Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Faiq
Faiq — Azərbaycanlı kişi adı. Faiq Hüsiyev — Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008) Faiq Süleyman Paşa — Faiq Əlizadə — 20 yanvar şəhidi. Faiq Məmmədov Faiq Məmmədov (professor) — professor. Faiq Məmmədov (geoloq) — geoloq.
Zair
Zair (fr. Zaire; [zaiʁ]), rəsmi olaraq Zair Respublikası (fr. République du Zaïre, [ʁepyblik dy zaiʁ]) — 1971-ci ildən 1997-ci ilə qədər Mərkəzi Afrikada, əvvəl və indi yenidən Konqo Demokratik Respublikası kimi tanınan Konqo dövləti. Zair ərazisinə görə Afrikanın üçüncü böyük ölkəsi (Sudan və Əlcəzairdən sonra) və dünyanın 11-ci böyük ölkəsi idi. 23 milyondan çox əhalisi olan Zair Afrikanın ən sıx məskunlaşılan rəsmi səviyyədən frankofon ölkəsi olmaqla yanaşı, Afrikanın ən sıx məskunlaşılan ölkə idi. Ölkə Mobutu Sese Seko və onun hakim İnqilabi Xalq Hərəkatı Partiyası tərəfindən idarə olunan təkpartiyalı totalitar hərbi diktatura idi. Zair Belçikadan müstəqillik əldə etmək uğrunda mübarizədən – Konqo böhranından beş il sonra, yəni 1965-ci ildə Mobutunun hərbi çevrilişlə hakimiyyəti ələ keçirməsi nəticəsində qurulmuşdur. Zair güclü mərkəzçi konstitusiyaya malik idi və xarici aktivlər milliləşdirilmişdi. Bu dövr bəzən İkinci Konqo Respublikası adlandırılır. Ölkənin adı – "Zaïre" bəzən portuqal dilində "Zaïre" adlanan Konqo çayının adından götürülmüşdür.
Şaiq
Şaiq — kişi adı. Şaiq Kəlbiyev Şaiq Kəlbiyev (əsgər, 1971) — Qarabağ müharibəsi şəhidi. Şaiq Kəlbiyev (əsgər, 1994) — Vətən müharibəsi şəhidi. Şaiq Cavadzadə — İkinci Qarabağ müharibəsi şəhidi. Şaiq Məmmədov — azərbaycanlı jurnalist Şaiq Bəşirov — Qarabağ müharibəsi şəhidi. Şaiq Qədimov — tibb elmləri namizədi.
Dərviş Zaim
Dərviş Zaimağaoğlu (1964, Famaqusta) — Kiprli türk film rejissoru və prodüseri. == Həyatı == Boğaziçi Universitetində Menecerlik fakültəsində oxumuş (1988), İngiltərə Warwick Universitetində mədəni çalışmalar fakültəsində master dərəcə almışdır (1994). Zaim İstanbulda yaşayır və müxtəlif universitetlərdə kinoşünaslıq dərsləri verir. == Kariyerası == Televiziya rejissorluğu və ssenaristliyi təcrübəsinə sahib olan Dərviş Zaimin bir romanı "Ares möcüzələr diyarında" (1995) çap olunmuşdur. İlk filmi "Tabutta rövaşata" (1996) ilə Türkiyədə və xarici ölkələrdə bir çox mükafat qazanmışdır. "Cənnəti gözləyərkən" rejissorun planlaşdırdığı bir trilogiyanın ilk filmidir. Ənənəvi ən işləmələri sənətinə əsaslanan trilogiyada Dərviş Zaim bu sənətlərin estetikasının film estetikası ilə harmoniya yaratmasına çalışmışdır. "Nöqtə" filmi isə trilogiyanın ikinci filmidir. Film işlərinə 1991-ci ildə təcrübi videosu "Hang the Camera" ilə başlayan Dərviş Zaim, sonra televiziya sənədli filmi olan "Məscidin ətrafındakı daş"a rejissorluq etmişdir. Bundan başqa, Dərviş Zaim, Londonda Hollivud Film İnstitutu tərəfindən idarə edilən müstəqil film prodüserliyi ilə əlaqəli bir kursa qatılmışdır.
Faiq (ad)
Faiq Abdullayev
Faiq Məmmədəli oğlu Abdullayev (26 dekabr 1936, Naxçıvan – 17 iyul 2021, Bakı) — Texnika elmləri doktoru (1987), professor (1988), "Neftqazavtomat" Elmi-İstehsalat Birliyinin baş direktorunun elmi işlər üzrə sabiq birinci müavini, Azərbaycan Dövlət Neft Akademiyası "Avtomatika, Telemexanika, Elektronika" kafedrasının sabiq professoru, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi. Azərbaycan elmini Çexoslovakiya, Polşa, Almaniya və Fransada keçirilən elmi konqreslərdə təmsil etmişdir. == Elmi nailiyyətləri == Qeyri-stasionar neft-kimya reaksiya proseslərinin riyazi modelləşdirilməsi, optimallaşdırılması və avtomatlaşdırılması Proseslərin qeyri-statsionarlığını təyin etmək üçün yeni metodun yaradılması Passiv və aktiv təcrübə usullarının çatışmayan cəhətlərini aradan qaldıran əvəzedici planlaşdırılmanın texnoloji proseslərinin identifikasiyasında yeni prinsiplərin yaradılması Qeyri-stasionar texnoloji proseslərin fiziki-kimyəvi kinetik qanunlarına əsaslanan evristik formal-empirik riyazi modelləşdirilmə üsullarının işlənilməsi, kinetik formal-empirik modellərinin parametrlərinin qarşılıqlı əlaqələrinin göstərilməsi Paylanmış parametrli qeyri-stasionar katalitik proseslərin birbaşa variasiya və maksimum prinsipinə əsaslanan optimallaşdırılma məsələsinin inkişafı və etilen, etilbenzon, formalin və s. sənayə tərəfindən istismar olunan texnoloji proseslərində tətbiqi == Elmi əsərləri == Onun 239 elmi əsəri vardır. Bunlara monoqrafiyalar, dərs vəsaitləri, tematik icmallar və 70-ə qədər ixtira daxildir. == Mükafatları == 1970 — "Rəşadətli Əməyə görə" medalı 1977 — "Qırmızı əmək bayrağı" ordeni medalı 1981 — SSRİ Nazirlər Sovetinin mükafatı laureatı == İstinadlar == == Xarici keçidlər == ABDULLAYEV Faiq Məmmədəli oğlu // Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005.
Faiq Adıgözəlov
Faiq Ağayev
Faiq Balağa oğlu Ağayev (29 dekabr 1971, Bakı) — Azərbaycanın estrada müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == Faiq Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.. == Yaradıcılığı == Peşəkar səhnəyə 1988-ci ildə gəlmişdir. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olmuşdur. Bu müsabiqədən sonra, "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanmışdır. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlmişdir. Bundan sonra Faiq Ağayevin peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır. 1996-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. Həmçinin, 2012–2013-cü illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti kimi çalışıb.
Faiq Balabəyli
Balabəyli Faiq Ağaş oğlu (23 fevral 1964, Sabirabad, Astraxanbazar rayonu) — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996). == Həyatı == Faiq Balabəyli 1964-cü il fevral ayının 23-də Cəlilabad rayonun Sabirabad kəndində anadan olub. 1971–1981-ci illərdə Sabirabad kənd orta məktəbində təhsil alıb. 1981–1984-cü illərdə 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub. 1982–1984-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə daxil olaraq davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində işləyib. 1992–1994-cü illərdə iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib. 1996–2006-cı illərdə "Ədəbiyyat qəzeti"ndə işləyib.
Faiq Baxşəliyev
Faiq Nəsir oğlu Baxşəliyev (1951, Kotavan, Ağdaş rayonu – 31 dekabr 2013, Mingəçevir) — Azərbaycan SSR Ali Soveti XII çağırış üzvü, Mingəçevir və Ağdaş icra hakimiyyətlərinin başçısı. == Həyatı == 1951-ci ildə Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1957-ci ildə Kotavan (Ağdaş) kəndinin 8 illik məktəbinin 1-ci sinifinə daxil olub. 1967-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsi orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomobil İstismarı fakultəsinə daxil olmuş və 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1973–1981-ci illərdə Mingəçevir Texniki İnstitutunda müəllim işləmişdir.1981–1990-cı illərdə Mingəçevir şəhər Avtobazasında istismar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 31 dekabr 2013-cü ildə Mingəçevirdə vəfat etmişdir. 2 oğlu, 1 qızı, 3 nəvəsi var. == Siyasi fəaliytəti == 1990-cı ildə Azərbaycan SSR Ali Soveti XII çağırış deputatı seçilmişdir. 1991–1992-ci illərdə Mingəçevir şəhərinin, 1993–1996-cı illərdə Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Faiq Bağırov
Faiq Nüsrət oğlu Bağırov (1962) — azərbaycanlı diplomat. Faiq Bağırov (1976) — azərbaycanlı atlet.
Faiq Bağırzadə
Bağırzadə Faiq Məmməd oğlu (20 mart 1926, Bakı – 30 mart 1988, Bakı) — geologiya elmləri doktoru (1964), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1983), Əməkdar elm xadimi (1980), Bakı Dövlət Universitetinin rektoru və Azərbaycan SSR Dövlət mükafatı laureatı. == Haqqında == Faiq Bağırzadə 20 mart 1926-cı ildə Bakı şəhərində anadan olmuş, 132 saylı orta məktəbi bitirmişdir. Ali təhsilini 1940-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Univertitetinin Geoloji-kəşfiyyat fakültəsində alan Bağırzadə mühəndis-geoloq ixtisasına yiyələnmişdir. Faiq Bağırzadə əmək fəaliyyətinə 1949-cu ildə "Qobustanneftqaz kəşfiyyatı" trestinin kontorunda mühəndis-geoloq olaraq başlamışdır. O, həmçinin 1949-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Univertitetinin Neft və qaz yataqlarının geologiyası kafedrası nəzdində aspiranturaya daxil olmuşdur. 1951–1953-cü illərdə "Azneft" Birliyinin "Dənizdə kəşfiyyat qazması" trestinin "Neft Daşları" idarəsində mühəndis-geoloq işləmişdir. Habelə Azərbaycan Elmi Tədqiqat Neft Geoloji-Kəşfiyyat İnstitutunun çöl tematik partiyasında mühəndis-geoloq və partiya rəisi vəzifəsində çalışmışdır. Faiq Bağırzadə 1952–1954-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Univertitetinin Neft və qaz yataqlarının geologiyası kafedrasında assistent vəzifəsini icra etmiş, 1954–1962-ci illərdə kafedranın baş müəllimi və dosenti işləmiş, 1962–1965-ci illərdə isə Azərbaycan Neft və Kimya İnstitutunun Geoloji-kəşfiyyat fakültəsinin dekanı olaraq fəaliyyət göstərmişdir. Faiq Bağırzadə 1964–1965-ci illərdə Myanma İttifaqı Respublikasın Ali və Orta İxtisas Təhsili Nazirliyinin xətti ilə Ranqun Texnoloji İnstitutunun professoru vəzifəsinə təyin olunmuşdur. Həmin institutda məruzələrlə çıxış edən Bağırzadə ingilis dilində "Neft və yeraltı geologiya" mühazirələr məcmuəsini çap etdirmişdir.
Faiq Bulud
Faiq Bulud (1950, Qars, Türkiyə) — Türkiyə yazıçısı. == Həyatı == Faiq Bulud 1950-ci ildə Qarsda anadan olub. Ankara Qazi Təhsil İnstitunun Rəsm içi fakültəsinə daxil olsa da təhsilini yarımçıq qoyub. 1972-ci ildə Suriyadan Livana keçərək Fələstin Azadlıq Təşkilatının sıralarına qoşulub. İsrail ordusunun həyata keçirdiyi bir əməliyyat zamanı beş güllə yarası alaraq əsir düşüb. MOSSAD tərəfindən 20 gün dindirildikdən sonra İsrail məhkəməsi tərəfindən həbs cəzası aldı. 1980-ci ilə qədər — 7 il 2 ay İsrail həbsxanasında cəza çəkdi. == Əsərləri == Dərsim raporları, İstanbul, 2013, −427 səh. Ali'siz Alevîlik, Berfin Yayıncılık, 2011. Hasan Sabbah Gerçeği ve Eşitlikçi Dervişan Cumhuriyetleri, Berfin Yayıncılık, 2014.
Faiq Cabbarov
Faiq Cabbarov — Azərbaycan futbolçusu.
Faiq Cəfərov
Faiq Cəfərov (fizioloq) — tibb elmləri doktoru (1990), professor (1991). Faiq Cəfərov (hərbçi) — Azərbaycanın Milli Qəhrəmanı (27.12.1995).
Faiq Hüsiyev
Faiq Hüsiyev (tam adı: Hüsiyev Faiq Nuruş oğlu; 7 noyabr 1970, Sumqayıt) — Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008). Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini (2009–2015); Teleradio Akademiyasının rektoru (2015–2021); AZTV Analitik qrupun rəhbəri (2021 h/h). == Həyatı == Faiq Hüsiyev 7 noyabr 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 30 saylı orta məktəbi bitirib. 1988–1990-cı illərdə hərbi xidmətdə olub. 1991–1997-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. 1993–1995-ci illərdə Azərbaycan Dövlət Televiziyasında müxbir işləyib. 1996-cı ildə Azərbaycan Dövlət Televiziyasının "Yurd" mübadilə proqramları Baş redaksiyasına redaktor vəzifəsinə təyin olunub. 1997–1998-ci illərdə Televiziyanın "Ədəbiyyat və publisistika" redaksiyasında redaktor vəzifəsində, 1998–2005-ci illərdə "Beynəlxalq proqramlar" redaksiyasında böyük redaktor vəzifəsində çalışıb. 2006-cı ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Müəllif proqramları" departamentinin rəisi vəzifəsində işləyib.
Faiq Həsənov
Faiq Həsənov (şahmatçı) — şahmat hakimi.
Faiq Kəlbəliyev
Faiq Kəlbəliyev(tam adı:Kəlbəliyev Faiq İsfəndiyar oğlu) — texnika elmlər doktoru, professor. == Həyatı və təhsili == Kəlbəliyev Faiq İsfəndiyar oğlu 17 fevral 1937-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkəradab kəndində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Sənaye İnstitutun (indiki Neft Akademiyası) energetika fakültəsini bitirmişdir. 1964-cü ildə keçmiş SSRİ Elmlər Akademiyası Energetika İnstitutunun aspiranturasını bitirmişdir. == Fəaliyyəti == === Elmi və pedaqoji fəaliyyəti === 1965-1968-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Energetika İnstitutunda baş elmi işci olmuşdur. 1968-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasında çalışır. 1983-cü ildən buxar və qaz turbinləri və istilik elektrik stansiyaları kafedrasının müdiridir. Tədqiqatları maddələrin kritikdən yüksək parametrlərində işləyən qurğularda istilik mübadiləsinin və temperatur rejimlərinin öyrənilməsinə həsr olunmuşur. Bu sahədə elmi məktəbin yaradıcısıdır. 100-ə yaxın elmi-metodik əsərin, o cümlədən 10-dan çox dərslik və dəsr vəasitinin müəllifidir.
Faiq Mirzəyev
Faiq Mirzəyev — azərbaycanlı aktyor, teleaparıcı. == Həyatı == 1965-ci ildə Quba şəhərində anadan olub. 1972-ci ildə Quba şəhəri 2 saylı orta məktəbinin 1-ci sinfinə gedib. 1987-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu fakültəsinə daxil olub və 1992-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Musiqili Komediya teatrına dəvət alıb. O eyni zamanda Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında və “İlham” miniatür teatrının səhnəsində də bir sıra yaddaqalan obrazlar yaradıb. Faiq Mirzəyev 1996-cı ildən sənət taleyini televiziyaya bağlayaraq Qubada fəaliyyət göstərən “Xəyal“ və “Qütb” televiziyalarının təşəkkül tapmasında böyük əmək sərf edib. O, 2007-ci ildən Azərbaycanda ilk rəqəmsal televiziya kimi fəaliiyətə başlayan və yayım dairəsi daha geniş olan RTV-nin yaranmasıda fəal iştirak edib. Bu televiziyada o, aparıcı kimi işə başlayaraq yaradıcılıq departamentinin direktoru vəzifəsinə qədər yüksəlib. RTV-də çalışdığı 5il müddətində Faiq Mirzəyev yerli televiziya kadrlarının hazırlanmasnda və bir çox müəllif verilişlərinin ərsəyə gəlməsində nəinki bir müəllif və aparıcı kimi hətta çox bacarıqlı rejissor kimi də fəaliyyət göstərmişdir. Hal-hazırda Faiq Mirzəyev ARB TV-də ömrünü Azərbaycan teatr və kino sənətinə həsr etmiş korifey sənətkarlarımızın,elm, təhsil və siyasət sahəsində caləşan görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən “Ömrün fəsilləri” verilişinin layihə rəhbəri, aparıcısı və rejissorudur.
Faiq Musayev
Faiq Nəsib oğlu Musayev — alim, kimya elmləri doktoru, ABŞ-nin Virciniya Universitetinin professoru. == Həyatı == Faiq Musayev 1952-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Çaylı kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinin Kimya fakültəsinə daxil olmuşdur. Həmin universiteti Lenin təqaüdü ilə bitirmişdir. == Elmi fəaliyyəti == Hərbi xidməti başa vurduqdan sonra AMEA-nın Qeyri-üzvi və Fiziki kimya İnstitutunun "Quruluş kimyası" laboratoriyasında elmi fəaliyyətə başlamışdır. Kompleks birləşmələrin sintezi, quruluşu və xassələrinin öyrənilməsi sahəsi üzrə elmi tədqiqat işləri ilə məşğul olmuşdur. 1979-cu ildə elmlər namizədi, 1991-ci ildə doktorluq dərəcəsi almışdır. 1993-cü ildən 1998-ci ilədək Tayvanda "Quruluş kimyası" laboratoriyasında fəaliyyət göstərmişdir. 1998-ci ildə Yeni Zelandiya, Braziliya və ABŞ-dən dəvət almışdır. 1998-ci ildən ABŞ-nin Virciniya Universitetinin "Quruluş kimyası" laboratoriyasında çalışır.
Faiq Mustafayev
Faiq İsmayıl oğlu Mustafayev (1923, Bakı – 1977, Bakı) — vokalçı-aktyor, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Bariton səsli müğənni 1952-ci ildən ADOBT-nin solisti olub (müəyyən fasilələrlə). Respublikanın əməkdar artisti idi, səhnədə canlı və təbii görünürdü. Səsini obrazın xarakterinə uyğun olaraq məharətlə idarə edə bilirdi. Əsas partiyaları: Həsən xan ("Koroğlu"), Nofəl ("Leyli və Məcnun"), Süleyman ("Arşın mal alan"), Şahvələd ("Aşıq Qərib"), Əbdüləli bəy ("Sevil"), Tonio ("Məzhəkəçilər"), Qraf Tomson ("Qaratoxmaq qadın"), komendant ("Kornevil zəngləri"), Aleko ("Aleko").
Faiq Məmmədov
Faiq Məmmədov — Əslən Azərbaycanlı olan Beşiktaş klubunun 9 nömrəli formanı tərlədən ulduz oyunçusu.
Faiq Nağıyev
Faiq Orucəliyev
Faiq Hacı Murad oğlu Orucəliyev (1934, Bakı – 1997, Bakı) — texnika elmləri doktoru (1981), professor, AMEA-nın müxbir üzvü (1989). == Həyatı == Faiq Orucəliyev 1934-cü ildə Bakı şəhərində anadan olub. 1958-ci ildə Neft yataqlarının istismarı ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-mədən fakültəsini bitirib. == Əmək fəaliyyəti == Faiq Orucəliyev 1963-cü ilə qədər "26 Bakı komissarı adına" Neft Qazçıxarma İdarəsində neft hasilatı üzrə operator, Elmi Tədqiqat İstehsalat İşləri Sexinin (ETİİS) baş mühəndisi işləyib. 1963–1997-ci illərdə Azərbaycan EA-nın Dərin Neft Qaz Yataqları Problemi İnstitutunda mühəndis, böyük mühəndis, baş elmi işçi, laboratoriya rəhbəri olub. == Akademik fəaliyyəti == Faiq Orucəliyev 1968-ci ildə "Qaz-kondensat yataqlarının işlənilməsinin hidrodinamik ünsürləri" mövzusunda namizədlik, 1981-ci ildə isə "Qaz-kondensat və qaz-kondensat-neft yataqlarının işlənilməsinin qaz-hidrodinamiki əsasları" mövzusunda doktorluq dissertasiyasiyaları müdafiə edib. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilib. Faiq Orucəliyev neft və qaz yataqlarının işlənilməsi sahəsində görkəmli alimdir. Elmi tədqiqatların sahəsi: flüid və kollektorların real xassələrinin tam nəzərə alınması ilə qaz-maye karbohidrogen sistemlərinin laylarında süzülmə prosesinin qaz-hidrodinamiki modelləşdirilməsi üsullarının işlənilməsi; müxtəlif rejimlərdə və işlənilmə sistemlərində uçucu neftlərin qaz-kondensat, qaz-kondensat-neft yataqlarının işlənilməsinin kompleks layihə edilmə üsullarının yaradılması; mürəkkəb lay proseslərinin xüsusiyyətlərinin öyrənilməsi. Alim 180-dən artıq elmi məqalənin, 2 monoqrafiyanın müəllifidir.
Faiq Qalayçiyev
Zığ-zığ
Adi zığ-zığ (lat. Garrulus glandarius) — zığ-zığ cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 34 sm, kütləsi 160 q-dək olur. Lələkləri yumşaqdır. Rəngi qırmızımtıl-boz, quyruğu qaradır. Qanadının üzərində qara xallı mavi ləkə, başında qara ləkəli kəkili var. Avropada, Asiyada və Şimal-Qərbi Afrikada yayılmışdır. , Azərbaycanda Qafqaz meşələrində rast gəlinir. Payızda və qışda köçür. Ağacda düzəltdiyi yuvaya 5—7 ala-bəzək yumurta qoyur.
Zığ
Zığ — Bakının Suraxanı rayonunda qəsəbə. Zığ kəndi Abşeron yarımadasının cənubi-qərbində, Bakı şəhərinin yaxınlığında yerləşir. Zığı şimaldan Suraxanı və Yeni Günəşli massivi, qərbdən Xətai rayonu, cənubdan Xəzər dənizi, şərqdən isə Hövsan qəsəbəsi əhatə edir. Toponimin mənşəyi dəqiq açılmasa da, həm yazıçı Abbasqulu Ağa Bakıxanov, həm də tarixçi Sara Aşurbəyli kəndin adını zığ tayfaları ilə bağlayırlar. Tarixi mənbələrdən əldə etdiyimiz məlumata görə, Abşeron yarımadasında Zığ adlanan ərazisində yaşayan sakinlər Sərmat qəbiləsinin Zığ tayfasına mənsubdurlar. Duzlu gölün yaxınlığında, kiçik bir dağın məskən salan Zıx tayfası öz dövrünün mühüm tələbatı olan daş və duz karxanalarını əldə edir. Camaatın bir qismi karxanalarda çalışır, bir qismi də yük at-arabaları ilə məhsulu başqa şəhər və vilayətlərə aparıb satır. Bu tayfanın camaatı İmam Rzanın bacısı Hökümə xanımın Azərbaycana gəlişindən xəbər tutub və onun xidmətində durublar. Xanım dünyasını dəyişdikdən sonra məzarının üstündə abadlıq işləri görmüşlər. Hülaki xanın nəvəsi Arqun ağanın oğlu Qazan xan 1297-ci ildə Bakıya gəlişində xanımın məzarının üstündə məqbərə tikdirir.
Adi zığ-zığ
Adi zığ-zığ (lat. Garrulus glandarius) — zığ-zığ cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 34 sm, kütləsi 160 q-dək olur. Lələkləri yumşaqdır. Rəngi qırmızımtıl-boz, quyruğu qaradır. Qanadının üzərində qara xallı mavi ləkə, başında qara ləkəli kəkili var. Avropada, Asiyada və Şimal-Qərbi Afrikada yayılmışdır. , Azərbaycanda Qafqaz meşələrində rast gəlinir. Payızda və qışda köçür. Ağacda düzəltdiyi yuvaya 5—7 ala-bəzək yumurta qoyur.
Mavi zığ-zığ
Mavi zığ-zığ (lat. Cyanocitta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinə aid heyvan cinsi.
Zığ-zığ quşu
Zığ-zığ quşu (ing. Mockingjay) – 2010-cu il Suzanna Kolins tərəfindən yazılan elmi-fantastik roman. Bu, Aclıq Oyunları triologiyasının ən axrıncı buraxılmış romanıdır. Seriyanın ilk romanı 2008-ci il yazılmış Aclıq Oyunları, ikincisi isə 2009-cu ildə yazılmış Güclənən Alovdur. Roman iki filmə uyğunlaşdırılıb. Birincisi 21 noyabr 2014, ikincisi 20 noyabr 2015-ci il yayınlanıb. Roman Cənubi Amerikada, Ketnis Everdinin əvvəlki oyundan sağ çıxıb, gözlərini Paytaxtın dağıtdını fikirləşdiyi 13. mahalda açması ilə başlayır. Kolins deyir ki, Aclıq Oyunları seriyasının əsas ilhamı Zevs və Minotavrın hekayəsindən gəlir. Yunan mifinə əsasən, Kral Minosun oğlu Andregenosun öldürülməsinə cəza olaraq, Afina 7 oğlan və 7 qızı Kritə qurban verməli idi.