YIĞNAQ

is.
1. Yığıncaq; yığılmış, toplanmış adamlar və s.; qələbəlik, tünlük.
Bu nə yığnaqdır? – Yaşardı orada qaçaq yığnağı; Olardı dövlətə açıq bir yağı… H.K.Sanılı.

□ Yığnaq eləmək (etmək) – yığılıb danışmaq, məsləhətləşmək.
Çağır Kükümlə Muxtarı; Otağa, yığnaq eləyək! Aşıq Ələsgər.

Yığnaq salmaq kin. – toplaşmaq, yığışmaq.
Gündə bir qapıya salırlar yığnaq. Q.Zakir.

// Bir yerə yığılmış, toplanmış şeylər.
Keçibdir beş yüzü dərədə yığnaq; Toplanmış imperyal bir dolu çanaq. H.K.Sanılı.

2. Qonaqlıq, məclis.
Xeyrin olsun, hər kəs yığnağındadır; Onlar ilə zövqü işrət eylərsən. M.V.Vidadi.
[Divanbəyi:] Xub, o şeytan yığnağına rast gələn uşaqları mənə göstərin. M.F.Axundzadə.
Düşəndə məclisə, ağır yığnağa; Mənə hörmət qoyur irəncbər, ağa. Aşıq Ələsgər.

Синонимы

  • YIĞNAQ yığnaq bax iclas
  • YIĞNAQ qələbəlik — tünlük
  • YIĞNAQ qonaqlıq — məclis

Антонимы

  • YIĞNAQ YIĞNAQ – DAĞINIQ Gündə bir qapıya salırlar yığnaq (Q.Zakir); Qədir atın üstündə dağınıq saçlı Qumrunu qucaqladı (Mir Cəlal)

Этимология

  • YIĞNAQ Məclis kəlməsinin sinonimidir, yığmaq feili zəminində əmələ gəlib. Sözün əsli yığ-ın-aq kimi olub, -ın şəkilçisi “biçin” qəlibi üzrə isim düzəldib, -a
YIĞMAQ
YIXDIRILMA

Значение слова в других словарях