskin distrofiya-disfunksiyası və ya geniş rezeksiyası nəticəsində meydana gəlir.
Qaraciyər yetməzliyi
Qaraciyər yetməzliyi (QcY) — rezeksiyalardan sonra, xüsusən, sirrotik qaraciyərlərdə aparılan böyük həcmli rezeksiyalardan sonra baş verən, müalicəsi çətin və həyatı təhlükəsi yüksək olan ağırlaşmadır. Bu ağırlaşma rezeksiyalardan sonra təxminən 12% (3–75%) hallarda rast gəlir, 80–90% hallarda ölümlə nəticələnir və rezeksiyalardan sonrakı ölüm hallarının başlıca səbəbidir. Rezeksiyadan sonrakı qaraciyər yetməzliyinin inkişaf mexanizmi tam aydınlaşdırılmamışdır.

Значение слова в других словарях