ZÜMZÜMƏ

is. [ ər. ] Ahəstə səslə, pəsdən, özü üçün oxuma, dodaqaltı oxuma.
Eşitdim cavanların şirin zümzüməsini; Dinlədim layla deyən anaların səsini. Ə.Cəmil.
Ötüşən quşların civiltili nəğməsi, büllur suların şirin zümzüməsi, sərin təranəsi [eşidilirdi]. M.Rzaquluzadə.

□ Zümzümə etmək (eləmək) – pəsdən, ahəstə səslə özü üçün oxumaq; dodaqaltı oxumaq.
Kalvayı Qurban pəyəyə gedəndə gördü ki, Ələsgər camışın axurunda oturub, astadan zümzümə eləyir. Aşıq Ələsgər”.
Baxış bəy zümzümə eləməyə başladı. Ə.Abasov.

// məc. Nəğmə, təranə, tərənnüm (bəzən şairanə təşbehlərdə işlənir). Quşların zümzüməsi. Suların zümzüməsi.
– Axşam sularının zümzüməsində; Bir yeni dünyanın nəşidəsi var. S.Vurğun.
Ağ samovar zümzümə eləyir, Müşkinaz … həzin-həzin oxuyurdu. Ə.Vəliyev.

Синонимы

  • ZÜMZÜMƏ nəğmə — təranə — tərənnüm
ZÜMRÜDÜ
ZÜMZÜMƏLƏMƏK

Значение слова в других словарях

винче́стерный заколобро́дить перерисо́вывать скуде́льный белору́сы гига... голла́ндский есть грех задержа́ние заутю́живаться золотосодержа́щий оби́дный парашюти́рование просфо́рка сиро́тка вандыш пухтарь dilute disagreement must prototheria second-rate коричный раскулачивать сочувствие