Əli Yolçuyev
Əli Kərim oğlu Yolçuyev — Azərbaycan Respublikası Daxili Qoşunlarının "Şahin" xüsusi təyinatlı dəstəsinin hərbçisi, kiçik çavuş.
== Həyatı ==
1982-ci il Bakı şəhərində anadan olub, 2001-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində hərbi xidmətə başlamışdır. 2003-cü ildə ehtiyata buraxılan Əli Yolçuyev daha sonra Azərbaycan Respublikası Daxili Qoşunlarının "N"saylı hərbi hissəsində "Şahin" xüsusi təyinatlı dəstəsində müddətdən artıq hərbi xidmət etmiş və çavuş rütbəsinə yüksəlmişdir. 2008-ci il avqust ayında Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Milli Təhlükəsizlik Nazirliyi) Qusar rayonu Həzrə kəndi ərazisində "Meşə Qardaşları" adlı terorçu dəstəni zərərləşdirilməsi üçün keçirdiyi əməliyyatda terorçuların açtığı atəş nəticəsində 4 güllə yarası alaraq yerindəcə şəhid olmuşdur.
== Əli Yoçuyev dostlarının xatirəsində ==
Gizir Məmmədov Saleh (Daxili Qoşunların Xüsusi Təyinatlı Kəşfiyyatının təlimçisi):
O,çox səxavətli və mehriban insan idi.Əsl dost dedikdə bizim ağlımıza yalnız Əli gəlir.Hamı ilə mehriban hamının qayğısına qalan,bütün tədbirlərdə öndə iştirak edən məğrur bir insan idi.
"Meşə Qardaşları" ilə əməliyyat gecəsi bizə əmr gəldi və biz əməliyyat rayonuna çıxdıq .Hər əməliyyat gedişində hamı bir biri ilə halallaşır,bu dəfədə elə oldu və gəldik çatdıq əməliyyat yerinə.Bir neçə gün axtarışda olduq sonra dəqiqləşdirdikdən sonra Həzrə kəndinə qədər onları qovduq çıxılmaz vəziyyətdə qalan terrorçu dəstə ilə son dərəcə ehtiyatlı olmaq lazım idi,amma hamıdan qabaqda gedən Əli onlara başqa tərəfdən yaxınlaşırdı sanki,Azərbaycanı təşvişə salmış cinayətkarları özü cəzalandırmaq istəyirdi.Hamı sakitcə "ölüm zonası"na yaxınlaşırdı və birdən atəş səsi eşidildi,dörd dəfə atəş səsi təkrarlandı.Səs Əlinin getdiyi tərəfdən gəlirdi və hamımız himayəli irəliləmə ilə o tərəfə yönəldik lakin, Əlini yerdə uzanmış halda gördük və dəstək qrupu ilə onu xilas etməyə çalışdıq,içimizdən zabit Umudov onu vurub qaçan terrorçunun arxasınca qaçdı və onu məhv edərək Əlidən götürdüyü silahı geri qaytardı.Əli hadisə yerində can verdi elə bilki,bizim üçün dünyanın sonu gəldi. Düşmən ondan cəld tərpənmişdir desəm doğru olmaz, yalnız Vətən üçün ölümnən qorxmamağ onu ölümə apardı.
Onun ailəsi hər zaman diqqətimizdədir və hər zaman kömək göstərməyi özümüzə borc bilirik,çünki Əli bizim üçün ölməyib necə deyərlər: Şəhidlər ölməz, Vətən bölünməz.
Mayor Füzuli Şiraslan oğlu İmrəliyev (Daxili Qoşunların zabiti,əməliyyat zamanı "Şahin" xüsusi təyinatlı dəstə komandiri):
O,sadəcə Vətənin sevən cəngavər idi,amma ölüm hər zaman insanı haqlayır.O isə ölümnən qorxmurdu …!
== Dövlət tərəfindən aldığı yüksək qiymət ==
Azərbaycan Respublikası Prezidentinin 12 mart 2009-cu il fərmanına əsasən dövlətçiliyin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, öz xidməti vəzifəsini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən yüksək peşəkarlıq göstərməsinə görə Azərbaycan Respublikasının "İgidliyə görə" medalı ilə təltif olunmuşdur (ölümündən sonra).