YUN
YUNANCA
OBASTAN VİKİ
Osmanlı-Yunan müharibəsi
Osmanlı-Yunan müharibəsi (1897) — Osmanlı imperiyası ilə Yunanıstan krallığı arasında olan müharibə. Türk-Yunan müharibəsi (1919-1922) — Türkiyə İstiqlaliyyət müharibəsində türk milli hərəkatı ilə Yunanıstan krallığı arasında olan müharibə.
Pont Yunan soyqırımı
Pont soyqırımı və ya Pont yunan soyqırımını (yun. Γενοκτονία των Ελλήνων του Πόντου) — 1914–1923-cü illərdə Osmanlı imperiyası ərazisində "Gənc türklər" hökuməti tərəfindən həyata keçirilən və Mustafa Kamal Atatürkün başçılıq etdiyi Böyük Millət Məclisi hökuməti tərəfindən davam etdirilən tarixi Pont vilayətinin yunan əhalisinin qəsdən fiziki olaraq məhv edilməsi. Pont yunanlarının soyqırımı Anadolu yunanlarının daha geniş soyqırımının bir hissəsidir, lakin Pont vilayətinin coğrafi baxımdan təcrid olmasına, həmçinin bir sıra geosiyasi və tarixi xüsusiyyətlərinə görə ayrıca nəzərdən keçirilir.
Qədim yunan dili
Qədim yunan dili (ἡ Ἑλληνικὴ γλῶσσα) — hind-avropa dil ailəsinə aid olan dil, yunan dilinin ilk variantı. Bizim eradan əvvəl ikinci minilliyin sonundan bizim eranın V əsrinə qədər yunan dili arealında yayılmışdı. Dilin inkişafının aşağıdakı dövrlərini ayırırlar: proyunan (e.ə.XX əsr - e.ə.XVII əsr), miken (e.ə.XVI əsr- e.ə.XII əsr), postmiken (e.ə.XI əsr - e.ə.IX əsr, arxaik (e.ə. VIII əsr - e.ə.VI əsr), klassik (e.ə.V əsr - e.ə.IV əsr), ellinist (e.ə. III əsr - e.ə.IV əsr); dilin inkişafının hər mərhələsində əhəmiyyətli dialektləri mövcud idi. Qədim yunan dilində Homerin məşhur «İliada» və «Odissey»i, həmin dövrün filosoflarının və yazıçılarının digər əsərləri yazılıb. O dildə Makedoniyalı İskəndərin imperiyasında danışırdılar, o Roma imperiyasının ikinci rəsmi dili idi, Orta əsrlərdə Bizantiyanın ədəbi dilinə çevrildi. Müasir yunan dili bu dildən törəmişdir. == Əlifbası == Αα — Alfa, Ββ — Beta, Γγ — Qamma, Δδ — Delta, Εε — Epsilon, Ζζ — Dzeta, Ηη — Eta, Θθ — Teta, Ιι — Yota, Κκ — kappa, Λλ — lyambda, Μμ — Myu, Νν — Nyu, Ξξ — Ksi, Οο — Omikron, Ππ — Pi, Ρρ — Ro, Σσς — Siqma, Ττ — Tau, Υυ — İpsilon, Φφ — Fi, Χχ — Xi, Ψψ — Psi, Ωω — Omeqa. == Ədəbiyyat == Лингвистический энциклопедический словарь, М., 1990.
Yunan
Yunanlar (yun. Έλληνες — ellines) — Cənub-Şərqi Avropada etnos. Ümumi sayı 14–19 milyon nəfərdir. Əsasən Yunanıstanda və Kiprdə yaşayırlar. Əksəriyyət yunan dilini ana dili sayır. Aralıq dəniz yanı ölkələrdə, həmçinin Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Kanadada və Avstraliyada böyük yunan icmaları mövcuddur. Yunanların əksəriyəti məşriqi məsihiliyə etiqad edir, lakin aralarında müsəlmanlar və aləmi məsihilər də var. == Yazıları == Yunanlılar Finikiya əlifbasını qəbul etməzdən əvvəl Girit və Kipr kimi iki növ yazı mövcud idi. Bununla birlikdə, hər iki növ də zamanla dəyişdirildi, qəbul edildi və dəyişdirildi (samitləri ifadə edən bir sıra hərflərin fonetik mənası səsli səslərə dəyişdirildi) Finikiya yazısı ilə. Vahid Yunan əlifbası olduqca gec ortaya çıxdı — uzun müddət bir neçə əlifba var idi — İon (İonya), Afina (Attica), Argos (Argolis), Korint.
Rəsul Yunan
Rəsul Yunan Şair, yazıçı, tərcüməçi. Yunan 1969 ilində Urmu gölünə yaxın bir kənddə doğuldu. Rəsul Yunan əsərlərini Azərbaycan və Fars dillərində yazır. Rəsul yunan farsca dilində minimal yazıları üçün tanınmışdır. Yunanənən şe'rlərindən Tehranda Ərməni dilinə tərcümə olubdur. İndilikdə Rəsul Yunan Tehranda yaşayır. == Əsərləri == Camaka(جاماکا) (Azərbaycanca) Taksi (تاکسی)(Azərbaycanca) Sənin xoş iyin(بوی خوش تو)(Azərbaycan Respublikasının müasir şeiri-Fars dilinə tərcümə) Duel(oyun)(Azərbaycanca) == Yaradıcılığı == Sənə düşünmək Sənə düşünmək Həyata düşünməkdir Torpaq altında Dar-düdük bir qəbirdə Günəşə düşünməkdir Qarlı gecəde. Qıfıllanmamış qapılara Qaçmağa düşünməkdir həbsxanada Sənə düşünmək dəyərlidir Ən azı Adamın qəlbindən Bir bulaq coşar Bir at gələr orada su içər Bir quş gələr urada oxuyar...
Sfinks (yunan)
Sfinks (yun. Σφίγξ "canalan, canboğan") yunan mifologiyasında Tifondan törənmiş qadın başlı, quş qanadlı, bəbir ya şir bədənli əcaib bir heyvan, Ximeranın bacısı. == Sfinks və Edip == Lay çar taxtına oturduqdan sonra İokastaya evlənir. İllər keçsə də onların uşağı olmur. Çar Delfi peyğənbərinə müraciət edir. peyğənbər ona evladsız qalmağı məsləhət görür. Oğlu olarsa öldürüb onun taxtına sahib olacağını deyir. Bundan qorxan Lay Iokasta ilə yatmaqdan ehtiyat edir, lakin bir dəfə İokasta layı içirdərək yatağına salır ki, nəticədə onların oğlu dünyaya gəlmiş olur. Lay uşağın hər iki ayağını deşərək qandalın qızıl həlqəsinə keçirdir və Kiferon dağının ətəyinə atmağı inandığı bir çobana tapşırır. Çobanın uşağa yazığı gələrək, kimliyini bildirmədən Korinfa çarı Polibin mehtərinə verir.
Yunan (Azərbaycan)
Yunan — Azərbaycanda qədim şəhər. Mil düzündə idi. IX–X əsr ərəb mənbələrində adı çəkilir. Bərdə ilə Beyləqan arasında, hər iki şəhərdən təqribən 7 fərsəng məsafədə olduğu göstərilir. Bəzi tədqiqatçılar Yunanı Strabonun "Coğrafiya" əsərində adı çəkilən Enian şəhəri ilə eyniləşdirirlər. Yeri müəyyənləşdirilməmişdir. == Mənbə == Јунан // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Yunan (dəqiqləşdirmə)
Yunan
Yunan dili
Yunan dili (yun. Ελληνικά — Elliniká) — Yunanıstan və Kiprin rəsmi dili. Yunanıstanda ölkə əhalisinin 99,9%-i, Cənubi Kiprdə isə 82%-i bu dildə danışır. 4000 illik tarixi vardır. Hind-Avropa dil ailəsinin Qreko-Qrabar qoluna aiddir. Müasir dünyada 13 milyondan çox insan yunan dilində danışır. == Başlıca ləhcələri == === Dimotiki / (Δημοτική) === Müasir yunancadır. Kilsə yazışmaları xaric, müasir dövrdə xalqın istifadə etdiyi ləhcədir. === Kathareuousa / (Καθαρεύουσα) === 1821-ci ildə müstəqilliyini qazandığı dövrdən 1976-cı ilə kimi dövlətin rəsmi dili bu ləhcədə olmuşdur. 19-cu əsrdə Adamantios Koraisin təşəbbüsü ilə bu ləhcə yaradılıb.
Yunan dilləri
Yunan dilləri — Hind-Avropa dil qrupunun bir qolu. Əsas üzvü yunan dilidir. Eyni zamanda, yunan qrupu qədimdən bəri ən yaxşı öyrənilmişdir. Hal-hazırda qrupun əsas funksiyası, dil funksiyalarının tam dəsti ilə uzun və mürəkkəb bir tarixi olan Yunanıstanın dilidir. Yunan qrupu alban və erməni ilə yaxınlaşır, həm də hər biri bir dil ilə təmsil olunur. Eyni zamanda əvvəllər başqa yunan dilləri və çox təcrid edilmiş dialektlər var idi ki, onlar ya ölən, ya da assimilyasiya nəticəsində tükənmə şəraitindədirlər. == Yunan qrupunun dil və dialektlərinin siyahısı == Qrupun tərkibi daim dəyişir. Qədim dövrlərdə yunan qrupu üç şöbəyə bölünüb: Qərb şöbəsi Dorian dialekti Şimal-qərb dialekti Açıq dialekti Köhnə Makedoniya dili Mərkəzi şöbəsi Aiol dialekti Arcadian dialekti Şərq söbəsi Attik dialekti İoniya dialekti Attik dialekti əsasında qədim yunan dili Koine formalaşdırılmışdır. Bir çox dəyişikliklərdən sonra Koine orta əsrli yunan dilinə çevrildi. XV əsrdə orta əsr yunan dili əsasında Yeni Yunan dili, Pontiv dili və Kapadok dili quruldu.
Yunan güyəməsi
Yunan güyəməsi (lat. Periploca graeca) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin güyəmə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15–25 m olan, dırmaşan kol lianadır. Gövdə digər ağaclara sarmaşaraq hündürə qalxır. Qabığı çəhrayımtıl-boz rəngdədir, ziyilli mərciməklidir. Yarpaqları qarşı-qarşıyadır, qalın dərilidir, yumurtaşəkilli, yumurtaşəkilli-neştərvari və yaxud neştərvaridir, orta damarı seçiləndir, çılpaq və qısa saplaqdadır; aşağı yarpaqlar adətən küt, yuxarı yarpaqlar isə sivridir. Çiçəklər 2–7 sayda çiçəkdən ibarət seyrək yarımçətirlərdə toplanmış və budağın sonunda yerləşir. Çiçək altlığı və saplağı seyrək tüklüdür. Tac qonurtəhər-yaşılımtıldır, diametri 1,5–2 sm-dir, hissələri uzunsovdur, kütdür, kənarları və qaidə hissəsi ağ tüklüdür; bölümləri qısa sapşəkillidir, tacın payları ilə növbələşir. Toxumları tünd-qonur rəngli, milşəkilli və uzunluğu 10–12 mm-dir, bir tərəfində uzun fır vardır, sonunda parlaq, ağ ipəyəoxşar kəkili vardır.
Yunan lavandası
Yunan lavandası (lat. Lavandula stoechas) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Stoechas officinarum Mill. == Yarımnövləri == Lavandula stoechas subsp. luisieri (Rozeira) Rozeira Lavandula stoechas subsp.
Yunan mifologiyası
Qədim yunan mifologiyası — qədim yunanların tanrı və qəhrəmanları, dini və ritual təcrübələri, həyat fəlsəfələri ilə bağlı mif və folklor toplusu.
Yunan mətbəxi
Yunan mətbəxi — Yunanıstanın milli mətbəxidir. Yüzlərlə illik Yunan mədəniyyətinin varisi (Qədim Yunanıstan və Bizans daxil olmaqla) mətbəxdir. Balkan və Aralıq dənizi mətbəxinin bir hissəsidir. O, həmçinin Girit mətbəxini əhatə edir. Zeytun yağlı qidalar üstünlük təşkil edir. Qərbi Anadolu Türk mətbəxi ilə böyük oxşarlıqlar daşıyır.
Yunan parlamenti
Yunan parlamenti (yun. Βουλή των Ελλήνων) — Yunanıstanda fəaliyyət göstərən parlament.
Yunan qozu
Yunan qozu (lat. Juglans regia L.) – Buna bəzən yunan qozu, adi qoz, girdəkan, cövüz və cəviz də deyirlər. Hündürlüyü 25–30 m-ə və diametri 150–200 sm-ə qədər olan, ağacdır. Bəzən 80–100 yaşlı ağaclarının boyu 35 m, gövdəsinin diametri 2 m, nadir hallarda isə 4 m-ə çatır. Cavan ağacların qabığı açıq-boz rəngli, hamar və ya azacıq çatlı, yaşlı ağaclarda qabıq tünd-boz vədərin uzunsov-çatlıdır. Açıqlıqda bitən ağacları çox qollu-budaqlı çətirə malik olur. Sərbəst duran ağacların çətiri iri və sıxdır, adətən günbəzşəkilli və yaçadıraoxşardır. Cavan budaqların özəyi boş nərdivanaoxşar arakəsmələri vardır. Çiçəkləməsi: Aprel-May, yarpaqların açılmağa başlama dövründə. Meyvə verməsi: Avqust-Sentyabr == Yarpaq == Tumurcuqları yumurtavari-dəyirmi, parlaq yaşımtıl-qonur rəngdə, uzunluğu 3–6 mm-dir.
Yunan quşarmudu
Yunan quşarmudu (lat. Sorbus graeca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Təbii yayılması == Kiçik Asiyada və Balkan yarmadasında yayılıb. İlk dəfə Albaniyadan təsvir edilib. == Botaniki təsviri == Hündürlüyü 12 m çatan orta boylu ağac və ya koldur. Yarpaqları uzunsov ellipisvari və ya yumurtavari, çılpaq, altdan isə ağ keçətükcüklüdür. May-iyun aylarında çiçəkləyir. Meyvəsi avqust ayında yetişir. == Ekologiyası == Torpağa az tələbkar, şaxtaya davamlıdır. == Azərbaycanda yayılması == Naxçıvanda MR-da yuxarı dağ qurşağında qayalıqlarda bitir.
Yunan rəqəmləri
Yunan rəqəmləri və ya Yunan sayları, sayların Yunan əlifbasındakı hərflərdən istifadə edərək yazılmasını təmin edən bir say sistemdir.
Yunan salatı
Yunan salatı (yun. χωριάτικη σαλάτα) — yunan mətbəxində salat növü.
Yunan soyqırımı
Yunan soyqırımı və ya Osmanlı yunanlarının etnik təmizlənməsi (yun. Γενοκτονία των Ελλήνων, Genoktonia ton Ellinon; türk. Rum soykırımı) — əsasən Birinci Dünya müharibəsi və ondan sonrakı dövrlərdə (1913–1923) Anadolunun xristian Osmanlı yunan əhalisinin dini və etnik mənsubiyyətinə görə sistematik şəkildə məhv edilməsi. Bu, Gənc türklər üçlüyünün başçılıq etdiyi Osmanlı imperiyası hökuməti və Mustafa Kamal Atatürkün başçılıq etdiyi Böyük Millət Məclisi hökuməti tərəfindən imperiyanın yerli yunan əhalisinə qarşı törədilmişdir. Soyqırımda qətliamlar, Suriya səhrasına ölüm yürüşləri kimi məcburi deportasiyalar, edamlar və şərqi ortodoks mədəniyyət, tarixi və dini abidələrinin dağıdılması halları baş vermişdir. Yunan soyqırımı Pont yunan soyqırımını (yun. Γενοκτονία των Ελλήνων του Πόντου) da özündə ehtiva edirdi. Bu dövrdə bir neçə yüz min Osmanlı yunanı həlak olmuşdur. Məcburi köçkünlərin və sağ qalanların əksəriyyəti Yunanıstana qaçmışdır. Bəziləri, xüsusən də imperiyanın şərq vilayətlərində yaşayanlar qonşu Rusiya imperiyasına sığınmışdılar.
Yunan tapınağı
Qədim yunan məbədi (yun: Ναός; Rom: Naos) qədim Yunanıstanda müqəddəs İlahların heykəllərinin yerləşdiyi tikililər idilər. Məbədin daxili hissələri görüş yeri kimi xidmət etmirdi, çünki müvafiq ilaha həsr olunmuş qurbanlar və ayinlər onlardan kənarda həyata keçirilirdi. Yunan məbədlərinin əksəriyyəti astronomik yönümlü idilər.
Yunan tavernası
Yunan tavernası (yun. ταβέρνα) — Yunan mətbəxinə xidmət edən kiçik bir Yunan restoranı. Taverna Yunan mədəniyyətinin ayrılmaz bir hissəsidir və Yunanıstana baş çəkən digər ölkələrdən olan insanlar, həmçinin ABŞ və Avstraliya kimi ölkələrdə qürbətçi yunanlar tərəfindən tavernaların qurulması ilə tanış olmuşdur. == Tarixi == Yunan restoranının və ya tavernanın ən qədim dəlilləri Afinanın Qədim Aqorasında 1970-ci illərin əvvəllərində Amerika Klassik Tədqiqatlar Məktəbi tərəfindən aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmişdir. Tavernada çox sayda klassik yunan yemək, yemək əşyaları və müxtəlif qablar tapıldı. Bundan əlavə, stridya, midyə, murex qabığı və iri balıq kimi klassik Yunan tavernasının menyu xüsusiyyətlərini əks etdirən çox miqdarda balıq sümükləri və qabıqlı balıq qalıqları aşkar edilmişdir. Afina Aqoranın yaxınlığında yerləşən şərab mağazası taverna ilə birlikdə yerli Attik şərabı, habelə Xios, Mende, Korinf, Samos və Lesbosdan gətirilən çox sayda şərab xidmət edilirdi . == Mətbəxi == Taverna üçün menyu, aşağıdakı maddələrin bir çoxunu əhatə edir: Çörək, həmçinin çörək dilimləri Quzu, donuz və mal əti Yunan salatı kimi salatlar iştaha artırıcılar cacıq (qatıq, sarımsaq və xiyar dibi),melitzanosalata (badımcan daldırma), tirokafteri (isti bibər və zeytun yağı ilə qarışdırılmış feta pendiri),spanakopita və dolmade və ya dolmadakia - (nanə və cəfəri və bəzən şam qoz-fındıq kimi təzə otlar ilə düyü qarışığı - və bəzi bölgələrdə qiymə ət zərif üzüm yarpaqları ilə sıx bağlanır və qalın və qaymaqlı, limon sousu ilə verilir) Avgolemono (yumurta-limon şorbası) və fasolada (lobya şorbası) kimi şorbalar Spaqeti napolitano, pastitsio kimi makaron (qalın makaron və bişmiş ət qarışığının bükülmüş qat qarışığı) Bişmiş təzə balıq kimi balıq və dəniz məhsulları, skordaliya (sarımsaq sousu) ilə qızardılmış duz cod, qızardılmış kalamar və körpə ahtapot Moussaka (badımcan və ya balqabaq, kıyılmış ət və béchamel sousu) kimi müxtəlif mövsümi tərəvəz yeməkləri daxil olmaqla bişmiş yeməklər (magirefta). Souvlaki kimi ızgara yeməkləri Retsina, mavrodafni və digər yunan qırmızı / ağ şərab növləri daxil olmaqla şərab Pivə Ouzo, tsipouro və Metaxa brendi Meyvə Paxlava, qalaktoboureko və s. kimi desertlər == Əməliyyatlar == Tavernes ümumiyyətlə 12:00-da açılır, axşam yeməyi saat 20:00-da başlayır və 22: 00-da zirvəyə çatır.
Yunan əlifbası
Yunan əlifbası – qədim və çağdaş Yunanıstanda istifadə olunan əlifba. E.ə IX əsrdə, bəzi məlumatlara görə isə XI əsrdə Finikiya əlifbası əsasında yaranmışdır. Yunan hərflərindən çox zaman riyazi simvollar kimi istifadə olunur. Hazırda yunan əlifbasından bir çox sahələrdə istifadə olunur. Yunanlar finikiyalıların əlifbalarının Avropada yayılmasında əsas vasitəçi olmuşlar. Dövrümüzə gəlib çatmış yunan yazısının erkən nümunələri Finikiya əlifbasının əksər xüsusiyyətlərini özündə saxlamaqdadır. Arxaik yunan yazısında Finikiya yazısında olduğu kimi saitlər, eləcə də "xi" və "psi" samit hərfləri yox idi. Finikiya yazısında yazı sağdan sola yazılırdı. Yunanlar finikiyalılardan alınmış yazını tədricən təkmilləşdirmiş və ona əlavələr etmişlər. Sait səsləri ifadə edən hərflərin meydana gəlməsi yunan yazısında böyük nailiyyət idi.
Yunan orfoqrafiyası
Yunan orfoqrafiyası — köklərini, güman olunur, e.ə. IX əsrdə yunan əlifbasının qəbul olunmasından alan yazı sistemi. Bu dövrədək yunan dilinin əski formalarından olan Miken yunancası Xətti B yazı sistemi ilə işlənmişdir, baxmayaraq, Miken yunancasının yazılmasının sonlanıb yunan orfoqrafiyasının istifadəsinə başlanılması arasında bir neçə əsr fərq var idi — bu dövrdə yunan qaranlıq çağı yaşanmışdı. Yunan əlifbasındakı ilkin yunan yazıları fonemik və hər diyalektdə fərqli idi. Attik yunanca üçün ionik variantın e.ə. 403-də qəbul edilməsindən bəri yunan orfoqrafiyası, əsasən, mühafizəkar və tarixi olmuşdur. Orfoqrafiyada qədimdən qalma qoşa samitlər də mövcuddur, hansı ki, Kipr yunancası istisna olmaqla yunan dilində bunlar tək samitlərlə eyni cür tələffüz olunur.
Yunan alovu
Yunan alovu (Yunan odu, Bizans alovu, Bizans odu, Roma odu, Roma alovu, Qrejua, Qrejua alovu, Qrejua odu, Rum alovu, Rum odu, Vəhşi od, Vəhşi alov, Maye alov, Maye od) — isti kömür, kükürd və qır qarışığından hazırlanmış olan bu silahdan ilk dəfə Peloponnes müharibəsi zamanı istifadə edilmişdir. Sonralar eramızın 660-cı illərində yunan odu qır, qatran, kükürd, naftalin, əhəng və kalium nitrat ilə zənginləşdirilmişdir. Ona su əlavə olunduqca alovu artırdı. Eramızın VII əsrində onun effektiv təsirini inkişaf etdirmək və artırmaq işi Suriyalı bir mühacir olan Heliopollu Kallinik tərəfindən həyata keçirilmişdir. == Birinci dəfə istifadə edilməsi == Farslar Yunanıstanı işğal edərkən baş tutmuş olan dəniz döyüşü zamanı ilk dəfə istifadə edilmişdir. Öz dövrünün güclü ordularından biri hesab edilən fars ordusu gəmilərinin yanmasının qarşısını ala bilməmişdir. Həm quruda, həm də suda asanlıqla yanmaq qabiliyyəti var. Onun üstünə su töküldükdə sönmür, əksinə, alovu artır. Dəniz müharibələrində gəmilərin keçməsinin qarşısını almaq məqsədi ilə onlardan istifadə olunmuşdur. Bu yanğına məruz qalan bütün insanlar ölümə məhkumdurlar, çünki bu alovu söndürmək mümkün deyildir.
Gürcüstan yunanları
Gürcüstan yunanları (gürc. ბერძნები საქართველოში) — Gürcüstan Respublikasının ərazisində yaşayan etnik yunanlara verilən ad. Cənubi Qafqazda Ermənistan və Azərbaycanla müqayisədə ən çox etnik yunanın Gürcüstanda yaşadığı məlumdur. Gürcüstan xüsusi ilə Qafqaz yunanları olaraq tanınmış xalqın əsas vətəni sayılır. Pont yunanları olan, Gürcüstan yunanlarının sayı 15 min, 20 min və 100 min kimi müxtəlif rəqəmlərlə ifadə olunmaqdadır. 1989-cu ilin məlumatına əsasən bu say 100 mindən aşağı olmuşdur. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılmasından və Gürcüstanın təkrar müstəqillik qazanmasından sonra Gürcüstanda yaşayan etnik yunanlar müxtəlif səbəblərdən ölkəni tərk etməyə başlamışdır. Yunanıstanın, etnik yunan olan şəxsləri öz ölkəsinə dəvət etməsi ölkədəki yunan icmasının azalmasının əsas səbəbi kimi göstərilə bilər. 1991-ci ildən sonra icmanın əhəmiyyətli dərəcədə böyük bir hissəsi isə Rusiyanın Stavropol diyarında məskunlaşmışdır. Günümüzdə Tbilisi şəhərində Yunan birliyi adlı diaspora təşkilatı və mədəniyyət mərkəzi fəaliyyət göstərməkdədir.
I Georq (Yunanıstan kralı)
I Georgi (yun. Γεώργιος A', Βασιλεύς των Ελλήνων; 24 dekabr 1845[…], Kopenhagen – 18 mart 1913[…], Saloniki) — Yunanıstan kralı. == Həyatı == I Georq 1845-ci il dekabrın 24-də Danimarkanın paytaxtı Kopenhagendə dünyaya gəlib. Danimarka kralı IX Kristianın ikinci oğludur. 1863-cü ildə 17 yaşında Yunanıstan kralı seçilib. I Georq başda olmaqla kral ailəsi Böyük Britaniya və Rusiyaya ilə geniş əlaqələrə malik idi. Belə ki, I Georqun doğma bacısı Aleksandra Böyük Britaniya kralı VII Eduardın həyat yoldaşı və gələcək kral V Georqun anası idi. Digər bacısı Mariya isə Rusiya çarı III Aleksandrın həyat yoldaşı, gələcək çar II Nikolayın isə anası idi. I Georqun özü isə II Aleksandrın yaxın qohumu Olqa Konstantinovna ilə evlənmişdi. 1912-1913-cü illər Birinci Balkan Müharibəsində türklərin Balkandakı torpaqları hesabına Yunanıstanın ərazisi iki dəfə genişləndi.
Kardiya (Qədim Yunanıstan koloniyası)
Kardiya (q.yun. Καρδία, lat. Cardia) — eramızdan əvvəl III əsrdə Lisimax tərəfindən dağıdılan qədim şəhər. O, Saros körfəzindəki Frakiya Xersonesosu yarımadasının şimal-qərb sahilində miletiyalılar və klazomenlər tərəfindən qurulmuşdur. Tarixçi İyeronim Kardiyalı və diadoxlardan biri Evmen Kardiyalı bu şəhərdən idilər. == Coğrafiyası == Bu qədim yunan koloniyasının yaranmasının təxmini tarixi barədə məlumat yoxdur, çünki bu məsələyə aid məlumat verən yazılı mənbələr yoxdur. Qədim yunan coğrafiyaçıların əsərlərində bu bölgə təsvir olunarkən həmişə Kardiya xatırlanır, belə ki Skilak "Məskun dənizin Peripli" əsərində bu koloniyanın adını çəkir. Strabon isə Kardiyanı Frakiya Xersonesosu yarımadasının ən böyük şəhəri adlandırır. == Tarixi == Başlanğıcda Kardiya ərazisi miletiyalılar və klazomenlər tərəfindən müstəmləkələşdirildi. Bununla birlikdə, Miltiadın dövründə məskunlaşma daha aktiv oldu, çünki o, Afinadan bu bölgəyə mühacirləri cəlb etməyi bacardı.
Kipr yunanları
1973 ilinde Kipr adasında etnik xəritəsi sarı region Kipr rumları Kipr adasının ən böyük etnik qrupudur.
Klassik Yunanıstan
Klassik Yunanıstan (E.ə. V—IV əsrlər) — polis qurumunun ən yüksək inkişaf dövrü. Yunanların memarlıq, heykəltəraşlıq, vaza rəssamlığı, zərgərlik, poeziya, teatr sənəti, elm (astronomiya, həndəsə, fizika, zoologiya, tibb, psixologiya, məntiq, siyasətşünaslıq, sənət tarixi, ritorika, iqtisadiyyat, tarix, coğrafiya) sahələri üzrə nailiyyətləri bu dövrdə o qədər böyük oldu ki, onları təqlid etmək və nümunə götürmək istəyi yarandı. Buna görə bu dövr "klassik" adlanır, yəni təqlid etməyə layiq olan. == Hərbi-siyasi tarixi == Yunan-Fars müharibələrində (e.ə. 500-449) yunanların qələbəsi nəticəsində Afina şöhrət qazandı və Delos liqası (Afinanın rəhbərliyi ilə) yaradıldı. Afinanın ən qüdrətli dövrü, siyasi həyatının ən çox demokratikləşməsi və mədəniyyətin çiçəklənməsi Periklın hakimiyyətinə (e.ə. 443—429) təsadüf edir. Afina və Sparta arasında Yunanıstanda hegemonluq və ticarət yolları uğrunda mübarizə nəticəsində Afina və Korinf arasında yaranan ziddiyyətlər Afinanın məğlubiyyəti ilə sona çatan Peloponnes müharibəsinə (e.ə. 431—404) səbəb oldu.
Müstəqil Yunanlar
Müstəqil Yunanlar (yun. Ανεξάρτητοι Έλληνες) - Yunanıstan fəaliyyət göstərən sağ meyilli siyasi partiya. 2015-ci ilin əvvəlində partiya ölkədə keçirilən növbədən kənar parlament seçkilərində parlamentdə olan 300 yerdən 13 yer əldə etmişdir.
Mərkəzi Yunanıstan
Mərkəzi Yunanıstan (yun. Περιφέρεια Στερεάς Ελλάδας, Sterea-Elada) — periferiya, Yunanıstanın inzibati-ərazi vahidi. Yerli rəhbərliyin regional idarəsi və inzibati bölmənin bir hissəsidir.2011-ci ildən etibarən "Kallikratis" proqramına əsasən Fessaliya — Mərkəzi Yunanıstanın mərkəzləşdirilmiş idarəçiliyi daxildir. Yunanıstanın mərkəz hissəsində, ən dağlıq kənarında yerləşir. Skiros və Evbeya adaları daxildir. 2011-ci ildə əhalisinin sayı 547,390 nəfər təşkil edirdi. Sahəsi 15 549.311 kvadrat kilometrdir. Kvadrat kilometr başına 35.2 əhalinin sıxlığı . İnzibati mərkəzi — Lamiyadır. 2014-cü il sentyabrın 1-dən Peripheriarch Kostas Bakoyanis (Κώστας Μπακογιάννης).
Nom (Yunanıstan)
Yunanıstan rayonları və ya nomlar — Yunanıstanda inzibati ərazi vahidi. == Rayonlar == Yunanıstan 54 rayondan (nomos) ibarətdir: Attika 1. Afina 2. Şərqi Attika 3. Pire 4.
Osmanlı-Yunan müharibəsi (1897)
1897-ci ildə Osmanlı-Yunan müharibəsi (digər adıyla "30 gün müharibəsi"), Osmanlı imperiyası ilə Yunanıstan krallığı arasında olan müharibədir. Təxminən bir ay davam edən müharibə Osmanlı imperiyasının qələbəsi ilə nəticələnmişdir. == Müharibədən əvvəl == Osmanlı imperiyasına aid olan Tesseliya və İon dənizi sahilindəki Arta limanı 1878 Berlin müqaviləsinə görə 1881-ci ildə Yunanıstana verilmişdi. Bu genişlənmədən sonra Yunanıstanın yeni hədəfi Epir (Yanya vilayəti) və Krit adası idi. Bu bölgələrdəki əhalinin təxminən 2/3-ni təşkil edən Osmanlı rumları Yunanıstan tərəfindən Osmanlı imperiyasına davamlı qızışdırılırdı. Yunanıstanın Osmanlı idarəsindəki rumları üsyana qaldırmaq cəhdlərinin davam etməsinə cavab olaraq Osmanlı imperiyası Yunanıstana müharibə elan etdi. Yunanlar xüsusilə sərt təbiəti olan yerlərdə Osmanlıya müqavimət göstərərək, Avropa dövlətləri ilə razılaşıb, ittifaq təşkil etməyi planlaşdırırdılar. Osmanlı qüvvələrini təşkil edən Müşir Ethəm Paşa komandanlığındakı təxminən 120.000 nəfərlik orduya qarşı, yunan kralı I Yorqinin vəliəhd şahzadəsi Konstantinin komandanlıq etdiyi 75 minlik yunan ordusu vuruşurdu. Yunanıstan hərbi qüvvələrinin və mülkü partizan dəstələrinin sərhəd boyunca qırğınlar təşkil etməsi və Yunanıstan rəhbərliyinin bunun qarşısını almaq üçün bir iş görməmisə cavab olaraq, Osmanlı Avropa dövlətlərinə şikayət etmiş, lakin Avropa dövlətləri razılığa gələ bilmədikdən sonra Osmanlı özü müharibə elan etməyə məcbur olmşdular. Yunan və türk ordularıyla yanaşı yunan kralının Danimarka əsilli olmasına görə bir qrup Danimarkalı və İtaliyalı könüllülərdə bu müharibədə iştirak etmişdir.
Osmanlı Yunanıstanı
Osmanlı Yunanıstanı və ya Türkokratiya (yun. Τουρκοκρατία, mənası – Türklərin hakimiyyəti) — Yunanıstan tarixində 1453-cü ildə Osmanlı tərəfindən Konstantinopol şəhərinin fəth edilməsi ilə başlayan və 1821-ci ildə Yunanıstan İstiqlaliyyət müharibəsinə qədər davam edən dövr. Müasir Yunanıstan bu dövrdə Osmanlı imperiyasının bir hissəsi idi. == Tarixi == Qədim Romanın varisi olan Bizans imperiyası IV əsrdən bəri yunandilli əhalinin yaşadıqları ərazilərdə hökmranlıq edirdi. 1204-cü ildə Dördüncü Səlib yürüşünün nəticəsində imperiya tədricən zəifləməyə başlamışdı. Növbəti illərdə qüdrətlənən Osmanlı türklərinin Serbiyanı fəth etmələri ilə Konstantinopol şəhərinə yolları açılmışdı. 1453-cü ildə Fateh Sultan Mehmedin rəhbərliyindəki Osmanlı ordusu şəhəri fəth etmiş, daha sonra 1458-ci ildə Afinanı ələ keçirərək yunan əhalisinin yaşadıqları bölgələri öz əllərinə almağa başladılar. Osmanlının Peloponnes yarımadası uğrunda mübarizəsi 1460-cı ilə qədər davam etmiş, lakin bu dövrdə Venesiya və Genuya bir neçə yunan adasında hakimiyyət sürürdü. Buna baxmayaraq, 1500-cü ildə Yunanistanın və adaların əksəriyyəti Osmanlı nəzarətində idi. Bundan sonra Osmanlı 1571-ci ildə Kipri, 1669-cu ildə isə Krit adasını fəth etmişdir.
Otto (Yunanıstan kralı)
Otto (yun. Όθων; alm. Otto Friedrich Ludwig von Bayern‎; 1 iyun 1815[…], Zalsburq – 26 iyul 1867[…], Bamberq, Yuxarı Frankoniya) — London Konvensiyasına əsasən 27 may 1832-ci ildə Yunanıstanda monarxiyanın qurulmasından 23 oktyabr 1862-ci ildə taxtdan salınana qədər Yunanıstan kralı kimi hökm sürən Bavariya şahzadəsi idi. Bavariya kralı I Lüdviqin ikinci oğlu Otto 17 yaşında Yunanıstanın yeni yaradılmış taxtına çıxmışdı. Onun hökuməti ilkin olaraq Bavariya saray məmurlarından ibarət üç nəfərdən ibarət krallıq şurası tərəfindən idarə olunurdu. Yetkinliyə çatdıqdan sonra Otto qəyyumların xalq arasında qeyri-populyar olduğunu öyrənəndən onları uzaqlaşdırdı və o, mütləq monarx kimi hökm sürdü. Tezliklə yunanlar konstitusiya tələbləri ilə çıxış etməyə başlayanda Otto 1843-cü ildə konstitusiyaya razılıq verdi. Otto hakimiyyəti boyu Yunanıstanın yoxsulluq problemini həll edə və kənardan iqtisadi müdaxilənin qarşısını ala bilmədi. Bu dövrdə Yunan siyasəti Yunanıstanın müstəqilliyinə zəmanət verən üç Böyük Dövlət — Böyük Britaniya, Fransa və Rusiya ilə əlaqəyə əsaslanırdı və Ottonun güclərin dəstəyini qorumaq qabiliyyəti onun hakimiyyətdə qalmasının açarı idi. Güclü qalmaq üçün Otto Böyük gücləri qıcıqlandırmamaqla yanaşı, Böyük güclərin yunan tərəfdarlarının hər birinin maraqlarını digərlərinə qarşı oynamalı idi.
Peloponnes, Qərbi Yunanıstan və İon adaları
Peloponnes, Qərbi Yunanıstan və İon adaları (yun. Αποκεντρωμένη Διοίκηση Πελοποννήσου, Δυτικής Ελλάδας και Ιονίου) — Yunanıstanın 7 desentralizasiya idarələrindən biri, tərkibinə Peloponnes, Qərbi Yunanıstan və İon adaları periferiyaları daxildir. İnzibati mərkəzi — Patras şəhəridir. Baş katib (koordinator) — Dionisias Panaqiotopulus(Dionysios Panagiotopoulos). 2011-ci ildə Kallikratis proqramı çərçivəsində təsis edilmiş, regional hökumət orqanı və inzibati bölmənin bir hissəsidir (Qanun 3852/2010). == Xarakteristikaları == Peloponnes, Qərbi Yunanıstan və İon adaları desentralizasiya idarəsinin sahəsi 28 847 kvadrat kilometr və əhalisi 1.465.554 nəfər təşkil edir. Sıxlığı 43,27 nəfər. Avropanın statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturasına əsasən, Peloponnes, Qərbi Yunanıstan və İon adaları desentralizasiya idarəsi digər iki periferiya ilə birlikdə və Fessaliya və Mərkəzi Yunanıstan desentralizasiya idarəsi bərabər EL6 (Mərkəzi Yunanıstan) regionunu yaradır. == İstinadlar == == Ədəbiyyat == Ministry of Interior. Structure and operation of local and regional democracy.
Pont yunanları
Pont yunanları və yaxud sadəcə pontlular (yunanca: Πόντιοι) — yunanların subetnik qrupu. Tarixi vətənləri bugünkü Türkiyənin şimal-şərq (Qaradəniz və ya Pont) bölgəsidir. Özlərini həmçinin "romei" ("romalılar"; Bizansın özünü Roma imperiyasının varisi saydığına görə) adlandırırlar. Orta əsrlərdə Pont yunanları Osmanlı imperiyasıyla həmsərhəd məsihi ölkələrə köçürdülər. Yunanıstandan savayı Rusiya imperiyasında Qara dənizin sahillərində, əsasən indiki Ukraynada və Qafqazda pənah tapırdılar. 1940-cı illərdə Qafqazda yaşayan bəzi Pont yunan ailələri (çeçenlər, inquşlar, Axısqa türkləri və s. ilə yanaşı), o cümlədən Bakının demək olar ki bütün pontlu əhalisi Orta Asiyaya sürgün edilmişdir. 1990-cı illərdən başlayaraq keçmiş Sovet respublikalarında yaşayan pontlular Yunanıstana repatriasiya proqramı əsasında mühacirət etməkdədirlər. Ənənəvi olaraq pontlular Pont yunan dilində danışırlar. Bu dil qədim yunan dilinin müstəqil surətdə inkişaf etmiş bir qolu olaraq müasir yunan dilindən olduqca fərqlənir.
Qaranlıq əsrlər (Qədim Yunanıstan)
Mikena sivilizasiyasının tənəzzülü Yunanıstan üçün böyük fəlakət idi. Bu hadisə tarixçilərin “qaranlıq əsrlər” adlandırdığı dövrü başlatmışdı. Qaranlıq əsrlər e.ə. 1150-ci ildən 800-cü ilə qədər davam etmişdi. Mədəniyyət bəsitləşmiş, yazılı qeydlər məhv olmuş, yalnız bəziləri təsadüfən qorunub saxlanmışdı. Bu dövrün sonlarına doğru ornamentli saxsı qablar və metal əşyalar Egey dənizi adalarında peyda olmağa başlamışdı. Lakin ümumilikdə Qaranlıq əsirlər sanki uzun bir gecə idi. Dövrün sonlarında yazı sisteminin inkişafı istisna olmaqla, intellektual nailiyyətlər kəndəbəkənd dolaşan səyyar müğənnilərin oxuduğu balladalar və kiçik dastanlarla məhdudlaşmışdı. E.ə. 8-ci əsrdə bir neçə şair bu materialların çox hissəsini böyük şeir külliyatına qatmışdı.
Qazaxıstan yunanları
Qazaxıstan yunanları — Qazaxıstanın milli azlıqlarından biri. Onların böyük əksəriyyəti Pont yunanlarının törəmələridir. Onlar əsasən Krım, Qafqaz, Cənubi Rusiya ərazisindən deportasiya edilmişlərdir. SSRİ dönəmində 1944–1950-ci illər ərzində SSRİ rəhbərliyinin həyata keçirdiyi deportasiyanın qurbanı olmuşlar. == Tarix == XX əsrin 40-cı illərinə qədər Qazaxıstanda az saylı yunan disporası olmuşdur. Təkcə 1926-cı ildə Qazaxıstanda 157 yunan yaşayırdı. Ölkəyə yunanların kütləvi şəkildə köçürülməsinə 2 iyun 1944-cü ildə başlanılmışdır. Bu zaman Qazaxıstana təkcə Krımdan 5984 yunan köçürülmüşdür. 1949-cu ilin iyunu, 1950-ci ili fevralı və iyulunda yunanlar Gürcüstan SSR, Ermənistan SSR və Şimali Qafqaz zonasından ölkəyə köçürülür. Krım tatarları, Şimali Qafqaz xalqlarını gözləyən aqibət yunan icmasınında başına gəlmişdir.
Qazaxıstan–Yunanıstan münasibətləri
Qazaxıstan–Yunanıstan münasibətləri — Qazaxıstan Respublikası ilə Yunanıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Qazaxıstan və Yunanıstan əlaqələri SSRİ dövründə Yunanıstan–Qazaxıstan SSR münasibətlərinin tərkib hissəsi olmuş, Qazaxıstanın müstəqilliyinin bərpasından sonra yüksələn xəttlə inkişaf etməkdədir. Qazaxıstan və Yunanıstan arasında diplomatik əlaqələr 1992-ci ilin oktyabrında qurulmuşdur. Qazaxıstanda Yunanıstan səfirliyinin açılışı 1997-ci ilin fevral ayında baş tutmuşdur. 2005-ci ilin yanvarında Yunanıstanda Qazaxıstanın Diplomatik missiyası açılmışdır. 2009-cu ilin may ayında isə yenidən təşkil edilmişdir. Qazaxıstan Respublikasında Yunanıstanın fövqəladə və səlahiyyətli səfiri 2012-ci ilin aprel ayından E. Pantzopulos, Yunanıstanda Qazaxıstanın fövqəladə və səlahiyyətli səfiri isə Aleksey Yuri Volkovdur. == Dövlət səfərləri == Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2001-ci ilin iyulunda və 2004-cü ilin avqustunda Yunanıstanda səfərdə olmuş, 2004 Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmişdir. 2002-ci ilin iyununda Yunanıstan prezidenti Konstantinos Stefanopulos Qazaxıstana səfər etmiş və öz çıxışında iki ölkənin əlaqələrinin sonrakı inkişafını dəstəkləmişdir. == Əməkdaşlıq == Qazaxıstan və Yunanıstan arasında iqtisadi və texnologiya əməkdaşlığı haqqında müqavilələr imzalamışdır.
Qırğızıstan–Yunanıstan münasibətləri
Yunanıstan–Qırğızıstan münasibətləri — Yunanıstan Respublikası ilə Qırğız Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Hər iki ölkə 1992-ci ildə diplomatik münasibətlər qurmuşdur. Hər iki ölkə beynəlxalq təşklatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir. Yunanıstan Qırğızıstanda Astanadakı səfirliyi vasitəsilə təmsil olunur. Qırğızıstan Yunanıstanda Bişkekdəki qeyri-rezident səfir vasitəsi ilə təmsil olunur (xarici işlər nazirliyində). Yunanıstandakı Qırğızıstanın maraqlarını Qazaxıstanın Afinadakı səfirliyi təmsil edir. İndiki Qırğızıstan ərazisi İskitlər tərəfindən məskunlaşmış və Makedoniyalı İskəndər tərəfindən fəth edilmişdir. Bu yunanlar ilə bu regionun əhalisi arasında ilk əlaqələ olmuşdur. == Rəsmi ziyarətlər == 2002-ci ildə Qırğızıstan Xarici İşlər Nazirinin müavini Asanbek Osmonaliyev ikitərəfli siyasi əməkdaşlıq perspektivlərini və Qırğızıstan Prezidenti Əsgər Akayevin Yunanıstana rəsmi səfərinin təşkili imkanlarını müzakirə etmək üçün Yunanıstana səfər edir. 31 oktyabr-2 noyabr 2004-cü il tarixlərində Qırğızıstan Prezidenti Əsgər Akayev Yunanıstan Prezidenti Konstantinos Stefanopulos ilə görüşmək üçün Yunanıstana rəsmi səfər edir.
Qədim Yunanıstan
Qədim Yunanıstan (yun. Αρχαία Ελλάδα) — Balkan yarımadasının cənub hissəsində, Egey dənizi arasında, Frakiya sahilində, Kiçik Asiyanın qərb sahilində yaranmış dövlətlər qrupunun ümumi adı; təsir dairəsi Appenin yarımadasının cənub sahilinə, Siciliyanın qərbində, Mərmərə, Qara və Aralıq dənizləri sahillərinə də yayılmışdı. Yunanıstan ərazisinin məskunlaşması orta paleolitə aid edilir. Neolit dövründə (e.ə. 7-ci minilliyin ortaları-e.ə. təqr. 2800) Yunanıstan əhalisi əkinçilik və maldarlıqla məşğul olur, oturaq həyat keçirirdi. Yunanıstanın ilk sakinləri qədim yunanlar (onları pelasgilər, karilər adlandırırdılar) yəqin ki, hind-avropalı olmamışlar. E.ə. 2800 və 2000-ci illər arasında şimaldan yunanlar hücum edib Attika, Şimal-Sərqi Peloponnesi, axaylar isə Peloponnesin böyük hissəsini, eoliyalılar Fessaliya və Orta Yunanıstanı tutdular.
Qədim yunan fəlsəfəsi
Yunanlar fəlsəfədə kainatın təbiəti haqqında hər bir ağlabatan sualı cavablandırmağa, həqiqət problemini və həyatın məqsədi və mənasını tapmağa çalışmışdılar. Fəlsəfədə bu günə qədər ən çox müzakirə edilən mövzu yunanların qərarlarının həqiqiliyi barədə olmuşdur. Bu fakt onların nailiyyətlərinin böyüklüyünü təsdiq edir. Antik fəlsəfə fəlsəfənin ayrıca bir fənn kimi meydana gəlməsini ifadə edir. "Antik fəlsəfə" anlayışı altında Qədim Yunanıstanda və Qədim Romada yaranan fəlsəfə nəzərdə tutulur. Yunan fəlsəfəsi yunan mifologiyasının təsiri altında formalaşmışdır. Yunan mifologiyası isə, öz növbəsində, Homerin "İliada" və "Odisseya", Hesiodun (e.ə. VIII–VII əsrlər) epik əsərlərində öz əksini tapmışdır. Qədim Yunan fəlsəfəsi bizim eradan əvvəl VI əsrin birinci yarısında Elladanın Kiçik Asiya hissəsində, İoniyada – Milet şəhərində yaranmışdır. Bu səbəbdən ilk yunan fəlsəfi məktəbi Milet məktəbi adlanır.
Qədim yunan lirikası
Qedim yunan lirikası — qədim yunan ədəbiyyatının mühüm bir mərhələsidir. Bu dövrdə lirika deyil, melos sözü işlənirdi. Lirika sözü sonralar musiqi alətinin adından (lira) yaranmışdır. Qədim yunan lirikasını üç qola ayırırlar: Elegiya Yamb Melika == Elegiya == Müəyyən hüznlü bir hadisənin təsiri ilə yazılan elegiyalar, sonralar siyasi fikirlərin ifadəsinə çevrildilər. Siyasi məzmunu ilə seçilən elegiyalara Solonun elegiyalarını da aid edə bilərik. == Yamb == Satirik məzmunlu şeirlər olmuşdur. Ən görkəmli nümayəndəsi Arxiloxdur. == Melika == Lirik məzmunlu nəğmələrdir və iki növü vardır: monodik və xor nəğmələri. Monodik melikanın ən görkəmli nümayəndələri Alkey, Sapfo və Anakreont olmuşlar və daha çox məhəbbət mövzulu əsərlər yazmışlar. Xor nəğmələrinin epiqram, epinikya kimi növləri vardır.
Qədim yunan mifologiyası
Qədim yunan mifologiyası — qədim yunanların tanrı və qəhrəmanları, dini və ritual təcrübələri, həyat fəlsəfələri ilə bağlı mif və folklor toplusu.
Qədim yunan məbədi
Qədim yunan məbədi (yun: Ναός; Rom: Naos) qədim Yunanıstanda müqəddəs İlahların heykəllərinin yerləşdiyi tikililər idilər. Məbədin daxili hissələri görüş yeri kimi xidmət etmirdi, çünki müvafiq ilaha həsr olunmuş qurbanlar və ayinlər onlardan kənarda həyata keçirilirdi. Yunan məbədlərinin əksəriyyəti astronomik yönümlü idilər.

Значение слова в других словарях