YUQOSLAV

I. i. Yugoslav

II. s. Yugoslavian

YUKLÜLÜK
YULAF
OBASTAN VİKİ
I Aleksandr (Yuqoslaviya kralı)
I Aleksandar Qaracorceviç (serb. Александар I Карађорђевић), həmçinin Birləşdirici Aleksandar (serb. Александар Ујединитељ; 16 dekabr 1888[…], Çetinye, Monteneqro Knyazlığı – 9 oktyabr 1934[…], Marsel, Üçüncü Fransa Respublikası) — 1921–1934-cü illərdə Yuqoslaviya kralı. 1912–1913-cü illər Balkan müharibələri zamanı 1-ci serb ordusuna başçılıq etmiş, Birinci Dünya müharibəsində serb ordusunun baş komandanı olmuşdur. Xarici siyasətdə Fransaya arxalanırdı. Marseldə faşistpərəst xorvat və Makedoniya sui-qəsdciləri tərəfindən öldürülmuşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Crampton, Richard. Eastern Europe in the Twentieth Century-And After. London: Routledge. 1997.
Keçmiş Yuqoslaviya Makedoniya Respublikası
Şimali Makedoniya (mak. Северна Македонија; alb. Maqedonia e Veriut) və ya rəsmi adı ilə Şimali Makedoniya Respublikası (mak. Република Северна Македонија; alb. Republika e Maqedonisë së Veriut) — cənub-şərqi Avropada dövlət. Şimali Makedoniya Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-şərqdə Serbiya, şimal-qərbdə Kosovo (qismən tanınan), qərbdə Albaniya, cənubda Yunanıstan, şərqdə isə Bolqarıstanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Skopye şəhəri, ümumi sahəsi 25,713 kvadrat kilometrdir. Şimali Makedoniya keçmiş Yuqoslaviyanın tərkibində yer alan ölkələrdən biri olmuşdur və 8 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etmişdir. Ölkə 1991-ci ildən 2019-cu ilin fevral ayınadək rəsmi olaraq Makedoniya Respublikası (mak.
Makedoniya Keçmiş Yuqoslaviya Respublikası
Şimali Makedoniya (mak. Северна Македонија; alb. Maqedonia e Veriut) və ya rəsmi adı ilə Şimali Makedoniya Respublikası (mak. Република Северна Македонија; alb. Republika e Maqedonisë së Veriut) — cənub-şərqi Avropada dövlət. Şimali Makedoniya Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-şərqdə Serbiya, şimal-qərbdə Kosovo (qismən tanınan), qərbdə Albaniya, cənubda Yunanıstan, şərqdə isə Bolqarıstanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Skopye şəhəri, ümumi sahəsi 25,713 kvadrat kilometrdir. Şimali Makedoniya keçmiş Yuqoslaviyanın tərkibində yer alan ölkələrdən biri olmuşdur və 8 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etmişdir. Ölkə 1991-ci ildən 2019-cu ilin fevral ayınadək rəsmi olaraq Makedoniya Respublikası (mak.
NATO-nun Yuqoslaviyaya qarşı müharibəsi
NATO-nun Yuqoslaviyaya qarşı apardığı müharibə 1999-cu ilin 24 mart-10 iyun tarixləri arasında olan dövrü əhatə etmişdir və əsasən NATO təyyarələrinin Yuqoslaviya ərazisini səmadan bombardman etməsi ilə yadda qalmışdır. Müharibənin nəticəsi olaraq, serb qoşunları Kosovo və Metaxiyadan geri çəkilməyə məcbur qalmış və həmin ərazilər NATO-nun nəzarəti altına keçmişdir. Bu da faktiki olaraq həmin ərazilərin Yuqoslaviyadan ayrılmasına gətirib çıxarmışdır. 28 mart 1989-cu il tarixində serb parlamenti Yuqoslaviya konstitusiyasını pozaraq, Kosmet əyalətinin muxtariyyət statusunu ləğv edir. 1989–1990-cı illərdə Miloşeviçin təşəbbüsü ilə Kosovo hökuməti və parlamenti buraxılır. Demək olar ki, bütün albanlar dövlət orqanlarındakı vəzifələrindən xaric olunurlar. 1991-ci ilin sentyabrında Yuqoslaviyanın süqut etdiyi dövrlərdə Kosovo özünü müstəqil respublika elan edir. Lakin onun müstəqilliyini yalnız Albaniya tanıyır. Bundan sonra albanlar dünya ictimaiyyətinin diqqətini bura yönəltməyə çalışırlar. 1992-ci ildə kosovo albanları yazıçı İbrahim Ruqovu Kosovo Respublikasının prezidenti seçirlər.
Yuqoslaviya
Yuqoslaviya — 1918-ci ildən 2003-cü ilə qədər Balkan yarımadasında mövcud olan və Adriatik dənizinə çıxışı olan Avropa dövləti. Böyük Yuqoslaviya - 1947-ci ilə qədər unitar dövlət (Yuqoslaviya krallığı), 1947-ci ildən federativ dövlət (YSFR) kimi tərkibinə 6 respublika daxil idi: Serbiya, Xorvatiya, Sloveniya, Makedoniya, Monteneqro və Bosniya və Herseqovina. Hazırda bu dövlətlərin hamısı müstəqildir. Kiçik Yuqoslaviya - (Yuqoslaviya İttifaq Respublikası) - indiki müstəqil Monteneqro və Serbiya dövlətləri daxil idi. Cənubi slavyan etnoslarının dövlət-siyasi birliyi ideyası XVII əsrdə Sloveniya və Xorvatiya ərazisində yaranıb. Yuqoslaviya XX əsrin əvvəllərində Birinci Dünya müharibəsindən və Avstriya-Macarıstan imperiyasının dağılmasından sonra (Serblər, Xorvatlar və Slovenlar Krallığı kimi) formalaşmışdır. XX əsrin sonu — XXI əsrin əvvəllərində ölkə bir neçə dövlətə parçalandı. Serb və xorvat dilçiləri arasındakı əməkdaşlıq nəticəsində rəsmi dil serb-xorvat dili olmuşdur. İkinci Dünya müharibəsindən sonra müttəfiq respublikaların dilləri bərabərhüquqlu dövlət dilləri elan edildi. Əsas əhali — cənub slavyanlardır: bosniyalılar, serblər, xorvatlar, sloveniyalılar, makedoniyalılar, çernoqoriyalılar, eləcə də qeyri — slavyan xalqları-albanlar və macarlardır.
Yuqoslaviya Federativ Respublikası
Yuqoslaviya Federativ Respublikası (qısaca YFR, eləcə də Kiçik və ya Üçüncü Yuqoslaviya da adlandırılır) Yuqoslaviya Sosialist Federativ Respublikası dağılandan sonra 27 aprel 1992-ci ildə yaradılmışdır və tərkibinə iki respublika daxil idi: Serbiya və Monteneqro. "Birlik qüvvəsi" hərbi əməliyyatı zamanı 1999-cu ildə NATO qüvvələrinin bombardmanına məruz qalmışdır. 4 fevral 2003-cü ildə Yuqoslaviya Federativ Respublikasının adı Serbiya və Monteneqro olaraq dəyişdirilmiş, konfederasiya yaradılmış və iki respublika - həm Serbiya, həm də Monteneqro bərabər hüquqlar almışlar. Bundan sonra Podqoritsa da eynilə Belqrad kimi paytaxt funksiyalarını daşımağa başlamışdır. Belqrad ticarət paytaxtı, Podqoritsa isə məhkəmə paytaxtı kimi fəaliyyət göstərmişdir. 2006-cı ilin may ayında keçirilən referendumun nəticələrinə görə Monteneqro müstəqil dövlət statusu almış, bundan sonra federasiyanın fəaliyyətinə son qoyulmuşdur.
Yuqoslaviya Qadın Antifaşist Cəbhəsi
Yuqoslaviya Qadın Antifaşist Cəbhəsi (Serb-xorvatcaː Antifašistička fronta žena/SlovencaːProtifašistično fronta žensk) — Yuqoslaviyanın Qadın Antifaşist Cəbhəsi və ya da sadəcə Qadın Antifaşist Cəbhəsi olaraq da bilinirdi. Milli Yuqosloviya qadın antifaşist təşkilatı, Kommunist Partiyası tərəfindən idarə olunan və alman-faşist işğalçılarına qarşı mübarizə aparan xalq azadlıq partizan hərəkatına yardım etmək üçün Yuqoslaviya qadınlarının cəlb olunduğu kütləvi təşkilat. Cəbhə 6 dekabr 1942-ci ildə Bihac Respublikası ərazisindəki Bosanski-Petrovac qəsəbəsində, İlk Milli Qadın Konfransında təsis edilmişdir. Əvvəlcə bu təşkilatı Qadın Antifaşist Təşkilatı adlandırırdılar. Vahid ölkənin müxtəlif regionları üzrə bölmələrin adları fərqlənirdi: Xorvatiyada Xorvatiya Qadın Antifaşist Cəbhəsi; Sloveniyada Qadın Antifaşist Assosiasiyası; Qadın Antifaşist Cəbhəsi və Antifaşist Qadın Cəbhəsi, rəsmi olaraq Sloven Qadın Antifaşist təşkilatı idi. (Sloveniyada Qadın anti-italyan birliyi də fəaliyyət göstərdi) Makedoniyada Makedoniya Qadın Antifaşist Cəbhəsi idi, Serbiyada — Serbiyanın Qadın Antifaşist Cəbhəsi (qərargahı Subotiçada yerləşən Voyevodina Qadın Antifaşist Cəbhəsi də daxil olmaqla) var idi. Yuqoslaviyadakı müharibələrarası illərdə qadınların Balkan cəmiyyətindəki yeri ilə bağlı ənənəvi baxışdan imtina edilməsini müdafiə edən feministlərə dəstək üçün bir sıra hərəkatlar oldu. Xüsusilə, qadınlara seçki hüququ verilməsi və yüksək vəzifələrdə çalışmaq imkanını müdafiə etdilər(1934-cü ildə 2 min mədənçinin arvadı Trbovledəkı tətili dəstəklədi). Polad paktı və tərəfdarlarına qarşı həm ölkə daxilində, həm də xaricdə hər cür şəkildə danışdılar (1935-ci il Zaqrebdə Alman konsulluğunun binası yaxınlığında keçirilən etiraz aksiyasının 5 min iştirakçısı; 1936-cı ildə Avropada barışı dəstəkləyən qadınların 600 min imzası). 1939-cu ildə "Jena danas" (Bu gün qadın) jurnalı qadınlara səsvermə hüququ aksiyasını dəstəklədi.
Yuqoslaviya SFR
Yuqoslaviya Sosialist Federativ Respublikası (1945-1992) — Balkan yarımadasında keçmiş sosialist ölkəsi. Bosniya və Herseqovina, Xorvatiya, Şimali Makedoniya Respublikası, Monteneqro, Serbiya, Sloveniya, Voyevodina və Kosovodan ibarət olmuşdur. Ondan qabaq Yuqoslaviya krallığı (1918, dekabrın 1-dən 1943-1945 il noyabrın 29-da qədər), sonra isə Yuqoslaviya Federativ Respublikası (1992-ci il aprelin 27-dən 2003-cü il fevralın 4-dək) mövcud olmuşdur. Vikianbarda Yuqoslaviya ilə əlaqəli mediafayllar var.
Yuqoslaviya Sosialist Federativ Respublikası
Yuqoslaviya Sosialist Federativ Respublikası (1945-1992) — Balkan yarımadasında keçmiş sosialist ölkəsi. Bosniya və Herseqovina, Xorvatiya, Şimali Makedoniya Respublikası, Monteneqro, Serbiya, Sloveniya, Voyevodina və Kosovodan ibarət olmuşdur. Ondan qabaq Yuqoslaviya krallığı (1918, dekabrın 1-dən 1943-1945 il noyabrın 29-da qədər), sonra isə Yuqoslaviya Federativ Respublikası (1992-ci il aprelin 27-dən 2003-cü il fevralın 4-dək) mövcud olmuşdur. Vikianbarda Yuqoslaviya ilə əlaqəli mediafayllar var.
Yuqoslaviya dinarı
Dinar üç Yuqoslaviya dövlətlərin valyutası idi: Yuqoslaviya krallığı (keçmiş Serblər, Xorvatlar və Slovenlər krallığı), YSFR və YFR. Dinar 100 paradan ibarət idi. 1920-ci ildə Serblər, Xorvatlar və Slovenlər Krallığının Milli Bankı 10, 100 və 1000 dinarlıq əskinaslar buraxdı. 1929-cu ildə ölkənin adı Yuqoslaviya ilə dəyişdirildikdən sonra şəkli dəyişdirilmiş 10 və 100 dinarlıq əskinaslar buraxıldı. 1931-ci ildə yeni 1000 dinar, 1935-ci ildə isə 500 dinarlıq əsginas buraxıldı. 1939-cu ildə 10 dinar dəyərində yeni dizayna malik banknotlar buraxıldı. 1944-cü ildə Demokratik Federal Yuqoslaviyası 1, 5, 10, 20, 50, 100, 500 və 1000 dinarlıq əskinaslar buraxdı. Daha sonra, 1946-cı ildə Yuqoslaviya Federal Xalq Respublikasının Milli Bankı tərəfindən 50, 100, 500 və 1000 dinar nominallı əskinaslar buraxıldı. 1950-ci ildə 5000 dinarlıq əskinas tətbiq edildi. Dinar kollaborasionist hakimiyyətin buraxdığı serb dinarı (1 yuqoslav : 20 serb) və MXD-nın kunasını əvəzlədi (1 dinar : 40 kuna). Həmçinin, 50 para, 1, 2 və 5 dinar dəyərində sink sikkələri buraxılırdı.
Yuqoslaviya kronu
Yuqoslaviya kronu (serb. Круна, xorv. Kruna, sloven. Krona) — 1919–1920-ci illərdə Yuqoslaviya krallığının müvəqqəti paralel valyutası, paralel dövriyyədə olan dinarla nisbəti 4 kron = 1 dinar idi. Avstriya-Macarıstanın dağılması nəticəsində Yuqoslaviya Krallığına verilən ərazilərdə Avstriya-Macarıstan kronu tətbiq olunmağa davam edirdi. 1919-cu ilin yanvar ayında 10, 20, 50, 100 və 1000 kron dəyərində Avstriya-Macarıstan bankının banknotlarının ştempelləməsi prosesi aparıldı. 1 və 2 kronluq əskinaslar üzərində rəsmi olaraq ştempel vurulmamışdır, lakin ştamplanmış əsginasların nüsxələri məlumdur. Tezliklə Maliyyə Nazirliyi 1919-cu il nüsxəli əskinazları dinar olaraq buraxdı, hansıların ki üstünə əlavə möhürcük vasitəsilə kron nominalı əlavə olundu: dinarın 1⁄2 — 2 kron, 1 dinar — 4 kron, 5 dinar — 20 kron, 10 dinar — 40 kron, 20 dinar — 80 kron, 100 dinar — 400 kron, 1000 dinar — 4000 kron. Əlavə möhürcük prosesi zamanı mətbəə xətaları baş vermişdir: 2 və 4 kron dəyərində əskinaslarda "KRUNE" yerinə "KURNE", 20 kron əskinaslarda isə "KRUNA" yerinə "KURNA" yazılmışdır. Heller üzrə pul nişanları buraxılmırdı.
Yuqoslaviya milli futbol komandası
1 dəfə FİFA Dünya Kubokunun üçüncüsü — 1930
Yuqoslaviya müharibələri
Yuqoslaviya müharibələri dedikdə Yuqoslaviya dövlətinin dağılmasına səbəb olan 1991-ci ildən 2001-ci ilə qədər davam edən, keçmiş Yuqoslaviyada baş verən müstəqil, lakin əlaqəli etnik münaqişələr, müstəqillik müharibələri və üsyanlar nəzərdə tutulur. Yeni ölkələrdə etnik azlıqlar arasındakı həll edilməmiş gərginliyə baxmayaraq, müharibələrə təkan verən yeni respublikalar yarandı. Döyüşlərin əksəriyyəti yeni dövlətlərin tam şəkildə beynəlxalq tanınması ilə, sülh razılaşmaları ilə nəticələndi, lakin bölgədə ciddi insan itkisi yarandı və iqtisadi ziyan vurdu. Əvvəlcə Yuqoslaviya Xalq Ordusu (JNA), separatçı hökumətləri əzməklə bütün Yuqoslaviyanın birliyini qorumağa çalışdı, lakin getdikcə serb millətçi ritorikasını oyadan və Serblərin bir dövlət olaraq birləşməsi üçün Yuqoslav məsələsini istifadə etmək istəyən Slobodan Miloşeviçin rəhbərlik etdiyi Serbiya hökumətinin təsiri altına düşdü. Nəticədə JNA, Slovenləri, Xorvatları, Kosova Albanlarını, Bosniyalıları və Etnik Makedoniyalıları itirməyə başladı və nəticədə Serb ordusuna çevrildi. Birləşmiş Millətlər Təşkilatının 1994-cü il tarixli hesabatına görə Serb tərəfinin Yuqoslaviyanı bərpa etmək məqsədi yox idi, lakin Xorvatiya və Bosniyanın bir hissəsindən olan "Böyük Serbiya" yaratmaq istəyirdi. Digər irredentist hərəkatlar da "Böyük Albaniya" (Beynəlxalq diplomatiyadan sonra tərk edilsə də, Kosovanın ərazisindən ibarət) və "Böyük Xorvatiya" (1994-cü ilədək, Vaşinqton Sazişi sona çatana qədər, Herseqovinanın ərazilərindən ibarət) kimi müharibələrlə əlaqələndirilmişdir. Adətən İkinci Dünya müharibəsindən sonra Avropanın ən ölümcül müharibələri olaraq qəbul edilən bu münaqişələr, bir çox müharibə , o cümlədən soyqırım, insanlığa qarşı cinayət və təcavüz hadisələri ilə qeydə alınmışdır. Bosniya soyqırımı İkinci Dünya müharibəsindən bəri rəsmi olaraq soyqırım kimi xarakterizə edilən Avropa qeydə alınan ilk cinayət idi və bunun bir çox əsas fərdi iştirakçıları müharibə cinayətləri ilə ittiham edildi. BMT tərəfindən bu cinayətlərə görə məhkəmə işinə baxmaq məqsədilə keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Məhkəməsi (BCM) təsis edilmişdir.Qeyri-stasionar məsələlərlə bağlı Beynəlxalq Mərkəzin məlumatına görə Yuqoslaviya müharibələri 140.000 insanın ölümü ilə nəticələndi.
Yuqoslaviya tarix muzeyi
Yuqoslaviya tarix muzeyi və ya sadəcə Yuqoslaviya muzeyi (serb. Музеј Југославије) ― Serbiyanın paytaxtı Belqradda yerləşən tarix muzeyi. Muzey Yuqoslaviya krallığı və Yuqoslaviya Respublikası dövrü ilə yanaşı İosif Broz Titonun həyatını da izah edir. Titonun qəbri muzey binalarından birində yerləşir. Hər il 120 000 nəfər ziyarətçi qəbul edən Yuqoslaviya tarix muzeyi Serbiyada ən çox ziyarət edilən muzeydir. Yuqoslaviya muzeyini təşkil edən hər üç bina əvvəllər "İosif Broz Tito" memorial mərkəzinin bir hissəsi olmuşdur. 25 may 1962-ci ildə "25 May muzeyi" açıldı. Bu muzey Yuqoslaviya prezidenti İosif Broz Titoya 70 illik yubileyi üçün hədiyyə olaraq Belqrad şəhəri tərəfindən tikilmişdi. Muzey Titonun 1962-ci ilə qədər aldığı hədiyyələri nümayiş etdirmək üçün istifadə edilirdi. 16 noyabr 1982-ci ildə "İosif Broz Tito" memorial mərkəzi quruldu və "25 May muzeyi" mərkəzin bir hissəsi oldu.
Yuqoslaviya bayrağı
Yuqoslaviya gerbi
Yuqoslaviya gerbi — Yuqoslaviyanın rəsmi gerbi.
Yuqoslaviya krallığı
Yuqoslaviya krallığı (serb. Краљевина Југославија, xorv. Kraljevina Jugoslavija) — 1929-1941-ci illərdə Balkan yarımadasının şimal-qərb hissəsində (formal olaraq 1945-ci ilə qədər) müasir Sloveniya, Xorvatiya, Serbiya, Monteneqro, Bosniya və Herseqovina və Şimali Makedoniya ərazisində dövlətin rəsmi adı. "Yuqoslaviya" adı 1929-cu il yanvarın 6-da kral I Aleksandr tərəfindən dövlət çevrilişi və diktaturanın qurulmasından sonra 4 oktyabr 1929-cu ildə qəbul edilib. Bundan əvvəl, 1918-ci il dekabrın 1-dən ölkə serblərin, xorvatların və slovenlərin Krallığı (serb. Краљевина Срба, Хрвата и Словенаца) adlanırdı. Qısaldılmış şəkildə SXS krallığı və SXSK adlanırdı. Krallıq 1918-ci ildə müvəqqəti olaraq slovenlər, xorvatlar və serblərin dövlətinin (keçmiş Avstriya-Macarıstan ərazilərindən, o cümlədən indiki Bosniya və Herseqovina, Xorvatiya, Sloveniyanın çox hissəsi), Banat, Baçka, Baranya (Avstriya-Macarıstan tərkibindəki Macarıstan Krallığının keçmiş hissəsi) və keçmiş müstəqil Serbiya krallığının birləşməsi nəticəsində yaranıb. Həmin il Monteneqro krallığı da Serbiya ilə birləşməsini elan etdi. Kosovo və Vardar Makedoniya bölgələri birləşmədən əvvəl Serbiyanın bir hissəsi oldu.
Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı
Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı (KYBCT) (ing. International Tribunal for the Prosecution of Persons Responsible for Serious Violations of International Humanitarian Law Committed in the Territory of the Former Yugoslavia since 1991 (ICTY)) — Yuqoslaviya müharibələri zamanı törədilmiş hərbi cinayətləri təqib etmək və təqsirkarları mühakimə etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 827 saylı qətnaməsi ilə yaradılmış beynəlxalq məhkəmə. Tribunal Niderlandın Haaqa şəhərində yerləşən ad hoc məhkəmə idi. KYBCT Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 25 may 1993-cü ildə qəbul edilmiş 827 saylı qətnaməsi əsasında yaradılmışdır. Tribunal 1991-ci ildən bəri keçmiş Yuqoslaviya ərazisində törədilmiş cinayətlərin dörd qrupu üzrə yurisdiksiyaya malik idi: Cenevrə konvensiyalarının kobud şəkildə pozulması, müharibə qanunlarının və ya adətlərinin pozulması, soyqırım və insanlıq əleyhinə cinayətlər. Tribunalın verə biləcəyi ən ağır cəza ömürlük azadlıqdan məhrumetmə idi. Müxtəlif dövlətlər azadlıqdan məhrumetmə cəzasının icrası məqsədilə Birləşmiş Millətlər Təşkilatı ilə müqavilələr imzalamışdır. Tribunalın fəaliyyəti ərzində ümumilikdə 161 nəfərə qarşı ittiham irəli sürülmüşdür; yekun ittiham aktları 2004-cü ilin dekabrında verilmiş, sonuncusu isə 2005-ci ilin yazında təsdiqlənmişdir. Qoran Haciç cinayət təqibindən yayınan ən axırıncı şəxs kimi 20 iyul 2011-ci ildə ələ keçirilmişdir. Sonuncu hökm 29 noyabr 2017-ci ildə çıxarılmış və qurum 31 dekabr 2017-ci ildə rəsmi olaraq fəaliyyətini dayandırmışdır.
Yuqoslaviyanın dağılması
Yuqoslaviyanın dağılması — 1991-2008-ci illərdə baş vermiş hadisələrin ümumi adı, nəticədə Yuqoslaviya Sosialist Federativ Respublikası (YSFR) altı müstəqil ölkəyə və bir qismən tanınan dövlətə bölündü. Dövlətin parçalanması prosesi 1991-1992-ci illərdə, altı respublikadan dördünün (Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina və Makedoniya) YSFR-dən ayrılması ilə başladı. Eyni zamanda, BMT-nin sülhməramlı qüvvələri əvvəlcə Bosniya və Herseqovina, sonra isə Kosovo muxtar vilayəti ərazisinə daxil edildi. İki respublikanın qaldığı Yuqoslaviya Serbiya və Monteneqronun tərkibində federasiyaya çevrildi: 1992-2003-cü illərdə - Yuqoslaviya Federativ Respublikası (FRY), 2003-cü ildən 2006-cı ilə qədər - Serbiya və Monteneqro konfederal Dövlət İttifaqı. 1999-cu ildə ABŞ və müttəfiqləri BMT-nin protektoratına çevrilən Kosovo muxtar bölgəsində hərbi əməliyyat keçirdilər. Əməliyyat humanitar müdaxilə kimi əsaslandırılıb, lakin o, BMT mandatı olmadan həyata keçirilib və buna görə də onun qanuniliyi mübahisəlidir və bəzi tənqidçilər tərəfindən hərbi təcavüz kimi səciyyələndirilib. 3 iyun 2006-cı ildə Monteneqronun ittifaqdan çıxması ilə Yuqoslaviyanın nəhayət ki, mövcudluğuna xitam verildi. 17 fevral 2008-ci ildə Kosovo Respublikasının Serbiyadan müstəqilliyi birtərəfli qaydada elan edildi.
Yuqoslaviya Elm və İncəsənət Akademiyası
Xorvatiya Elm və İncəsənət Akademiyası (xorv. Hrvatska akademija znanosti i umjetnosti; HAZU), əvvəllər Yuqoslaviya Elm və İncəsənət Akademiyası (xorv. Jugoslavenska akademija znanosti i umjetnosti; JAZU) — Yuqoslaviyanın süqutundan sonra müstəqil Xorvatiyanın ali elmi müəssisəsi. Baş qərargah Zaqreb şəhərində yerləşir. Akademiyanın hazırkı prezidenti — Velimir Neydhardtdır (2019-cu ildən). Akademiyanın yaradılması ideyası 1848-ci ildə Yosip Yuray Ştrosmayerin təşəbbüsü ilə irəli sürülmüşdü. 4 mart 1866-cı ildə Zaqrebdə Yuqoslav Akademiyası təsis edilmişdir. 1945-1990-cı illərdə Xorvatiya Akademiyası Yuqoslaviya Elmlər Akademiyasının tərkib hissəsi idi. 1990-cı ildən - Xorvatiya Konstitusiyası ilə təsbit edilmiş müstəqil elmi müəssisədir. Xorvatiya Elm və İncəsənət Akademiyası 9 şöbədən ibarətdir: Təbiət elmləri bölməsi Təsviri incəsənət bölməsi Ədəbiyyat bölməsi Riyazi, Fiziki və Kimya Elmlər bölməsi Tibb elmləri bölməsi Musiqi və musiqişünaslıq bölməsi Sosial elmlər bölməsi Texniki elmlər bölməsi Filoloji elmlər bölməsi hazu.hr — Xorvatiya Elm və İncəsənət Akademiyasının rəsmi saytı (xorv.) (ing.) Zakon o Hrvatskoj akademiji znanosti i umjetnosti (xorv.) Robert Bajruši.
Yuqoslaviya əməliyyatı
Yuqoslaviya əməliyyatı, həmçinin Aprel müharibəsi və ya 25 saylı əməliyyat — 6 aprel 1941-ci ildə, İkinci Dünya müharibəsi zamanı Almaniyanın başçılığı ilə Ox dövlətlərinin Yuqoslaviya krallığına hücum əməliyyatı. Hücum əmri "25 nömrəli fürer direktivi”ndə irəli sürülmüşdür. Bu, Adolf Hitler tərəfindən 27 mart 1941-ci ildə, Yuqoslaviyada dövlət çevrilişində Ox dövlətlərinin tərəfdarı olan hökumətin devrilməsindən sonra verilmişdir. Hücum əməliyyatı Lüftvaffe (Almaniya Hərbi Hava Qüvvələri) tərəfindən Belqrad və Kral Yuqoslaviya Hərbi Hava Qüvvələrinin (VVKJ) obyektlərinə böyük hava hücumu və Bolqarıstanın cənub-qərbindən Almaniya quru qüvvələrinin hücumları ilə başlamışdır. Bu hücumların ardınca Rumıniya, Macarıstan və Ostmarkdan (indiki Avstriya, sonradan Almaniyanın bir hissəsi) Almaniyanın hücumları baş tutmuşdur. İtaliya qüvvələri 11 aprelə qədər hava və artilleriya hücumları ilə məhdudlaşmışdı, lakin sonradan İtaliya ordusu Lyublyanaya (indiki Sloveniyada), həmçinin İstriya və Likadan keçərək Dalmatiya sahillərindən aşağıya doğru hücum etmişdir. Həmin gün Macarıstan qüvvələri Yuqoslaviyada Baçka və Baranyaya daxil olmuşdular. İtaliya qüvvələri kimi onlar da praktiki olaraq yüngül müqavimətlə üzləşmışdilər. İtaliyanın Albaniya protektoratının şimal hissələrinə Yuqoslaviyanın hücumu ilkin müvəffəqiyyətlə qarşılanmışdı, lakin Yuqoslaviya qüvvələrinin qalan hissəsinin dağılması səbəbindən nəticəsiz qalmışdır. Alimlər Kral Yuqoslaviya Ordusunun qəfil süqutu üçün bir neçə nəzəriyyə irəli sürmüşdülər.
Yuqoslaviya kommunistlər ittifaqı
Yuqoslaviya kommunistlər ittifaqı (serb-xorv. Savez komunista Jugoslavije, Савез комниста Југославије, SKJ; sloven. Zveza komunistov Jugoslavije; mak. Сојуз на комунистите на Југославија), 1952-ci ildən əvvəl Yuqoslaviya Kommunist Partiyası (serb-xorv. Komunistička partija Jugoslavije, sloven. Komunistična partija Jugoslavije, mak. Комунистичка партија на Југославија, Komunistička partija na Jugoslavija), 1919-cu ildə Yuqoslaviya krallığında Yuqoslaviya Kommunist Partiyası adı altında yaradılmış olan partiya, 1945-1990-cı illər arasında Yuqoslaviyada yeganə qanuni siyasi partiya kimi dövləti idarə etmişdir.
Rumıniyalı Mariya (Yuqoslaviya kraliçası)
Rumıniyalı Mariya (rum. Marie de Hohenzollern-Sigmaringen; 6 yanvar 1900 – 22 iyun 1961, London) — Rumıniya kralı I Ferdinandın qızı, Yuqoslaviya kraliçası. 8 iyun 1922-ci ildə Belqradda Yuqoslaviya kralı I Aleksandrla evləndi və cütlüyün bu nigahdan 3 övladı dünyaya gəldi.

Значение слова в других словарях