ZƏFƏRANI

s. (i.s.) of saffron colour; ~ rəng saffron colour

ZƏFƏRAN
ZƏFƏRANLI
OBASTAN VİKİ
Adam zəfəranı
Adam zəfəranı (lat. Crocus adami) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1ab(iii,iv)+2ab(iii). Nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaqlı yumru-şarvari, yumurtaşəkilli, üzəri, çox sayda dərivari, qəhvəyi örtüklə örtülüdür. Aşağı hissədən halqaşəkilli ayrılmışdır. Yarpaqları 3-7 ədəd çiçəklə bir vaxtda görünür, dar-xətvari, еnində çılpaq çiçəyə bərabərdir. Çiçəkyanlğı bükükdə qızılı-sarı, xarici tərəfdən şırımlı, еrkəkcikləri sarı rəngdə, dişicik ağızcığı narıncı, tozcuqdan hündürdür. == Bioloji, еkoloji və fitosеnoloji xüsusiyyətləri == Çiçəkləmə-mеyvə əmələgətirmə dövrü aprеl-may aylarına təsadüf edir.
Ankara zəfəranı
Ankara zəfəranı (lat. Crocus ancyrensis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. Türkiyənin endemik bitkisidir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən Kiçik təhlükə altında olan növ kimi göstərilir. Öz elmi adını Ankaranın antik adından almışdır — Ancyra. == Yayılması == Yabanı halda Türkiyənin şimal-şərqində və Mərkəzi Anadolu ərazisində yayılmışdır. Türkiyənin Amasiya, Ankara, Bolu, Çorum, Kastamonu, Kırşəhər, Kayseri, Qəhrəmanmaraş, Samsun, Sivas və Yozğad illəri ərazisində rastlanılır. Əsasən 1000-1600 metr hündürlükdə, qayalı torpaqlarda, quru meşələr, çəmənliklər, kolluqlar və iynəyarpaqlı meşələrdə rastlanılırlar. Şaxtaya davamlı, isti sevməz, suya tələbkar bitkidir. Avropada bahalı dibçək bitki kimi yetişdirilir və "Golden Bunch" (qızıl buket) kimi tanınır.
Xəzər zəfəranı
Xəzər zəfəranı (lat. Crocus caspius) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. Transqafqazdan İrana qədər ərazilərdə yayılmışdır. Çoxillik ot bitkisidir. Soğanaqlı yumrusu 2 sm hündürlükdə, 1 sm enində, üzəri pərdəli, tünd – qəhvəyi, lifli örtüklüdür. Daxili örtük qısa tükcüklüdür. Bitki 12-17 sm hündürlükdə; yarpaqlar çiçəklərlə birlikdə görünür. 5-7 ədəddir, bəzən çiçəklərdən hündür, çılpaq xətvari, 1,5-2 mm enində itidir. Çiçəklər ağ, əsnək narıncı, şırımısızdır. Çiçəkyanlığının kənarları uzunsov-ellipsivari, kütdür.
Əkin zəfəranı
Adi zəfəran (lat. Crocus sativus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. Yeraltı yumruları ilə çoxalan birillik bitkidir. Zəfəran ədviyyatı ağırlığına görə dünyanın ən bahalı olanıdır. Azərbaycanda zəfəran xörəklərdə ətirli ədviyyə kimi çox qədim vaxtdan istifadə olunur. "Zəfəranlı aş", "zəfəranlı piti" adlanan xörəklər çoxlarına məlumdur. Bu ədviyyatın qiyməti 400 ilə 1000 dollar arasında dəyişir. Əlbəttə bunların da arasında qismən keyfiyyəti aşağı olan növləri vardır. Misal olaraq İran zəfəranının kiloqramı 460 dollara satılır. Yunanlara məxsus zəfəranın kiloqramı isə 800 dollara yaxındır.

Значение слова в других словарях