Zaida (opera)
Zaida, KV 344, (alm. Zaïde Zaide) — İohann Andreas Schachtner-in librettosunda V. A. Motsartın yarımçıq qalmış opera — singspieli ; 1780-ci ildə bəstələnmişdir.
== Yaradılma tarixi ==
1778-ci ildə İmperator II İosif komik operanın qurulmasına sifariş verir. Motsart 1779-cu ildə opera üzərində işləməyə başlamış, lakin tezliklə "İdomen" operasının bəstələnməsinə daha çox diqqət yetirmək üçün fikrindən daşınmış və bir daha bu işə qayıtmamışdır. Tezliklə partitura yoxa çıxır və 1799-cu ildə Motsartın dul qalmış arvadı Konstans tərəfindən fraqmentlər yenidən tapılır.
Finalı İ. A. Andre tərəfindən tamamlanan operanın premyerası 27 yanvar 1866-cı ildə Frankfurtda baş tutur.
== İştirak edənlər ==
Zaida — Soprano
Qomats — tenor
Allazim — bas
Sultan Süleyman — tenor
Osmin — bas
Zaram, gözətçilərin kapitanı — danışıq rolu
Dörd qul — Tenorlar
== Tezis ==
Hadisə XVI əsrdə Türkiyədə baş verir.
Sultan Süleymanın xristian əsiri Zaida Süleymanın köləsinə aşiq olur. Bu isə Sultanın qəzəbnə və qısqanclığına səbəb olur. Allazimin köməyi ilə qaçmağa çalışsalar da, heç bir nəticə vermir.