YORĞAN

is. Yatanda örtünmək üçün içi yunlu və ya pambıqlı geniş örtü. Qalın yorğan. Yun yorğan. Üstünə yorğan örtmək.
– Ələsgər, ağlayır qızlar, arvadlar; Söküldü döşəklər, yorğan qalmadı. Aşıq Ələsgər.
Üstümə bir neçə qətrə su atıldı və yorğanın kənarı ilə üzümü sildim. C.Məmmədquluzadə.
Çəkdik başımıza qalın yorğanı; Dərin bir yuxuya getdik hamımız. S.Vurğun.

Этимология

  • YORĞAN Yörgə feilindən əmələ gəlib. “Yörgə”nin mənası bürünmək, bələnmək (yür­gək) demək olub. Beşiyə “yüyürük” deyirik və hərəkətlərlə (yerimək, yellən­mək)
YORĞALIQ
YORĞAN-DÖŞƏK
OBASTAN VİKİ
Yorğan
Yorğan bir növ yataq örtüyüdür ki, ənənəvi olaraq üç qat fiberdən ibarətdir: bir toxunmuş parça üstdə, bir qat pambıq ya yun və toxunmuş parça arxada ki, yorğan tikmək texniki istifadə edərək birləşdirilir. Bir birədən ötür yorğanı yandırmazlar. Bir subay oğlan, bir mitil yorğan. Cecimin axır yorğanı. Hələ yoğunu yorğan altındadır. Xan yorğanı mitil olmaz. Yorğanı göydə ayağı uzun. Yorğanına görə qıçını uzad.
Yorğanlı-i Cənizə (Urmiya)
Yorğanlı-i Cənizə (fars. يورقانلوي جنيزه‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (25 ailə).
Yorğanlı (Urmiya)
Yorğanlı (fars. يورقانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (75 ailə).

Значение слова в других словарях