ZONAL
ZOND
OBASTAN VİKİ
Coğrafi zonallıq
Coğrafi zonallıq — coğrafi təbəqənin (landşaft təbəqəsinin) quruluşunda ən başlıca qanunauyğunluqlardan biri. Bu qanunauyğunluq günəşin şüa enerjisinin enliklər üzrə bərabər bölünməsilə əlaqədar olaraq, müxtəlif landşaft tiplərinin ekvatordan qütblərə doğru dəyişilməsində və müxtəlif coğrafi qurşaqların, coğrafi zonaların yaranmasında özünü göstərir.
Şaquli zonallıq
Şaquli zonallıq- dağlarda hündürlükdən asılı olaraq hadisələrin qanunauyğunluqla birbirini əvəz etməsidir. Hündürləşdikdə günəş radiasiyasının, xüsusən qısadalğalı radiasiyanın gərginliyi artır, atmosferdə toz və su buxarı azalır; lakin hər 100 m qalxdıqda temperatur 0,5-0,60 , təzyiq isə hər 100-150 m-də 10 mm düşür. Habelə kondensasiya şəraiti dəyişir. Yağıntı müəyyən hündürlüyə qədər artır, sonra isə azalır. İqlim şaquli zonallıq ilə əlaqədar olaraq torpaq və bitki örtükləri, heyvanat aləmi, relyef də, yəni bütün landşaft da dəyişir. Sinonimi: Hündürlük zonallığı.

Digər lüğətlərdə

беспринци́пно ли́пкий перегуща́ться посва́таться размоты́живаться стиля́жный штуди́роваться я́годы искра́сить нечести́вость отло́гость басить резонер bigeminal contracept controversy humid Java Sea manling versed zealously глухой заскакивать набелить тобою