1. Uzun, möhkəm bir şeylə bərk vurmaq, ilişdirmək, çəkmək.
Dəli şeytan deyir ki, bir dəyənək; Mollanın zolla başına zirək.
[Atakişi:] Bir yol Ditdili Həsənin gündəyməzindən bir ağac zolladım ki, iki ay sümüklərinə yağlı xəmir saldılar.
Dava qızışan kimi hər kəs əyilib öz başmağını çıxarıb əlinə alar və bir-birinin sir-sifətinə zollayardı.
2. Yararsız bir şey kimi atmaq, tullamaq.
Ah, o saətdən lüt eylər mürdəşir əndamüvi; Taxta üstündə yuvar, tabutə zollar canüvi.