ZOLLAMAQ

f. vulq.
1. Uzun, möhkəm bir şeylə bərk vurmaq, ilişdirmək, çəkmək.
Dəli şeytan deyir ki, bir dəyənək; Mollanın zolla başına zirək. S.Ə.Şirvani.
[Atakişi:] Bir yol Ditdili Həsənin gündəyməzindən bir ağac zolladım ki, iki ay sümüklərinə yağlı xəmir saldılar. C.Cabbarlı.
Dava qızışan kimi hər kəs əyilib öz başmağını çıxarıb əlinə alar və bir-birinin sir-sifətinə zollayardı. Qantəmir.

2. Yararsız bir şey kimi atmaq, tullamaq.
Ah, o saətdən lüt eylər mürdəşir əndamüvi; Taxta üstündə yuvar, tabutə zollar canüvi. M.Möcüz.

Синонимы

  • ZOLLAMAQ vurmaq — ilişdirmək — çəkmək
  • ZOLLAMAQ zollamaq bax vurmaq 1
ZOLLAMA₁
ZOLLAMAQ

Значение слова в других словарях